Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3430/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-6022/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi» barədə iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 6022/2020 saylı qərardadı ilə (hakim Cəmilə Musayeva) iddia ərizəsi qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – iddia ərizəsinə cavabdehin yaşayış yerinə dair arayışın əlavə edilməsi, iddianın ərazi aidiyyəti üzrə düzgün verilməsi və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsi «X2rşı» (xx xxxxxx 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qaytarılması nəticəsinə gələrkən göstərmişdir ki, iddia ərizəsində cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan kimi ünvan 1 göstərilməsinə baxmayaraq, bu faktı təsdiq edən zəruri sənədlərin iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, işdə olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx xxxxxxx 2020-ci il tarixli, 44 saylı forma 2 saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsində yerləşən 13 saylı evin 8 saylı mənzilində yaşayır. İddia ərizəsindən görünür ki, ərizəyə əlavə olunmuş sənədlərində içərisində, həmçinin cavabdehin yaşayış yeri üzrə forma 2 saylı arayış da göstərilmişdir (əgər həmin sənəd iddia ərizəsinə əlavə olunmuş sənədlərdə olmamışdırsa, o zaman kargüzarlıq xidməti tərəfindən bununla bağlı müvafiq akt tərtib olunmalı idi. İşdə isə beləbir akt mövcud deyildir). MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Bununla yanaşı, iddia tələbinə əsasən – cavabdehə məxsus daşınmaz əmlak Bakı şəhəri Nəsimi rayonunun inzibati ərazisində yerləşməklə, cavabdehin oradan çıxarılması, əmlakın sökülməsi və s. tələblər irəli sürülmüşdür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardadı ləğv olunmalı, mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır (zərurət yarandığı təqdirdə, MPM-in 151.2-ci maddəsinə əsasən tərəflər məhkəməyə dəvət edilməklə iddia ərizəsinin mümkünlüyü məsələsi yoxlanıla bilər). Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-6022/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 6022/2020 saylı qərardadı ləğv edilsin, mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3430/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3430/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver