Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3461/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X13 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən çıxarılmasının mənzilin verilməsi ilə əvəzləşdirilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən "xxxx" ASCnin xüsusi mülkiyyətində olan 3.36985 ha torpaq sahəsinə bitişik, yerquruluşu planında göstərilən koordinatlar daxilindəki 1.25 ha torpaq sahəsi daxilində X2 ayrılmış, özbaşına tutulmuş 0.12 ha torpaq sahəsindən daş hasar sökülməklə (daş hasarın sökülməsi öhdəliyi onun üzərinə qoyulmaqla) özü və ailəsi əşyaları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsi boşaldılaraq müəssisəyə təhvil verilməsi, cavabdeh tərəfindən 0.12 ha torpaq sahəsinin boşaldılması və cavabdehin oradan çıxarılması əvəzinə müəssisə tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yeni tikiləcək 5A binasından, 2-ci mərtəbə, 1 otaq, ümumi sahəsi 42 kvadrat metr olan mənzil cavabdehin xüsusi mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin icraatında olan xx.xx.2022-ci il tarixli, 248 nömrəli sərəncamın mübahisələndirilməsinə dair 2-1(112)-1675/2025 nömrəli iş mahiyyəti üzrə baxılıb həll olunana qədər hazırda baxılan 2(008)-272/2025 nömrəli mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçılar X4, Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs “Bakı Çayçəkici ASC-yə) qarşı “sərəncamın hissəvi ləğvi” tələbinə dair e-2-1(112)- 10740/2024 nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bundan narazı qalan iddiaçı "xxxx" ASC Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək, təzələnməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ərizəçinin sübutlarına düzgün hüquqi qiymət verməmiş, faktiki halları hərtərəfli, tam, obyektiv araşdırmamış, müəssisənin hüquqlarını kobud şəkildə pozan bir qərar qəbul etmişdir. Obyektin Tikintisinə İcazə”nin və “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın forma və məzmununun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 dekabr 2016-cı il tarixli 495 nömrəli qərarı ilə “Obyektin Tikintisinə İcazə”nin forma və məzmunu təsdiq edilmişdir. Həmin qərar əsasında (imzalanma tarixi xx.xx.2023-cü il olmaqla) Bakı şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsində yerləşən Baş Plan əsasında1 saylı, 2 saylı, 3 saylı, 4 saylı, 5 saylı yaşayış binası, həyətaltı avtodayanacaq və köməkçi tikililər daxil yaşayış binalarında tikinti aparılması "xxxx" ASC-yə həvalə edilmişdir. Bundan başqa Bakı Şəhərİcra Hakimiyyətinin Başçısı cənab Eldar Əzizovun xx.xx.2022-ci il tarixli, 248 saylı Sərəncamı ilə "xxxx" ASC-nin xüsusi mülkiyyətində olan 3.36985 ha torpaq sahəsinə bitişik, yerquruluşu planında göstərilən koordinatlar daxilindəki 1.25 ha torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisi üçün "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Qeyd edir ki, "xxxx" ASC-nin həmin tikililərdə tikinti aparması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “ Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli, EXO-1963/2023 nömrəli rəyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Agentliyinin xx.xx.2023-cü il tarixli EXO-1827/2023/1 saylı rəyləralınmış və bir sıra mühüm sənədlər icazəyə əlavə olunmuşdur. Həmçinin tikinti layihəsinə dair ekspertiza müəssisəsinin xx.xx.2023-cü il tarixli, EXO-2888/2023 nömrəli rəyi də mövcuddur. Bundan başqa tikintinin baş planı və yerquruluşu planı da iş materiallarında mövcuddur. Ümumiyyətlə cavabdeh hazırkı iş üzrə heç bir məhkəmə prosesində iştirak etməmişdir. Sadəcə məhkəmə-hüquq şurası və digər orqanlara şikayət xarakterli ərizələr ünvanlamışdır. Bunun bariz sübutudur ki, iş üzrə ekspert rəyi də əldə olunmamışdır. X11 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərardadla Cavabdeh tərəfindən verilmiş icraatı dayandırma vəsatəti rədd edilmişdir. Lakin eyni vəsatət xx.xx.2025-ci il tarixli qərardadla təmin edilir. Yəni, eyni xarakterli vəsatətin ilki rədd edilir, bir neçə ay sonra isə təmin edilir. Bildirir ki, "xxxx" ASC olaraq müəyyən tikinti planları mövcuddur. Həmin tikinti planları müəyyən zaman ərzində icra olunmalıdır ki, götürdükləri öhdəliklər icra olunsun. Həmçinin bildirir ki, aralarında razılıq əldə olunmuş yüzlərlə vətəndaşa müəssisə tərəfindən hər ay kirayə haqqı ödənilir, onların mənzillə təmin olunma öhdəliyində müəssisədən asılı olmayan səbəblərdən müəyyən gecikmələr baş verir. Bununla da müəssisə kifayət qədər artıq məbləğdə zərərə məruz qalır. Halbuki müəssisə qısa zaman ərzində vətəndaşları mənzillərlə təmin etmək vəzifəsi daşıyır. Həmçinin tikinti işləri kifayət qədər gecikir. Qeyd edir ki, bir çox vətəndaşlarla aralarında razılıq əldə olunmuş və müqavilə bağlanmışdır. Lakin sadəcə az sayda vətəndaşla razılıq əldə edə bilməməkləri və hazırkı məhkəmə işlərinin mövcudluğu səbəbindən digər vətəndaşları mənzillə təmin etmək öhdəliyini icra etməkdə çətinlik çəkməkdədirlər. Bu zaman ərzində vətəndaşlara ödənilən kirayə haqlar, icarəyə götürülən texnikalara ödənilən xərclər, işçilərin maaşları və digər xərclərin ödənilməsi necə təmin olunacaq? Məhkəmə isə bu qərardadı qəbul etməklə tikinti işlərini dayandırmağa şərait yaratmışdır. Təəssüflər olsun ki, yüzlərlə vətəndaşın mənzillə təmin olunma öhdəliyi məhkəmə tərəfindən nəzərə alınmır. Məhkəmələrin bu hissədə nəzərə almadığı önəmli nüans Bakı Əhəlisinin sayının günü-gündən artması və buna görə də yaranmış mənzil tələbatıdır. Belə ki, paytaxtda çoxmərtəbəli yaşayış binalarının tikilməsinin birinci səbəbi şəhərdə getdikcə əhali sayının artması, eyni zamanda urbanizasiyanın nəticəsi olaraq şəhərin həddən artıq böyüməsidir: “Nəticə etibarı ilə tələb artır və bu tələb zərurət yaradır. İnsanlar almaq üçün mənzil tapmaqda çətinlik yaşayır. Bu səbəblə bir sıra MTK-lar yeni mənzillər inşa edərək vətəndaşların ehtiyaclarını qarşılayaraq dolayısı ilə dövlətin siyasətini yerinə yetirirlər. Müəssisə olaraq Bakı Şəhər İcra Hakimiyətinin müvafiq Sərəncamı istiqamətdində tikinti işləri ilə məşğul oluruq. Vətəndaşlara isə edilən təkliflər ədalətli olur. Lakin Cavabdeh tərəfindən istənilən məbləğlər dəyərindən dəfələrlə artıqdır. Müəssisə tərəfindən həmin məbləğlərin qarşılanması mümkünsüzdür. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasındaağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150;“Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cıil 29 mart tarixliQərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin qərarından da məlumdur ki, dövlət bu sahədə “Cəmiyyət və Fərdin maraqlarında “Ədalətli balansı gözləməlidir”. Bütün iclaslarda yüzlərlə vətəndaş qarşısında öhdəliklərimiz olduğunu, onlara kirayə haqqını verdiyimizi bildirmişik. Tikintinin qısa müddət ərzində yekunlaşmalı olduğu da məhkəmənin nəzərinə çatdırılmışdır. Ədalətli kompensasiya da iddiaçılara tətbiq olunur. Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı mövcuddur və bu Sərəncam tərəfimizdən icra olunmalıdır. Bunun üçün milyonlarla kredit götürülmüş, aidiyyatı orqanlardan icazə alınmışdır. Lakin bu hallar ümumiyyətlə məhkəməyə maraqlı olmur. Buna görə də tikinti işləri mümkünsüz bir vəziyyətə gəlir. Bakı İnzibati Məhkəmədə araşdırılan iş üzrə prosessual müddət əslində iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçı tərəfindən verilmiş iddia İnzibati-Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilməlidir. Belə ki, iddiaçılar tərəfindən Sabunçu və Suraxanı Rayon Məhkəmələrinin elektron kabinetinə əlavə olunmuş iddia ərizəsinin 1-ci səhifəsindən görünür ki, İnzibati Məhkəməyə verilmiş iddia ərizəsi hər iki şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmişdir. Dəftərxana tərəfindən həmin sənədin qəbul edilməsini təsdiq edən yazıdan da bu görünür. Hal-hazırda isə elektron məhkəmə sistemindən əlavə etdiyi bildirişdən görünür ki, X3rşı müəssisə tərəfindən verilmiş iddia ərizəsi xx.xx.2024-cü il tarixdə, Cavabdeh qarşı verilmiş iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bu zaman iddia ərizəsi ilə birlikdə ona qoşma olaraq əlavə edilmiş digər sənədlər, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli sərəncamı da mövcud olmuşdur. Yəni, iddiaçı Cavabdeh və Cavanşir Ramazanov sərəncamın mövcud olmasını ən geci xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixdə məlumatı olduğu halda məhkəməyə 2 aydan artıq bir müddət keçdiyi zaman sonra xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bununla da qanunvercilikdə ona tanınmış 30 günlük müddəti ötürmüşdür. İnzibati-Prosessual Məcəlləsinin 38.1cimaddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi vətanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən vəelmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlıinzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi Cavabdeh və X6 Prosessual Məcəlləsinin 38-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq sərəncamın ona təqdim Prosessual Məcəlləsinin 38-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq sərəncamın ona təqdim edildiyi ( xx.xx.2024-cü il (Cavanşir Ramazanov), xx.xx.2024-cü il( Cavabdeh) ) müddətdən 2 ay sonra məhkəməyə müraciət etmişdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Buna görə də hesab edir ki, Cavabdeh və X7 tərəfindən verilmiş iddia ərizəsi qeyri-mümkün hesab edilərək geri qaytarılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından "xxxx" ASC-nin nümayəndəsi X13 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Qanunvericiliyin qeyd edilən normasının məzmunuma görə iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərədə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki mülki iş Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçılar X4, Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs “Bakı Çayçəkici ASC-yə) qarşı “sərəncamın hissəvi ləğvi” tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmalıdır. Belə ki, həmin işlə hazırki iş arasında tələb və tərəf baxımından bağlılıq aşkardır. İddiaçı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılmasını” tələb edir. Cavabdeh isə Bakı Şəhər İcra Hakimiyyətinin 248 nömrəli sərəncamın ləğv edilməsini tələb edir. Hansı ki, iddiaçı həmin sərəncama əsasən cavabdehə qarşı Bakı şəhər Sabunçu Rayon Məhkəməsində hazırki iddianı irəli sürmüş və cavabdehdən ona məxsus olan fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Belə olan halda Bakı İnzibati Məhkəməsində mübahisə tam həll edilməyənədək hazırki işə baxıla bilməz. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3461/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3461/2025
03.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver