Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3450/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, həmçinin digər İddiaçı2 Cümə qızının nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cümə qızının Cavabdeh qarşı “mənzilin satılması və pulun bölünməsi” tələbinə dair ilk; iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(005)-19/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Cümə qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçılar və cavabdeh bacı-qardaşdırlar. ünvan 2 paylı mülkiyyət olmaqla İddiaçı2 Cümə qızının və İddiaçı1 hər birinin 1/3 hissədə payı tanınmaqla mülkiyyətlərinə keçmiş, digər 1/3 hissə isə açıq qalsa da faktiki olaraq Cavabdeh Cümə oğlunun istifadəsindədir. Hazırda paylı mülkiyyətçilərdən İddiaçı1 və İddiaçı2 Cümə qızı qeyd edilən mənzilin satılmaqla əldə edilmiş pulun tərəflər arasında 3 bərabər hissəyə bölünməsini xahiş etmişlər, digər paylı mülkiyyətçi Cavabdeh Cümə oğlu isə mənzilə dair verilmiş çıxarış mübahisələndirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizələrlə məhkəməyə müraciət edərək, X8 tərəfindən 9 saylı notariat kontorunda rəsmiləşdirilmiş 20 avqust 2014-cü il tarixli vəsiyyətnamənin tələbinə əsasən Bakı şəhəri Aşıq Alı küçəsi 7/19 mənzil 50-də yerləşən ev satılaraq pulun onun övladları İddiaçı1 Cuma qızı, İddiaçı2, Cavabdeh arasında üç yerə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, ünvan 2 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında vəfat etmiş ataları X5 məxsus olmuşdur. Atalarının vəfatından sonra qeyd edilən ünvanda yerləşən mənzil vərəsəlik qaydasında bərabər paylar əsasında hərəsinə 1/3 pay əsasında paylı ümumi mülkiyyətlərinə keçmişdir, bu hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində 2265 nömrəli reyestr kitabınnın 210736 nömrəli vərəqində ********** nömrə altında 01 mart 2019-cu il tarixdə qeydə alınmışdır. Miras əmlak olan həmin mənzilin 1/3 hissəsi miras qoyanın adına açıq qalmışdır. Həmin hissəni mirasqoyanın birinci növbəli vərəsə olan oğlu (onlara münasibətdə qardaşları), yəni Cavabdeh qəbul etməmişdir. Buna baxmayaraq, atalarının vəfatından sonra o miras qalmış həmin mənzilə müstəqil şəkildə təkbaşına faktiki olaraq sahiblik edərək, mənzildən sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq müxtəlif məqsədlərlə mənzili kirayəyə verməklə gəlir əldə edib faydalanmağa başlamışdır və hazırda da bu işi davam etdirir. Bu ilin mart ayının 01-də miras qalmış həmin mənzildə hüquqlarını müvafiq dövlət orqanında qeydiyyata aldırmaqla paylı ümumi mülkiyyət hüququ statuslarını rəsmi qaydada əldə edəndən sonra cavabdehə mənzili boşaldıb onlara təhvil verməsini tələb etsələr də, cavabdeh özünü atalarının oğul varisi kimi üstünlük hüquqlarının olmasını bəyan edərək, tələblərinin təmin edilməsini rədd etmişdir. Hazırda mülkiyyətçi olaraq umumi mülkiyyətlərində olan mənzildən mülkiyyət hüququ əsasında sahiblik və istifadə edə bilmirlər. Hesab edirlər ki, cavabdehin qeyd etdikləri bu hərəkətləri qanunsuz olmaqla, mülkiyyət hüquqlarının gerçəkləşdirilməsinə mane olur. Bununla yanaşı Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 21 yanvar 2020-ci il tarixdə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, onun qarşılıqlı iddia ərizəsini təmin edib, İddiaçı1 və İddiaçı2 adına verilmiş ünvan 2, yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 37, M9, 2 saylı mənzilə dair 1/3 hissədə, İddiaçı2 adına isə 1/3 hissədə pay hüququ üzrə mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 2265 nömrəli reyestr kitabının 21076 nömrəli vərəqində ********** nömrə altında 01 mart 2019-cu il tarixdə qeydə alınmış RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notarisu R.Z.Sadıqov tərəfindən təsdiq edilmiş Daşınmaz əmlakın bağışlanması haqqında 28 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən hədiyyə verən atası X8 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 41,4 kv.metr, yaşayış sahəsi 21,8 kv.metr, yardımçı sahəsi 19,6 kv.metr olan 1 otaqlı mənzilini onun mülkiyyətinə vermişdir. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 41,4 kv.metr, yaşayış sahəsi 21,8 kv.metr, yardımçı sahəsi 19,6 kv.metr olan 1 otaqlı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti tərəfindən RX seriyalı ******* nömrəli X9 verilmişdir. İddiçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, valideynlərinin birgə mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilin cavabdehə bağışlanması haqqında 28 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız sayılması, mənzilin açıq hərracdan satılması və satış pulunun vərəsələr arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci ii tarixli, 2(005)-3120/2017 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cumə qızının cavabdehlər Cavabdeh və 9 saylı Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin açıq hərracdan satılıması və əldə olunan vəsaitin vərəsələr arasında bölünməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cumə qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin 2(013)- 1548/2018 nömrəli, 14 avqust 2018-ci il tarxili qətnaməsi ilə iddiaçıların apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, X6 ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş (reyestrdə 4Ə-837 nömrə ilə qeydə alınmış) “Daşınmaz əmlakın bağışlanması haqqında” 28 oktyabr 2015-ci il tarixli müqavilə etibarsız sayılmış və həmin bağışlama müqaviləsi əsasında (əqdin nəticəsində) Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 7/19 nömrəli evin, 50 nömrəli mənzilinə dair Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi həmin qətnamədən kassasiya şikayəti vermək hüququnun olmasını nəzərə almadan, ona münasibətdə qətnamə qanuni qüvvəyə minib-minməməsini nəzərə almadan və bununla bağlı heç bir araşdırma aparmadan Bakı Apelyasiya Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(103)-1548/2018 nömrəli qətnaməsi icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmişdir. Bu vəziyyətdən sui-istifadə edən iddiaçılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən İddiaçı1 adına ünvan 2, yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 37, M9, 2 nömrəli mənzilə dair 1/3 hissədə, İddiaçı2 adına isə 1/3 hissədə pay hüququ üzrə mülkiyyət hüququ əldə etmişlər və buna dair RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(013)-1548/2018 nömrəli, 14 avqust 2018-ci il tarxili qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilərək və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli 2(102)-5194/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə olan 14 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(103)-12543/2019 nömrəli qətnaməsi İlə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi dəyişdirlmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışların verilməsinə əsas olan Bakı Apelyasiya Məhkəməsinin 2(013)-1548/2018 nömrəli, 14 avqust 2018-ci il tarxili qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı “valideynlərinin birgə mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilin cavabdehə bağışlanması haqqında 28 oktyabr 2015ci il tarixli müqavilənin etibarsız sayılması, mənzilin açıq hərracdan satılması və satış pulunun vərəsələr arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə” iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(005)- 19/2022 nömrəli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmiş və ödənilmiş dövlət rüsumu tərəflərə aid edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçılar tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilərkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli şəkildə tənzimlənir. Belə ki, ilk növbədə əmlakın naturada bölgüsünün mümkün olub-olmaması müəyyənləşdirilməli, daha sonra payın dəyərinin digər mülkiyyətçilərə ödənilməli bu mümkün olmadıqda isə son olaraq açıq hərraca çıxarılmaqla tərəflər arasında əldə edilmiş gəlir bərabər hissələrə bölünməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1 Cuma qızı və İddiaçı2 Cümə qızı Cavabdeh Cümə oğluna qarşı “mənzilin açıq hərracdan çıxarılması” tələbinə dair ilk iddia ərizəsi rədd edilməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qeyd edilən çıxarışların əldə edilməsi hallarını hərtərəfli araşdırmış və çıxarışın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, ünvan 2 mərhum X7 məxsus olmuşdur. Qeyd edilən əmlaka dair X3 ölümündən sonra onun 1-ci dərəcəli vərəsələri əmlak İddiaçı2, İddiaçı1 və Cavabdeh çıxarış verilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, İddiaçı2 və İddiaçı1 adına çıxarışların tərtib edilməsi qanunidir və ləğvi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 148.2, 152.1, 152.5, 157.1, 157.4, 213.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə, “Broniovski Polşaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin - ilkin iddianın rədd edilməsi hissəsində ləğv olunması və ilkin iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, Cavabdeh Cümə oğlu ataları X4 hər 3 övladına vəsiyyətnamə yolu ilə qoyduğu Bakı şəhəri, Aşıq Alı küçəsi, 7/19 saylı evin 50 saylı mənzilinin aralarında 1/3 hissə olmaqla bölünməsinə dair vəsiyyətnamənin icrasına mane olur və bu zəmində iddiaçıların həmin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarına 2015-ci ildən mane olur. Azərbaycan Respublikası Mülki məcəllənin 215.1 maddəsinin tələbinə uyğun olaraq “paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.” Qanunun məhz bu tələbi Cavabdeh tərəfindən hal-hazıradək kobud surətdə pozularaq iddiaçıların mənzilə giriş çıxışı tamamilə mümkünsüz olmuşdur. Belə ki, o, mənzilin açarlarını ələ keçirərək, iddiaçıların həmin evə girdiyi halda oğurluqda şantaj edəcəyi ilə hədələyir. Aralarında olan bu paylı mülkiyyətin bölünməsinə dair məhkəmə qətnaməsinin qəbul edilməsi tələbi üzrə iddiaları qanunsuz olaraq təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 220.6 maddəsinin tələbinə uyğun olaraq “bu məcəllənin 220.3- 220.5 maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay alınması açıq aşkar məqsədə uyğun olmadıqda məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasib sürətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.” Qanunun bu tələbinə uyğun olaraq məhkəmə işin baxışı zamanı tərəflərə evin dəyəri üzrə bu və ya digər şəkildə kompensasiyanın ödənilməsi tələbini təklif etsə də, cavabdeh İ. İlyasov tərəfindən bu təklif qəbul edilməmişdir. Hakim tərəfindən isə qanunun məcburi tələbi tətbiq edilmədən, yəni Bakı şəhəri, Aşıq Alı küçəsi, 7/19 saylı evin 50 saylı mənzilinin bazar satışı üzrə qiyməti müəyyənləşdirilməmiş və bundan sonra həmin mənzilin açıq hərrac yolu ilə satılmasına qərar verilməmişdir. Bu da öz növbəsində hakim tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6, 220.3 və 220.5-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına dəlalət edir. Hal hazırda Cavabdeh adına olan Bakı şəhəri, Aşıq Alı küçəsi, 7/19 saylı evin 50 saylı mənzilə olan çıxarış etibarsız hesab edilmişdir. Bu baxımdan da Cavabdeh mübahisəli evə olan hüquqlarına da xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı, həmçinin digər İddiaçı2 Cümə qızının nümayəndəsi İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini - ilkin iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirdiyindən, qətnamə - ilkin iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki: “Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 2 ünvanda qeydiyyada olan, X10 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir: 1. Ölən günədək ona məxsus olan bütün daşınar-daşınmaz əmlakını, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, ev 22A, mənzil 70 qeydiyyatda olan İddiaçı2, Bakı şəhər, Gəncə pr. Ev 89m, 35 qeydiyyatda olan İddiaçı1, Bakı şəhər Babək pr., ev 74m, 78 qeydiyyatda olan Cavabdeh bərabər paylarda vəsiyyət etmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, ünvan 2 paylı mülkiyyət olmaqla İddiaçı2 Cümə qızı və İddiaçı1 hər birinin 1/3 hissədə payı tanınmaqla mülkiyyətlərinə keçmiş, digər 1/3 hissə isə açıq qalsa da faktiki olaraq Cavabdeh Cümə oğlunun istifadəsindədir. Hazırda ilk iddia tələbi üzrə iddiaçılar məhkəməyə müraciət edərək, qeyd edilən mənzilin açıq hərracdan satılmaqla əldə edilmiş pulun tərəflər arasında 3 bərabər hissəyə bölünməsini xahiş etmişdir. Lakin iddiaçılar yuxarıda istinad edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarının tələblərinə riayət etməmişlər. Belə ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göründüyü kimi ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. İddiaçılar isə mübahisəli əmlakın naturada bölgüsünü tələb etmədən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mübahisəli əmlakın naturada bölgüsünü mübahisələndirmədən birbaşa hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmələri düzgün olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri, Aşıq Alı küçəsi, 7/19 saylı evin 50 saylı mənzilinin bazar satışı üzrə qiyməti müəyyənləşdirilməməsi, bundan sonra həmin mənzilin açıq hərrac yolu ilə satılmasına qərar verilməməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6, 220.3 və 220.5ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına dəlillərinə qiymət verərək əsassız sayır. Belə ki, yuxarıda qeyd edildiyi kimi əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməli olması həmin normalarda imperativ olaraq göstərilmişdir. İddiaçıların istinad etdiyi hal birinci növbədə olmaqla, ilk olaraq əmlakın natura bölünməsi mübahisələndirilməlidir. Həmçinin apellyatorlar məhkəmənin tərəflərə evin dəyəri üzrə bu və ya digər şəkildə kompensasiyanın ödənilməsi tələbini təklif etsə də, Cavabdeh tərəfindən bu təklifin qəbul edilməməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçıların istinad etdiyi bu hal isə ikinci növbədə olmaqla, əmlakın natura bölünməsi mümkünsüz olmasından sonrakı mərhələyə aiddir. Yuxarıda qeyd edilən qanun normalarından və Plenum qərarının tövsiyələrinə əsasən digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Bundan başqa iddiaçıların apellyasiya şikayətində hazırda Cavabdeh adına olan Bakı şəhəri, Aşıq Alı küçəsi, 7/19 saylı evin 50 saylı mənzilə olan çıxarışın etibarsız hesab edilməklə cavabdehin mübahisəli evə olan hüquqlarına da xitam verilməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin adına çıxarışın etibarsız sayılmaması işin mübahisəsiz halı olsa da, mübahisəli əmlakda 1/3 hissədə paylı mülkiyyəti olduğu üçün ilk iddiaçılar məhz həmin evin satılaraq pulun paylı mülkiyyətçilər arasında üç yerə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmələri onun həmin evə vərəsəlik hüququ əsasında mülkiyyət hüquqlarının olmasının təsdiqidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin bu hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(005)- 19/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə