Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3437/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evin 1/7 hissəsindən Cavabdeh1, onun ailə üzvlərinin və digər şəxslərin çıxarılması və evin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia verərək İddiaçı onun xeyrinə 24000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-443/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə geri qaytarılmışdır. Hazırda Cavabdeh1 qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. MPM-in 154.1-ci maddəsinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1, 155.2-ci maddələrinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Baxılan iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş, məhkəmənin ilkin hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, hazırlıq iclası üç dəfə təxirə salınmış, cavabdeh məhkəmənin hazırlıq iclaslarında nümayəndə və vəkillə təmsil olunmuş, qarşılıqlı iddia hazırlıq iclasında təqdim olunmamışdır. MPM-in 154.1-ci maddəsinin tələblərinə əsasən qarşılıqlı iddia iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilə bilər. Cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Bundan əlavə, qanun müddətin keçməsindən sonra qarşılıqlı iddianın verilməsinin mümkünlüyünü xüsusi hallarla şərtləndirmişdir. Qarşılıqlı iddia tələbindən də görünür ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlməmişdir. Bundan əlavə qarşılıqlı iddia ərizəsi A.E.Axundovanın nümayəndəsi Vəkil2 tərəfindən imzalansa da, A.E.Axundova soyadlı şəxsin hazırkı işlə bağlılığı yoxdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən əsaslarla ərizəni geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qarşılıqlı iddia ərizəsinin qaytarılması Cavabdeh1 həmin tələblə bağlı məhkəmədə müstəqil iddia qaldırmaq hüququndan məhrum etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3437/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3437/2023
10.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver