Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3449/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı və digər İddiaçı2 etibarnamə əsasında nümayəndəsi İddiaçı1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-193/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən əmlaklarına dəymiş zərərin əvəzi olan 3.135 manat sığorta pulunun alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbi onunla əsaslandırmışlar ki, onlara məxsus ünvan 1 ünvanda yerləşən 15 nomrəli mənzildə 15.12.2020-ci il tarixdə yanğın hadisəsi olmuş və mənzilə ziyan dəymişdir. Yanğının nəticəsində tikintiyə dəyən zərərin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən məhkəmə tikinti-texniki ekspertiza aparılmış və ekspert rəyində onlara məxsus yanğına məruz qalmış mənzilə dəyən ümumi zərər 3.135 manat qeyd edilmişdir. Mənzil icbari sığorta olunmuş və sığortaçı şirkət "xxxx" ASC-dir. Lakin sığortaçı dəymiş zərəri real zərər olaraq qiymətləndirməmiş və sığortaçının tərtib etdiyi ekspert rəyində zərəri 445 manat kimi müəyyən etmişdir. Qeyd edilən məbləğ dəymiş zərərin aradan qaldırılması üçün lazımi məbləğdən dəfələrlə azdır. Odur ki, cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-193/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı2 iddiasının qismən təmin edilməsi, "xxxx" ASC-dən İddiaçı2 xeyrinə sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi olaraq 2.935 (iki min doqquz yüz otuz beş) manat sığorta ödənişinin tutulması, İddiaçı2 iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı1 iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-193/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qeyd olunan maddələrdə müvafiq olaraq sığorta hadisəsi üzrə obyektiv qiymətləndirmənin aparılması üçün "xxxx" ASC “Sığorta fəaliyyəti haqqında” Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla müstəqil ekspert R.A.Əlişova müraciət etmişdir. Məhkəmə Ekspertizası tərəfindən tərtib edilmiş 07.05.2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi FHN Əməliyyat-İstintaq İdarəsinin 23.06.2021-ci l tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarında öz əksini tapmışdır. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Hesab edirik ki, məhkəmə əsassız olaraq Məhkəmə Ekspertizası tərəfindən tərtib edilmiş 07.05.2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyini müstəqil ekspert R.A.Əlişov tərəfindən tərtib edilmiş daşınmaz əmlaka dəymiş zərərə dair 25.01.2021-ci il tarixli ekspert rəyindən daha mötəbər sübut kimi qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-193/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə ekspertiza təyin edərək həmin ekspertizanın verdiyi rəyə müvafiq olaraq yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı2 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmim şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı və digər İddiaçı2 etibarnamə əsasında nümayəndəsi İddiaçı1 cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-193/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Ələkbərov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı1 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83-də yerləşən ümumi sahəsi 65.8 kv.m, yaşayış sahəsi 42.2 kv.m, yardımçı sahəsi 23.6 kv.m olan 390 saylı evin, 15 saylı mənzili tam paylı mülkiyyət hüququ üzrə İddiaçı2 adına ********** qeydiyyat nömrəsi ilə 28.07.2012-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində 90 nömrəli teyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır.(İ.vər. 18) İş materiallarında olan, 28.07.2012-ci il tarixdə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportun surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83 ünvanında yerləşən 390 saylı binanın 15 saylı mənzilin ümumi sahəsi 35,8 kv.m., yaşayış sahəsi 42,2 kv.m. təşkil edir, mənzil iki örtülü eyvan (4,4 kv.m. və 2 kv.m.), ayaq yolu (1,2 kv.m.), bir dəhliz (9,7 kv.m.), bir mətbəx (8,3 kv.m.), bir açıq eyvan (2,7 kv.m.) və üç yaşayış otağından (12,2 kv.m, 20,4 kv.m., 9,6 kv.m.) ibarətdir.(İ.vər. 16 - 17) İş materiallarında olan, Şəhadətnamə № RGU**********, Setiya BB № 29363 saylı, 19.12.2019-cu il tarixli Daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, sığortalı İddiaçı2 ünvan 1, mənzil 15 ünvanda yerləşən mənzili "xxxx" ASC-də 18.12.2020ci il tarixədək sığortalamışdır. Sığorta haqqı 20.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilə üzrə azadolma məbləği 200 manat müəyyən edilmişdir.(İ.vər. 51) İş materiallarında olan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23.06.2021-ci il tarixli qərarının surətindən görünür ki, Nəcəfova X4 şəhəri, Kəpəz rayonu, 38 nömrəli hərbi şəhərcik, ev 390 ünvanda yerləşən 15 nömrəli mənzilin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.2-ci bəndinin və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 1.10.2-ci bəndlərinin tələblərini pozaraq mənzildə yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də 15.12.2020-ci il tarixdə, saat 08 radələrində mənzilin qonaq otağında gərginlik altında olan elektrik uzadıcısında qəza hallarının yaranmasından yanğın baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.06.2021-ci il tarixli, 10/305 saylı məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən İddiaçı2 Bəhram qızına məxsus 15 nömrəli mənzildə baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılması olan təmir-bərpa işlərinin dəyəri təqribən 3.135 manatdır. Yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, maddi ziyan İddiaçı2 Bəhram qızının özünə dəymiş, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Göstərilənləri nəzərə alaraq 15.12.2020-ci il tarixdə, saat 08 radələrində ünvan 3 ünvanda yerləşən İddiaçı2 Bəhram qızına məxsus 15 saylı mənzildə baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.(İ.vər. 10) İş materiallarında olan, FHN-nin Əməliyyat-İstintaq İdarəsi tərəfindən təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/305 saylı, 07.05.2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən vətəndaş İddiaçı2 Bəhram qızına məxsus 15 nömrəli mənzildə baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 3.135,0 manat məbləğində müəyyən olunmuşdur.(İ.vər. 11 - 15) İş materiallarında olan, iş üzrə "xxxx" ASC-nin müraciəti əsasında müstəqil ekspert R.A.Əlişov tərəfindən tərtib edilmiş daşınmaz əmlaka dəymiş zərərə dair 25.01.2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, İddiaçı2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu ünvanında yerləşən mənzildə baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin ümumi dəyəri 445 manat məbləğində müəyyən olunmuşdur.(İ.vər. 20 - 23) İş materiallarında olan, "xxxx" ASC tərəfindən verilmiş sığorta ödənişi ilə bağlı RGU- 0006/21 saylı, 26.07.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı2 məxsus Gəncə şəhəri, 38 saylı hərbi şəhərcikdə yerləşən 390 nömrəli binanın 15 saylı mənzilin yanğın və digər əlavə risklərdən sığortası növü üzrə 19.12.2019-cu il tarixdən 18.12.2020-ci il tarixədək 20.000 manat məbləğində "xxxx" ASC-də sığortalanmış,15.12.2020-ci il tarixdə baş vermiş yanğın nəticəsində İddiaçı2 məxsus mənzilinə 445 manat məbləğində ziyan dəymişdir. Hesablanmış 245 manat sığorta ödənişi İddiaçı2 köçürmə yolu ilə ödənilməlidir.(İ.vər. 19) Birinci instansiya məhkəməsi işin materialları əsasında müəyyən etmişdir ki, İddiaçı2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83 ünvanında yerləşən 390 saylı evin 15 saylı mənzili icbari qaydada "xxxx" ASC-də 19.12.2019-cu il tarixli RGU********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. 15.12.2020-ci il tarixdə həmin mənzildə yanğın baş vermiş və mənzilə ziyan dəymişdir. FHN-nin Əməliyyat-İstintaq İdarəsi tərəfindən hadisə ilə əlaqədar yoxlama aparılmış, təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mənzildə baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri 3.135 manat müəyyən edilmiş, baş vermiş yanğında cinayət hadisəsi olmadığından 23.06.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. İddia tələbindən görünür ki, "xxxx" ASC tərəfindən dəymiş zərər real zərər olaraq qiymətləndirilməmiş, tərtib edilmiş ekspert rəyində zərər 445 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ dəymiş zərərin aradan qaldırılması üçün lazımi məbləğdən dəfələrlə azdır. Bu səbəbdən dəymiş zərərin əvəzi olan 3135 manat pulun tutulmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. Həmin Məcəllənin 909.1-ci maddəsinə əsasən sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Həmin Məcəllənin 922-ci maddəsinə əsasən; 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda zərərçəkən şəxsin maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ var. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən sığorta ödənişi düzgün hesablanmamış və bu iddiaçıya ödənilməli olan sığorta ödənişi vurulmuş ziyan həddində olmalıdır. Məhkəmə hesab etmişdir ki, məhkəmə tikinti-texniki ekspertizasının rəyi daha mötəbər sübut kimi qəbul edərək əsas götürülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə hüquqi cəhətdən qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.2-ci maddəsinə əsasən Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat təşkil edir. Həmin Qanunun 3-cü maddəsinə əsasən sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması, sığorta hadisələrinin nəticələrinin aradan qaldırıması icbari sığortaların əsas prinsipidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir.Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" ASC apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, nümayəndəsi apelyasiya məhkəməsinin iclasında iştirak edərək şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətində göstərdiyi, birinci instansiya məhkəməsinin məhkəmə tikinti-texniki ekspertizasının 07.05.2021-ci il tarixli rəyini müstəqil ekspert R.A.Əlişov tərəfindən tərtib edilmiş daşınmaz əmlaka dəymiş zərərə dair 25.01.2021-ci il tarixli ekspert rəyindən daha mötəbər sübut kimi qəbul etməsi barədə dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı2 məxsus Gəncə şəhəri, 38 saylı hərbi şəhərcikdə yerləşən 390 nömrəli binanın 15 saylı mənzilində baş vermiş yanğın nəticəsində 445 manat məbləğində ziyan dəyməsi əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-193/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti beş min manatdan az, yəni 3.135 (üç min yüz otuz beş) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-193/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-3449/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3449/2022
17.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver