Məhkəmə qərarları › İş №2(103)-3461/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3461/2024

15.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3461/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-648/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-648/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 18-1-19/3-1-589/2023 saylı, xx.xx.2023-cü il tarixli əmri ləğv edilmiş, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, Cavabdehndən 50 manat dövlət rüsumu Dövlət büdcəsinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Nərimanov rayon Məhkəməsinin № e-2(005)- 648/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə mübahisəni aralarında barışıqla həll etdiklərini bildirərək, təqdim etdikləri barışıq sazişini təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: 1. İddiaçı öz öhdəsinə götürür ki: a) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-3461/2024 saylı mülki iş üzrə iddiasından imtina və icraata xitam verilməsinə dair ərizəsini həmin məhkəməyə təqdim etməyi; b) Əmək müqaviləsi üzrə vəzifələrə, müəssisədaxili intizam qaydalarına əməl edərək, işəgötürənin tapşırıqlarını yerinə yetirmək; c) Qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə (əmək müqaviləsinin ayrılmaz hissəsi olan Tam) maddi məsuliyyət daşınması barədə yazılı müqavilə bağlamaq; 2. Cavabdeh öz öhdəsinə götürür ki: a) iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 04 oktyabr 2023-cü il tarixli 18-1-19/3-1-589/2023 saylı əmrini ləğv etməyi; b) İddiaçının əmək kitabçasında 04 oktyabr 2023-cü il tarixli 18-1-19/3-1-589/2023 saylı xitam əmrinin ləğv edildiyi barədə qeyd aparmağı; c) əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə məlumatların müvafiq icra hakimiyyətinin elektron sistemində müvafiq qeyd aparmaq; d) İddiaçıya 04 oktyabr 2023-cü il tarixdən hesablanmaqla məcburi iş buraxma dövrü üçün əmək haqqının 50 % (əlli faizini) ödəmək. 3. Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.3. X6 4 nüsxədə imzalayır. Nüsxələrdən biri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınına təqdim edilir. Digər nüsxələr isə Tərəflərdə saxlanılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.4, 52.5, 191.2, 261.0.5, 370-ci maddələrinə iş materiallarını nəzərdən keçirib, prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməli və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi diqqətə çatdırılmalıdır. Məhkəmə xərcləri üzrə kollegiya belə qənaətə gəlir ki, tələb olmadığından ödənilən dövlət rüsumu hissəsində məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370, 377, 384, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-648/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı və Cavabdeh PHŞ arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı öz öhdəsinə götürür ki: a) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-3461/2024 saylı mülki iş üzrə iddiasından imtina və icraata xitam verilməsinə dair ərizəsini həmin məhkəməyə təqdim etməyi; b) Əmək müqaviləsi üzrə vəzifələrə, müəssisədaxili intizam qaydalarına əməl edərək, işəgötürənin tapşırıqlarını yerinə yetirmək; c) Qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə (əmək müqaviləsinin ayrılmaz hissəsi olan Tam) maddi məsuliyyət daşınması barədə yazılı müqavilə bağlamaq;

2. Cavabdeh öz öhdəsinə götürür ki: a) iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 04 oktyabr 2023-cü il tarixli 18-1-19/3-1-589/2023 saylı əmrini ləğv etməyi; b) İddiaçının əmək kitabçasında 04 oktyabr 2023-cü il tarixli 18-1-19/3-1-589/2023 saylı xitam əmrinin ləğv edildiyi barədə qeyd aparmağı; c) əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə məlumatların müvafiq icra hakimiyyətinin elektron sistemində müvafiq qeyd aparmaq; d) İddiaçıya 04 oktyabr 2023-cü il tarixdən hesablanmaqla məcburi iş buraxma dövrü üçün əmək haqqının 50 % (əlli faizini) ödəmək.

3. Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.3. X6 4 nüsxədə imzalayır. Nüsxələrdən biri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınına təqdim edilir. Digər nüsxələr isə Tərəflərdə saxlanılır.

Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar