Məhkəmə qərarları › İş №2(103)-3437/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3437/2020

11.03.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3437/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X10 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-290/2020 saylı qətnaməsindən İddiaçı̇ Əhmədxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli X11 və X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AMEA-nın Hüquq və X12 xx xxxxxxxx 2019-cu il tarixli 107/k saylı əmrinin etibarsız hesab edilərək, onunla bağlanmış əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi hesab edilməsi və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun 2012-ci il 12 sentyabr tarixində 153 saylı əmri ilə həmin institutun “cinayət hüququ və cinayət prosesi” şöbəsinə böyük elmi işçi vəzifəsinə qəbul edilmişdir. Sonralar AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adı dəyişdirilərək Fəlsəfə və Hüquq İnstitutu adlandırılmışdır. Həmin İnstitutda əmək müqaviləsi onunla AR ƏM-nin 45-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq müddəti müəyyən edilmədən bağlanmışdır. 2016-cı ilin sonlarına yaxın AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun adı yenidən dəyişdirilərək Fəlsəfə institutu adlandırılmışdır. Ona görə Fəlsəfə və Hüquq İnstitutunda hüquq elmləri üzrə struktur bölmələrin ştat vahidlərində çalışan əməkdaşlar AMEA-nın rəhbərliyinin göstərişi ilə, siyahı üzrə öz ştat vahidləri ilə birlikdə AMEA-nın Hüquq və X15 göndərilmişdirlər. İnstitutların adlarının dəyişdirilməsi, hüquq elmləri üzrə struktur bölmələrdə çalışan əməkdaşların bir institutdan digərinə köçürülmələri Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli 277 saylı Qərarı və bu Qərarın 3-cü bəndinin icrası haqqında Azərbaycan Milli Elmlər X1 xx xxxxxxxx 2016-cı il tarixli 10/5 saylı Qərarı ilə yerinə yetirilmişdir. Bu zaman onların işində heç bir fasilə olmamışdır. O və digər əməkdaşlar öz ştat vahidləri ilə AMEA-nın Hüquq və X15 göndərilərkən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu üçün əmək müqaviləsi onlarla müddəti müəyyən edilmədən bağlanmalı idi. Lakin, AMEAnın Hüquq və X12 direktoru Aytən Mustafazadə AR-si Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cu hissəsinin tələblərini kobud surətdə pozaraq AMEA-nın Fəlsəfə və Hüquq İnstitutundan öz ştat vahidləri ilə birlikdə gələn əməkdaşların bəzilərini 3 ay, bəzilərini 6 ay, bəzilərini isə 1 (bir) illik müddətli əmək müqaviləsi əsasında işə götürmüş və sonrakı dövrlərdə əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlayacağını vəd etmişdir. X19 dediyi sözə əməl etməmiş və öz səlahiyyətlərindən suiistifadə edərək əmək müqaviləsini qanunsuz olaraq 1(bir) illik bağlamaqda davam etmiş və əmək müqaviləsinin vaxtı çatdıqda əməkdaşları bir-birinin ardınca işdən çıxarmağa başlamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Aytən Mustafazadə kadrlar şöbəsinin vasitəsi ilə iddiaçı ilə də bağladığı qanunsuz əmək müqaviləsinin müddətinin bitdiyini əsas gətirərək əmək müqaviləsinə xitam verdiyni bildirmişdir. ƏM-nin 45-ci maddəsinin 5-ci hissəsində göstərilir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İddiaçı isə AMEA-da fasiləsiz olaraq 7 ildən artıq olaraq işləyir. Göründüyü kimi, AMEA-nın Hüquq və X12 direktoru Aytən Mustafazadə AR ƏM-nin 45-ci maddəsinin 4-cu hissəsini tələblərini kobud surətdə pozaraq iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlamaq əvəzinə müddətli əmək müqaviləsi bağlamışdır və Azərbaycan Milli Elmlər Akademiyasında fasiləsiz olaraq 7- ildən artıq bir müddətə işlədiyini də nəzərdən qaçırmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-290/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı̇ Əhmədxan oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, hüquq üzrə fəlsəfə doktoru olmaqla Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu direktorunun xx xxxxxxxx 2012-ci il tarixli 153 saylı əmri ilə ixtisası üzrə “Cinayət hüququ və cinayət prosesi” şöbəsində böyük elmi işçi vəzifəsinə qəbul edilmişdir. Bu zaman əmək müqaviləsi onunla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, müddəti müəyyən edilmədən bağlanılmışdır. Sonra ona elan olunmuş müsabiqə əsasında Elmi Şuranın yekdil rəyi ilə AMEA-nm Rəyasət Eleyətinin təsdiqindən sonra bu vəzifəyə seçilmişdir. 2016-ci ilin may, iyul aylarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli, 277 nömrəli qərarı ilə Fəlsəfə və Hüquq İnstitutunun adı dəyişdirilərək “Fəlsəfə İnstitutu”, X8 adı dəyişdirilərək “Hüquq və X20” adlandırılmışdır. Ona görə Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilərək AMEA-nm Hüquq və X12 strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli, 277 nömrəli Qərarının 3-cü bəndinin icrası isə Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılmışdır. Bu məqsədlə AMEA-nm Rəyasət Heyətində xx xxxxxxxx 2016-cı il tarixli 10/5 nömrəli qərar qəbul edilərək, xüsusi komissiya yaradılmışdır. Təəssüflər olsun ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələrinin və müvafiq ştat vahidlərinin ləğv edilərək AMEA-nm Hüquq və X12 struktur tərkibinə verilməsi barədə qərar çıxarılsa da, lakin hüquq elmləri üzrə struktur bölmələrin müvafiq ştat vahidlərində çalışan əməkdaşların AMEA-nm bir institutundan onun tabeçiliyində olan başqa bir institutuna keçirilməsi məsələsi düzgün həll edilməmiş və səhvə yol verilmişdir. Eyni səhv AMEA-nm Rəyasət Heyətinin qərarında da təkrarlanmışdır. Bu səhv üzündən həmin ştatda çalışan hüquqşünas kadrların hamısının işinə Fəlsəfə və Hüquq İnstitutu direktorunun əmri ilə xitam verilməklə, qanunsuz olaraq işdən azad edilmişlər. Hüquq və X12 direktoru Aytən Mustafazadə isə Fəlsəfə və Hüquq İnstitutundan ixtisar edilmiş şəxslərini işə götürmək istəməmişdir. Ancaq, AMEA-nm sabiq prezidenti Akif Əlizadənin qəti göstərişi və yaradılmış komissiyanın təsiri nəticəsində X16 və Hüquq İnstitutundan ixtisar edilmiş əməkdaşları işə götürmək məcburiyyətində qalmışdır. Bu zaman o, işçilərin bir hissəsini öz istəyinə müvafiq olaraq, 3 ay, 6 ay və 1 illik müddətli əmək müqaviləsi əsasında işə götürmüş, bir hissəsini isə, ümumiyyətlə işə götürməkdən qəti imtina edərək vəzifə səlahiyyətlərini aşıb AR Nazirlər Kabinetinin və AMEA-nm Rəyasət Heyətinin qərarlarının icrasını təmin etməmişdir. İşə götürdüyü işçilərin bir hissəsi əmək müqaviləsinin müddəti bitdikdən sonra Aytən Mustafazadə tərəfindən işdən qanunsuz olaraq çıxarılmış və onların qanunla qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Bildirir ki, o, xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə vəsatət verərək, 2016-2018-ci illərdə onunla bağlanmış əmək müqavilələrinin və əmrlərin surətlərinin əldə edilməsi üçün AMEA-nın Hüquq və X15 sorğu verməsini, eləcə də işin obyektiv və hərtərəfli araşdırılıb ədalətli qərar çıxarılması üçün elmi işçilərin işə qəbulu haqqında qaydaları mükəmməl bilən, işdə marağı olmayan AMEA-nm Rəyasət Heyətinin nümayəndəsinin (mütəxəssisin) məhkəmə baxışında iştirakını təmin etməsini xahiş etmişdi. Vəsatətimin 1-ci hissəsi təmin edilmiş, Hüquq və X15 sorğu göndərilmişdir. Vəsatətimin 2-ci hissəsi təmin edilməmişdir. Vəsatətin 2-ci hissəsinin təmin edilməməsi Aytən Mustafazadənin qanunsuz əməllərinin ört- basdır edilməsinə xidmət etmişdir. AMEA-nın Hüquq və X12 direktoru Aytən Mustafazadə məhkəmənin sorğusuna cavab olaraq, yalnız 2018-ci ildə əmək hüquq normalarının tələblərinin pozulması ilə bağlanmış əmək müqaviləsinin surətini göndərmiş, 2016-2017-ci il tarixlərində bağlanmış əmək müqavilələrinin surətlərini göndərməmişdir. Sorğuya əsasən, onun barəsində 2016-2018-ci illərdə verilmiş əmrlərin surətləri də məhkəməyə göndərilmişdir. Məhkəmə ilk olaraq, xx xxxxxx 2016-cı il tarixli 57/K nömrəli əmri sübut kimi qəbul edir və onu araşdırdığını bildirir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Təhminə Xəlilova qətnamədə yazır: “AMEA-nm Hüquq və X12 xx xxxxxx 2016-cı il tarixli, 57/K saylı əmrindən görünür ki, İddiaçı xx xxxxxx 2016-cı il tarixdən 3 aylıq sınaq müddəti ilə “Mülki hüquq, mülki proses və sosial-iqtisadi hüquq” şöbəsinə böyük elmi işçi vəzifəsinə qəbul edilmişdir”. Məhkəmə bu əmri sübut kimi qəbul edir və araşdırdığını bildirir. Əmək qanunvericiliyi normalarının tələblərinin kobud şəkildə pozulması ilə verilmiş əmr məhkəmə tərəfindən araşdırılmamışdır. Araşdırılmamış və qanun pozuntuları ilə verilmiş bir əmr sübut kimi qəbul edilə bilməz. Belə ki, Aytən Mustafazadə məni xx xxxxxx 2016-cı il tarixdə 57/K nömrəli əmri ilə işə qəbul etmişdir. Lakin bu zaman o, qanunu pozaraq, Fəlsəfə və Hüquq İnstitutunda “Cinayət hüququ və cinayət prosesi” şöbəsində işlədiyi və müsabiqədən keçdiyim halda, onu xx xxxxxx 2016-cı il tarixli 57/K nömrəli əmri ilə ixtisasına uyğun olmayan başqa bir şöbəyə, yəni “Mülki hüquq, mülki proses və sosial-iqtisadi hüquq” şöbəsinə böyük elmi işçi vəzifəsinə qəbul etmişdir. Aytən Mustafazadənin onu ixtisasına uyğun olmayan şöbəyə işə qəbul etməsi qanunun tələblərinin pozulması deməkdir. Bundan başqa, Aytən Mustafazadə eyni əmri ilə, yəni xx xxxxxx 2016-cı il tarixli, 57/K nömrəli əmrlə ikinci dəfə onun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, Aytən Mustafazadə onu Fəlsəfə və Hüquq İnstitutunda “Cinayət hüququ və cinayət prosesi” şöbəsində böyük elmi işçi vəzifəsində müsabiqə nəticəsində işə müddətsiz təyin olunduğunu, hüquq üzrə fəlsəfə doktoru olduğumu, elmlər doktoru proqramı üzrə institutun doktorantı olduğumu, böyük hüquq təcrübəsinə malik olduğumu, Qarabağ müharibəsi veteranı, məcburi köçkün olduğumu nəzərə almayaraq, onu 3 ay sınaq müddəti ilə işə götürmüşdür. Birinci instansiya məhkəməsi yuxarıda qeyd etdiyi hallarda Aytən Mustafazadənin onu 3 ay sınaq müddəti ilə işə götürməsinin qanuna uyğun olub-olmamasını, bu zaman vəzifəsindən suiistifadə edib-etməməsini, səlahiyyət həddini aşıb-aşmamasını, onun qanunla qorunan hüquqlarımın pozulub-pozulmamasını araşdırma aparmaqla yoxlamalı olduğu halda bunu da etməmişdir. Eyni zamanda, sınaq müddəti başa çatdıqdan sonra Aytən Mustafazadə onun işə qəbulu barədə yekun əmr verməli və onunla yeni müqavilə bağlamalı idi. X19 yenə qüvvədə olan hüquq normalarının tələblərini və onun qanunla qorunan hüquqlarını pozaraq, nə yekun əmr verməmiş, nə də yeni müqavilə bağlamamışdır. Bu məsələ də birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış qalmış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbləri birinci instansiya məhkəməsi tərəfindən kobudcasına pozulmuşdur. Məhkəmə öz qətnaməsində Aytən Mustafazadənin xx xxxxxxx 2017-ci il tarixli, 131/K nömrəli əmrinin, xx xxxxxxxx 2018-ci il tarixli, 73/18 nömrəli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olduğunu, əmək müqaviləsinin müddətli bağlanmasının qarşılıqlı razılıq əsasında Aytən Mustafazadə və İddiaçı tərəfindən imzalanaraq, təsdiq edildiyini əsas gətirərək, sübut kimi qəbul edir. Hesab edir ki, məhkəmə hər hansı bir sənədi sübut kimi qəbul etdikdə, ilk növbədə həmin sənədin qanunauyğun tərtib edilib-edilmədiyini aydınlaşdırmalıdır. Qanunverici qanun pozuntusu ilə tərtib edilmiş sənədlərin sübut kimi qəbul edilməsini qadağan edir. Aytən Mustafazadənin xx xxxxxxx 2017-ci il tarixli, 131/K nömrəli əmri və xx xxxxxxxx 2018-ci il tarixli, 73/18 nömrəli əmək müqaviləsinin tərtib edilməsində də kobud qanun pozuntusuna yol verildiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələbləri ilə üst-üstə düşmür. O, məhkəmə prosesi gedişində çıxış etmiş və öz çıxışımda qeyd etdiyi əmr və əmək müqaviləsinin əmək hüquq normalarının tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyini faktlarla sübut etmişdir. Çox təəssüf ki, onun məhkəmə prosesi gedişindəki çıxışı məhkəmə iclas protokolunda tam həcmdə öz əksini tapmamışdır. Bununla bağlı, məhkəmə iclas protokolunda qeyd aparmaq istəsə də, məhkəmənin katibi buna yol verməmişdir. Aytən Mustafazadənin xx xxxxxx 2016-cı il tarixli 57/K əmri ilə ixtisasına uyğun olmayan başqa bir şöbəyə işə qəbul olunduğu üçün dəfələrlə bunun qanunsuz olduğunu və öz ixtisası üzrə işləmək istədiyimi bildirmişdir. Nəhayət, Aytən Mustafazadə ərizəmi nəzərə alıb, xx xxxxxxx 2017-ci il tarixdən institutun “Cinayət hüququ və cinayət prosesi” şöbəsində işə keçməyim barədə xx xxxxxxx 2017-ci il tarixli 131/K nömrəli əmr vermişdir. Həmin əmrdə onun müddətli işə götürülməyi göstərilməmişdir. Əgər o, həmin vaxt müddətli əmək müqaviləsi əsasında işə götürülmüş olsa idi, xx xxxxxxx 2017-ci il tarixli 131/K nömrəli əmrdə “müddətli əmək müqaviləsi əsasında” sözləri yazılmalı idi. Lakin “müddətli əmək müqaviləsi əsasında” sözləri həmin əmrdə öz əksini tapmamışdır. Bundan başqa həmin dövrdə onunla yeni əmək müqaviləsi bağlanmalı və ona müddətli əmək müqaviləsi əsasında işə götürülməyi bildirilməli və əmək müqaviləsinə imza etməli idim. Lakin xx xxxxxxx 2017-ci il tarixdə onunla heç bir əmək müqaviləsi bağlanılmamışdır. Bu da ki, ciddi qanun pozuntusudur. Ona xx xxxxxxxx 2019-cu ildə işdən çıxmağı barədə xəbərdarlıq ediləndə çox təəccüblənmişdir. Çünki həmin vaxta qədər o, müddətli əmək müqaviləsi əsasında işlədiyini bilməmişdi. Bunun özü də bir qanun pozuntusudur. xx xxxxxxxx 2018-ci tarixli, 73/18 nömrəli əmək müqaviləsi tərtib edilərkən, o, əmək müqaviləsini diqqətlə nəzərdən keçirmişdi. Həmin müqavilənin “2.Əmək müqaviləsinin müddəti” hissəsində 2.1-ci bəndində “Bu əmək müqaviləsi müddətsiz bağlanmışdır” sözlərindən başqa heç nə yazılmamışdır, yəni əmək müqaviləsi müddətsiz bağlanıldığından aşağıdakı bəndlərdə heç bir qeydiyyat aparılmamışdır. O, müqaviləni imzaladıqdan sonra əmək müqaviləsinin bir nüsxəsini istəmişdir. Kadrlar şöbəsinin əməkdaşı həmişə olduğu kimi, “mən özbaşına deyiləm” cavabını vermiş və əmək müqaviləsinin nüsxəsinin verilməsindən imtina etmişlər. Deməli, Aytən Mustafazadə əmək müqaviləsinin nüsxəsini verməyi qadağan etmişdir. Əmək müqaviləsinin bir nüsxəsinin ona verilməməsinin səbəbi gün kimi aydındır. Nüsxəsi verilməyən əmək müqaviləsində istənilən vaxt, istənilən saxtalaşdırmanı aparmaq mümkündür. Məhz bu səbəbdən əmək müqaviləsinin nüsxəsi ona verilməmiş və qanunun tələbləri kobudcasına pozulmuşdur. Bundan başqa, qətnamədə məhkəmə onun xx xxxxxxxx 2018-ci il tarixli 73/18 nömrəli müddətli əmək müqaviləsi əsasında Hüquq və X13 fasiləsiz olaraq, cəmi 1 il müddətində işlədiyini göstərir. Hansı ki, elə həmin qətnamədə məhkəmə yazır: “AMEA-nm Hüquq və X12 xx xxxxxx 2016-cı il tarixli, 57/K saylı əmrindən görünür ki, İddiaçı xx xxxxxx 2016-cı il tarixdən 3 aylıq sınaq müddəti ilə “Mülki hüquq, mülki proses və sosial-iqtisadi hüquq” şöbəsinə böyük elmi işçi vəzifəsinə qəbul edilmişdir. Belə olduğu halda, onun Hüquq və X13 xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxxx 2019-cu il tarixə kimi 3 ildən artıq bir müddətdə fasiləsiz işləmiş olur. Bu da məhkəmənin işdən xəbərsiz olduğunu və işdə olan materialları tam və hərtərəfli araşdırmadığını göstərən amillərdən biridir. O, AMEA-nm tabeçiliyində olan bir institutdan digər instituta keçirilməyimin Azərbaycan Respublikası Nazirlər Kabineti və AMEAnm Rəyasət Heyətinin qərarları əsasında baş verdiyini və bu zaman əmək haqqımızın verilməsində heç bir fasilə olmadığını və dəyişikliklərin onun iradəsindən asılı olmayaraq baş verdiyini nəzərə alıb, iş stajının xx xxxxxxxx 2012-ci il tarixdən hesablanmasının məqsədəuyğun olduğunu bildirmişdir. Qanunla bu məsələnin düzgün həlli olardı. Bu halda onun Azərbaycan Milli Elmlər Akademiyası sistemində iş stajı 7 ildən artıq bir müddəti əhatə edir. Məhkəmə qətnamədə qeyd edir ki, AMEA-nm prezidenti akademik Akif Əlizadənin xx xxxx 2019-cu il tarixli 379 saylı sərəncamında müəyyən olunur ki, AMEA-nm Hüquq və X12 direktoru, hüquq elmləri doktoru X2 xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək əmək məzuniyyəti verilmişdir. AMEA-nm Hüquq və X12 xx xxxx 2019-cu il tarixli, 81/İ saylı əmrindən görünür ki, institutun direktoru Aytən Mustafazadə xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək əmək məzuniyyətinə getmişdir. Məzuniyyətdə olduğu dövrdə institutun direktoru vəzifəsinin müvəqqəti icrasını elmi işlər üzrə direktor müavini L.F.Əhmədovaya həvalə etmişdir. Göründüyü kimi, Aytən Mustafazadə xx xxxx 2019-cu il tarixli 85/İ nömrəli əmri ilə direktor vəzifəsinin icrasını L.F.Əhmədovaya həvalə etmişdir. Bildirir ki, Aytən Mustafazadə bu zaman da qanunun tələblərini pozmuş, öz vəzifəsindən sui-istifadə etmiş və səlahiyyət həddini aşmışdır. Belə ki, AMEA-nın mövcud idarəçilik prinsiplərinə, AMEA-nm və İnstitutun Nizamnaməsinə görə, direktorun məzuniyyətə getməsi və həmin vəzifəni kiməsə tapşırması AMEA-nm prezidentinin səlahiyyətinə aiddir. Başqa sözlə, Aytən Mustafazadənin məzuniyyətə getməsi və onun yerinə müavini L.F.Əhmədovanm icraçı təyin edilməsi AMEA-nm Rəyasət Heyətinin sərəncamı əsasında həll olunan məsələdir. Aytən Mustafazadənin direktor vəzifəsinin icrasının müavininə və ya başqa şəxsə tapşırmaq hüququ yoxdur. Bu, həm də onunla təsdiq olunur ki, əmr direktor vəzifəsini icra edən tərəfindən deyil, elmi işlər üzrə direktor müavini kimi L.F.Əhmədova tərəfindən imzalanmışdır. Elmi işlər üzrə direktor müavininin belə əmri imzalamaq səlahiyyəti yoxdur. L.Əhmədovanm direktor vəzifəsini icra etməsi barədə AMEA-nm prezidentinin sərəncamı olmadığı halda, institunun elm üzrə direktor müavini L.F.Əhmədovanın onu işdən çıxarması tamam qanunsuzdur. Ona görə, xx xxxxxxxx 2019-cu il tarixli 107/K nömrəli əmr qanunsuz və əsassız olmaqla, etibarsız sayılmalı və onun iddia tələbi təmin olunmalıdır. O, həm Qarabağ müharibəsi veteranıdır, həm də məcburi köçkündür. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətin müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Milli X11 və X20 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-290/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan AMEA-nın Hüquq və X14 xx xxxxxx 2016-cı il tarixli, 57/k saylı əmrindən görünür ki, İddiaçı xx xxxxxx 2016-cı il tarixdən 3 aylıq sınaq müddəti ilə “Mülki hüquq, mülki proses və sosial-iqtisadi hüquq” şöbəsinə böyük elmi işçi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan AMEA-nın Hüquq və X14 xx xxxxxxx 2017-ci il tarixli, 131/k saylı əmrindən görünür ki, İddiaçı “Mülki hüquq, mülki proses və sosial-iqtisadi hüquq” şöbəsinin böyük elmi işçisi xx xxxxxxx 2017-ci il tarixdən “Cinayət hüququ və cinayət prosesi” şöbəsinə böyük elmi işçisi vəzifəsinə keçirilmişdir. İş materiallarından Azərbaycan Milli X11 və X12 direktoru X5 ilə İddiaçı arasında xx xxxxxxxx 2018-ci il tarixdə bağlanmış 73/18 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2018ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Cinayət hüququ və cinayət prosesi” şöbəsində böyük elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan AMEA-nın Hüquq və X14 xx xxxxxxxx 2019-cu il tarixli, 107/k saylı əmrindən görünür ki, İddiaçı ilə bağlanılmış 73/18 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddəti qurtardıqda) xx xxxxxxxx 2019-cu il tarixdən xitam verilmişdir. Qeyd olunan əmr institutun direktor müavini L.F.Əhmədova tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik Akif Əlizadənin xx xxxx 2019-cu il tarixli 379 saylı sərancamından müəyyən olunur ki, AMEA-nın Hüquq və X12 direktoru hüquq elmləri doktoru X3 xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək əmək məzuniyyəti verilmişdir. İş materiallarında olan AMEA-nın Hüquq və X12 xx xxxx 2019-cu il tarixli, 85/İ saylı əmrindən görünür ki, institutun direktoru A.İ.Mustafazadə xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək əmək məzuniyyətinə getmişdir. Məzuniyyətdə olduğu dövrdə İnstitutun direktoru vəzifəsinin müvəqqəti icrası elmi işlər üzrə direktor müavini L.F.Əhmədovaya həvalə edilmişdir. İşin araşdırılmış hallarından məlum olur ki, İddiaçı iddiasında üç əsas göstərmişdir: 1. onun yerinə yetirdiyi işlərin daimi xarakter daşımasına baxmayaraq onunla müddətli əmək müqaviləsinin bağlanması; 2. AMEA-da fasiləsiz 7 ildən çox işləməsinə və bununla əlaqədar əmək müqaviləsinin müddətsiz hesab edilməsinə baxmayaraq onun əmək müqaviləsinin müddətinin keçməsi əsası ilə işdən azad olunması; 3. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması. Birinci əsasla bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Göründüyü kimi, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən əmək müqaviləsi, müqavilə tərəflərinin, yəni işəgötürən və işçinin qarşılıqlı razılığı əsasında müddətli bağlanıla bilər. İşəgötürən AMEA-nın Hüquq və X12 direktoru X6 ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, 73/18 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan müddətə, yəni müddətli əmək müqaviləsinin bağlanmasına həmin müqaviləni imzası ilə təsdiq etməklə razılıq vermişdir. İkinci əsasla, yəni beş ildən artıq AMEA-da fasiləsiz işləməsi ilə əlaqədar onunla bağlanmış müqavilənin müddətsiz olması ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Göründüyü kimi, istinad olunan maddənin tələblərinə əsasən yalnız müddətli əmək müqaviləsi bağlandıqdan sonra əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının 2012-ci ildən işləməsinin nəzərə alınaraq, onunla müddətsiz əmək müqaviləsi bağlanması ilə bağlı dəlili əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli, 277 saylı Qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Milli Elmlər Aakdemiyasına tapşırılmışdır ki, Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilərək, Hüquq və X12 struktur tərkibinə verilməsi qərara alınmışdır. Həmin Qərarın 2.29-cu bəndinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Strukturu”nda dəyişiklik edilərək, Fəlsəfə İnstitutu, 2.31-ci bəndinə əsasən Hüquq və X20 kimi redaksiyada verilmişdir. Azərbaycan Milli Elmlər X7 xx xxxxxxxx 2016-cı il tarixli, 10/5 saylı Qərarının 2.1-ci bəndinə əsasən AMEA-nın Hüquq və X12 direktoruna tapşırılmışdır ki, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun ləğv edilmiş hüquq elmləri üzrə struktur bölmələrində çalışmış peşəkar işçilərin işə götürülməsi məsələsinə baxılmasını təmin etsin. Həmin Qərarın 2.2-ci bəndinə əsasən AMEA-nın Hüquq və X12 direktoruna tapşırılmışdır ki, AMEA-nın Hüquq və X12 strukturunu və ştat cədvəlini müəyyən edib, təsdiq etdirmək üçün AMEA-nın Rəyasət Heyətinə təqdim etsin. Göründüyü kimi, iddiaçı AMEA-nın Hüquq və X13 2012-ci ildən deyil, 2016-cı ildən işləməklə, onun öz iradəsi ilə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, institutunun direktorunun əmrinə əsasən, direktorun məzuniyyətində olduğu dövrdə onun səlahiyyətlərinin icrası əmri imzalamış şəxs, yəni direktor müavini L.F.Əhmədovaya həvalə edilmişdir. Kollegiya apellyatorun məcburi köçkün və müharibə veteranı olması, buna görə əmək müqaviləsinə xitam verilməli olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunanlar hallar “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə nəzərdə tutulmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi Əmək Məcəlləsinin 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı̇ Əhmədxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 290/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Xəyal Sarıyev Hakimlər: imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar