Məhkəmə qərarları › İş №2(103)-3457/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3457/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3457/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1083/2022 saylı, 16 mart 2022ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1083/2022 saylı, 16 mart 2022ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı "xxxx" ASC şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətində iddia ərizəsində cavabdehin ünvanı kimi qeyd edilən “Qobustan rayonu” sözü texniki səhv olduğundan, ünvanı “Qaradağ rayonu” kimi qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1083/2022 saylı, 28 mart 2022ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 149.2.2, 152.1.1-ci maddələrinə istinad edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytararkən qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə əməl edilməmiş, iddia ərizəsində Cavabdeh poçt ünvanı kimi ünvan 3rizəsinə əlavə edilmiş MAPS şöbəsinin arayışından və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan ünvan 4dia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanı aradan qaldıraraq (ünvanı düzgün göstərərək) yenidən məhkəməyə müraciət etmək əvəzinə, qərardaddan şikayət verərək məhkəmədən “Qobustan” rayonu sözünün “Qaradağ” rayonu kimi qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı, məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin elektron qaydada verildiyi nəzərə alınmaqla, iddia ərizəsində düzəlişin dərhal edilərək yenidən elektron qaydada verilməsi mümkün olduğu halda, iddiaçının qərardaddan şikayət verərək bu düzəlişin aparılmasını məhkəmədən tələb etməsi əsassız olmaqla prosessual hüquqlardan suiistifadə xarakteri daşıyır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən gəldiyi qənaət kifayət qədər əsaslandırılmış və işin hallarına uyğun olmuşdur. Görünüdyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin iddianın qaytarılmasına səbəb olan nöqsanı aradan qaldırmayaraq yenidən rayon məhkəməsinə müraciət etməklə nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1083/2022 saylı, 16 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1083/2022 saylı, 16 mart 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar