Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3430/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-55/2022 saylı, 02.03.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh - Cavabdeh "RNQ GROUP” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli binanın, 4-cü blokunun 10-cu mərtəbəsində yerləşən 68 saylı, ümumi sahəsi 81,5 kv.m olan 3 otaqlı mənzilindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi” (sonradan dəqiqləşdirmə ilə 10.000 manat borcun tutulması) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı zərər tələbinə dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək İddiaçındən mənzilinin sökülməsi və yenisi ilə təmin edilməsi nəticəsində dəymiş zərər ümumilikdə 29000.00 (iyirmi doqquz min) manat pulunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-55/2022 saylı, 02.03.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, bu qətnamənin ləğv edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişi verərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə:
1. İddiaçı MMC Cavabdeh ona qarşı olan “mənzilinin sökülməsi və yenisi ilə təmin edilməsi nəticəsində dəymiş zərər ümumilikdə 29000.00 (iyirmi doqquz min) manat pulunun alınaraq ona ödənilməsi” barədə qarşılıqlı iddia tələbindən imtina etməsi müqabilində ona qarşı irəli sürdüyü hazırkı “Cavabdeh "RNQ GROUP” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli binanın, 4-cü blokunun 10-cu mərtəbəsində yerləşən 68 saylı, ümumi sahəsi 81,5 kv.m olan 3 otaqlı mənzilindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi” (sonradan dəqiqləşdirmə ilə 10.000 manat borcun tutulması) barədə ilkin iddia tələbindən imtina edir.
2. Cavabdeh İddiaçı MMC-nin ona qarşı hazırkı “Cavabdeh "RNQ GROUP” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli binanın, 4-cü blokunun 10-cu mərtəbəsində yerləşən 68 saylı, ümumi sahəsi 81,5 kv.m olan 3 otaqlı mənzilindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi” (sonradan dəqiqləşdirmə ilə 10.000 manat borcun tutulması) barədə ilkin tələbindən imtina etməsi müqabilində ona qarşı irəli sürdüyü “mənzilinin sökülməsi və yenisi ilə təmin edilməsi nəticəsində dəymiş zərər ümumilikdə 29000.00 (iyirmi doqquz min) manat pulunun alınaraq ona ödənilməsi” barədə qarşılıqlı iddia tələbindən imtina edir.
Məhkəmə kollegiyası barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur və qanuna zidd deyildir, ona görə də, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir: iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, barışıq sazişinin təsdiq olunması barədə ərizə qəbul olunmalı, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı MMC-nin Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “zərər ödənilməsi” barədə qarşılıqlı iddia tələbi ilə bağlı tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin.
1. İddiaçı MMC Cavabdeh ona qarşı olan “mənzilinin sökülməsi və yenisi ilə təmin edilməsi nəticəsində dəymiş zərər ümumilikdə 29000.00 (iyirmi doqquz min) manat pulunun alınaraq ona ödənilməsi” barədə qarşılıqlı iddia tələbindən imtina etməsi müqabilində ona qarşı irəli sürdüyü hazırkı “Cavabdeh "RNQ GROUP” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli binanın, 4-cü blokunun 10-cu mərtəbəsində yerləşən 68 saylı, ümumi sahəsi 81,5 kv.m olan 3 otaqlı mənzilindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi” (sonradan dəqiqləşdirmə ilə 10.000 manat borcun tutulması) barədə ilkin iddia tələbindən imtina edir.
2. Cavabdeh İddiaçı MMC-nin ona qarşı hazırkı “Cavabdeh "RNQ GROUP” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli binanın, 4-cü blokunun 10-cu mərtəbəsində yerləşən 68 saylı, ümumi sahəsi 81,5 kv.m olan 3 otaqlı mənzilindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi” (sonradan dəqiqləşdirmə ilə 10.000 manat borcun tutulması) barədə ilkin tələbindən imtina etməsi müqabilində ona qarşı irəli sürdüyü “mənzilinin sökülməsi və yenisi ilə təmin edilməsi nəticəsində dəymiş zərər ümumilikdə 29000.00 (iyirmi doqquz min) manat pulunun alınaraq ona ödənilməsi” barədə qarşılıqlı iddia tələbindən imtina edir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-55/2022 saylı, 02.03.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev