Məhkəmə qərarları › İş №2(103)-3442/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3442/2020

11.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3442/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), X11 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi vəkil X16, Cavabdeh və nümayəndəsi vəkil X12, maraqlı şəxs X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3845/2019 saylı işi üzrə xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və maraqlı şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2011-ci il təvəllüdlü X18 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası (Zeytun yaşayış massivi, Xətai küçəsi, döngə 1, ev 4) ünvanında yerləşən mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində təqdim edilmiş sənədlərin nüsxələrindən müəyyən edilmişdir ki, AZ-İV seriyalı 013911 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxx 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, uşağın atası Cavabdeh, anası İddiaçıdır. (iş.səh.5). atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxx 2011-ci ildə İddiaçı doğulmuş X8 atası hesab edilmişdir (səh.6).Sabunçu Rayon İcra hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli 243 nömrəli məktubdan görünür ki, Maştağa qəsəbəsi, Zeytun yaşayış sahəsi, Xətai küçəsi, döngə 1, ev 4 ünvanda Yusubovlar ailəsi daimi pasport qeydiyyatsız yaşayırlar. Cavabdeh Yusif oğlu kimi tanınır və bu ünvanda pasport qeydiyyatsız yaşayır (səh.9). Abşeron rayon XDS icraiyyə komitəsinin xx.xx.1991 -ci il tarixli 214 saylı qərarına əsasən torpaq sahəsi qanuni əsaslarla X3 verilmişdir (səh.18). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3845/2019 saylı işi üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı, xx xxxx 2011-ci il tarixdə anadan olmuş X18 ilə birlikdə Maştağa qəsəbəsi, Daş Karxanası, Zeytun yaşayış sahəsi, Xətai küçəsi, döngə 1, ev 4-də yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 4.1,16, 27.1; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88, 217.1, 217.3, 217.4, 218.1; «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.4-cü bəndinə istinadən qeyd edilmişdir ki, iddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəh. Maştağa qəs. Daş Karxanası, Zeytun yaşayış sahəsi Xətai küç. döngə 1, ev 4-ə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia ərizəsində qeyd edir ki, 2010-cu ildə onunla ailə qurmuş, sözügedən mənzilə gəlin gəlmiş, sonra köhnə ev onun valideynlərinin hesabına sökülmüş, yenidən tikilərək ora 2016-cı ildə köçüb yaşamağa başlamışdır. İddiaçının iddia tələbi ilə razı deyil və iddia ərizəsinə qarşı etiraz edir. Bunu atası məhkəmədə də bildirmişdir. Belə ki, iddiaçı iddia ərizəsində düzgün qeyd etmir. Belə ki, iddiaçı ilə ailə quranda onun evi yox idi, də qardaşından və atasından xahiş edib ki, müvəqqəti olaraq qardaşı Yusubov Elşad və onun arvadı X9 məxsus evdə yaşasın. Onlar da xahişini nəzərə alıb buna öz razılıqlarını vermişlər. Çünki həmin ev onlara məxsusdur, evi isə yoxdur. Evi Gürcüstan Respublikası, Dmanisi rayonu. Bəzəkli kəndindədir. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya köhnə ev onun valideynlərinin hesabına sökülüb sonra yeni ev tikilmişdir. Bütün bunlar yalan və böhtandır. Köhnə evi onun qardaşı və onun arvadı 2012-ci ildə yenisini tikmişdir, atası isə onlara köməklik etmişdir. Bütün bunları atası və qardaşı Elşad oz vəsaiti hesabına etmişlər. Bu faktı bütün qohum, qonşular və evi tikən ustalar sübut edə bilərlər, iddiaçı ilə nikahı yoxdur, onlar rəsmi ər arvad deyillər, lakin məhkəmə əsassız olaraq iddiaçını qardaşının arvadına məxsus evə köçürmüşdür. Bununla razı deyli. Özüm hal-hazıradək Gürcüstan Respublikasında yaşayır. İddiaçı isə oz valideynlərinin evində yaşayır, iddiaçını evdən qovan olmayıb, iddiaçı qızıl zinət əşyalarını, özünə məxsus qiymətli cehiz əşyalarından götürərək qardaşı vasitəsilə aparmışdır. İddiaçı cehiz əşyalarının yarısını aparıb getmişdir. Onun həmin evdə yaşamaq fikri yoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, sözügedən mübahisəli torpaq sahəsi Abşeron rayon XDS icraiyyə Komitəsinin xx.xx.1991 -ci il tarixli 214 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X4 0,10 ha həyətyanı torpaq sahəsi aryırlımdlır. Sonra X10 həmin torpaq sahəsini Süleymanov Xaləddin Ömər oğluna satmışdır. Sonuncu da həmin torpaq sahəsini və orada yerləşən evi mənim qardaşım və onun arvadı X14 almışdır. Həmin ev və torpaq sahəsi X2 Güllərin adında qeydiyyatdadır, Həmin ev və torpaq sahəsinə bələdiyyə vergisi ödəyir. Evin işığı, təbii qazı Güllərin və atanın adınadır. Həmin evə və torpaq sahəsinə Cavid MR MMC tərəfindən xx.xx.2007-ci il tarixdə qiymətləndirmə rəyi verilmişdir. Həmin sənəddə qeyd edilir ki evin mülkiyyətçisi Qarayeva Güllərdir. Beləliklə də işdə sənədlərdən görünür ki, iddiaçı cavabdeh qismində işə cəlb etsə də iş üzrə o, əsl cavabdeh deyil. Ev ona məxsus deyilsə deməli mən cavabdeh ola bilməz. Çünki ididaçının köçmək istədiyi həmin ev ona məxsus deyil və həmin evdə yaşamır Gürçüstan Respublikasında yaşayır, bu faktı təsdiq edən ərizəsi vardır. İş üzrə əsl cavabdeh Qarayeva Güllər olmalıdır, iddia ərizəsi ona qarşı verilməli idi, ona qarşı yox. İddiaçının qardaşının və onun arvadının evinə köçmək huququ yoxdur. Ailə quranda iddiaçıya bildirmişdir ki, qardaşının evində müvəqqəti yaşayacaqlar. İddiaçı da bunu bilirdi. Həmin ev ona məxsus deyil, ona görə də iddiaçı həmin evə köçürülməsi tam qanunsuzdur. Məhkəmənin çıxardığı qətnamə tam qanunsuzdur və həmin qətnamə ləğv olunmalıdır. Maraqlı şəxs X17 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyada müəyyən olunmuşdur ki: Abşeron rayon XDS icraiyyə Komitəsinin xx.xx.1991 -ci il tarixli 214 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X3 0,10 ha həyətyanı torpaq sahəsi aryırmışdır (səh.55). xx.xx.2019cu il tarixli akta əsasən imza edənlər təsdiq edir ki, Bakı şəh. Maştağa qəs. Daş Karxanası, Zeytun yaşayış sahəsi Xətai küçəsi. döngə 1, 4 saylı köhnə ev sökülərək yenidən tikilmiş və həmin ev X21 və arvadı X15 tərəfindən öz vəsaitləri hesabına tikilmiş, həmin evin tikintisində X6 köməkliyi də olmuşdur. Yusubov X19 Naidə Yaşar qızı tərəfindən həmin evin tikintisində heç bir rolları olmamış, həmin evin tikintisinə də heç bir vəsait qoymamışlar Cavabdeh və İddiaçı həmin evdə müvəqqəti olaraq yaşamışlar. Həmin ev Qarayeva (Yusubova) Güllər Telman qızı və X37 ogluna məxsusdur (səh.51). Daşınmaz Əmlakın ******* saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı qismində X13, alıcı qismində isə X17 çıxış etmişdir (səh.166).Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 78R ünvanına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarış verilmişdir ( səh.89). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli texniki pasportu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 78R ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş, hüquq sübyekti qismində X15 qeyd edilmişdir (səh.90). Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri 7 saylı Vəkil Bürsosuna Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası, Zeytun yaşayış sahəsi, Xətai küçəsi, döngə 1-də yerləşən 4 saylı evin daşınmaz əmlak kimi adına qeydiyyatdan keçibkeçməməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 348 nömrəli sorğusuna cavab olaraq ünvanlanmış məktubunda Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası, Zeytun yaşayış sahəsi, Xətai küçəsi, döngə 1də yerləşən 4 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilmədiyi bildirilmişdir (səh.168). Maraqlı şəxs X17 apellyasiya şikayətinə əlavə verərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Sabunçu rayon Məhkəməsinin hakimi Samir Talıbov qanunsuz olaraq qətnamə qəbul edib və qətnamənin qət etdi hissəsində İddiaçı və uşağının Maştağa qəs. Daş Karxanası, Zeytun yaşayış sahəsi, Xətai küçəsi, döngə 1, ev 4-də yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikiliyə köçürülməsi qeyd olunmuşdur. Lakin iş materiallarında həmin ünvanın möcud olmasına dair heç bir sübut yoxdur. Məhkəmə işdə olan Maştağa qəsəbəsi nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 243 saylı kserokopiyadan ibarət olan məktuba istinad edərək iddiaçını həmin məktuba əsasən evinə köçürmüşdür. Halbuki iş materiallarında olan sənədlərdən görünür: DƏDRX nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Maştağa qəs. Daş Karxanası, Zeytun yaşayış sahəsi, Xətai küçəsi, döngə 1, ev 4 fərdi yaşayış evi dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Maştağa qəsəbə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Maştağa qəs. Daş Karxanası, Zeytun yaşayış sahəsi, Xətai küçəsi, döngə 1, ev 4 ünvanına dair ev dəftəri aşkar edilməmişdir. İşdə olan Abşeron rayon XDS İcraiyyə komitəsinin xx.xx.1991 -ci il tarixli 214 saylı qərarına əsasən X3 fərdi yaşayış evnin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Beləliklə də yuxarıda sadalanlara əsasən qeyd etmək istəyirəm ki, Sabunçu rayon Məhkəməsinin qətnaməsinə əsasən qeyd etdiyi kimi iddiaçının köçmək istədiyi ev özbaşına tikili deyil, həmin ev Abşeron rayon XDS icraiyyə komitəsinin xx.xx.1991 -ci il tarixli 214 saylı qərarına əsasən tikilmişdir, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin qanuni əsaslarla X3 verilmiş və o da həmin torpaq sahəsində ev tikmişdir, sonradan həmin torpaq sahəsini və evi o, almışdır. İddiaçının köçmək istədiyi Bakı şəhəri Maştağa qəs. Daş Karxanası, Zeytun yaşayış sahəsi, Xətai küçəsi, döngə 1, ev 4 fərdi yaşayış evi mövcud deyildir, belə bir ünvan nə reyestr xidmətindən, nədə ki, Sabunçu RİH-nin Maştağa qəsəbə nümayəndəliyindən qeydiyyatdan keçmir. Qeydiyatdan keçməyən və mövcud olmayan bir ünvana iddiaçının köçürülməsi qanunsuzdur. İddiaçının mübahisələndiridyi evin ünvanı Maştağa qəs. Subtropik sovxoz, ev 78 R evdir, həmin ev də onun xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsini və evi alqı-satqı müqaviləsi ilə notariat kontorunda X1 almış, evin çıxarışı da onun adlınadır. Evin ünvanı çıxarışda Maştağa qəs. Subtropik sovxoz, ev 78 R kimi qeyd olunmuşdur. İddiaçı tərəfindən nə ona, nədəki mülkiyyətində olan Maştağa qəs. Subtropik sovxoz, ev 78 R evə qarşı heç bir iddia tələbi qaldırmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və nümayəndəsi vəkil X22 apellyasiya şikayətlərini müdafiə edərək, evin özbaşına tikili olmadığını, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin qanuni əsaslarla X3 verildiyini və həmin torpaq sahəsində ev tikdiyini, sonradan həmin torpaq sahəsini və evi Gülərin aldığını, Gülərin 2007-ci ildən həmin mənzilə əmlak vergisini ödədiyini, Elmanın və Naidənin faktiki olaraq ailə qurduqdan sonra müvəqqəti olaraq o evdə yaşadıqlarını, rəsmi olaraq nikaha daxil olmadıqlarını, 2017-ci ildə ayrıldıqlarını, Elmanın hal-hazırda Gürcüstan Respublikasında yaşadığını, iddiaçının köçürülməsini tələb etdiyi evə hər hansısa hüququnun olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs X17 apellyasiya şikayətini müdafiə edərək, həmin evin ona məxsus olduğunu, Elman Naidənin orada müvəqqəti olaraq yaşadığını, evin Elmana heç bir aiddiyyətinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X16 apellyasiya şikayətini qəbul etməyərək, 2014-cü ildə oraya gəlin köçdüyünü, hazırki tikilinin əvvəllər orada mövcud olmadığını,qeyd edilən tortpaq sahəsində bir neçə tikilinin olduğunu, həmin mənzilin Elman və iddiaçının valdeynlərinin vəsaiti hesabına tikildiyini, iddiaçının həmin evə köçürürlməsinin qarşısının alınması məqsədilə evə dərhal çıxarış alındığını, həmin mənzilin özbaşına tikili olduğunu bildirmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 63-67; Mənzil Məcəlləsinin 30; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair qərarı; MM-in 6, 11.1; 139-158, 180, 226, 228-ci maddələrinə, “Yaşayışyerivəolduğuyerüzrəqeydiyyathaqqında”AzərbaycanRespublikasınınQanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarının 1-ci maddəsinə; Azərbaycan Respublikası MPM-in 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 267, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə həqiqi hallara uyğun gəlməmiş, daşınmaz əmlakın mülki hüquqi statusu, evin sahibliyinin və digər hüquqlarının, habelə cavabdehə qarşı yönəlmiş tələbin sonuncuya aidiyyəti müəyyən edilməmiş, mülkiyyət, sahiblik və istifadə hüquqları olmuş digər şəxslər cəlb edilməmiş, iddiaçının irəli sürdüyü dəlillər sübuta yetirilməmiş və iddiaçının başqa ünvanda qeydiyyatda olması, habelə daşınmaz əmlakın başqa şəxsə məxsus olması müəyyən edilmişdir. Ona görə, hazırki münasibətlərdə iddiaçının və cavabdehin subyektiv hüququ müstəvisində sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsinin müəyyən edilməməsi iddianın təmin edilməsi üçün əsas olmamışdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia əsassız olduğundan təmin edilməməlidir. İddia əsassız olduğundan və apellyasiya şikayəti üzrə başqa tələb olmadığından ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. İddiaçının diqqətinə çatdırılmalıdır ki, ilk olaraq hər hansı daşınmaz əmlaka dair hüququların təsbit edilməsi üçün müvafiq icra hakimiyyətinə və ya bələdiyyəyə müraciət ertməli, müəyyən edilmiş səlahiyyətə sahib müvafiq icra hakimiyyətində rəsmi qeydiyyatdan keçdikdən sonra hüquqlarının müdafiə edilməsi üçün mübahisə yaranarsa məhkəmyə müraciət etməkdə haqlıdıır. Hazırki mülki hüquq münasibətlərində cavabdehlə nikah mövcud olmadığından maddi hüquq normalarının qeyd edilən müddəalarının analogiya üzrə tətbiqi belə hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh və maraqlı şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3845/2019 saylı işi üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı (X17 maraqlı şəxs qismində cəlb edilməklə) “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar