Məhkəmə qərarları › İş №2(103)-3453/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3453/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3453/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddaçı İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X15 və Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümbət oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dairmülki iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1238/2018 saylı, xx.xx.2018-ci il tarixliqətnaməsindən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X24 cavabdehlər X9, X21, X16, X17, X7 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X8, X19, X13, X14, X5, X2 İddiaçı QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli 09L000000842 saylı kredit xətti müqaviləsinə və xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasına xitam verilməsi, X6, X18, X10, X11, X4, X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 009R********** saylı kredit razılaşması üzrə 7791,7 ABŞ dolları kredit borcu, 1693,83 ABŞ dolları faiz borcu və 4695,25 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 14180,77 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala küçəsi 8 nömrəli evin torpaq sahəsinin bir hissəsi 0.08 ha torpaq sahəsinin açıq hərracdan satılması, 14180,77 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X6, X18, X10, X11, X4, X1 ümumi qaydada tutulması və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala küçəsi 8 nömrəli evin torpaq sahəsinin bir hissəsi 0.08 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1238/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 11698.71 ABŞ Dolları məbləğində əsas kredit borcu, 2202 ABŞ Dolları məbləğində faiz borcu və 100 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14000.71 ABŞ Dollarıməbləğində borcun tutularaq ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi Nizami İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 123 V fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddia tələbinin zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə təmin edilməməsi, ipoteka predmcti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılmasının təmin edilməməsi və cərimə borcunun azaldılması hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehlərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi Nizami İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 123 V fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin onun mübahisələndirdiyi hissələrdə qismən əsaslı olduğundan ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqda 1 ay sonra həmin torpaq sahəsinin boşaldılması hissəsində ləğv edilməsi və həmin hissədə təmin edilməsi üçün əsasdır. Belə ki, tutma ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılmalı olması barədə iddiaçı tərəfin dəlilləri əsaslıdır. Çünki, Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi Nizami İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 123 V fərdi yaşayış evi Cavabdeh1 tərəfindən ipoteka qoyulmuş və onun tərəfindən borclar ödənilmədiyi halda ipoteka predmetinin boşaldılmasını öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Qanunda ipoteka predmetinin boşaldılmasının göstərilmədiyini göstərsə də bu qənaət əsaslı hesab edilə bilməz. Belə ki, həmin Qanunda konkret olaraq tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdə və o satıldıqda ipoteka predmetinin boşaldılmasının nəzərdə tutulmaması iddianın bu hissədə rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, ipoteka predmetinin boşaldılması icra sənədinin tam icra olunmasını təmin edən bir vasitədir. Əks halda icra sənədinin icrası ilə əlaqədar əlavə mübahisələrin və yeni lüzumsuz iddiaların ortaya çıxmasına şərait yarana bilər. Bununla yanaşı, iddiaçının cərimə pulu ilə bağlı apellyasiya şikayətində göstərilən dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu azaldıla bilər və bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının tələb etdiyi əsas və faiz borcun fövqündə, azaldılmış cərimənin məbləği ağlabatan və ədalətli olmaqla yanaşı, tərəflərin qarşılıqlı münasibətinə də uyğundur. Tələb edilən məbləğdə cərimənin təmin edilməsi isə, cavabdeh(lər)in olduqca ağır olan maddi vəziyyətini, bir qədər də ağırlaşdıra bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin zaminlə münsibətdə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırki kredit müqaviləsi üzrə kredit ödənişinin müddəti xx.xx.2016-cı il tarixində başa çatdığından və iddiaçı bundan bir ildən artıq müddət keçdikdən sonra yalnız xx.xx.2017-ci il tarixində iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən iddia tələbi zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə təmin edilməməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1238/2018 saylı, xx.xx.2018-ci il tarixliqətnaməsi ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqda 1 ay sonra ipoteka predmetinin boşaldılması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1238/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qismən, ipoteka predmetinin boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. İpoteka predmeti olan Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi Nizami İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində olan 123 V fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra boşaldılsın. Qətnamə İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar