Məhkəmə qərarları › İş №2(103)-3452/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3452/2020

23.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3452/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İlk iddia üzrə İddiaçı iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətin bölünməsi barədə ilk iddiasına və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cаvаbdeh Cavabdeh qаrşı ümumi mülkiyyətə payların müəyyən edilməsi və açıq hərracdan satılması və bölünməsi tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 53 saylı evin, 66 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 1018-ci il tarixli, 2(011)-3996/2018 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun xx.xx.2009-cu ildən sonra mübahisəli mənzilə köçüb yaşadığını əsas gətirərək, iddia tələbinə xx.xx.2009-cu il tarixdən sonra qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət vermişdir. Lakin, məhkəmə səhv olaraq xx.xx.2009-cu il tarixdən sonra qüvvədə olan Mənzil Məcəlləsinə istinad etmişdir. O, mübahisəli mənzilə gəlin gəlməmiş, atasının maddi köməkliyi ilə alınan, eyni zamanda 3 il kreditini ödədiyi öz vəsaiti hesabına təmir etdiyi öz mənzilinə köçmüşdür. Rəsmi nikaha daxil olan gündən o, öz vəsaiti ilə mənzilin təmirinə başlamış, nəhayət mənzilin əsaslı təmiri bitdikdən sonra toy şənliyi eləsmişdir. Yəni, 2009cu ilin oktyabr ayının 18-nə qədər o, Ömərov Yaiqin rəsmi həyat yoldaşı olmuş, bir ailə olmuş və xx xxxx 2009-cu il tarixdən etibarən hər gün təmirlə bağlı həmin mənzildə olmuşdur. Bu da bir daha təsdiq edir ki, onun mübahisəli mənzillə, eyni zamanda Cavabdehla münasibətləri 2009-cu ilin oktyabrın 18-dən əvvələ qədər yaranıb. 2009-cu ilin iyul ayının 10-dan nikahdadırlar və ümumi təsərrüfat aparırlar. Mənzil təmirli olsaydı elə xx xxxx 2009-cu ildən köçüb yaşayardı. Mənzil bərbad gündə olub, xx xxxx 2009-cu ildən sonra mənzilin təmirinə başlanılıb. Cavabdeh polis əməkdaşıdır, o, hər hansı kommersiya işi ilə məşğul ola bilməz. Məhkəmə bu qətnamə ilə onu 3 yaşlı azyaşlı uşağı ilə çölə atmışdır. Hansı ki, onlar həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar və həmin mənzildə haqları vardır. Həmin mənzil atasının verdiyi pulun və bankdan götürülüb, birgə nikah dövründə ödənilən kreditin hesabına alınıb, mənzil onun vəsaiti ilə əsaslı təmir edilib. O, 9 ildir ki, həmin mənzildə yaşayır, mənzili qoruyur və saxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, qətnamə qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı Bakı səhəri, Gəncə prospekti, 53 saylı evin, 66 saylı mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilməsi və onun qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan Bakı səhəri, Gəncə prospekti, 53 saylı evin, 66 saylı mənzilinə 1 (bir) il 6 (altı) ay müddətinə istifadə hüququ saxlanılması, həmin müddət başa çatdıqda mənzildən çıxarılması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2002-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alımışdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı ünvan 1 mənzil 66 ünvanında yerləşən mənzilin 2/3 hissəsinə azyaşlı övladının mənafeyi nəzərə alınmaqla onun, 1/3 hissəsinə cavabdehin payının müəyyən edilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən pulun paylara uyğun bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə nişanlanmışlar. Cavabdehlə nişanlanandan sonra onun ailə üzvlərinin maddi köməkliyi ilə, eyni zamanda bankdan götürdüyükləri kredit pul hesabına Bakı şəhəri, Gəncə prospektində yerləşən 53 saylı evin 66 saylı mənzilini almışlar. Onlar həmin mənzili alanda mənzil tam təmirsiz vəziyyətdə olmuşdur. xx.xx.2009-cu il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra onun valideynlərinin maddi dəstəyi ilə və onun şəxsi vəsaiti hesabına həmin mənzilin yenidənqurma işlərini görmüşlər, əsaslı təmir etmişlər, yeni avadanlıqlarla təchiz etmişlər. xx.xx.2009-cu ildə toyları olmuş və o, həmin mənzilə köçmüşdür. xx.xx.2009-cu il tarixdə cavabdehlə birlikdə “CredAgro” BOKT-dan 30 ay müddətinə 35000 ABŞ dolları məbləğində kredit götürmüşlər. Həmin kredit məbləği tam olaraq mənzilin alınmasına faktiki yönəlmişdir. Kredit cavabdehin adına rəsmiləşdirilsə də, həmin krediti birgə nikah dövründə hər ikisinin qazancı hesabına bank olmayan kredit təşkilatına ödəmişlər. Bundan başqa mənzil almağa pulları kifayət etmədiyinə görə mənzili aldıqları gün xx.xx.2009-cu ildə atası X3 Bakı şəhəri 15 saylı dövlət notariat kontorunda notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2010-cu il 1 il müddətinə 6456 manat (8000 ABŞ dolları o vaxtın məzənnəsinə uyğun olaraq) məbləğində faizsiz kredit vermişdir. Lakin cavabdeh kredit məbləğini müəyyən edilmiş müddətdə qaytarmamışdır. Rəsmi nikah dövründə xx.xx.2015-ci il tarixdə X7 anadan olmuşdur. Cavabdehlə münasibətləri cavabdehin əxlaqsız həyat tərzi sürməsi səbəbindən son illər kəskinləşərək, nəticədə pozulmuş, ailə dağılmış və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(011)- 7392/2017 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X5 onun yanında qalması qət edilmişdir. Cavabdehin ona qarşı davranışı aqressivdir, bir neçə dəfə onun həyat və sağlamlığına təhlükə yaradıb, onu döyüb, bir neçə dəfə birgə mənzilin giriş qapısının açar yerlərini qəsdən yararsız hala gətirərək onu və azyaşlı uşaqlarını qapı arxasında qoyaraq mənzilə daxil olmaqlarını ənqəlləmişdir. Cavabdehlə aralarındakı nikah pozulduqdan sonra onların bir mənzildə yaşamaları qeyd olunan səbəblərə qörə qeyri-mümkündür. Cavabdehin əməlləri barədə dəfələrlə hüquq mühafizə orqanlarına müraciətlər etmişdir. Cavabdeh polis əməkdaşıdır. Cavabdeh ailədə normal münasibət yaratmadığına görə, azyaşlı övladma laqeyd münasibət bəslədiyinə görə Bakı şəhəri BPİ-nin xx.xx.2016-cı il tarixli əmri ilə ona “şiddətli töhmət” verilmişdir. Eyni zamanda ona qarşı etdiyi hərəkətlərə görə inzibati məsuliyytə cəlb edilmişdir. Qeyd edilən mənzil birgə mülkiyyətdir. Azyaşlı qızının mənafeyi nəzərə alınaraq qeyd edilən mənzilin 2/3 hissəsinə onun 1/3 hissəsinə cavabdehin mülkiyyət hüququ tanınmalıdır. Həmin mənzil çoxmərtəbəli binanın 6-cı mərtəbəsində yerləşdiyindən və bir giriş qapısı olduğundan həmin mənzildən naturada pay ayrılması açıq-aşkar məqsədəuyğun deyil. Ona görə də mənzil açıq hərracdan satılmalı və satış pulu cavabdehlə onun arasında onların paylarına (2/3 hissə iddiaçı, 1/3 hissə cavabdeh) mütənasib surətdə bölüşdürülməlidir. Öz növbəsində Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 53 saylı evinin, 66 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə nikahlarını xx.xx.2009-cu il də rəsmiləşdirsələr də, xx.xx.2009-cu il tarixdə el adəti ilə toy edib ailə həyatı quraraq mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 53 saylı evin, 66 saylı mənzilinə gəlin köçmüşdür. Mülkiyyətində olan qeyd edilən mənzili xx.xx.2009-cu il tarixli Bakı şəhəri 15 saylı dövlət notariat kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən öz şəxsi vəsaiti hesabına almışdır və Azərbaycan Respublikasnm Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmtekın Dövlət Reyestrində mülkiyyət hüququ qeydə alınaraq bu barədə ona MH seriyalı, ******* saylı, xx.xx.2009-cu il tarixli çıxarış verilmişdir. xx.xx.2009-cu il tarixdə “CredAgro” qeyri-bank kredit təşkilatlıdan müqavilə şərtlərinə əsasən mübahisəli mənzilin alınmasına yox, yeni avadanlıqların alınması üçün atası Ömərov Rasim Nadirşah oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 15 saylı evin, 132 saylı mənzili girov qoyaraq 35000 ABŞ dolları məbləğində pul götürmüşdür. Odur ki, mübahisəli mənzil aralarında nikah bağlanmamışdan əvvəl onun mülkiyyəti kimi qeydiyyatdan keçdiyinə görə həmin mənzilin 2/3 hissəsinə cavabdehin, 1/3 hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi əsassızdır və təmin oluna bilməz. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 1018-ci il tarixli qətnaməsi qarşılıqlı iddia hissəsində ləğv edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan Bakı səhəri, Gəncə prospekti, 53 saylı evin, 66 saylı mənzilinə 5 (beş) il müddətinə istifadə hüququ saxlanılmalıdır, həmin müddət başa çatdıqda mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər xx.xx.2009-cu ildə nikaha daxil olmuş, onların birgə nikahlarından xx.xx.2015-ci ildə X7 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh mübahisəli mənzili xx.xx.2009-cu il tarixdə, yəni cavabdehlə nikaha daxil olmamışdan əvvəl alğı-satqı qaydasında əldə etmiş və onun adına xx.xx.2009-cu il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq çıxarış verilmişdir. İddiaçı ilə cavabdeh Faiz Ömərov xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olsalar da, iddiaçı mübahisəli mənzilə xx.xx.2009-cu il tarixdə köçərək, həmin mənzildə cavabdehlə birgə yaşamağa başlamışdır. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, İddiaçı mübahisəli mənzilə xx.xx.2009-cu il tarixdə cavabdehin mülkiyyətində olan mənzilə köçdüyü üçün tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla iddia tələbinə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd edilən qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. Göründüyü kimi, İddiaçı ilə mübahisəsi gedən mənzilin mülkiyyətçisi olan Cavabdeh arasında olan nikah münasibətlərinə xx.xx.2017-ci il tarixdə məhkəmə qaydasında xitam verilmiş və onunla mənzilin mülkiyyətçisi arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Cavabdehlə iddiaçı arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan iddiaçının yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Lakin birinci instansiya məhkəməsi İddiaçı maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılmasının mümkün olmaması ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, işi materialları ilə müəyyən olunmuşdur ki, cavabbeh xx.xx.2009-cu il tarixdən mübahisəli mənzildə yaşamış, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə X7 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh azyaşlı uşağı ilə həmin mənzildə qeydiyyatda olmaqla, 10 ilə yaxın bir müddət ərzində həmin mənzildə yaşayır. Kollegiya cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamasını, yanında azyaşlı uşağının olmasını, onun mənzilə ehtiyacının olmasını və bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılmasını ədalətli hesab edir. Qeyd olunanları nəzərə alıb, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qarşılıqlı iddia hissəsində ləğv edilməli, qarşılıqlı iddia qismən təmin edilərək, cavabdeh istifadə hüququ olmayan şəxs hesab edilməli, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan 5 il müddətinə istifadə hüququ saxlanılmalı, həmin müddət başa çatdıqda mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2018-ciil tarixli qətnaməsi qarşılıqlı iddia hissəsində ləğv edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan 5 il müddətinə Bakı şəhəri, Gəncə prospektində yerləşən 53 saylı evin 66 saylı mənzildə istifadə hüququ saxlanılsın, həmin müddət başa çatdıqda həmin mənzildən çıxarılılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar