Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3433/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : mənzildən istifadə hüququqlarının itirmiş hesab edilməsi hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və cavabdehlərin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququqlarının itirmiş hesab edilməsi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1281/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 120 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1281/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 120-də olan istifadə hüququnun itirilmiş hesab edilməsi, bu qətnamənin Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 120-dən qeydiyyatdan çıxarılmaları üçün əsas olduğu, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixli, 000504 nömrəli arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 120 ünvanında İddiaçı 1970-ci il tarixdən, X11 1974-cü il tarixdən, Cavabdeh2 1986-cı il tarixdən, Cavabdeh1 1986-cı il tarixdən və Cavabdeh3 1988-ci il tarixdən qeydiyyatdadırlar; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 120 ünvanında yerləşən əmlak İddiaçı mülkiyyətindədir və xx.xx.2019-cu il tarixdən qeydiyyata alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 120 ünvanında yerləşən daşınmaz əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 000504 nömrəli arayışa əsasən cavabdehlər mübahisələndirilən mənzildə qeydiyyatındadırlar.
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1281/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsinin cavabdeh X3 ona məxsus olan evdən istifadə hüququnu itirilməsinin rədd olunması hissəndə ləğv edilməsi və həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1281/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin olunması hissəsində ləğv edilməsini və iddianın tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5560/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(005)- 1281/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin qismən təmin olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 120-də olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
7. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2-(103)- 5560/2022 nömrəli, 11 oktyabr 2022-cil tarixli qətnaməsinin cavabdeh X4 aid hissədə iddia tələbinin rədd olunmasının ləğv edilməsi və işdə olan sübutlar əsasında həmin hissədə iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-674/2023 saylı işi üzrə 13 mart 2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5560/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsinin cavabdeh X6 qarşı iddianın rədd olunması hissədə ləğv edilməsi, işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2; Mənzil Məcəlləsinin 53.1, 54.1; (xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş) Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 407.2, 416.1, 416.1, 416.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarlarına istinadən qeyd edilmişdir ki, cavabdeh X4 münasibətdə iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli evdə 2015-ci ildən yaşamaması, onun həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması barədə iddiaçının dəlilləri iş materialları ilə öz təsdiqini tapmamış, onun başqa yerdə daimi yaşayış sahəsinin olduğunu təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçı ilə cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə razılaşma olmadığından bu hüquqa yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiymətləri ilə müvafiq kompensasiya ödənilməsi yolu ilə xitam verilə bilər. İddiaçı tərəf isə kompensasiya təklifi irəli sürməmiş, məhkəmə iclasında kompensasiya ödənilməsi ilə razı olmadığını bildirmişdir. Bu səbəbdən də iddia tələbi həmin cavabdeh Nazbəyim Aşimovaya münasibətdə təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh Nazbəyim Aşimovaya münasibətdə iddianı rədd edərkən tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmamış, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, iddiaçının təqdim etdiyi və işin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən sübutları nəzərə almamış və qiymət verməmişdir. Belə ki, işdən görünür ki, mübahisənin predmeti olan yaşayış evi 30 aprel 2019-cu ildə mülkiyyət hüququ üzrə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh Nazbəyim Aşimova 1985-ci ildə dövlət mülkiyyətində olan həmin yaşayış evinə gəlin köçmüş, 1986-cı ildə pasport qeydiyyatına düşmüş, 01 oktyabr 2009cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən onun həmin evdə yaşayış sahəsindən istifadə huququ əmələ gəlmişdir. Sonradan yaşayış evinin mülkiyyətçisinin dəyişməsi qüvvədə olan mülki və mənzil qanunvericiliyinin tələblərinə əsasən cavabdehin yaşayış evindən istifadə hüququnun xitamına əsas olmamışdır. İşə baxan birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən məsələnin həllində düzgün nəticəyə gəlsələr də, cavabdehin 2015-ci ildən mübahisənin predmeti olan evdə yaşamaması, köçüb getməsi, qızlarına məxsus olan evdə yaşaması, mübahisəli yaşayış evində yaşayış sahəsindən istifadəyə ehtiyacının qalmaması barədə iddia tələbinin əsası kimi istinad olunan halları nəzərə almamış, həmin hallara dair sübutlara qiymət verməmiş, cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmadığını müəyyən etməmişdir. İddiaçının təqdim etdiyi sübutlardan görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi-120 ünvanda yerləşən fərdi yaşayış evində, iddiaçı və cavabdehin istifadəsində olmuş sahələrə uyğun iki ədəd su və iki ədəd elektrik sayğacı quraşdırılmışdır. Cavabdehin istifadəsində olmuş su sayğacının göstəriciliərində 26 sentyabr 2016-cı il tarixdən heç bir dəyişiklik olmamış, elektrik sayğacında isə cəmi 05 yanvar 2017-ci il tarixdən 191 kv/saat sərfiyyatın olması göstərilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək 191 kv/saat enerji sərfiyyatının həyətin işıq xəttinin həmin sayğaca qoşulduğuna görə olduğunu, həyət işığından onun tərəfindən istifadə edildiyini göstərmişdir. İşə baxan məhkəmələr cavabdehin yaşayış evindən istifadə etdiyi halda elektrik enerjisinin və su sərfiyyatının olmamasının səbəblərini müəyyən etməmişdir. Bundan başqa cavabdeh Nazbəyim Aşimovanın mübahisənin predmeti olan yaşayış evində yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmaması, həmin ev ilə bağlılığının qalıb-qalmaması, digər daimi yaşayış sahəsinə könüllü surətdə köçübköçməməsi, digər ev və ya yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə edib-etməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar məhkəmə tərəfindən müəyyən olunmamış, Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddiaçının cavabdeh X6 qarşı iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə almalı, tam və hərtərəfli araşdırmaqla müzakirə etməli, nəticəsindən asılı olaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
8. İddiaçı apellyasiya şikayətində (Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 152.1, 157.4; Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinin 5-ci bəndinə istinadən) qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 120-də olan mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan evdə Cavabdeh2 istifadə hüququnun itirilmiş hesab edilməsi hissədə iddia ərizəsinin təmin edilməməsi hissədə qətnamə əsassızdır, qanunsuzdur və apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv olunmalıdır. Belə ki, İddiaçı iddia ərizəsi bununla əsaslandırmışdır ki, o, 1968-ci ildə vətəndaş X13 ilə ailə həyatı qurmuşdur. Ailəsinin köməkliyi ilə indiki Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 120 ünvanında yerləşən evi almışlar. 1970-ci ildə onlar sahədə baş tutmuş siyahıyaalma nəticəsində iddiaçı, yoldaşı və oğlu X1 evə qeydiyyata alınmışlar. Təxminən 1971 -1972- ci illərdə qayını X2 mənzilə qeydiyyata alınmış və 1985-ci ildə ailə həyatı quraraq arvadı Cavabdeh2 1986-ci ildə bu mənzilə onların xəbəri olmadan qeydiyyata alınmışdır. Onların birgə nikahdan doğulan Qəhrəmanova (Quliyeva) Gülşən Əlövsət qızı və Cavabdeh3 da bu mənzilə qeydiyyata alındılar və burada yaşadılar. 1991-ci ildə onlar arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur və bu müddətdən başlayaraq cavabdehlər sözügedən mənzildə yaşamadılar. Lakin 1995-ci ildə (qaynananın ölümündən sonra) bu evə köçdülər və uzun illər burada yaşadılar. Hətta Cavabdeh1 bu mənzildən gəlin köçmüşdür.2001-c ildə qaynı, 2004-cü ildə isə yoldaşı vəfat etmişlər. xx.xx.1998-ci il tarixdə həyat yoldaşı X13 evi öz adına özəlləşdirmişdir. Onun 2004-cü ildə vəfatından sonra iddiaçı vərəsəlik hüququna daxil olmuş və evi öz adına rəsmiləşdirmişdir. Cavabdeh Qəhrəmanova (Quliyeva) Gülşən Əlövsət qızı xx.xx.2013-cü il tarixdə 1 saylı ASAN Xidmətinin Qeydiyyat şöbəsində vətəndaş X10 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin vaxtdan o, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus evdə yaşamır. Cavabdeh3 da xx.xx.2019-cu il tarixdə 3 saylı ASAN Xidmətinin Qeydiyyat şöbəsində vətəndaş X7 ilə rəsmi nikaha daxil olmuşdur. Amma faktiki olaraq o və anası Cavabdeh2 mülkiyyət hüququ üzrə iddiaçıya məxsus evdə 2015-ci ildən yaşamırlar. Onların faktiki yaşayış yeri məlum deyil. Göründüyü kimi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 artıq bu ünvanda yaşamırlar. Buna baxmayaraq, tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 120 ünvanında formal olaraq pasport qeydiyyatında olan cavabdehlərə görə o, öz mənzili üzərində sərəncam hüququnu həyata keçirə bilmir, bununla da Qanunla müəyyən olunmuş mülkiyyət hüququ tam pozulur. Göründüyü kimi, cavabdehlərin yaşayış yeri vardır və onun mənzilində qeydiyyatda qalmaları formal xarakter daşıyır. Cavabdehlərin iddiaçıya məxsus mənzilə ehtiyac yoxdur. Cavabdehlər 2015-ci ildən bu günədək həmin mənzildə bir gün belə olsun yaşamamışlar. Cavabdehlərin həmin evdə pasport qeydiyyatında qalmaları mülkiyyət hüququnu, o cümlədən sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdeh2 ona məxsus olan evdə istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində iddia ərizəsinin təmin etməyərək, məhkəmə qətnaməsini bununla əsaslandırmışdır ki, Cavabdeh2 qeyd olunan mənzildə istifadə hüququ yaranmış və həmin mənzildən istifadə etdiyi və həmin hüquq itirilmədiyi üçün iddia tələbi ona dair hissədə təmin edilməməlidir.Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir.
9. Cavabdehlər apellyasiya şikayətində (Azərbaycan Respublikası Konstitusiyasının 149; Köhnə Mənzil Məcəlləsinin 123; Mülki Prosessual Məcəllənin 13.7, 217.2 ; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına istinadən)qeyd etmişdirlər ki, məhkəmənin onlara münasibətdə iş üzrə gəldiyi nəticəni tamamilə qeyri-qanuni və əsassız hesab edirlər. Belə ki, onların qeyd edilən evə istifadə hüquqlarının olmasına baxmayaraq, məhkəmə bu halı həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələni tənzimləyər qanunvericilik normaları ilə bağlı şərhini nəzərə almadan işə baxaraq tamamilə qeyri-qanuni və əsassız qətnamə çıxarmışdır. Məhkəmə bununla bağlı təqdim etdikləri sübutlara da heç bir əhəmiyyət verməmişdir.12 kv.m sahəsi olan bir otaqda bir yaşlı ana, ərarvad olan dörd nələr və dörd uşağın (ikisi azyaşlı körpə olmaqla) birgə yaşaması mümkün deyil. Çünki əvvəla fiziki olaraq 9 (doqquz) adamın həmin sahəyə sığması mümkün deyil. Bundan başqa onlartın istifadəsində olan otağın yaşayış üçün normal şəraiti yoxdur. Belə ki, otağın təmiri pis vəziyyətdədir, mətbəx yoxdur və hamam çöldə olmaqla tamamilə təmirsizdir. İddiaçı isə öz qeyri-qanuni hərəkətləri ilə orada hər hansı şəraitin yaradılmasına və təmir işlərinin aparılmasına imkan vermir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, Cavabdeh2 1986-cı ildə mübahisəli mənzildə qeydiyyata düşdüyünü, onun qaynının həyat yoldaşı olduğunu, 1991-ci ildə cavabdehlə qaynının boşandığını, evdən çıxdıqlarını, 1995-ci ildə qayınanası rəhmətə getdikdən sonra Nazbəyimə öz övladları ilə birlikdə həmin evdə yaşamağı təklif etdiklərini, 2015-ci ilə qədər həmin mənzildə yaşadıqlarını, həmin ildən mübahisəli mənzildə yaşamadıqlarını, qızları ilə yaşadığını bildirmiş, mübahisəli mənzilin 1998-ci ildə yoldaşı X8 adına qeydiyyata alındığını, yoldaşı vəfat etdikdən sonra isə vərəsəlik yolu ilə 2004-cü ildə onun adına qeydiyyata alındığını qeyd etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Vəkil2 iddiaçının Cavabdeh2 həmin evdən istifadə hüquqlarını məhdudlaşdırdığını, cavabdehin 1986cı ildən həmin evdə qeydiyyatda olduğunu, 1998-ci ildə reyestr tərəfindən verilmiş forma 1-də şəxsin qeydiyyatda olduğunun qeyd edildiyini, cavabdehin qızlarının ardıcıl ailə qurduqlarından, 2017-ci ildən onlara kömək məqsədilə onların yanında qaldığını, lakin mütəmadi olaraq mübahisəli mənzilə gedib gəldiyini, kommunal ödənişlərini etdiyini, əvvəl əmlakın dövlət mülkiyyətində olduğunu, əmlakın daha sonradan özəlləşdirildiyini, köhnə mənzil məcəlləsinə əsasən cavabdehin ailə üzvü kimi istifadə hüququnun olduğunu bildirmişdir. Apellyasiya baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.Bununla bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, qətnamə mübahisələndirilən hissədə yoxlanılsa da, kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5560/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh X6 qarşı iddianın rədd olunması hissədə baxılmalıdır. Cavabdehlər kassasiya şikayəti vermədiyindən kollegiya hesab edir ki, birinci istansiya məhkəməsinin qətnaməsi yalnız İddiaçı apellyasiya şikayəti müstəvisində araşdırılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6, 8, 53, 123-cü maddəsinə;(münasibətlər davam edən olduğundan) qüvvədə olan Mənzil Məcəlləsinin 30, Mülki Məcəllənin 6, 11.1; 146, 152-164, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14, 15, 50, 52, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən yoxlanılan hissədə qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki istinadlar ilə iddia təmin edilməlidir. Qeyd edilməlidir ki, iddiaçının irəli sürdüyü dəlilləri istisna edən hallar müəyyən edilməmiş və cavabdehlərin mənzildən istifadə hüquqlarının iddiaçıya (yeni mülkiyyətçiyə) münasibətdə yaranmadığından obyektiv mənada bu hüquqların saxlanılması üçün əsaslar müəyyən edilmir. Lakin subyektiv mənada iddiaçı cavabdehin istifadə hüququnu münasibətlərin yarandığı dövrdə olmasını inkar etmədiyindən, onun mənzili tərk edib getməsi əsası ilə onun itirildiyini əsas gətirir. Cavabdeh hər hansı yerdə yaşamaq imkanının olmamasını sübut etməmiş, iddiaçı isə onun harada yaşadığından xəbərsiz olduğunu bildirmişdir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya məkəməsinin 29 mart 2016-cı il tarixli Qərarına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən: 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
17. Mülki Məcəllənin 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər; 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
18. Qanunvericiliyin təhlili (kassasiya instansiya məhkəməsinin göstərişləri yönündə) müəyyən edir ki, mülkiyyət hüququna malik olan şəxsə münasibətdə istifadə hüququ olan şəxslərin ilk növbədə mülkiyyətçinin (keçmiş) ailə üzvləri kimi bir-birilərilə bağlılığı olmalıdır. Mübahisə edilən münasibətdə belə halın mövcudluğu sübuta yetirilmir. Belə ki, ailə qanunvericiliyi ailə üzvləri sırasına ər-arvad, valideynlər və uşaqların daxil olmasını müəyyən edir (Ailə Məcəlləsinin 2.1-ci maddəsi). Diqqətə çatdırılmalıdır ki, iddiaçı mülkiyyət hüquqları əldə etdikdən sonra onun ailə üzvləri sırasına daxil olmayan cavabdehin mülkiyyətçiyə münasibətdə hüquqları yaranmadığından, habelə mənzili tərk edərək yaşayış sahəsinə ehtiyacının olması barədə sübutlar təqdim etmədiyindən baxılan hissədə iddia təmin edilməlidir.
19. Məhkəmə xərcləri üzrə tələb olmadığından ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
20. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d ı̇ : İddiaçı apellyasiya şikayəti baxılan hissədə (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-674/2023 saylı işi üzrə 13 mart 2023-cü il tarixli qərarı ilə müəyyən edilən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5560/2022 nömrəli,11 oktyabr 2022-ci il tarixli qətnaməsinin cavabdeh X6 qarşı iddianın rədd olunması hissəsində) təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1281/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi qismən - cavabdeh X6 qarşı iddianın rədd olunması hissəsində ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 aid hissədə "mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 120-də olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.