Məhkəmə qərarları › İş №2(103)-3457/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3457/2020

27.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3457/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Yunus qızının iştirakı ilə, İddiaçı Yunus qızının cavabdehlər “xxxxxxxxxxxx” MTK və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6180/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxx” MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu “xxxxxxxxxxxx” yaşayış massivində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 101 kv.m sahəsi olan, 114 saylı mənzilə istifadə hüququnun tamnması, Cavabdeh2 ilə “xxxxxxxxxxxx” MTK arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri “xxxxxxxxxxxx” yaşayış massivində “xxxxxxxxxxxx” MTK tərəfindən inşa edilən hündür mərtəbəli yaşayış binasının 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 101,6 kv.m sahəsi olan 2 otaqlı mənzilini xx.xx.2017-ci il tarixdə Yasamal MTK-nin sədri C.Alışovdan 65000 manat ödəməklə almışdır. Mənzili qismən təmir etdirmişdir. Həmin mənzil xx.xx.2010-cu il tarixdə Maqsud Kərimov tərəfındən alınmış, o, xx.xx.2017-ci il tarixdə həmin mənzili ona satdığına görə “xxxxxxxxxxxx” MTK-ya mənzildən imtina ərizəsi yazaraq mənzilin iddiaçının adına sənədləşdirilməsinə etiraz etməmişdir. Mənzildə təmir apararkən Cavabdeh2 müqavilə göstərərək, həmin mənzili xx.xx.2011-ci il tarixli müqavilə ilə aldığını bildirmişdir. Hazırda bir mənzilə dair 2 müqavilənin olması onu bir alıcı kimi çox rahatsız edir Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-6180/18 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər “xxxxxxxxxxxx” MTK-ya və X1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilə istifadə hüququnun tanınması tələbinə dair” iddiası təmin edilərək, “xxxxxxxxxxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdiyi binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən 2 otaqlı, 101 kv. metr sahəli 114 saylı mənzilinə dair “xxxxxxxxxxxx” MTK-nin direktoru C.H.Alışov ilə alıcı X2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən 2 otaqlı, 101 kv. metr sahəli 114 saylı mənzilin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi vəzifəsinin cavabdeh “xxxxxxxxxxxx” MTK-nın üzərinə qoyulması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 575/19 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-484/2020 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2019-ci il tarixli, 2(103)- 575/19 saylı qətnaməsi ləğv olunmuş və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yeni apelyasiya baxışı zamanı İddiaçı yazılı ərizə təqdim edərək, cavabdehlərə qarşı hazırkı iddiasından imtina etdiyini, artıq yeni mənzillə təmin olunduğunu bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə işitrak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş yazılı ərizədə iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı hazırkı iddia tələbindən imtinası qəbul edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6180/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Yunus qızının cavabdehlər “xxxxxxxxxxxx” MTK və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması və müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar