Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3445/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 (eyni zamanda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi), Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili və eyni zamanda Cavabdeh1 nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair ilk, birgə iddiaçılar Cavabdeh1 və qeyrilərinin cavabdeh İddiaçı qarşı miras paylarının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-5582/2019 saylı qətnaməsindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə və İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh1 İddiaçı qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və dövlət qeydiyyatının ləğv edilməsi, fərdi yaşayış evi nüzərində birgə mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-130/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilmələri barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, mərhum Ədalət Qurbanovun doğma bacısı, Cavabdeh1 keçmiş arvadı, Cavabdeh2 və Cavabdeh3 isə övladlarıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, qardaşı X13 Qurbanovanın arasında bağlanmış nikah pozulmuş və bir müddət subay yaşadıqdan sonra qardaşı Ədalət Qurbanov xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Vəfat etməzdən öncə qardaşı Ədalət Qurbanov mülkiyyətində olmuş Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evini ona bağışlamış və bu evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ədalət Qurbanovun sağlığında cavabdehlər onun qayğısına qalmamış, onun ehtiyaclarını qarşılamamış, hətta o, xəstə olduğu dövrlərlə belə onunla maraqlanmamışlar. Qardaşının bütün əziyyətini və müalicə xərclərini o, digər qardaşı, bacısı və onların ailə üzvləri çəkmişdir. Qardaşı Ədalət vəfat etdikdən sonra isə onun dəfn və mərasim xərcləri də onların hesabına ödənilmişdir. Qardaşı hələ sağlığında özünə məxsus olan evin onunla maraqlanmayan, xəstə olduğu dövrlərdə ona köməklik etməyən cavabdehlərə miras qalmamasını istəmişdir. Lakin qardaşının bu vəsiyyətinə heç bir əhəmiyyət verməyən Cavabdeh1 hal-hazırda məhkəməyə müraciət edərək, bu bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və qardaşı ilə olmuş nikahın məhkəmə qaydasında pozulmasına dair qətnamənin ləğv edilməsinə çalışır. Nəticə etibarilə, Cavabdeh1 Ədalət Qurbanovun son iradəsini həyata keçirməsinə qəsdən maneə törədir və bununla da özünün və özünə yaxın digər cavabdehlərin vərəsəliyə çağırılmasına, habelə miras paylarının artırılmasına çalışır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı Bakı şəhəri İ.İsmayılov küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evinin 6/12 hissəsinə və həmçinin 2/12 hissəsinə, ümumilikdə 8/12 hissəsinə Cavabdeh1 pay hüququnun, 2/12 hissəsinə Cavabdeh2, 2/12 hissəsinə isə Cavabdeh3 pay hüququnun müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Cavabdeh1 1983-cü ildə X11 ilə ailə qurmuşdur. Bu nikahdan 1984-cü ildə Tünzalə, 1985-ci ildə isə Pərviz doğulmuşdur. Onlar 1983-cü ildən 2004-cü ilədək ünvan 3 ünvanında yaşamışlar. Ədalət və Gülzadə Qurbanovlar birgə mülkiyyətlərində olmuş mənzili 2004-cü ildə sataraq əldə edilən vəsait hesabına Bakı şəhəri İ.İsmayılov küçəsi, 43 ünvanında fərdi yaşayış evi inşa etmiş və oraya köçmüşlər. 2014-cü ildə Ədalət Qurbanov İ qrup əlil olmuş və Cavabdeh1 ona baxmışdır. Sözügedən evin inşa edildiyi 120 kv.metr torpaq sahəsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 279 nömrəli sərəncamı ilə ailənin böyüklüyü və mənzilin darısqallığı nəzərə alınaraq onlara verilmişdir. 2011-2012-ci illərdə Bakı şəhəri İ.İsmayılov küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etmiş və evin layihəsi hazırlanmışdır. Həmin vaxt Gülzadə və Ədalət Qurbanovlar birlikdə sənədlərin toplanmasını həyata keçirmişlər. 2015-ci ilin yanvar ayında Ədalət Qurbanov 15 illik etibarnamə verərək əmlaklarının idarə olunmasını Cavabdeh1 həvalə etmişdir. Ədalət Qurbanov xx.xx.2019-cu ildə dünyasını dəyişəndən sonra bacısı İddiaçı evə gələrək Bakı şəhəri İ.İsmayılov küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evinin artıq ona məxsus olduğunu bildirmişdir. Bundan sonra ailəyə məlum olmuşdur ki, Cavabdeh1 xəbəri olmadan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X14 Qurbanova ilə x xxxx 1983-cü il tarixdə bağlanmış nikahları pozulmuşdur. Cavabdeh1 ilə nikaha qanunsuz olaraq xitam verildikdən sonra xx.xx.2018-ci il tarixdə qətnamə icraya yönəldilərək nikahın pozulması haqqında şəhadətnamə alınmış, maneə aradan qaldırıldıqdan sonra xx.xx.2018-ci il tarixdə Ədalət Qurbanovun adına Bakı şəhəri İ.İsmayılov küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmış, xx.xx.2018-ci ildə Ədalət Qurbanov tərəfindən qardaşı Namiq Qurbanova etibarnamə verilmiş və son nəticədə xx.xx.2019-cu il tarixli müqavilə ilə həmin ev qanunsuz olaraq İddiaçı bağışlanmışdır. xx.xx.2019-cu ildə səhər saat 4 radələrində X18 Qurbanova və uşaqlarının yanında Bakı şəhəri İ.İsmayılov küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 5582/2019 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin şikayət qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verildiyinə görə geri qaytarılmışdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilərək qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti qarşılıqlı iddiaya uyğun əsaslandırılmışdır. Digər mülki iş üzrə İddiaçı Cavabdeh1 qarşı cavabdehin Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsi, 43 saylı evdən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 isə qarşılıqlı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək X11 ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanmasına dair xx.xx.2019-cu il tarixli müqavilənin və həmin bağışlama müqaviləsi əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli RX ******* nömrəli çıxarışın və dövlət qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evi üzərində birgə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-130/2020 saylı qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilərək X11 ilə İddiaçı arasında Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinin və həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli çıxarışın, həmçinin çıxarışın dövlət qeydiyyatının etibarsız hesab edilməsi, X4 və Cavabdeh1 Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evinə umumi mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu ilkin iddia tələbinin məzmunu ilə eyni olmaqla məhkəmə tərəfindən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Apellyasiya icraatı mərhələsində Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hər iki iş baxılması üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onların nümayəndəsi X16 öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini, İddiaçı nümayəndəsi X6 isə qətnamədən verdikləri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-5582/2019 saylı qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək qarşılıqlı iddia təmin edilməli, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-130/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, X1 Kəmalə Poqruz qızının qardaşı, Cavabdeh1 əri, Cavabdeh2 və Cavabdeh3 isə atasıdır. X13 Qurbanova 1983-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 1984-cü ildə Cavabdeh2, 1985-ci ildə isə Cavabdeh3 doğulmuşdur. Ədalət Qurbanovun iddiası əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş, Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X4 Cavabdeh1 qarşı nikahın pozulması tələbinə dair iddiası üzrə mülki işin icraatına iddiaçının ölməsi ilə əlaqədar xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu 96 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 107 saylı arayışdan görünür ki, X11 xx.xx.1984-cü ildən xx.xx.2005ci ilədək həyat yoldaşı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu Cavabdeh3 ilə birlikdə Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi 3 saylı evin 61 saylı mənzilində qeydiyyatda olmuş və yaşamışlar. İş materiallarında olan satıcı X11 və alıcı X5 arasında bağlanmış xx.xx.2004-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Ədalət Qurbanov ünvan 5 ünvanında yerləşən iki otaqlı mənzilini Qalamzar Zaryarovaya satmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 279 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsində gizgidə göstərilən sahədə uzun illər istifadəsində olan 120 kv.m. torpaq sahəsinin İ.İsmayılov küçəsi ev 3 mənzil 61-də yaşayan X9onun adına sənədləşdirilməsi və yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Evin layihəsi hazırlanmış və təsdiq olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli RX ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsində yerləşən 0,012 ha (120 kv.m) torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X4 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli RX ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu 96 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 119 saylı arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh3 2004-cü ildən Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi, 43 üvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşamışlar. İş materiallarında olan xx.xx.2018-ci il tarixli AR-İ 716176 saylı etibarnamənin surətindən görünür ki, X11 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X7 etibar etmişdir. İş materiallarında olan X11 və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Ədalət Qurbanov mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi, 43 ünvanında yerləşən 0,012 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini İddiaçı bağışlamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli RX ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 2 saylı Bakı ASAN Xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019cu il tarixdə Bakı şəhərində ölmüşdür. Beləliklə, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi, 43 üvanında yerləşən fərdi yaşayış evi X13 Qurbanovanın birgə nikahı dövründə əldə edilməklə xx.xx.2018-ci il tarixdə birincinin adına qeydə alınmış, həmin əmlak Ə.Qurbanovun adından verilmiş etibarnamə əsasında xx.xx.2019-cu il tarixdə bacısı İddiaçı bağışlanmış və sonuncunun adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Mənzil bağışlanarkən arvadı Cavabdeh1 razılığı alınmamışdır, hazırda həmin mənzildə Cavabdeh1 öz ailə üzvü ilə birlikdə yaşayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Eyni müddəa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsində də nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi, 43 üvanında yerləşən fərdi yaşayış evi X13 Qurbanovanın birgə nikahı dövründə əldə edildiyindən, birinci instansiya məhkəməsi həmin fərdi yaşayış evinə onların ümumi mülkiyyət hüququnu tanımaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, ərarvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, X13 Qurbanova x xxxx 1983-cü ildən xx xxxxxx 2019-cu ilədək rəsmi nikah münasibətlərində olduğundan və nikahın həqiqiliyi prezumpsiyası qüvvədə olduğundan, Ədalət Qurbanovun birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evini bağışlamaqla ona dair sərəncam verdiyi zaman arvadı Cavabdeh1 razılığının olmaması həmin müqavilənin etibarsızlığı barədə nəticəyə gəlməyə əsas verir. Bağışlama müqaviləsinin etibarsızlığı isə həmin müqavilədən irəli gələn hüquqi nəticələrin, o cümlədən İddiaçı adına verilmiş çıxarışın və dövlət qeydiyyatının ləğvinə səbəb olur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən bağışlama müqaviləsini etibarsız hesab edib ondan irəli gələn hüquqi nəticələri, yəni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və mülkiyyət hüququnun dövlət qeydiyyatını ləğv etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-130/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 5582/2019 saylı qətnaməsindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə gəldikdə isə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Birinci instansiya məhkəməsi birgə iddiaçılar Cavabdeh1 və qeyrilərinin cavabdeh İddiaçı qarşı miras paylarının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasını ona görə təmin etməmişdir ki, miras açılan dövrdə ev artıq İddiaçı bağışlanmış, mübahisəli evlə bağlı bağlanmış bağışlama müqaviləsi ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, yəni qüvvədə olmuşdur. Lakin məhkəmə bu işə baxılarkən elə həmin məhkəmədə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sair tələblərə dair başqa mülki işə baxıldığını bildiyi halda, işin icraatını dayandırıb həmin işə baxılmasının nəticəsini gözləməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, bağışlama müqaviləsi etibarsız hesab olunduğundan və Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi, 43 üvanında yerləşən fərdi yaşayış evi X13 Qurbanovanın ümumi mülkiyyətində olan əmlak sayıldığından, fərdi yaşayış evinin ½ hissəsinə Cavabdeh1 ümumi mülkiyyətdən pay hüququ, evin qalan ½ hissəsinə isə Ədalət Qurbanovdan miras qalmış əmlak kimi onun birinci növbədə olan vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/6 hissədə miras hüququ tanınmalıdır. Beləliklə, Cavabdeh1 mülkiyyət hüququ üzrə payı da nəzərə alınmaqla, həmin fərdi yaşayış evi üzərində Cavabdeh1 ümumi payı 4/6, Cavabdeh2 payı 1/6, Cavabdeh3 payı 1/6 hissədə müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia ərizəsində payların 8/12, 2/12 və 2/12 hissələrdə müəyyən olunması xahiş olunsa da, riyazi hesablamalara əsasən 8/12-in 4/6-ə, 2/12-nin isə 1/6-ə bərabər olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə kimi bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1162-ci maddəsinə görə, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. İşin faktiki hallarından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakı faktiki olaraq qəbul etmişlər. Bundan əlavə, məhkəmə araşdırması zamanı X13 Qurbanovanın nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və onların ayrı yaşadıqları təsdiq olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və qeyrilərinin cavabdeh İddiaçı qarşı miras paylarının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasını rədd etməklə birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, qətnaməni dəyişdirə bilər, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 5582/2019 saylı qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinin rədd edilməsi ilə bağlı hissədə ləğv edilsin. Qarşılıqlı iddia təmin edilsin. Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə Cavabdeh1 ümumi mülkiyyətdə pay hüququ, həmin evin X3 miras qalmış ½ hissəsinə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/6 hissədə miras hüququ tanınsın. Həmin fərdi yaşayış evi üzərində Cavabdeh1 ümumi payı 4/6, Cavabdeh2 Ədalsət qızının payı 1/6, Cavabdeh3 payı 1/6 hissədə müəyyən edilsin. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-130/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qarşılıqlı iddia verilməsi üçün ödənilmiş 10 manat, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 5 manat dövlət rüsumu İddiaçı alınıb Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilsin. İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3445/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3445/2020
04.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver