Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3464/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sirac qızının Cavabdeh ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: su sərfiyatına gərə yaranmış borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Sirac qızının Cavabdeh ASC-yə qarşı “aktın ləğv edilməsi, borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-1163/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, 14 iyun 2023-cü il tarixində açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı su və kanalizasya xidmətlərindən istifadə etmək məqsədlə Cavabdeh ASC ilə aralrında müqavilə bağlamışlar.xx.xx.2011-ci il tarixli müqavilə əsasında ünvan 1 ünvanında abonent kimi (abonent kodu **********002) qeydiyyata alınmışdır. Onun ailə tərkibi müqavilədə 4 nəfər kimi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Sirac qızı Cavabdeh ASC-nin Sabunçu rayon Su Kanalına qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, **********002 №-li abonent kodundan 377,63 manat borcun silinməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh qurumun nümayəndəsi sayğaca görə və ya əvdə yaşayan əhali sayına görə aylıq standart ödənişlə sudan limitsiz istifadə edə bilər. İddiaçı da ikinci variantı seçmişdir. Lakin ona iki nəfər əvəzinə dörd nəfər ailə tərkibi üçün hesablamalar aparılmış və 377,63 manat borc hesablanmışdır.
4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 1163/2023 saylı qətnaməsi ilə (hakim Əsədova Tahirə) iddia tələbi qismən təmin edilmiş, 257,53 manat borcun İddiaçı Sirac qızının **********002 №-li abonent kodundan silinməsi, idddia tələbinin 120 manat borcun silinməsi hissəsində təmin edilməməsi qət edilmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri:
5. Qətnamədən Cavabdeh ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
6. Apelyasiya şikayətində qeyd edilmişdir ki, Məhkəmə iş üzrə iddianın qismən təmin edilməsini Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə və ailə tərkibinin 2 nəfər olmasına istinad edərək əsaslandırmışdır. Hesab edirik ki, məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə hazırkı mülki iş üzrəqətnamə qəbul edərkən Mülki Məcəllənin 551-ci maddəsini düzgün tətbiq etməmişdir. Hesab edirik ki, məhkəmə iş üzrə 553.1.1-ci maddəni tətbiq etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 553.1.1-ci maddəsində qeyd olunur ki, mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə öhdəliklərin xitamı üçün müddət axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbindən göründüyü hissə-hissə ödənişlərin edilməsi öhdəliyinin xitamı üçün müddət axımını kəsir, axımın kəsildiyi müddətdən yenidən 5 illik müddət başlayır. Belə ki, iddiaçı 2011-ci il üzrə 10 manat, 2012-ci il üzrə 18 manat, 2013cü ildə 22 manat, 2014-cü ildə 49 manat, 2015-ci ildə 44 manat, 2016-cı ildə 44 manat, 2017-ci ildə 120 manat, 2018-ci ildə 120 manat, 2019-cu ildə 290 manat, 2020-ci il üzrə 50 manat, 2022-ci ildə 100 manat ödəmələr etmişdir. Bundan əlavə cari il üzrə göstərilmiş xidmətlərdən 2013-cü il üzrə 0.40 manat, 2016-cı il üzrə 0.80 manat, 2017-ci il üzrə 6.50 manat, 2019-cu il üzrə 168.50 manat artıq ödəmələr etmişdir. Qeyd olunan faktlar məhkəməyə təqdim edilmiş, abonentin hesabat cədvəlində də öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı ödəmələr və cari illər üzrə göstərilən xidmətlərdən artıq ödəmələr etməklə müddət axımını kəsmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçı tərəfin etdiyi ödəmələr əvvəlki illər üzrə borclar çıxılır. Məsələn iddiaçı tərəfindən 2022-ci il tarixində edilmiş ödənişcari il üzrə istifadə etdiyi xidmətdən deyil, əvvəlki illərdə yaranmış borcdan çıxılır. Lakin məhkəmə isə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədiən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı əsnəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İddiaçının ünvanına sayğac quraşdırılmamış və hesabat normativ qaydada 4 (dörd) nəfər ailə üzvünə görə aparılmışdır. Qaydaların tələbinə əsasən mənzildə qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilməlidir. Belə bir arayış iddiaçı tərəfindən Cəmiyyətə sənəd təqdim edilməmiş, o cümlədən belə bir sənədin cəmiyyətə təqdim edilməsi barədə hər hansı bir sübutu məhkəməyədə təqdim etməmiş və məhkəmə tərəfindən də bu hal araşdırılmamışdır. Bu halda da məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Normanın tələbindən göründüyü kimi, iddiaçı tərəf öz tələblərini əsaslandırdığı halları sübutetməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Belə ki, yaranmış borcunhesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sübut qismində məhkəməyə təqdim edilmişdir. Tərəfimizdənməhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.
c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:
8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayraq, iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini mümkün saymışdır. Apelyasiya baxışının hədləri.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
11. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnaməni o hissədə mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır.
Tətbiq edilən hüquq:
“Su təchizatı və tullantı suları haqqında” Qanun
12. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
13. İstehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “ Sudan istifadə qaydaları”
14. Bənd.7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
15. Bənd 7.11. İstehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 (on) iş günü müddətində hesabı təqdim etmiş STKM-ə yazılı şəkildə müraciət edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
19. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi hissəsində qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçının ailə tərkibi iki nəfərdən ibarət olduğu halda, ona 4 nəfər ailə tərkibi ilə hesablamalar aparılmış bu baxımdan 4 nəfər üçün hesablanmış, halbuki, 2 nəfər ailə üzvü olduğundan 240.20 manatdan 120.10 manatı silinməlidir. Eyni zamanda 137.43 manatı isə 2016-cı ildə hesablanmış borc olduğundan Mülki Məcəllənin 551.2.1 maddəsinə əsasən 6 ildən çox keçdiyindən silinməlidir (377,63 - 137,43 - 120,10). M 21.Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
22. Məhkəmə kollegiyası hazırki işə birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 551.2-ci maddəsini tətbiq etməklə 137.43 manat borcun silinməsi barədə qənaətini düzgün hesab etməməklə qeyd edir ki, məhkəmə hazırki işə maddi hüquq normasının düzgün tətbiq etməmiş və bu hissədə iddia tələbini öhdəliyə xitam verilməsi müddəti kimi qiymətləndirməklə bu əsasla iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Rspublikası Konsititusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə müəyyən edilən müddətlər bütün tələblər üçün nəzərdə tutulduğundan, onların öhdəliyə xitam verilməsi müddəti kimi qiymətləndirilməsi, qeyd edilən 384.0.2-ci maddə ilə uyğunsuzluq yaradıb-yaratmaması ilə bağlı qeyri-müəyyənliyə səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətlərin, ötürülməsi ilə öhdəliyin və ya onu tələb etmək hüququnun xitamına səbəb olan müddətlər (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir.
24. Kollegiya ailə üzvlərinin sayına görə 4 nəfər üçün hesablanmış 240.20 manatdan 120.10 manatının silinməsi hissədə də məhkəmənin mövqeyini əsaslı hesab etməməklə qeyd edir ki, “Sudan istifadə qaydaları”na əsasən istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində təqdim etməlidir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İddiaçının ünvanına sayğac quraşdırılmamış və hesabat normativ qaydada düzgün olaraq 4 (dörd) nəfər ailə üzvünə görə aparılmışdır. Belə ki, iddiaçı tərəfindən ailə üzvlərinin sayını iki olması barədə sənədi cavabdeh quruma təqdim etməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
25. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
26. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-1163/2023 saylı qətnaməsi qismən – iddianın təmin edilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Cavabdeh ASC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.