Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3463/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: mənzildən təyinatına uyğun olmayan şəkildə istifadə edilməsinin dayandırılması, vurulmuş mənəvi zərərin və məhkəmə xərclərinin tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçılar İddiaçı1 və Nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1380/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və Nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 17anında yerləşən 341 nömrəli mənzil xüsusi mülkiyyət kimi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 17anında yerləşən 342 nömrəli mənzil xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.
3. "xxxx" MMC və İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kommunal xidmətlərin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, müqavilənin 4-cü maddəsində qeyd olunur ki, mənzil sahibi mənzildə təmir işləri apardığı təqdirdə tikinti tullantılarını öz vəsaiti hesabına daşımalı, təmir işlərini iş günləri saat 10:00dan 18:00-dək, şənbə günü isə saat 10:00-dan 16:00- dək aparmalı, binada yaşayan digər sakinlərin rahatlığını və təhlükəsizliyini qorumalı, Lift şaxtalarının, yanğın əleyhinə, habelə digər fövqəladə hallar üçün nəzərdə tutulmuş qurğu və şaxtalarının, eləcə də çıxışların önünə və ya üstünə tikinti materiallarını, zibilləri qoymamalı, binanın və mənzilin ilkin layihə sərədlərindən fərqli əsaslı dəyişiklik və yenidənqurma işləri aparmamalı, yaşadığı blokun səliqəsinə xələl gətirməməli, sakinlərin blokda və pilləkənlərdə sərbəst hərəkətini məhdudlaşdıran hər hansı bir mane yaratmamalı və MMC tərəfindən müəyyən edilən birgəyaşayış qayda və davranışlarına əməl etməli, digər sakinlərin hüquqlarına hörmətlə yanaşmalıdır.
4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən Nəsimi RİHB aparatına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, əməkdaşlar tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 13-cü mərtəbəsindəki 342 nömrəli mənzilin mülkiyyətçisi tərəfindən yaşayış sahəsi bir müddət öncə təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsinə çevrilmiş və hazırda ofis kimi fəaliyyət göstərir.
5. 04 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Nəsimi RİHB aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri V.Zeynalov, şöbənin baş məsləhətçisi O.Mövsümov, "xxxx" MMC-nin direktoru N.Həsənov ünvan 3 ünvanda yerləşən binanın 13-cü mərtəbəsində yerləşən 341 nömrəli mənzilin mülkiyyətçisi İddiaçı1 müraciəti əsasında həmin binada eyni giriş, 13-cü mərtəbədə yerləşən 342 nömrəli mənzilə baxış keçirmişlər. Məlum olmuşdur ki, 342 nömrəli mənzil 3 otaqdan ibarətdir. Təqdim edilən çıxarışa əsasən ümumi sahəsi 193,2 m2 -dir. Mənzilin mülkiyyətçisi Cavabdehdur. Baxış zamanı məlum olmuşdur ki, mənzildən qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə olunur və burada "xxxx" MMC fəaliyyət göstərir. Mənzildə 15 nəfərə yaxın şəxsin olduğu müəyyən edilmişdir və onların MMC-nin əməkdaşları olduğu bildirilmişdir. Aktı tərtib edən şəxslər tərəfindən 342 nömrəli mənzilin mülkiyyətçisi Rüfət Aslanova qonşuların narazılığı barədə bildirilmiş və mənzildən təyinatı üzrə istifadə edilməsi üçün müvafiq addımların atılması məqsədi ilə vaxt verilərək xəbərdarlıq edilmişdir.
6. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı aparatı tərəfindən İddiaçı1 nümayəndəsi Vəkil2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Nəsimi rayonu X4 yerləşən 57 nömrəli binanın 342 nömrəli mənzilinin təyinatına uyğun olmayaraq qeyri-yaşayış (ofis) obyekti kimi fəaliyyətindən narazılıqla bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə ünvanlanmış müraciətlə əlaqədar tərəflərindən "xxxx" MMCnin rəhbərliyi ilə birgə sözügedən ünvana baxış keçirilmişdir. Baxış zamanı mənzildən həqiqətən də qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə edildiyi və orada "xxxx" MMC-nin fəaliyyət göstərdiyi məlum olmuşdur. Tərəflərindən "xxxx" MMC-nin rəhbərliyinə qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi tapşırılmış və bu barədə məktub ünvanlanmış, eyni zamanda 342 nömrəli mənzilin mülkiyyətçisi Rüfət Aslanova xəbərdarlıq edilərək mənzildən təyinatı üzrə istifadə edilməsi üçün müvafiq addımların atılması məqsədilə vaxt verilmiş, əks təqdirdə qeyd edilən məsələnin hüquqi müstəvidə həlli üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
7. İddiaçı1 adından X6 Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Operativ Nəzarət və Uçotun təşkili Baş İdarəsinə yazılmış ərizələrdən görünür ki, ərizələrin mahiyyətlərinə uyğun olaraq Cavabdeh hərəkətlərinin araşdırılması, qanunvericiliyə uyğun olaraq tədbir görülməsi; eləcə də, qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasının araşdırılması, barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülməsi və nəticəsi barədə ərizəçiyə məlumat verilməsi xahiş edilmişdir.
8. "xxxx" MMC-yə ünvanlanmış ünvan 8 Nümayəndə, Tural Həsənov, Fərhad Hacıyev, Fərid Şükürlü, Ədalət Muradov, Nicat Muradov, Esmira Əhmədova, Əsgər Zeynalov və Tamerlan Həsənzadə tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57-də yerləşən 342 №-li mənzilin mülkiyyətçisi Cavabdeh dair kollektiv şikayət ərizəsinin surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh həmin yaşayış sahəsini qeyri-yaşayış sahəsi kimi istifadə edir. Belə ki, Cavabdeh məxsus həmin yaşayış sahəsi təyinatına zidd olaraq ofis kimi fəaliyyət göstərir, hal-hazırda 20 nəfərdən artıq şəxs həmin ofisdə işləyir. Sözügedən mənzil binanın 13-cü mərtəbəsində yerləşir, həmin mənzilin digər yaşayış sahələrindən ayrılıqda giriş-çıxışı mövcud deyil, yəni həmin yaşayış sahəsinə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün deyildir. Həmçinin həmin mənzilin altında və yanında yerləşən mənzillər də yaşayış sahəsidir. Bu da bina sakinlərinin hüquqlarının pozulmasına gətirib çıxarır. Bununla bağlı daha mənzil təmir edilərkən həmin sahənin sonralar qeyri-yaşayış sahəsi olaraq fəaliyyət göstərməsi ilə bağlı bina sakinlərinin narazılıqları "xxxx" MMC vasitəsilə mənzilin mülkiyyətçisi Cavabdeh bildirilmişdir. O, bir müddət işi dayandırmış, lakin sonra yenidən təmir işlərini davam etdirib. Eyni zamanda nəzərə çatdırmışlar ki, binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur və təyinatına uyğun olaraq həmin sahələrdən qeyri- yaşayış sahəsi kimi istifadə edilir. Yəni yaşayış kompleksində müvafiq olaraq qeyri- yaşayış sahələri üçün yerlər ayırlmışdır. Odur ki, qeyd edilən hallarla bağlı müvafiq tədbirlər görməyinizi, həmin mənzilin qeyri-yaşayış sahəsi kimi fəaliyyətinin dayandırılmasını xahiş etmişlər.
9. Nəsimi RİHB 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı1 nümayəndəsi Vəkil2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, rayon icra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə araşdırma zamanı qonşu mənzildən müvafiq qanunvericiliyinə əsasən mənzilin mülkiyyətçisi tərəfindən təyinatına uyğun olaraq istifadə olunmaması faktı öz əksini tapmışdır. Faktla bağlı qonşu mənzilin mülkiyətçisinə mənzildən qeyri-yaşayış sahəsi kimi istifadənin dərhal dayandırılması üçün rayon icra hakimiyəti tərəfindən xəbərdarlıq olunaraq məlumat verilmişdir.
10. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə və 10 ədəd CD disk təqdim etmişdir. Ərizədə qeyd olunmuşdur ki, cavabdehin nümayəndəsi Vəkil1 məhkəmədə bildirdiklərinin əksinə olaraq, ünvan 3 saylı evin 342 saylı mənzilində gün ərzində ortalama 19-20 nəfərədək işçi və 10 nəfərədək müştəri qismində şəxslər sözügedən mənzilə daxil olur. Mənzilin qapısı açıq olarkən müşahidələrə əsasən mənzildə işçilərin iş otaqlarının və iş üçün şəraitin təmin edilməsi aşkar edilmişdir. Mənzilə ofis obyekti kimi gəlib-gedən şəxslər müşahidə kamerası ilə qeydə alındığından həmin görüntülərin yazıldığı CD-ləri məhkəməyə təqdim edərək sübut növü kimi qiymətləndirilməsini və iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Təqdim edilmiş fotoşəkillərdən və DVD diskdəki videogörüntülərdən görünür ki, iddia ərizəsində qeyd edilən mənzildən ofis kimi istifadə olunur, ofisdə çox sayda işçi çalışır, ofis daxilində müxtəlif tipli tədbirlər təşkil olunur.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 16(103)- 92/2025 nömrəli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev № 57-də yerləşən 342 №-li mənzildən qeyri-yaşayış məqsədilə istifadə edilməsinin (mənzildə kommersiya və digər bu kimi fəaliyyətin həyata keçirilməsi) Cavabdeh və digər şəxslərə qadağan olunması qərara alınmış və icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir.
12. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli aktların surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icra edilməsi ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev № 57-də yerləşən 342 №-li mənzildə olmuşlar. Tərəflərindən müəyyən olunmuşdur ki, borclu Cavabdeh və iki nəfər qadın həmin ünvanda olmuşlar. Borclunun dediyinə görə onun qonaqları idi. Daha sonra mənzilə baxış keçirərkən mənzildə kommersiya və ya digər növ fəaliyyətin həyata keçirilməsi müəyyən olunmamışdır.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(006)- 1680/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 16(103)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icra edilməməsi ilə əlaqədar X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənzildən təyinatına uyğun olmayan şəkildə istifadə edilməsinin dayandırılması, vurulmuş mənəvi zərərin və məhkəmə xərclərinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 10 ünvanda yerləşən 342 nömrəli mənzildən qeyriyaşayış məqsədli, yəni, yaşayış təyinatına aid olmayan fəaliyyət üzrə, təyinatından kənar məqsədlərə istifadə edilməsinin dayandırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, onlara dəymiş mənəvi zərərə görə 20.000 manat məbləğin, hüquqi yardımla bağlı xərclərə görə 1.340 manat, dövlət rüsumuna görə 154,02 manat olmaqla, ümumillikdə 21.494,02 manat pul vəsaitinin Cavabdeh tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 saylı evin 341 saylı mənzilində həyat yoldaşı Nümayəndə və oğlu ilə birlikdə yaşayır. Sözügedən mənzil binanın 13-cü mərtəbəsində yerləşir. Həmin mənzilə qonşu olan 342 nömrəli yaşayış sahəsini mənzilin mülkiyyətçisi Cavabdeh alaraq təmir etməyə başlamışdır. Təmir zamanı həmin mənzilin yaşayış sahəsi olaraq fəaliyyət göstərməyəcəyindən, ofis olaraq fəaliyyət göstərəcəyindən şübhələnərək iddiaçılar və digər mənzil sakinləri bu barədə iradlarını həmin yaşayış kompleksinin kommunal xidmətlərinə nəzarət edən "xxxx" MMC vasitəsi ilə bildirmişlər. Bundan sonra cavabdeh tərəfindən yaşayış sahəsində iş dayandırılmış, lakin bir müddət sonra yenidən Cavabdeh təmir işlərinə başlamışdır. Hal-hazırda sözügedən mənzil qeyri-yaşayış sahəsi olaraq ofis kimi fəaliyyət göstərir, 20 nəfərdən artıq şəxs orada işləyir. Həmin binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadə üçün ayrılmışdır. Sözügedən yaşayış sahəsinin təyinatına uyğun olmayaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərməsindən həmin binada yaşayan digər sakinlər də narazıdır. Eyni zamanda, cavabdehin həmin mənzildən qeyri-yaşayış sahəsi kimi istifadəsi iddiaçıların gündəlik həyatına mənfi təsir edir. Bu hallar onların hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır, həmçinin Cavabdeh qanunsuz hərəkətləri mənzil qanunvericiliyinin tələblərinin pozulmasına dəlalət edir. Qeyd edilən halların aradan qaldırılması ilə bağlı iddiaçılar tərəfindən bir çox aidiyyəti qurumlara müraciətlər edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-35-1/2/Ə-23xx-xx-2387/2024 saylı cavab məktubunda Baş İdarə bildirmişdir ki, yerində baxış zamanı Bakı şəhəri Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi ev 57 ünvanda yerləşən yaşayış binasının 13-cü mərtəbəsindəki 342 nömrəli mənzilin mülkiyyətçisi tərəfindən yaşayış sahəsinin bir müddət öncə təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə çevrilməsi və hazırda ofis olaraq fəaliyyət göstərməsi müəyyən edilmişdir. Cavab məktubunda narazılığa səbəb olan amillərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətindən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi RİH tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən "xxxx" MMC-nin rəhbərliyi ilə sözügedən ünvana baxış keçirilmiş, mənzilin həqiqətən də qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi və orada "xxxx" MMC-nin fəaliyyət göstərdiyi məlum olmuşdur. Nəsimi RİH tərəfindən cavabdehə xəbərdarlıq edilərək mənzildən təyinatı üzrə istifadə edilməsi üçün müvafiq addımların atılması məqsədilə vaxt verilmiş, əks təqdirdə məsələnin hüquqi müstəvidə həlli üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, bu günədək sözügedən hallar həllini tapmamış, həmin mənzil cavabdeh tərəfindən yenə də qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Odur ki, iddiaçıların hal-hazırda mövcud problemin həlli ilə bağlı məhkəməyə müraciət etməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd edilənlərə əsasən işin mahiyyəti üzrə bəlli edilməsi üçün sözügedən ünvana baxış keçirmiş inzibati orqanların - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və "xxxx" MMC-nin üçüncü şəxs qismində mülki məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Belə ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və "xxxx" MMC-nin nümayəndələri ünvana baxış keçirərək həmin mənzilin həqiqətən də qeyri-yaşayış sahəsi olaraq istifadə edilməsi faktı təsdiq etmişlər. Əlavə olaraq qeyd etmişlər ki, "xxxx" MMC həmin yaşayış kompleksinin kommunal xidmətlərinə nəzarət edən müəssisədir. İddiaçılar hesab edirlər ki, Bakı şəhəri Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi ev 57 ünvanda yerləşən yaşayış binasının 13-cü mərtəbəsindəki 342 nömrəli mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsi cavabdehə qadağan edilməli və iddiaçılara dəymiş mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. İşin hallarından da göründüyü kimi ünvan 14 ünvanda yerləşən mənzil binanın 13-cü mərtəbəsindən yerləşir. Eyni zamanda həmin binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadə üçün ayrılmışdır. Belə ki, qeyd edilənlərə baxmayaraq cavabdeh tərəfindən 342 nömrəli mənzilin qeyriyaşayış sahəsi olaraq istifadəsi qanuna ziddir. Cavabdehin qəsdən törədilmiş əməli nəticəsində mülki qanunvericiliyin və mənzil qanunvericiliyinin tələbləri kobudcasına pozulur. Cavabdehin hərəkətləri mənzilin ofis kimi istifadə edilməsi iddiaçıların gündəlik yaşamına mənfi təsir göstərir. Uzun müddətdir həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi iddiaçıların mənəvi sarsıntı keçirməsinə səbəb olur. Həmçinin sözügedən mənzildə 20 nəfərdən çox işçinin işləməsi səs-küyə səbəb olur. Bununla bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə, həmçinin cavabdehin qanunsuz hərəkətləri ilə bağlı aidiyyəti qurumlara şikayətlər edilməsinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu hallar iddiaçıların vaxt itkisinə və əsəb, stress keçirməsinə səbəb olmuşdur. Şərh edilənlərə əsasən iddiaçılar 20.000 manat məbləğində mənəvi zərərin ödənilməsini cavabdehdən tələb edir. İddiaçılar tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən 1.340 manat ödəniş edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçılara dəymiş mənəvi zərərə görə 20.000 manat, hüquqi yardımla bağlı 1.340 manat, ümumillikdə 21.340 manat məbləğində iddia tələbinə uyğun olaraq 154,02 manat dövlət rüsumu nəzərdə tutulmuşdur.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1380/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənzildən təyinatına uyğun olmayan şəkildə istifadə edilməsinin dayandırılması, vurulmuş mənəvi zərərin və məhkəmə xərclərinin tutulması» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14.1, 14.2, 14.3, 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 170.3, 170.4, 171.1, 171.2, 171.3, 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçılar İddiaçı1 və Nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 15 ünvanında yerləşən mənzildə həyat yoldaşı Nümayəndə (bundan sonra“iddiaçı”) və oğlu ilə birlikdə yaşayır. Sözügedən mənzil binanın 13-cü mərtəbəsində yerləşir. Həmin mənzilə qonşu olan 342 nömrəli yaşayış sahəsini mənzilin mülkiyyətçisi Cavabdeh (bundan sonra: cavabdeh) alaraq təmir etməyə başlayıb. Təmir zamanı həmin mənzilin yaşayış sahəsi olaraq fəaliyyət göstərməyəcəyindən, ofis olaraq fəaliyyət göstərəcəyindən şübhələnərək ərizəçilər və digər mənzil sakinləri bu barədə iradlarını həmin yaşayış kompleksinin kommunal xidmətlərinə nəzarət edən "xxxx" MMC vasitəsi ilə bildirmişdilər. Bundan sonra cavabdeh tərəfindən yaşayış sahəsində iş dayandırılıb, lakin bir müddət sonra yenidən Cavabdeh təmir işlərinəbaşlayıb. Sözügedən mənzil qeyri-yaşayış sahəsi olaraq ofis kimi fəaliyyət göstərir, 20 nəfərdən artıq şəxs orada işləyir. Əlavə olaraq qeyd edir ki, həmin binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadə üçün ayrılmışdır. Sözügedən yaşayış sahəsinin təyinatına uyğun olmayaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərməsindən həmin binada yaşayan digər sakinlərdə narazıdır. Bununla əlaqədar “ünvan 16 ünvanlanaraq bildirilmişdir ki, “ünvan 17anında yerləşən 342 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh həmin yaşayış sahəsini qeyri-yaşayış sahəsi kimi istifadə edir. Sözügedən mənzil binanın 13-cü mərtəbəsində yerləşir, həmin mənzilin digər yaşayış sahələrindən ayrılıqda giriş-çıxışı mövcud deyil. Həmçinin həmin mənzilin altında və yanında yerləşən mənzillərdə yaşayış sahəsidir. Bu da bina sakinlərinin hüquqlarının pozulmasına gətirib çıxarır”. Kollektiv şikayət bina sakinləri Nümayəndə, Tural Həsənov, Fərhad Hacıyev, Fərid Şükürlü, Ədalət Muradov, Nicat Muradov, Esmira Əhmədova, Əsgər Zeynalov və Tamerlan Həsənzadə tərəfindən imzalanmışdır. Eyni zamanda cavabdehin həmin mənzildən qeyri-yaşayış sahəsi kimi istifadəsi ərizəçilərin gündəlik həyatına mənfi təsir etmişdir. Belə hallar ərizəçilərin hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmış, həmçinin cavabdehin qanunsuz hərəkətləri mənzil qanunvericiliyinin tələblərinin pozulmasına dəlalət etmişdir Qeyd edilən halların aradan qaldırılması ilə bağlı tərəfimizdən bir çox aidiyyəti qurumlara müraciətlər edilmişdir. Belə ki, Bakı şəhəri Nəsimi RİH tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən "xxxx" MMC-nin rəhbərliyi ilə sözügedən ünvana baxış keçirilmiş, mənzilin həqiqətən də qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi və orada"xxxx" MMC-nin fəaliyyət göstərdiyi məlum olmuşdur. Nəsimi RİH tərəfindən cavabdehə xəbərdarlıq edilərək mənzildən təyinatı üzrə istifadə edilməsi üçün müvafiq addımların atılması məqsədilə vaxt verilmiş, əks təqdirdə məsələnin hüquqi müstəvidə həlli üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bununla yanaşı Nəsimi RİHB aparatının xx.xx.2024-cü il tarixli aktına əsasən RİHB aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri V.Zeynalov, şöbənin baş məsləhətçisi O.Mövsümov, "xxxx"MMC-nin direktoru N.Həsənov ünvan 3 ünvanda yerləşən binanın 13-cü mərtəbəsində yerləşən 341 nömrəli mənzilin mülkiyyətçisi İddiaçı1 müraciəti əsasında həmin binada eyni giriş, 13-cü mərtəbədə yerləşən 342 nömrəli mənzilə baxış keçirmişlər. Məlum olmuşdur ki, 342 nömrəli mənzil 3 otaqdan ibarətdir. Təqdim edilən çıxarışa əsasən ümumi sahəsi 193,2 m2 -dir. Mənzilin mülkiyyətçisi Cavabdehdur. Baxış zamanı məlum olmuşdur ki, mənzildən qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə olunur və burada "xxxx" MMC fəaliyyət göstərir. Mənzildə 15 nəfərə yaxın şəxsin olduğu müəyyən edilmişdir və onların MMC-nin əməkdaşları olduğu bildirilmişdir. Aktı tərtib edən şəxslər tərəfindən 342 nömrəli mənzilin mülkiyyətçisi Rüfət Aslanova qonşuların narazılığı barədə bildirilmiş və mənzildən təyinatı üzrə istifadə edilməsi üçün müvafiq addımların atılması məqsədi ilə vaxt verilərək xəbərdarlıq edilmişdir. Nəsimi RİHB 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı1 nümayəndəsi Vəkil2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, rayon icra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə araşdırma zamanı qonşu mənzildən müvafiq qanunvericiliyinə əsasən mənzilin mülkiyyətçisi tərəfindən təyinatına uyğun olaraq istifadə olunmaması faktı öz əksini tapmışdır. Faktla bağlı qonşu mənzilin mülkiyətçisinə mənzildən qeyri-yaşayış sahəsi kimi istifadənin dərhal dayandırılması üçün rayon icrahakimiyəti tərəfindən xəbərdarlıq olunaraq məlumat verilmişdir. Cavabdeh tərəfindən mənzilin təyinatına uyğun olmayan istifadəsi dayandırılmadığından iddiaçılar İddiaçı1və Nümayəndə oğıu ünvan 19 ünvanında yerləşən 342 nömrəli mənzilin qeyriyaşayış sahəsi olaraq istifadəsinin dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və ərizəçilərə dəymiş mənəvi zərərəgörə 20000 (iyirmi min) manat məbləğin; hüquqi yardımla bağlı xərclərə görə1340 (min üç yüz qırx) manat; dövlət rüsumuna görə 154,02 manat (yüz əlli dörd manat, 2 qəpik), ümumillikdə 21494,02 (iyirmi bir min dörd yüz doxsan dörd manat, 2 qəpik ) manat məbləğin cavabdehdən tutularaq iddiaçılaraödənilməsi tələbilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçılar bununla yanaşı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə aid mənzilin qeyri-yaşayış məqsədilə istifadəsi qadağan olunmasını xahiş etmişdirlər. Nəsimi RM-nin xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınıb ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin olunmasın. Sözügedən qərardaddan tərəfimizdən verilmiş şikayət təmin edilmiş, Bakıı Apellyasiya Məhkəməsinin 16(103)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev № 57-dəyerləşən 342 №-li mənzildən qeyri-yaşayış məqsədilə istifadə edilməsi (mənzildə kommersiya vədigər bu kimi fəaliyyətin həyata keçirilməsi) Cavabdeh və digər şəxslərə qadağan olunması, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin və şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 66 (altmış altı) manat Cavabdeh alınaraq İddiaçı1 verilməsi qərara alınmışdır. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Vəkil1 faktiki halları təkzib edərək sözügedən mənzilin yaşayış sahəsi olaraq istifadə edildiyini bildirmişdir. Bununla əlaqədar məhkəməyə iddiaçıların mənzilində quraşdırılmış video-müşahidə kameralarından görüntülərin yerləşdiyi disk materiallar təqdim edilərək sübut edilmişdir ki, həmin mənzilə gün ərzində 20 nəfərədək işçi və müştərilər daxil olur. Məhkəməyə "SYNERGY PARTNERSHİP”MMC-nin instagram hesabından işçi heyəti və MMC-də keçirilən tədbirlə əlaqədar fotoşəkillər əlavə edilmişdir ki, həmin şəkillər mənzilin ofis olaraq fəaliyyətini təsdiq edir. Məhkəmə baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 bildirmişdir ki,cavabdehin mənzilinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mənzil 3 otaqdan ibarətdir. Hər otaqda müəyyən qədər stol və kompyuter mövcuddur. Həmin mənzil iş üçün deyilsə, bir evdə nə üçün bu qədər kompyuter olsun ki? Cavabdeh mənzildən qeyriyaşayış sahəsi kimi istifadə etmək üçün razılıqalmalıdır. Cavabdehə mənzildən ofis kimi istifadə qadağan edilməlidir. "xxxx" MMC-nin direktoru X3 izahatında bildirmişdir ki,342 nömrəli mənzil yanvar ayında təmirə başlamış, sentyabrda təmiri bitmiş, noyabr ayında qeyri-yaşayış sahəsi kimi fəaliyyətə başlamışdır. 10 noyabrda bina sakinləri yazılı olaraq müraciət etmişlər. Onlar da Bakı şəhər İcra Hakimiyyətinə məlumat vermişlər. İcra hakimiyyətinin nümayəndəsi tərəfindən mənzilə baxış keçirildi və mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu təsdiqlənmişdir. Təmir zamanı mənzildə işçilərin olduğu müəyyən edilmişdir. Daha sonra 2 ay təmir dayanmışdır. Lift sərbəst şəkildədir.Lakin, lift bina sakinləri üçün nəzərdə tutulmuşdur. 342 nömrəli mənzilə də çox adam qalxdığı üçün lift 13-cü mərtəbədə məşğul olaraq qalır və bu da bina sakinlərinin etirazına səbəb olur. Hərgün saat 09:00-da işçilərin gəlməsindən müəyyən olunur ki, həmin mənzil qeyri-yaşayış sahəsidir. Mənzil fəaliyyətə başlamamış həmin mənzildə olmuşdur. Nəsimi rayon Məhkəməsinin 2(006)-1380/2025saylı, xx.xx.2025-ci il tarixli qətnaməsiilə iddiamızın rədd edilməsi qət edilmişdir. Nəsimi RM-nin sözügedən qətnaməsi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, cavabdehin qonşu mənzildə mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq qeyri-yaşayış sahəsi kimi sahibkarlıq fəaliyyəti ilə məğul olması nəticəsində iddiaçıların hüquqları pozulmuşdur. Mülki Məcəlləyə əsasən mülki hüquq subyektləri qonşunun mülkiyyətinə cürbəcür təsirlərdən çəkinməlidir. Məhkəmə nəzərə almalı idi ki, cavabdeh tərəfindən mənzilin təyinatına uyğun olmayan istifadəsi nəticəsində iddiaçı ilə yanaşı bina sakinləri də narazı olmuşdur. Onlar kollektiv şikayətlərini bu barədə binanın idarəetməsi ilə məşğul olan "xxxx" MMC-yə bildirmişdilər. Həmçinin MMC-nin direktoru izahat verərək təsdiq etmişdir ki, 342 nömrəli mənzilə çox adam qalxdığı üçün lift 13-cü mərtəbədə məşğul olaraq qalır və bu bina sakinlərinin etirazına səbəb olur. Qeyd edilən hallar cavabdehin təsirinin əhəmiyyətli dərəcədə çox olduğunu sübut edir. Mülki Məcəllənin 171-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa qonşu təsirinə dözmək vəzifəsi vardır. Lakin işin hallarından da göründüyü kimi cavabdehin yaratdığı mənfi təsir bina sakinlərinin kollektiv narahatlığına səbəb olur. Məhkəmə bu kimi hallara hüquqi qiymət vermədən qətnaməsində qeyd edir ki, “iddiaçının dəlili cavabdehin mənzilinə günün müəyyən saatlarında daxil olan və ya mənzildən çıxan şəxslərin sayının çoxluğu da olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş kamera görüntülərinə əsasən günün müəyyən saatlarında – səhər saat 9-dan axşam saat 19-dək olan müddətdə - həqiqətən də şəxslərin cavabdehin mənzilinə sərbəst şəkildə daxil olması və mənzili tərk etməsini müəyyən etmək mümkündür. Lakin nəzərə alınsa ki, cavabdehin mənzilinin yerləşdiyi mərtəbədə iddiaçının mənzili ilə yanaşı bir neçə mənzil daha yerləşir, görünən odur ki, cavabdehin mənzilinə daxil olan və çıxan şəxslərin hər hansı əhəmiyyətli səs-küy yaratması halı yoxdur. Analoji hal şəxsin mülkiyyətində olan mənzilə özünün və yaxın ailə üzvlərinin sayının çoxluğu və həmin şəxslərin gün ərzində mənzilə daxil olma və mənzili tərk etmələri halında hansı narahatlıq yarada bilər sualı ilə müqayisə olunsada, təbii bu halda heç kim mülkiyyətçiyə eynilə belə bir qadağanın tətbiqini tələb edə bilməz”. Məhkəmənin qeyd edilən mövqeyinə münasibətdə bildirir ki, iş materillarından məlumdur ki,342 nömrəli mənzil 3 otaqdan ibarətdir. Gün ərzində 3 otaqlı mənzilə 20 nəfərədək şəxsin daxil olması müşahidə kameraları ilə sübuta yetirilir. Bu halda evdə səs-küyün yaranması halı qaçınılmazdır. Məhkəmə təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir, belə ki, mənzilə 20 nəfərədək şəxsin daxil olması öncəlikdə mənzilin ofis kimi fəaliyyətini, sonra isə həmin mənzildə bu qədər şəxsin yaratdığı səs-küyü təsdiqedir. Belə ki, məhkəmə səs-küyün yaranması halını yalnızca şəxslərin evə daxil olması faktı ilə deyil, şahid ifadələri, bina sakinlərinin şikayətləri ilə birlikdə məcmu halında qiymətləndirməli idi. Eyni zamanda məhkəmə anoloji hal olaraq şəxsin mənzilə özünün və yaxın ailə üzvlərinin sayının çoxluğu və həmin şəxslərin gün ərzində mənzilə daxil olma və mənzili tərk etmələri halında hansı narahatlıq yarada bilər sualını ortaya qoyur. Məhkəmənin belə yanaşması ilə bağlı bildirir ki, mənzilin yaşayış sahəsi olaraq şəxsi istifadəsi ilə kommersiya məqsədli istidəsinin qarşılaşdırılması absurddur. Belə ki, mənzilin yaşayış sahəsi olaraq istifadəsində davamlı olaraq hər gün ərzində mənzildə 20 nəfərədək şəxsin olması inandırıcı deyil. Bakı Apellyasiya Məhkəməsinin 16(103)-92/2025saylı, xx.xx.2025-ci il tarixli qərardadında məhkəmə işin hallarına düzgün hüquqi qiymət verərək qərardadın 11-ci bəndində bildirir ki, “Cavabdehə aid mənzilini qanuni əsas olmadan qeyriyaşayış sahəsi (ofis) kimi istifadə edilməsi qonşu mənzildə yaşayan iddiaçıların hüquqlarının pozulmasına səbəb olur. Belə ki, cavabdehə aid mənzilə hər gün gəlib-gedən və orada çalışan şəxslərin yaratdığı səs-küy və digər bu kimi hallar iddiaçı tərəfə öz mülkiyyətindən (mənzildən) dinc istifadə etməyə maneə yaradır”. Mənzil Məcəlləsi, maddə 14,20,21,34 Mənzil Məcəlləsinin 14-cü maddəsinə əsasən: 14.1. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. 14.2. Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Həmin Məcəllənin 20-ci maddəsinə əsasən: 20.2. Yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla),yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Qeydedilən maddədən də göründüyü çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahəsinə çevrilməsinə aşağıdakı hallarda yol verilir: 1) Qeyri-yaşayış sahəsinə keçiriləcək mənzil binanın birinci mərtəbəsində yerləşməlidir; 2 ) Digər mərtəbələrdə yerləşən qeyriyaşayış sahəsinə keçiriləcək mənzilin biləvasitə altında yerləşən sahə yaşayış sahəsi olmamalıdır. HəminMəcəllənin 21-ci maddəsində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qaydası müəyyən edilmişdir: 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan)qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq yaşayış sahəsindən məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı və ya vəsiyyət tapşırığı əsasında istifadə edən vətəndaş həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədikdə, müntəzəm olaraq qonşuların hüquqlarını və qanuni mənafelərini pozduqda və ya yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) yol verməklə onunla təsərrüfatsızcasına rəftar etdikdə, yaşayış sahəsinin mülkiyyətçisi həmin vətəndaşı pozuntuların aradan qaldırılması barədə xəbərdarlıq etmək hüququna malikdir. Əgər göstərilən pozuntular yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) gətirib çıxarırsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin təmir edilməsi üçün ağlabatan müddət təyin etmək hüququna da malikdir. Əgər həmin vətəndaş yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən edilən xəbərdarlıqdan sonra qonşuların hüquqlarını və qanuni mənafelərini pozmaqda və ya yaşayış sahəsindən təyinatı üzrə istifadə etməməkdə davam edərsə və ya üzrlü səbəblər olmadan zəruri təmir işlərini aparmazsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə Mənzil Məcəlləsinin sadalanan normalarına münasibət bildirməmişdir. Lakin işin hallarından da göründüyü kimi ünvan 9 ünvanında yerləşən mənzil binanın 13-cü mərtəbəsindən yerləşir. Eyni zamanda həmin binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadə üçün ayrılmışdır. Belə ki, qeyd edilənlərə baxmayaraq cavabdeh tərəfindən 342 nömrəli mənzilin qeyri-yaşayış sahəsi olaraq istifadəsi qanunaziddir. Cavabdehin qeyd edilən qanunsuz hərəkətləri ərizəçilərin hüquqlarının pozulmasına gətirib çıxarır. İşin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən mülkiyyətində olan 342 nömrəli mənzil qeyriyaşayış sahəsi olaraq, kommersiya məqsədli, "xxxx" MMC-nin ofisi olaraq fəaliyyət göstərir. Məhkəmə mübahisələndirilən qətnaməsində də mənzilin qeyri-yaşayış sahəsi kimi, kommersiya məqsədli istifadəsini təsdiq edərək qeyd edir ki, “araşdırma zamanı cavabdehin mənzilindən qeyri-yaşayış və kommersiya təyinatlı istifadəsi istisna edilməsə də...”. Eyni zamanda, bu hal məhkəməyə təqdim edilmiş sübut materiallarla təsdiq edilmişdir: 1 - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi YanındaBakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən Nəsimi RİHB aparatına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilir ki, mənzil ofis olaraq fəaliyyət göstərir. 2 -04 dekabr 2024-cü il tarixli Nəsimi R İHB aktında qeyd edilir ki, mənzilə "xxxx" MMC ilə baxış keçirərək mənzilin "xxxx" MMC-nin ofisi olduğu təsdiq edilir, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı aparatı tərəfindən İddiaçı1 nümayəndəsi Vəkil2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdada mənzil sahibinə bununla əlaqədar xəbərdarlıq edildiyi bildirilir. Eyni zamanda məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşı X2 izahatında qeyd edir ki, mənzil 3 otaqdan ibarətdir. Hər otaqda müəyyən qədər stol və kompyuter mövcuddur. Həmin mənzil iş üçün deyilsə, bir evdə nə üçün bu qədər kompyuter olsun ki? Cavabdeh mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün razılıq almalıdır. Cavabdehə mənzildən ofis kimi istifadə qadağan edilməlidir. 3 - "xxxx" MMC izahatında mənzilin ofis kimi işlədiyini bildirir. 4 - Tərəfimizdən məhkəməyə təqdim edilmiş fotoşəkillər, müşahidə kameralarından çıxarışlar mənzilə gün ərzində iş saatı vaxtlarında 09:00 – 19:00 aralığında (qeyd edilən hal mübahisələndirilən məhkəmə qətnaməsindən də təsdiq edilir) işçilərin daxil olduğunu, mənzilin hüquqi şəxsin ofisi olduğunu sübuta yetirir (bununla əlaqədar işçilərin mənzilə daxil olduğu saatları təsdiq edən ərizələr qoşma olaraq əlavə edilir) . Bununla yanaşı, birinci instansiya məhkəməsi keçirilən məhkəmə iclasında mənzilin qeyri-yaşayış sahəsi olaraq istifadəsi, mənzilə gün ərzində 20 nəfərədək şəxsin daxil olması hallarını sübut etmək üçün mənzilə videomüşahidə kameraları quraşdırılmasını təklif etmiş, bundan sonra iddiaçılar tərəfindən mənzillərinin yuxarısında video-müşahidə kameraları quraşdıraraq iddiaçıların mənzilinin yerləşdiyi dəhliz müşahidə edilmiş, görüntülər məhkəməyə təqdim edilərək gün ərzində 20 nəfərədək şəxsin 342 №-li mənzilə daxil olması halı sübuta yetirilmişdir. Sözügedən videomüşahidə kameralarında görüntülər apellyasiya instansiyası məhkəməsinə təqdim ediləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin MTT barədə qərardadının icrası ilə əlaqədar Nəsimi rayon icra şöbəsinin icra məmuru Aydın Hümbətova və digər icra məmurları mənzilə baxış keçirmiş, mənzilin kommersiya məqsədli ofis olaraq istifadəsini videokamera ilə qeydə almışdır (həmin video-qeydlər məhkəməyə təqdim edilmişdir). Baxış zamanı mənzilə barmaq izi maqnitlə işçilərin daxil olduğu müəyyən edilmişdir. Mənzildən ofis avadanlıqları, stolları və.s götürülmüş, otaqlardan biri möhürlənmişdir. Eyni zamanda mənzildən ofis avadanlıqları 3 yük maşını ilə daşınılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil1 da mənzilin ofis olaraq istifadə edildiyini etiraf etmişdir. Bu hallar cavabdeh tərəfindən mənzil qanunvericiliyinin tələblərinin pozulduğunu sübut etsə də, məhkəmə cavabdehin qanunsuz hərəkətlərinə münasibət bildirməyərək yalnızca mənzildən qeyri-yaşayış təyinatlı istifadənin məhz iddiaçılara mənəvi zərər vurub-vurmaması halın münasibətdə qətnaməsini əsaslandırmışdır. Mənzilin qeyri-yaşayış kimi istifadəsinin mənzil qanunvericiliyinə zidd olduğunu Nəsimi rayon İcra Hakimiyyəti də təsdiq etsə də, məhkəmə bu halı nəzərə almamışdır. Belə ki, yuxarıda qeyd edilən normaların tələblərindən dəgöründüyü kimi qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyətinin qərarı əsasında həyata keçirilir (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə AR Prezidentinin fərmanı, 1.2-ci bənd). Lakin Nəsimi RİH də təsdiq edir ki, belə bir qərar mövcud deyil. Məhkəmə iclasında iştirak edən Nəsimi RİH-in nümayəndəsi Aberkarov Hafizİbrahim oğlu də mənzilin ofis kimi istifadəsinin qadağan edilməli olduğunu bildirmişdir. Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin əsas təyinatı insanların yaşamasıdır və yaşayış sahəsində yalnızca peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifasinə yol verilir (MM, maddə14.1). Yuxarıdaqeyd edilənlərdən də göründüyü kimi mənzildə hüquqi şəxs olan – "xxxx" MMC fəaliyyət göstərir. Məhkəmə MM-nin 14.1-ci maddəsinə düzgün hüquqi qiymət verməmişdir. Aydındır ki, qeyri-yaşayış sahəsi dedikdə yaşayış təyinatı olmayan, digər məqsədlər üçün (təsərrüfat, biznes və s) istifadə olunan sahələr nəzərdə tutulur. Həmçinin Mülki Məcəlləyə əsasən demək olar ki, fərdi sahibkar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Qanunverici Mənzil Məcəlləsinin 14.1-ci maddəsində məhz fərdi sahibkarlıq fəaliyyətinin və peşə fəaliyyətinin həyata keçirilməsini yolverilən hesabetmişdir. Belə ki, mənzildə hüquqi şəxsin sakibkarlıq fəaliyyəti işə məşğul olması mənzil qanunvericiliyinin pozulmasına səbəb olur. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 16(103)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, “Cavabdehə aid mənzilin qeyri-yaşayış sahəsinə keçirildiyini təsdiq edən qərar məhkəməyə təqdim olunmayıb. Bundan başqa, Mənzil Məcəlləsinin 20.3-cü maddəsində qeydolunub: “Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.” Cavabdehə aid mənzil binanın 13-cü mərtəbəsində yerləşir, onun altında yerləşən sahələrin yaşayış sahələri olmadığını təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Ona görə də ilkin sübutlar belə qənaətə gəlməyə əsas verirki, cavabdehə aid mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsi qanunsuzdur”. Məhkəmə iddia tələbinin “mənzilin qeyriyaşayış sahəsinin cavabdehə qadağan edilməsi” hissəsinə ümumiyyətlə mahiyyəti üzrə münasibət bildirməmişdir, yalnızca mənəvi zərərin dəyməsinə münasibətdə qiymətləndirmişdir. Lakin cavabdehin binanın 13-cü mərtəbəsini razılıq alınmadan qeyriyaşayış sahəsi kimi istifadə etməsi özü-özlüyündə qanunun tələblərinin pozulmasıdır. Bakı Apellyasiya Məhkəməsi 16(103)-92/2025saylı, xx.xx.2025-ci il tarixli qərardadında bu halları araşdıraraq düzgün hüquqi qiymət vermişdir. 1096.1-ci maddəsinə əsasən mülkihüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə)birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd(mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət vəyahərəkətsizlikdir). Mülki Məcəlləyə uyğun olaraq əməlin delikt hesabolunması üçün aşağıdakı əlamətlər tələb olunur: 1) Şəxsin əməli (hərəkət vəhərəkətsizliyi) hüquqi göstərişlərin ziddinə olaraq törədilən,qanunu pozan, hüquqa ziddolmalıdır. 2) Şəxsin əməlində təqsir olmalıdır, yəni qəsdən və ya ehtiyatsızlıqla törədilməlidir. 3) Delikt nəticəsində şəxsə birbaşa zərər dəyməlidir. Şəxsin əməlində yuxarıdakı əlamətlərin hamısı təsbit olunduqda, şəxsin delikt öhdəliyi yaranır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Cavabdehin qəsdən törədilmiş əməli nəticəsində mülki qanunvericiyin və mənzil qanunvericliyinin tələbləri kobudcasına pozulur. Cavabdehin hərəkətləri, mənzilin ofis kimi istifadə edilməsi iddiaçıların gündəlik yaşamına mənfi təsir göstərir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1098.2-ci madddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın,qurğunun istismarının vəya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1098.3-cü maddəsinə əsasənməhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması vəya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. Belə ki, uzun müddətdir həmin mənzilinqeyri-yaşayış sahəsi kimi istifadə edilməsi iddiaçıların mənəvi sarsıntı keçirməsinə səbəb olur. Həmçinin sözügedən mənzildə 20 nəfərdən çox işçinin işləməsi səs-küyə səbəb olur. Bununla bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə, həmçinin cavabdehin qanunsuz hərəkətləri ilə bağlı aidiyyəti qurumlara şikayətlər edilməsinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu hallar iddiaçıların vaxt itkisinə və əsəb, stress keçirməsinə səbəb olmuşdur. Şərh edilənlərə əsasən iddiaçılar 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərin ödənilməsini cavabdehdən tələb edir. İddiaçı tərəfindən pozulmuş hüququnun bərpası ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən 1340 manat, iddia ərizəsinin verilməsinə görə isə 154,02 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçılara dəymiş mənəvi zərəri düzgün qiymətləndirməmişdir. Belə ki, işin faktiki hallardan da göründüyü kimi uzun müddətdir həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi ərizəçilərin mənəvi sarsıntı keçirməsinə səbəb olur. Həmçinin sözügedən mənzildə 20 nəfərədək işçinin işləməsi səsküyə səbəb olur. Bu kimi hallar ərizəçilərin gündəlik yaşayışına təsir edir. Cavabdehin qanunsuz hərəkətləri ərizəçilərin sinir sistemi sağlamlığına və nevroloji vəziyyətlərinə mənfi təsir göstərir. Bu halın uzun müddətdir davam etməsi onlarda narahatlıq, stress və konsentrasiyanın pozulmasına səbəb olur. Həmçinin cavabdehin belə hərəkətlərinin qarşsının alınmaması ərizəçilərin sinir sisteminin qıcıqlanmasına və müxtəlif nevroloji xəstəliklərin yaranmasına yol aça bilər ki, sonradan ərizəçilərin sağlamlığına vurulmuş ziyanı aradan qaldırmaq mümkün olmaya bilər. Cavabdehə dəfələrlə müraciət edilməsinə, həmçinin cavabdehin qanunsuz hərəkətləri ilə bağlı aidiyyəti qurumlara şikayətlər edilməsinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu hallar ərizəçilərin vaxt itkisinə və əsəb, stress keçirməsinə səbəb olmuşdur. Yuxarıda göstərilən Bakı ApellyasiyaMəhkəmənin mövqeyinə əsasən 16(103)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında apellyasiya instansiyası məhkəməsi cavabdehin qanunsuz hərəkətlərinin uzun müddət davam etməsi halında iddiaçılara dəymiş və dəyəcək olan mənəvi zərəri nəzərə alaraq müvəqqəti təminat tədbiri barədə ərizəmizi təmin etmişdir. Eyni zamanda iddiaçıların mənzilində gün ərzində 20 nəfərədək yad şəxsin daxil olması halı onları narahat edir. Bu hallar birinci instansiya məhkəməsinə təqdim edilmiş videomüşahidə kameralarından əldə edilmiş görüntülərlə də təsdiq edilir. Həmin görüntülər mənzilə barmaq izi və maqnit açarlarla 20 nəfərədək işçinin daxil olmasını, eyni zamanda mənzilə yemək və ərzaq çatdıran kuryerlərin gəlməsi halını təsdiq edir. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən iddia tələbinə bütövlükdə hüquqi qiymət verilməmişdir. Belə ki, hazırki iş üzrə iddia tələbimiz 2 hissədən ibarət olmuşdur: 1 – mənzilin təyinatına uyğun olmayan istifadəsinin dayandırılması; 2 – mənəvi zərərin və məhkəmə xərclərinin tutulması. Birinci instansiya məhkəməsi 1-ci iddia tələbimizlə bağlı mübahisələndirilən qətnamədə yalnızca qeyd edir ki “iddiaçıların cavabdehin mənzilindən qeyri-yaşayış təyinatlı istifadənin qadağan edilməsi barədə iddiası məhz iddiaçılara mənəvi zərər vurması halından irəli gəldiyindən və iddiaçılara mənəvi zərər vurulması dəlili nəinki cavabdehin etirazı ilə təkzib edildiyindən hətta özü-özlüyündə əsassız olduğundan cavabdehin öz mülkiyyətində olan mənzildən qeyri-yaşayış təyinatlı istifadəsi də qadağan edilə bilməz. İddiaçıların dəlilləri onun tələbinin əsaslandığı maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddiaçıların buna dair tələbi təmin edilə bilməz”. Məhkəmənin maddi hüquq normasına yanaşması yanlış olmuşdur. Belə ki, öncəliklə iddia tələbi cavabdehin mənzil qanunvericiliyinə zidd olan hərəkətlərinin dayandırılması olmuşdur. Məhkəmə nəzərə almalı idi ki, binanın 3 mərtəbəsinin qeyri-yaşayış sahəsi olaraq ayrılmasına baxmayaraq, binanın 13-cü mərtəbəsində yaşayış sahəsinin qeyriyaşayış sahəsinə çevrilməsi ilə bağlı yerli icra hakimiyyətinin qərarı olmadan qeyri-yaşayış sahəsi olaraq istifadə edilməsi ilə mənzil qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iddia tələbinin birinci hissəsi məhz cavabdehin qanunsuz şəkildə mənzildən istifadəsinin dayandırılması olmuşdur. Məhkəmə cavabdeh tərəfindən mənzil qanunvericiliyinin pozulması hallarına hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmənin iddianı rədd edərkən Mənzil Məcəlləsinin 14-cü maddəsinə münasibəti düzgün olmamışdır (bununla bağlı yuxarıda ətraflı yazılmışdır). Məhkəmə iddia tələbinə münasibət bildirərkən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutları - Nəsimi RİHB-in 04 dekabr 2024- cü il tarixli aktı, "xxxx" MMC-yəünvanlanan kollektiv ərizə, "xxxx" MMC-nin direktoru Rəcəb Rəcəbovun izahatı nəzərə alınmamışdır. Belə ki, həmin sübutlar iddiaçıya mənəvi zərərin dəyməsini təsdiq edir, həmçinin Rəcəb Rəcəbovun izahatında bina sakinlərinin narahatlıqlarını bir daha vurğulayır. Məhkəmə təqdim edilmiş sübutlara münasibət bildirməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş şikayət ərizələri və inzibati qurumların cavab məktubları cavabdehin qanunsuz fəaliyyətini və belə hərəkətlərin uzun müddətdir davam etməsini təsdiq edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və Nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmağını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
26. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
27. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
28. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
29. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
30. 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır.
31. 14.2-ci maddəsinə əsasən yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın.
32. 14.3-cü maddəsinə əsasən yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir.
33. 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
34. 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir.
35. 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir.
36. 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.
37. 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Hazırki halda, iddiaçılar apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1380/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
46. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
47. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
48. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
49. Hazıkı iş üzrə iddia tələbi iki hissədən ibarətdir: 1. mənzilin təyinatına uyğun olmayan istifadəsinin dayandırılması və 2. mənəvi zərərin və məhkəmə xərclərinin tutulması.
50. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların irəli sürdüyü dəlillər cavabdehin mənzilində məhz kommersiya fəaliyyəti ilə məşğul olduğu üçün onlara mənəvi zərər vurulması barədə olsa da, aparılmış məhkəmə araşdırması nəticəsində cavabdehin öz mənzilindən bu və ya digər formada istifadəsinin iddiaçıalara vurduğu zərərin nədən ibarət olması müəyyən edilməmişdir. Belə ki, araşdırma zamanı cavabdehin mənzilindən qeyri-yaşayış və kommersiya təyinatlı istifadəsi istisna edilməsə də, lakin bu zaman iddiaçının özünün öz mülkiyyətindən və ya çoxmənzilli binanın ümumi istifadədə olan hissəsindən istifadəsinə manelərin yaranması, cavabdehin mənzilindən istifadə zamanı səs-küyün və ya digər ehtimal olunan oxşar amillərin yaranması, cavabdehin mənzilinə daxil olan şəxslərin sayının iddiaçıda hər hansı narahatlıq yaratması faktı öz təsdiqini tapmamışdır.
51. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.
52. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.
53. Kollegiya hesab edir ki, cavabdehə aid mənzilin qeyri-yaşayış sahəsinə keçirildiyini təsdiq edən qərar məhkəməyə təqdim olunmayıb. Halbuki, Mənzil Məcəlləsinin 20.3-cü maddəsinin tələbinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.
54. İşin mübaisələndirilməyən halı ondan ibarətdir ki, cavabdehə aid mənzil binanın 13-cü mərtəbəsində yerləşir, onun altında yerləşən sahələr yaşayış sahələridir. Belə ki, cavabdeh tərəfindən bu halı təkzib edəcək hər hansı sübut nə birinci instansiya icraatında, nə də apellyasiya icraatı zamanı təqdim edilməmişdir. Əksinə iş materiallarına əlavə edilən sübutlarla yəni, təqdim edilmiş yazılı sübutlar, iddiaçı tərəfindən təqdim edilmiş kamera görüntüləri ilə təsdiq olunur ki, cavabdeh ona aid mənzili qanunsuz olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edir. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi ünvan 17anında yerləşən 342 nömrəli mənzildən qeyri-yaşayış məqsədli, yəni yaşayış təyinatına aid olmayan fəaliyyət üzrə, təyinatından kənar məqsədlərə istifadə edilməsinin dayandırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsində əsaslıdır və təmin edilməlidir.
55. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması və məhkəmə xərclərinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
56. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
57. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
58. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
59. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
60. İş materialları ilə müəyyən olunur ki, cavabdeh ona aid mənzili qanunsuz olaraq qeyri-yaşayış sahəsi kimi istifadəsi etməsi nəticəsində iddiaçıların hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, iddiaçıların mənəvi sarsıntı və iztirablara məruz qalması cavabdehin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halıdır. Belə ki, təqdim edilmiş yazılı sübutlardan, iddiaçı tərəfindən təqdim edilmiş kamera görüntüləri ilə yaşayış sahəsindən qeyri-yaşayış məqsədli, yəni yaşayış təyinatına aid olmayan fəaliyyət üzrə, təyinatından kənar məqsədlərlə istifadə edilməsinin digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunduğu müəyyən edilir. Bununla belə kollegiya hesab edir ki, iddiaçıların dəymiş mənəvi zərərə görə 20 000 manat tələb etməsi işin hallarına, mənəvi zərərin həcminə mütənasib hesab edilmədiyindən həmin hissədə iddia tələbi qismən təmin edilərək dəymiş mənəvi zərərə görə Cavabdeh 2000 manat pul məbləğinin tutulması ağlabatan olmaqla yanaşı ədalətlidir.
61. Kollegiya məhkəmə xərclərinin tutulması hissəsinə münasinətdə hesab edir ki, iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəmə ünvanlanmış ərizədə hüquqi yardımın göstərilməsinə görə çəkilmiş 1120 manat xərcin cavabdehdən tutularaq iddiaçılara ödənilməsini xahiş etsə də, ərizədə qeyd etdiyi müqavilələrdən yalnız birində, EM2146VK-17830/24 nömrəli müqavilədə tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqanın məhkəmə olduğu nəzərdə tutulmuşdur. Həmin müqavilə ilə hüquqi yardımın məbləği 520 manat müəyyən edilmişdir.
62. Eyni zamanda, kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 155.40 manat dövlət rüsumunun iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq 45,20 manat hissəsi Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və Nümayəndə ödənilməlidir.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
64. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar müəyyən edilmədiyindən, məhkəmə tərəfidən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin ödənilməlidir.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı1 və Nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1380/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. ünvan 17anında yerləşən 342 nömrəli mənzildən qeyri-yaşayış məqsədli, yəni yaşayış təyinatına aid olmayan fəaliyyət üzrə, təyinatından kənar məqsədlərlə istifadə edilməsinin dayandırılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Dəymiş mənəvi zərərə görə 2000 manat Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və Nümayəndə ödənilsin. Hüquqi yardımla bağlı xərclərə görə 520 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 45,20 manat hissəsi Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və Nümayəndə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.