Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3432/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-190/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflər tanışdırlar, orta məktəbdə sinif yoldaşı olublar. Onlar 2023-cü ilin may ayında şifahi şəkildə razılaşıblar ki, təmirsiz mənzil alsınlar və təmir etdikdən sonra sataraq gəlir əldə etsinlər. 2.Bu məqsədlə iddiaçı Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə yerləşən çoxmənzilli binanın 4-cü blokunun 17-ci mərtəbəsində, ümumi sahəsi 65 kv.m olan mansard tipli iki otaqlı təmrsiz mənzil əldə edib. Bu barədə iddiaçı ilə "xxxx" MTK-nın arasında xx.xx.2023-cü il tarixli müqavilə bağlanıb (iş v. 116). İddiaçı həmin mənzildə təmir işlərinin həyata keçirilməsi üçün cavabdehə pul verib. Bu fakt mübahisə doğurmur. Belə ki, iddiaçı mənzilin təmiri məqsədilə cavabdehə pul verdiyini bildirir, cavabdeh isə mənzilin təmiri məqsədilə iddiaçıdan pul aldığını etiraf edir. 3.Aşağıda göstərilən iki hal mübahisə doğurur. 4.Mübahisə doğuran birinci hal iddiaçının cavabdehə verdiyi pulun məbləği barədədir. Belə ki, iddiaçı iddia edir ki, cavabdehə 55.200 manat pul verib, həmin pulu xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan müddətdə hissə-hissə kart hesabına köçürməklə və nağd formada əlbəəl verib. Cavabdeh isə iddiaçının ona 23.200 manat pul verdiyini bildirir. Cavabdeh həmin məbləğdə pul aldığını yazılı şəkildə etiraf edib (iş v. 30). 5.Mübahisə doğuran ikinci hal iddiaçının cavabdehə verdiyi pulun sərfi barədədir. Belə ki, iddiaçı bildirir ki, cavabdeh pulu təmir işlərinə sərf etməyib. Cavabdeh isə bildirir ki, pulu təmirə və mənzildə digər işlərin aparılmasına sərf edib. O, həmin pulun hesabına görülmüş təmir işlərini və digər işləri yazılı etirazında göstərib (iş v. 50). 6.Sonradan iddiaçı həmin mənzili 45.000 manata X3. X6 mənzili aldıqdan sonra orada təmir işləri aparıb və hazıra mənzil onun sahibliyindədir. Belə ki, məhkəmə iclas protokolundan görünür ki, xx.xx.2025-ci ildə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 bildirib ki, mənzili 1 il 4 ay bundan əvvəl 45.000 manat ödəməklə təmirsiz vəziyyətdə iddiaçıdan alıb. Mənzili əldə edən zaman mənzilə yalnız boş divarlar mövcud olub, habelə onbeşlik kərpicdən tikilmiş “P” hərfi formasında bir tikili olub, bir otağa isə astar çəkilib. Mənzili özü təmir edib və təxminən 22.000-23.000 manat xərc çəkib. Usta işini bacardığına görə, təmir işlərinin çox hissəsini özü görüb, ona görə də mənzilin təmiri ona ucuz başa gəlib (iş v. 109). 7.“X7 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına görə, çoxmənzilli binanın mansardında yerləşən həmin mənzilin təmir-tikintisinə çəkilmiş ümumi xərcin miqdarı 27.643 manat təşkil edir (iş v. 84). Qiymətləndirmə keçirilərkən mənzil X1 olub və qiymətləndirməyə qədər o, mənzildə təmir işləri həyata keçirib. Mənzildə cavabdeh tərəfindən təmir işlərinin aparıldığını təsdiq edən sübutlar olmadığına görə, hesab olunur ki, qiymətləndiricinin hesabatında göstərilən işlər X6 tərəfindən görülüb. Birinci instansiya məhkəməsində icraat 8.İddia ərizəsində tələb olunub ki, 55.200 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. 9.İddia onunla əsaslandırılıb ki, iddiaçı mənzilin təmirinə sərf edilməsi üçün cavabdehə 55.200 manat pul verib, cavabdeh həmin pulun müqabilində mənzili təmir etməyi öhdəsinə götürsə də, təmir işi ilə məşğul olmayıb, iddiaçı pulun qaytarılmasını tələb etsə də, cavabdeh pulu qaytarmayıb və ya təmir işlərini tamamlamayıb. 10.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 23.200 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 11.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. 12.Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 13.Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bldirdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 14.Qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 15.Müəyyən olunur ki, iddiaçı mənzilin təmiri məqsədilə cavabdehə 23.200 manat pul verib. Cavabdeh bu faktı yazılı şəkildə etiraf edib (iş v. 30). Həmin pulun mənzilin təmirinə sərf edildiyini sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh bunu sübut edə bilmir. O, mənzildə gördüyü işlərin siyahısını və bu işlərə sərf edilən pulun məbləğini yazılı etirazında (iş v. 50) məhkəməyə bildirsə də, həmin işlərin görüldüyünu və bu işlərə göstərilən məbləğdə pul sərf edildiyini təsdiq edən sübut təqdim etməyib. Bundan sonra mənzil iddiaçı tərəfindən X2 və o, mənzildə təmir işləri aparıb. Mənzildə cavabdeh tərəfindən aparılan təmir işləri barədə sübutlar olmadığına görə, hesab olunur ki, qiymətləndiricinin hesabatında (iş v. 84) göstərilən 27.643 manat məbləğində təmir-tikinti işləri X6 tərəfindən görülüb. 16.İddiaçının cavabdehə verdiyi 23.200 manat pul əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına 23.200 manat əldə edib. Tərəflərin arasında şifahi müqavilə bağlanması və pulun həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə verilməsi əsassız varlanma qaydalarının tətbiqini istisna etmir. Mülki Məcəllənin 1091.2-ci maddəsinin 2-ci cümləsinə görə, hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavabdehin əsassız varlanması sonralar aradan qalxmış əsasa söykənir. Belə ki, iddiaçı pulu cavabdehə o məqsədlə verib ki, mənzilin təmirinə sərf etsin, lakin cavabdeh pulu həmin məqsəd üçün sərf etməyib, odur ki, iddiaçı pulun qaytarılmasını tələb edib, bununla da pulun əldə edilməsinin əsası aradan qalxıb, nəticədə isə cavabdeh əsassız varlanıb. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 17.Beləliklə, birinci instansiya məhkəməsi 23.200 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. 18.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-190/2025 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3432/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3432/2025
25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver