Məhkəmə qərarları › İş №2(103)-3466/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3466/2024

03.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3466/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1256/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 09 yanvar 2023cü il tarixli məktubunda bildirilir ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 160 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının dövlət reyestrində qeydiyyat alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin fərdi yaşayış evinin 6/8 hissəsi İddiaçı3, 2/8 hissəsinin 2 otağı İddiaçı1 və 2 otağı İddiaçı2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

2. Yasamal Rayon MKTB 60 saylı Mənzil Kommunal İstismar Sahəsinin 12 mart 2024cü il tarixli 12 saylı sorğuya cavabında qeyd edilir ki, Cavabdeh1 07 iyun 1974-cü ildən, Cavabdeh2 12 dekabr 1987-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 Bakı şəhəri, Yasamal rayonu, X17 küçəsi 160 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil “mənzilə istifadə hüquqlarının olmaması” tələbinə dair iddiaya dəqiqləşmə ərizəsi təqdim edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, və Axundova (Səlimova) Həmidəxanım Əliəsgər qızının Bakı şəhəri, Yasamal rayonu, X17 küçəsi 160 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDR`dən ********** qeydiyyat nömrəli və **********97-10301 daşınmaz əmlakın reyestr nömrəli Çıxarış ilə Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 160 saylı ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı3, İddiaçı1 və İddiaçı2 məxsusdur. Onlar həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlər, Cavabdeh2, X4 və Cavabdeh1 sözügedən ünvanda qeydiyyatda olsalar da istifadə hüquqları qeydiyyata alınmayıb, onların həmin ünvana qeydiyyatı formal xarakter daşıyır, hal-hazırda cavabdehlər ümumiyyətlə həmin ünvanda yaşamırlar. Cavabdehlərin, çox əvvəllər Bakı şəhərində qeydiyyatda durmaq üçün evləri olmadığından həmin mənzilə qeydiyyata salınmış lakin mənzilə dair heç-bir istifadə və mülkiyyət hüquqları olmamışdır. Cavabdeh2, X4 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 160 saylı evdə qeydiyyatda qalması iddiaçıların mülkiyyət və istifadə hüquqlarının həyata keçirilməsinə, eyni zamanda mülkiyyətlərində olan əmlak üzərində sərəncam verməylərinə maneələr yaradır, artıq kommunal və sair ödənişlərə səbəb olur. Həmin şəxslərin sözügedən ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Yasamal RPİ-nə müraciət etmişlər. Lakin cavabdeh 5 avqust 2022-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina etmiş və məsələ ilə bağlı məhkəməyə müraciət olunmasını bizə tövsiyə etmişdir. İddiaçılar Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 ünvan 6 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2131/2023 saylı qərarı ilə iddia ərizəsi təmin olunmamışdır. Qəbul edilmiş qərar onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1 hazırda Bakı şəhəri,Yasamal rayonu, X17 küçəsi, 160 saylı fərdi yaşayış evində yaşamasalar da, onların həmin ünvana qeydiyyata alınması 2000-ci ildən sonrakı dövrə təsadüf etməsi hazırkı məhkəmə icraatında müəyyən edilir. Üçüncü şəxslərin əvvəlki dövrdə qeydiyyata alınması ilə bağlı dəlillərini iddiaçı tərəf, eləcə də cavabdeh inzibati orqan inkar etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, üçüncü şəxslərin müvafiq fərdi yaşayış evinə istifadə hüquqlarının olub-olmaması müəyyən edilməlidir. Bu xüsusat isə, inzibati məhkəmə icraatında müəyyən edilə bilməz, lakin mülki məhkəmə icraatının predmeti kimi çıxış edə bilər və həmin şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarının mövcudluğunu müəyyənləşdirməyə mülki məhkəmə icraatı imkanlıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Odur ki, cavabdehlər, Cavabdeh2, Cavabdeh1 və X1 Bakı şəhəri,Yasamal rayonu, X17 küçəsi, 160 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının olmamasına dair yekun məhkəmə aktının çıxarılmasına zərurət yaranmışdır. Belə ki, cavabdehlərin faktiki mübahisələndirilən evə istifadə hüququnun olmamasına dair “Daşınmaz Əmlakın Dövlət

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1256/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, X17 küçəsi 160 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıların mülkiyyətindədir. Cavabdehlər mülkiyyətçilərin ailə üzvü deyil və həmin ünvanda qeydiyyatdadırlar. Lakin, cavabdehlər uzun müddətdir ki, həmin evdə yaşamır və daimi yaşamaq üçün başqa yaşayış yerinə getmişlər. Cavabdehlərin hər hansı hüquqi əsas olmadan iddiaçılara məxsus evdə qeydiyyatda qalmaları evin sahiblərinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh şəxslərin mübahisəli mənzildən daimi olaraq çıxıb getmələri və yaşamaq üçün faktiki olaraq geri dönməmələri onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getdiyini təsdiq edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, X17 küçəsi 160 saylı mənzildə qeydiyyatda olsa da, onların həmin mənzildən daimi olaraq köçmələri və başqa yaşayış sahəsində yaşamaları öz təsdiqini tapdığından cavabdeh şəxslərin mübahisəli evə olan istifadə hüquqlarının itirilməsinə dair iddia tələbi əsaslıdır və təmin edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 13-cü maddəsinin İ hissəsinə, 13-cü maddəsinin İİİ hissəsinə, Mülki Məcəllənin 27-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü maddəsinə, “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndinə və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4, 217.2, 217.3, 216 220, 227-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1256/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddiatələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Hesab edir ki, onunla iddiaçılar arasında münasibətlər 01 sentyabr 2000-ci il tarixədək yarandığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən onlar arasında mənzildən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Lakin, qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqenin hazırkı iş üzrə tətbiqi də qaçılmazdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-(004)-3964/2023 saylı 29 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Yasamal rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Mübahisə predmeti olan Bakı şəhəri Yasamal rayonu, X17 küçəsi ev 160 ünvanında yerləşən fərdi yaşayış evi mərhum nənəsi X7 məxsus olmuş və evə dair hüquqmüəyyənedici sənədlər nənəsinin bacısının əri, cavabdehlərin atası X5 adına rəsmiləşdirmişdir. Mərhum atası Nizami Simirzə oğlu həmin ünvanda qeydiyyatda olmuş və 1928-ci ildən ölənədək, yəni 1991-ci ilədək həmin ünvada yaşamışdır. Mərhum atası sağlığında İddiaçı1 ilə aralarında olan razılığa əsasən müvəqqəti yaşamaq üçün onlara icazə vermişdir. Lakin aralarında alqı-satqı və ya digər müqavilə olmamışdır. Lakin 2021-ci ildə verilmiş çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, X17 küçəsi ev 160 ünvanında yerləşən fərdi yaşayış evi 6/8 hissədə İddiaçı3, 2/8 hissədən 2 otaq yaşayış sahəsi 39.6 kv.metr hissəsi İddiaçı1, 2/8 hissədə 2 otaq yaşayış sahəsi 29.2 kv.metr hissəsi İddiaçı2 Eyyub qızının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Yasamal Rayon Məhkəməsi işə baxarkən onun doğulduğu vaxtdan mübahisəli evdə yaşamağını, 1987-ci ildən hal-hazırkı vaxtadək həmin ünvanda qeydiyyatda olmağını nəzərə almamış, istifadə hüququnun itirilmiş hesab edilməsi barədə yalnış mövqeyə gəlmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

12. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, bu mənzili 2 bacılar-Azərin nənəsi və onun nənəsi Balaxanı kəndindən gəlib alıblar. Onun atası da, əmisı də, bacısının nəvə-nəticələri də orada anadan olublar. O vaxt ev iki bacıdan birinin ərinin adına keçiriblər. 2 bacı ora köçüb, uşağı olub. Sənədlərin hamısı onların adına yazıblar. 1980-ci ildə atası iflic olub. Atası onların hamısına əl tutub. Onların hamısını atası oxutdurub. 1980-ci ildə onların başqa mənzili olub, onlar orada yaşamışdılar. O əslində bütün sahənin yarısını istəməlidir. 17 il Türkiyədə yaşayıb. 1983-cü ildə böyük qardaşı evlənib, oranı təmir etdirib. Azər atasından evi ona satmasını istəyib. Atası deyib ki, oranı satmır, amma təmir xərcini verib yaşaya bilər. İddiaçı orada 5-6 il yaşayıb,yaxşı təmir edib,sonra ora kirayəşin gətirib və özü də başqa yerdə yaşayıb. Onlar heç vaxt ona deməyiblər ki, onların evində niyə kirayəçin saxlayırsan. Keçən yaydan ona oradan çıxmağını bildirir. O da deyir ki, oranı o, almamalıdır, çünki nənəsinin yeridir. Sənədlər onun adınadır, vaxtilə özəlləşdirib. 31 kv. metri istəyirlər. O 1988-ci ildən orada yaşamır, Azər 1983-cü ildə oranı almışdır. 1983-cü ildə qardaşının vəziyyəti yaxşı mənada dəyişdiyinə görə başqa ev tikdi. 3 ay orada yaşayıb. Onlar evi kirayə verəcəkdilər. Azər gəlib evi almaq istədiyini dedi, atası ona təmir xərcinin qarşılığında o evdə yaşıya biləcəyini deyib. Bakı İnzibati məhkəmədə qeydiyyatının ləğv edilməsi məsələsinə baxılırdı. Onun mübahisəli yerdə anadan olandan qeydiyyatda olmağı sənədlərlə sübut edildi. Özəlləşdirmə ilə bağlı məsələni mübahisələndirməyib.

13. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, təmsil etdiyi şəxsin qeydiyyatdan çıxarılma ilə bağlı 2023-cü ildə Bakı İnzibati Məhkəməsində iddia qaldırılıb. 2023-cü ildə Bakı İnzibati Məhkəməsinin qərarında qeyd edilib ki, istifadə hüququ ilə bağlı məsələlərə ümumi məhkəmələrdə baxılmalıdır. Bundan sonra iddiaçılar Yasamal Rayon Məhkəməsində iddia qaldırıblar. Cavabdeh2 vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışın etibarsızlığı ilə bağlı iddia qaldırıb, iddia təmin edilməmişdir. Mülkiyyətlə bağlı sənədləri sistemə əlavə edilmişdir. Həmin mübahisəli ev iddiaçıların nənələrinin mülkiyyətində olub. Nənələri dünyasını dəyişib, atalarına keçib. Xronoloji ardıcıllıqla bütün sənədlər sistemə yerləşdirilib, şahidlər məhkəmədə dindirilmişdir. Rübabə xanım 1990-cı ildə ailə həyatı qurub, ümumiyyətlə heç orada yaşamayıb. Apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Konstitutsiyası Maddə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

15. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123.Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnamənin əsaslılığını ona münasibətdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. İşin halları odur ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçıların paylı mülkiyyətindədir.

23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1256/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, X17 küçəsi 160 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir.

24. Qətnaməni Cavabdeh2 mübahisələndirmişdir. Yasamal Rayon MKTB 60 saylı Mənzil Kommunal İstismar Sahəsinin 12 mart 2024-cü il tarixli 12 saylı sorğuya cavabında qeyd edilir ki, Cavabdeh2 12 dekabr 1987-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır.

25. Məhkəmə kollegiyası birinci instasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilir ki, “...2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.”

26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisə predmeti olan evdən istifadə etməsi 2000-ci ilin sentyabr ayının 1-dən əvvəlki dövrə təsadüf etdiyindən mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir.

27. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

28. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, doğulduğu vaxtdan təxminən 1980-1982-ci ilədək orada yaşamışdır. Sonradan ev şəraitsiz olduğundan həmin ünvandan köçmüşlər.

29. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan ev iddiaçıların paylı mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-(004)- 3964/2023 saylı 29 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

30. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1256/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar