Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3468/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 Zau oğlunun və İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 20 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) miras əmlakda payların müəyyən edilməsinə və sair tələbə dair mülki iş üzrə (Açar sözlər: miras əmlakda payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X41 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi Vətən Elçin oğlu Zeynalovun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 fevral 2024-cüil tarixli, 2(001)-111/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Miras qoyan xx.xx.2022-ci il tarixdə ölmüş X28 birinci növbəli vərəsələri sırasına arvadı İddiaçı3, uşaqları İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 daxildir. Mirasa miras qoyan Z.Q. Məmmədovun öldüyü məqamadək mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi, 2014-cü il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı, Hyundai 140 minik markalı nəqliyyat vasitəsi və "xxxx" ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli GTKR4640186A299 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri daxildir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçılar İddiaçı1, İddiaçı2 Zau oğlu və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 20 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) miras əmlakda payların müəyyən edilməsi və sair tələbə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixədək mərhum xx.xx.1963-cü il təvəllüdlü X34 məxsus olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84,6 kvmdən ibarət, xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış fərdi yaşayış evinin İddiaçı3 ilə X28 ümumi birgə mülkiyyəti sayılmasına, həmin əmlakın və ** TZ *** dövlət qeydiyyat nişanlı Hyundai 140 markalı minik avtomobilinin üzərində İddiaçı3 1/2, qalan hissədən iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 1/3 hissə ilə pay hüququnun müəyyən edilməsinə, X14nun "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə götürdüyü 10000 manat məbləğində kreditin vəfat etdiyi tarixə xx.xx.2022-ci il tarixə qalıq hissəsi olan 9691,46 manatın paylara mütənasib şəkildə vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. 3.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, miras qoyan X48 xx.xx.1963-cü il tarixdə anadan olmuş, atası X43, anası X16muş və onun hər iki valideyni vəfat etmişdir. Z.Q.Məmmədovun birinci nikahından xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. Z.Q.Məmmədovun xx.xx.1997-ci il tarixdə X17 ilə olan birinci nikahına xitam verilmiş, xx.xx.1997-ci il tarixdə o, ikinci dəfə Səlimbəyova (indiki Məmmədova) Azadə Abbas qızı ilə nikaha daxil olmaqla ailə qurmuş, ikinci nikahından xx.xx.1998-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2002-ci il təvəllüdlü İddiaçı1 anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə X48 vəfat etmişdir. Z.Q.Məmmədovun vəfat etdiyi tarixə xüsusi mülkiyyətində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən,ümumi sahəsi 84.6 kvmdən ibarət olan xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış fərdi yaşayış evi və **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundaı 140 markalı minik avtomobili olmuşdur. Mərhum X8 Bank ASC-dən xx.xx.2022-ci il tarixdə illik 15% olmaqla 48 ay müddətinə hər ay 278,31 manat ödəmək şərti ilə 10000 manat məbləğində kredit götürmüş, vəfat etdiyi tarixədək ödənişi həyata keçirmiş, mərhumun vəfatından xx.xx.2022-ci il tarixədək ödənişlər İddiaçı3 tərəfindən həyata keçirilmişdir. İddiaçı3 xx.xx.2008-ci il tarixdə vəfat etmiş anası X2 ona miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsində yerləşən 1 nömrəli evin 2 otaqlı 12 nömrəli mənzilini xx.xx.2019-cu il tarixdə sataraq əldə edilmiş pul vəsaiti hesabına Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış fərdi yaşayış evinin əsaslı təmirinə sərf edilmişdir. X48 xəstə olduğu dövrdə onun qayğısına iddiaçılar birlikdə qalmış, onun vəfatından sonra dəfn və məzar daşı xərclərini İddiaçı3 ödəmişdir. Z.Q.Məmmədovun vəfatından sonra hər iki miras əmlak iddiaçıların ümumi istifadəsində olmuş, Z.Q.Məmmədovdan miras qalan əmlaklara iddiaçılar mərhumun sağlığında, eləcə də onun xx.xx.2022-ci il tarixdə vəfatından hazıradək istifadə edir, mirasa faktiki sahiblik və idarəçilik etdiklərindən həmin mənzilin mülkiyyətçisi sayılırlar. Cavabdehlər isə miras qoyanın dəfnində belə iştirak etməmiş, miras qoyanın Kapital Banka olan borcunun ödənilməsi təklif edilsə də, heç biri bu təklifi qəbul etməmişdir. Belə ki, Z.Q.Məmmədovun vəfatından sonra iddiaçılar notariat ofisinə müraciət etmiş, cavabdehlər bir dəfə də olsun ataları ilə əlaqə saxlamasalar, dəfnində iştirak etməsələr də, notariusun dəfələrlə təkid etməsindən sonra miras paydan onlara düşəcək payın müəyyən edilməsi üçün gəlib ərizə vermişlər. İddiaçılar cavabdehlərə mirası qəbul edəcəkləri halda miras qoyandan qalmış bank borcunun da aralarında paylarına münasib şəkildə bölünməsini təklif etmiş, lakin cavabdehlər bununla razı olmamışlar. Belə olan halda iddiaçılar pozulmuş hüquqlarının qorunması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdlar. Mirasa faktiki sahiblik edən iddiaçılar olduğundan və əmlaklar birgə nikah dövründə əldə edildiyindən miras əmlaklar iddiaçılar arasında mülki qanunvericiliyə uyğun şəkildə bölünməlidir. 4.Məhkəmə iclasında iddiaçılar İddiaçı1, X35 və İddiaçı3 vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, miras qoyan X48 xx.xx.1963-cü il tarixdə anadan olmuş, valideynləri atası X43, anası X16muş, hər ikisi vəfat etmişlər. Miras qoyanın birinci nikahından xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1Zaur qızı və xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. xx.xx.1997-ci il tarixdə Z.Q.X3 ilə nikahına xitam verilmiş və o, xx.xx.1997-ci il tarixdə ikinci dəfə İddiaçı3 ilə nikaha daxil olmuş, ikinci nikahından xx.xx.1998-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2002-ci il təvəllüdlü İddiaçı1 anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə Z.Q.Məmmədov vəfat etmişdir. Miras qoyanın vəfat etdiyi tarixə xüsusi mülkiyyətində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və ** TZ *** dövlət qeydiyyat nişanlı Hyundai 140 markalı minik avtomobili olmuşdur. xx.xx.2008-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan İddiaçı3 anası X2 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsində yerləşən 1 nömrəli evin 12 nömrəli mənzilni xx.xx.2019-cu il tarixdə satılaraq əldə edilmiş pul vəsaiti Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əsaslı təmirinə sərf edilmişdir. Z.Q.Məmmədov xəstə olduğu dövrlərdə onun qayğısına iddiaçılar birlikdə qalmış, onun vəfatından sonra dəfn və məzar daşı xərclərini İddiaçı3 ödəmişdir. Bundan əlavə olaraq mərhum Z.Q.X53 ASC-dən xx.xx.2022-ci il tarixdə illik 15 faiz olmaqla 48 ay müddətinə hər ay 278,31 manat ödəmək şərti ilə 10000 manat məbləğində kredit götürmüş, vəfat etdiyi tarixə xx.xx.2022-ci il ödəniş həyata keçirmiş, onun vəfatından xx.xx.2022-ci il tarixədək ödənişlər İddiaçı3 həyata keçirilmişdir. Z.Q.Məmmədovun vəfatından sonra hər iki miras əmlak iddiaçıların ümumi istifadəsində olmuş, onlar mirasa faktiki sahiblik və idarəçilik etdiklərindən həmin mənzilin mülkiyyətçisi sayılırlar. Cavabdehlər isə miras qoyanın, yəni öz doğma atalarının dəfnində belə iştirak etməmişlər. Miras qoyanın Kapital Bank ASC-yə olan borcunun ödənilməsi cavabdehlərə təklif edilsə də, heç biri bu təklifi qəbul etməmişlər. Z.Q.Məmmədovun vəfatından sonra iddiaçılar notariat ofisinə müraciət etmiş, bundan sonra cavabdehlər də miras paydan onlara düşəcək payın müəyyən edilməsi üçün ərizə vermişlər. İddiaçılar mirası qəbul edəcəkləri halda miras qoyandan qalmış bank borcunun da aralarında paya münasib şəkildə bölünməsini təklif etmiş, lakin cavabdehlər bununla razı olmadıqlarından iddiaçılar pozulmuş hüquqlarının qorunması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Miras qoyanın borcları vərəsələrin paylarına mütənasib bölünməlidir. Bundan başqa bağışlama müqaviləsi formal olmuşdur. Sənədləşdirmə işlərinə görə ev 4 və ya 14 gün bacısının adında qalımış, sonuncu evdən istifadə etməmiş, ev atalarının olmuş, ev 2 otaqdan ibarətdir. İş üzrə keçirilən ekspertiza ilə evin hazırkı vəziyyəti barədə məlumat məhkəməyə təqdim olunub. Evin sahəsinə baxılsa əvvəlki sahəsi ilə indiki sahəsi arasında olan fərqi görmək olar. İddiaçı3 anasından ona miras qalan evi satıb əldə olunan vəsait bu evin təmirinə sərf olunmuşdur. Ekspert rəyinə əsasən evin təmirinə sərf olunan məbləğ 70282 manat təşkil etmişdir. Zaurun atası 2009- cu ildə vəfat etmişdir. Evdə isə asma tavandan, müasir dam örtüyündən, şəlalədən və bir neçə cam balkondan söhbət gedir hansıki onlar 2009-cu ildə belə tikililər yox idi. Təqdim edilmiş sənəddən də görünür ki, İddiaçı3 anasından miras qalmış mənzili satıb, bu evin vəziyyətini neçə dəfə artıq yaxşılaşdırmışdır. Məhkəmə iclasında dindirilən şahidlərin ifadələrindən də görünür ki, həmin evin hasarı belə sökülüb təzədən tikilmiş, həyətin darvazası belə yenidən quraşdırılmışdır. Yəni ev əsaslı təmir olunmuşdur. Alınmış kredit 10000 manat olmamış, qalıq borcun üzərinə kredit verilmişdir. Ev 2019-cu ildə ev təmir olunmuş, 2021-ci ildə isə kredit götürülmüşdür. Bank hazırkı mülki iş üzrə vərəsələrin paylarının müəyyən edilməsini gözləyir. Azadə 3 ay ödəniş etmiş, sonra ödənişləri dayandırmışdır. Zaurla Azadə ailə qurandan sonra onlar bir müddət Qaradağda anasının evində yaşamış, daha sonra qaynatası xəstələnəndə onun yanına köçmüşlər. Sənədləriqaydasında olmadığına görə, həm də etibarnamə kişinin adında olduğuna görə ona evi birbaşa adına keçirə bilməməsi, özü barəsində əqd bağlaya bilməməsi ona deyilmiş, buna görə də o, öz sürücüsünə etibarnamə vermiş, sürücü də onu bacısının adına sənədləşdirmiş, 12-14 gündən sonra bacı evi qaytarıb Zaura bağışlamışdır. 2008-ci ildə Qiyas vəfat etməmişdən əvvəl, xx.xx.2008-ci il tarixdə notariat kontoruna gedib vəsiyyətnamə yazaraq bir mərtəbəli 2 otaqlı yaşayış evini oğlu X34 vəsiyyət etmiş, xx.xx.2009cu il tarixdə Qiyas vəfat etmiş, Qiyas ölənədək onun evi 2 otaqlı sahəsi 28 kv.m, torpaq sahəsi də 300 kv.m. olmuş, indi isə evin sahəsi 84 kv.m-dir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. 5.Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və nüamyəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdehlərin ona verdikləri məlumata görə valideynlərinin nikahı pozulduqdan sonra ataları Z.Q.Məmmədov onlara heç bir qayğı göstərməmiş, aliment ödəməmiş, iki azyaşlı övladlarını təkbaşına analarının himayəsinə buraxıb getmişdir. Mərhum Z.Q.Məmmədov öz doğma övladları ilə bütün əlaqələrini kəsdiyi üçün onun nə vaxt xəstə olduğu və nə zaman vəfat etdiyindən cavabdehlərin xəbəri olmamışdır. Atalarının vəfat etdiyi və onların da vərəsəliyə çağrıldıqları barədə cavabdehlər Bakı şəhəri 20 saylı notariat ofisinin notariusu S.Səmədov tərəfındən Cavabdeh1 məlumat verildikdən sonra xəbərdar olmuşlar. Bundan sonra cavabdehlər notariat ofisinə mirası qəbul etmələrinə dair ərizə vermişlər. Cavabdehlərin əvvəllər qeydiyyatda olduqları Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci Orucov döngəsi 1 saylı evin 12 saylı mənzili onların ataları X48 ilə anaları X10 birgə nikahları dövründa əldə edilmişdir. Məhz bu səbəbə görə də onlar anadan olduqdan sonra həmin ünvana pasport qeydiyyatına alınmışlar. Sonradan onlara məlum olmayan qaydada həmin mənzil bu iş üzrə İddiaçı3 mülkiyyətinə keçmiş və daha sonra onun Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1318 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 və X44 həmin mənzildən pasport qeydiyyatından çıxarılmışlar. Cavabdehlərin bildirdiklərinə görə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84,6 m2 dən ibarət olan fərdi yaşayış evi X28 mülkiyyətinə atası X18 qanun üzrə vərəsəlik qaydasında keçmiş, yəni həmin əmlak hazırkı iş üzrə İddiaçı3 və X28 birgə mülkiyyəti hesab edilə bilməz. Ona görə də İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin qismən təmin edilməsinə,xx.xx.2022-ci il tarixində vəfat etmiş X21 miras qalmış Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84,6 m2 -dən ibarət olan fərdi yaşayış evinə Cavabdeh2, Cavabdeh1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 1/5 payları qanun üzrə vərəsəlik qaydasında müəyyən edilməsinə, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X21 miras qalmış **-TZ-*** dövlət qeydiyyət nişanlı Hyundaı 140 markalı minik avtomobilinin üzərində İddiaçı3 3/5, digər qanun üzrə vərəsələr Cavabdeh2, Cavabdeh1, İddiaçı1 və İddiaçı2 hər birinin 1/10 paylarının vərəsəlik qaydasında müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. 6.Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini qismən qəbul edib izahatında göstərmişdir ki, vərəsələr arasında bölünəcək əmlak daşınan və daşınmaz iki əmlakdır, üçüncüsü isə öhdəlikdir. Vərəsə mirası qəbul etdiyi halda eyni həcmdə öhdəliyi də qəbul etməlidir. Avtomobil birgə nikah dövründə əldə edildiyinə görə həmin əmlakın 1/2 hissəsi Azadə xanımındır. Yerdə qalan 1/2 hissə isə digər vərəsələr arasında bölünməlidir. Daşınmaz əmlak isə bağışlama qaydasında miras qoyanın mülkiyyətinə keçdiyindən birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Bu miras qoyanın ayrıca şəxsi mülkiyyət hesab edilməlidir. Bu da vərəsələr arasında bərabər şəkildə bölünməlidir. Aktiv öhdəliyə gəldikdə isə borc öhdəliyi birgə nikah dövründə əldə edildiyinə görə ½ hissədə Azadə xanıma düşür. Yerdə qalan hissə isə həm Azadə xanım, həm də digər vərəsələr arasında bölünməlidir. Ekspert rəyininin 3-cü suala cavabında göstərilir ki, Binəqədi rayonu Ordubadi küçəsi 10 A saylı evdə son təmir və yenidən qurma işlərinin nə vaxt aparılmasının müəyyən edilməsi mümkün olmamışdır. Mənzilin satışından əldə olunan vəsaitlə evin təmir olunmasına dair sübut yoxdur. Onların bildiyinə görə Zaur ölməmişdən əvvəl 2 dəfə kredit götürülmüş, kreditin hara xərclənməsi bilinmir. Bəlkə də kredit məbləği ilə ev təmir edilmişdir. 2021-ci ildə 5000 manat, ikinci dəfə isə 10000 manat kredit götürülmüşdür. Kredit müqaviləsi restruktirzasiya edilmişdir. X36 xx.xx.2009-cu ildə vəfat etmiş, xx.xx.2013-cü ildə Qiyasın qızı Leylanın adından etibarnamə verilir. Daha sonra xx.xx.2014-cü ildə evin bir hissəsi vərəsəliklə bir hissəsi bağışlanma qaydasında Zaurun mülkiyyətinə keçir. Ona görə də bu əmlak birgə mülkiyyət hesab edilə bilməz. Ev Zaurun ayrıca şəxsi mülkiyyətidir. İddiaçı iddia tələbində birgə nikah dövründə əmlak yaxşılardırıldığı üçün dəyəri artmasını, ona görə əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməli olmasını iddia etsə də, ekspert rəyinin 3-cü sualının cavabında evin təmirinin vaxtının müəyyən edilməsi mümkün deyildir. Bunu heç kim sübut edə bilməz ki, hansı mənbədən və nə vaxt yaxşılaşdırma olmuşdur. Evdə yaşayan adam evini təmir etməlidir.Ona görə də iddia ərizəsi qismən təmin edilərək avtomobil üzərində ½ hissədə Azadə xanımın payının tanınmasına, yerdə qalan ½ hissənin isə 5 vərəsə arasında bölüşdürülməsinə, daşınmaz əmlak üzərində hər birinin 1/5 payla Sona və Fərhadın payının tanınmasına, kredit üzrə qalıq borcunun ½ hissəsinin Azadə xanıma aid edilməsinə, yerdə qalan ½ hissənin isə 1/10 payla 5 nəfər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 7.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 29 fevral 2024-cü il tarixli, 2(001)-111/2024 saylı qətnaməsi ilə (hakim-Səadət Səlimova) iddianın qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin X48 ilə İddiaçı3 birgə mülkiyyəti hesab edilməsi; Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində İddiaçı3 6/10 hissədə, İddiaçı1 1/10 hissədə, İddiaçı2 1/10 hissədə, Cavabdeh1 1/10 hissədə, Cavabdeh2 1/10 hissədə paylarının müəyyən edilməsi; 2014-cü il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundai 140 minik markalı nəqliyyat vasitəsində İddiaçı3 6/10 hissədə, İddiaçı1 1/10 hissədə, İddiaçı2 1/10 hissədə, Cavabdeh1 1/10 hissədə, Cavabdeh2 1/10 hissədə paylarının müəyyən edilməsi; "xxxx" ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli GTKR4640186A299 nömrəli kredit müqaviləsi üzrə borcalan X28 yaranmış borcunun 6/10 hissəsi İddiaçı3, 1/10 hissəsi İddiaçı1, 1/10 hissəsi İddiaçı2, 1/10 hissəsi Cavabdeh1, 1/10 hissəsinin Cavabdeh2 aid edilməsi; Cavabdeh1 ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması; Cavabdeh2 ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması; iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materialarında olan: 8.Ordjenikidze rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1960-ci il tarixli 1-ИЕ № 280430 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X43 ilə X33 xx.xx.1960-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 478 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. 9.Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1963-ci il tarixli AЗ № 414679 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X48 xx.xx.1963cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1077 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X43, anası X15. 10.Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən veilmiş xx.xx.1980-ci il tarixli İİ ЖГ № 299209 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 xx.xx.1980-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydlər kitanında 1307 nömrəsi ilə qeyd edilmişdir. 11.Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ № 356796 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X43 xx.xx.2009-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydlər kitanında 408 nömrəsi ilə qeyd edilmişdir. 12.Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli İİ-ЖГ № 326880 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X48 ilə X11 nikahı xx.xx.1997- ci il tarixdə ləğv edilmiş, bu barədə nikahın pozulmasına dair akt qeydləri kitabında 187 nömrə ilə qeyd edilmişdir. 13.Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli Vİ-ЖГ № 452261 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X48 ilə X22 xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 449 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədov soyadı verilmişdir. 14.Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ- İİ № 265807 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X48 xx.xx.2022-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında qeydlər kitanında 283 nömrəsi ilə qeyd edilmişdir. 15.Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli İ-AZ № 154809 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3032 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X48, anası X13r. 16.Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli Xİİ-ЖГ № 354915 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.1987-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 576 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X48, anası X13r. 17.Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli XXİ-ЖГ № 321253 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.1998-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 441 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X48, anası İddiaçı3dır. 18.Bakı şəhəri Qaradağ rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli AZ-İ № 304093 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 930 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X48, anası İddiaçı3dır. 19.AD N ******* saylı xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2014-cü il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundai 140 minik markalı nəqliyyat vasitəsi X28 mülkiyyətindədir. 20.xx.xx.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 vərəsəsi İddiaçı3 Bakı şəhəri Qradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsində istifadədə olan 0,1184 ha torpaq sahəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binada 47,7 kv.m. ümumi, 28,3 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 12 nömrəli mənzili miras olaraq qəbul etmişdir. 21.Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Qradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsində istifadədə olan 0,1184 ha torpaq sahəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binada 47,7 kv.m. ümumi, 28,3 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 12 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı3 adı daşınmaz əmlakın dövlət reyestrində 859 nömrəli reyestr kitabının 79945 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. 22.Satıcı İddiaçı3 ilə alıcı X45 arasında bağlanmaqla xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı ümumi sahəsi 47.7 kv.m olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsi 1 saylı evin 12 saylı mənzilini 30000 manata alıcıya satmışdır. 23.Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 09 saylı arayışın surətindən müəyyən olunur ki, 2002-ci ildə tikilimiş M.S.Ordubai küçəsində yerləşən 10A salı mülk X29 məxsusdur. Binəqədi Rayon İca Hakimiyəti tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş 420 saylı sərəncama əsasən, 300 kv.m torpaq sahəsində yerləşən 2 yaşayış otağından, köməkçi sahədən və mətbəxdən ibarət mülkün sahəsi 28,6 kv.m. ibarətdir. 24.X23 xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 20 saylı dövlət notariat kontorunda təsdiq olunmuş vəsiyyətnaməsinin surətindən müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 1482 saylı sərəncamına əsasən Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10 A saylı bir mərtəbəli 2 otaqlı yaşayış evini oğlu X34 vəsiyyət etmişdir. 25.Binəqədi RİHB-nin Biləcəri qəsəbəsi üzrə nümayəndəsi S.Quliyevin 09 saylı xx.xx.2006-cı il tarixli arayışının surətindən müəyyən olunur ki, X29 məxsus 2002-ci ildə inşa edilmiş M.S.Ordubadi küçəsində yerləşən 10a saylı sahəsi 28,6 kv.m. olan 2 otaqlı mülk BRİH tərəfindən xx.xx.2002-ci ildə verilmiş 420 saylı sərəncama əsasən 300 kv.m. torpaq sahəsində yerləşir. 26.Hədiyyə verən X37 ilə hədiyyə alan X48 arasında bağlanmaqla Bakı şəhəri 20 saylı notariat kontorunda təsdiq olunmuş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, hədiyyə verən mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı, ümumi sahəsi 84,6 kv.m olan fərdi yaşayış evini hədiyyə alana bağışlamışdır. 27.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya PX ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı, ümumi sahəsi 84,6 m2 olan 3 otaqlı fərdi yaşayış evinə dair X28 xüsusi mülkiyyət hüququ, 0,01055 ha torpaq sahəsinə istifadə hüququ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 264 nömrəli reyestr kitabının 14583 nömrəli vərəqində qeydə alınmışdır. 28.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya PX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı, ümumi sahəsi 84,6 m2 olan evə və 0,03 ha torpaq sahəsinə dair X28 xüsusi mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 264 nömrəli reyestr kitabının 24583 nömrəli vərəqində qeydə alınmışdır. 29.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin texniki pasportundan müəyyən olunur ki, 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,6 m2 , yaşayış sahəsi 50 m2 , köməkçi sahəsi 34,6 m2 olan fərdi yaşayış evi sahəsi 23,1 m2 olan bağlı eyvandan, sahəsi 21,1 m2 olan yaşayış otağından, sahəsi 6,5 m2 olan mətbəxdən, sahəsi 5,0 m2 olan sanitar qovşaqdan, sahəsi 14,3 m2 olan yaşayış otağından, sahəsi 14,6 m2 olan yaşayış otağından ibarətdir. 30.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(002)-1318/2019 nömrəli qətnaməsindən müəyyən olunur ki, cavabdehlər X38 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 1 saylı evin 12 saylı mənzilinə olan hüquqları itirilməklə pasport qeydiyyatından çıxarılmaları qət edilmişdir. 31.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(002)-1318/2019 nömrəli qətnaməsindən daha sonra müəyyən olunur ki, mülki işə əlavə olunmuş qanun üzrə vərəsəlik haqqında xx.xx.2008-ci il tarixli şəhadətnaməsinin surətindən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 1 saylı evin 12 saylı mənzilinin İddiaçı3 anası X2 miras qalması müəyyən edilmişdir. 32.İddiaçı3 Bakı şəhəri 20 saylı notariat ofisinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, əri X28 xx.xx.2022-ci il tarixdə ölməsini, miras əmlaka Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin, torpaq sahəsinin və 90- TZ-507 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daxil olmasını, miras qoyanın öldüyü günə vərəsələrinin ondan başqa İddiaçı1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh1 olmasını bildirmişdir. 33.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-5683/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdehlər X39, X24, X30 və X40 qarşı ünvan 2 ünvanında yerləşən mənzildən və həmin ünvanda yerləşən özbaşına tikilmiş yaşayış və qeyri-yaşayış sahələrindən cavabdehlərin və digər şəxslərin çıxarılması, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehlərin və digər şəxslərin həmin mənzildən və həmin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. 34.Borcverən "xxxx" ASC ilə borcalan X48 arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4640186A299 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 48 ay müddətinə qaytarmaq, illik 15% ödəmək şərti ilə 10000 manat kredit vermişdir. 35.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsnin xx.xx.2022-ci il tarixli № **********37 nömrəli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci Orucov döngəsi 1 saylı evin 12 saylı mənzilinin X28 adına qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. 36.X19 xx.xx.2013-cü il tarixdə 1 saylı ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyi dövlət notariat kontorunda təsdiq olunmuş ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2009-cu il tarixdə ölmüş atası X18 miras qalmış əmlakdan ona düşən payı qəbul etməmiş, etmir və gələcəkdə də müddətin bərpası və mirasın qəbulu ilə əlaqədar heç bir notariat və məhkəmə orqanlarına müraciət etməyəcəyini bildirmişdir. 37.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, № 3-16-16/2-10/6029-9/6221 nömrəli rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində aparılmış təmir zamanı evin texniki sənədlərində qeyd olunan tikililərdən əlavə evin daxilində arakəsmələr yaradılmış, həyətyanı sahədə yay mətbəxi inşa olunmuş və girişində talvar quraşdırılmışdır. 38.Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində aparılmış tikinti-texnik işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 70282,0 manat məbləğində müəyyən olunmuşdur. 39.Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində son təmir, yenidənqurma işlərinin nə vaxt aparılıb-aparılmamasını müəyyən olunmasına dair metodika olmadığından, qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. 40.Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 135406,7 manat məbləğində müəyyən edilmişdir. 41.Məhkəmə iclasında şahid X49 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Zauru və Azadəni tanıyır. Belə ki, onların evləri üzbəüz olmaqla qonşudurlar, qonşu kimi gediş-gəlişləri vardır, bayramları, ad günlərini adətən birlikdə keçirmişlər. Onlar hal-hazırda yaşadıqları evə 2009-cu ildə köçərkən Zaurun yaşadığı ev bərbad vəziyyətdə olmuş, həmin ev təxminən 3-4 il sonra əsaslı təmir edilmiş, həyətdə istirahət etmək üçün yer düzəldilmiş, şəlalə qurulmuş, həyətə yeni hasar çəkilmiş, həyətdə talvar qurulmuş, evin bütün hissələri təmir olunub dəyişdirilmiş, ev təmirdən sonra çox dəyişmişdir. Onlar ailəvi həyətdə tikilən istirahət üçün yerdə birlikdə oturub çay içmiş, nərd oynamışlar. 42.Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o, Zaurun və Azadənin qonşuluğunda 2013-cü ildən yaşayır, sonuncularla yaxın qonşuluq münasibətləri vardır. Ona görə də bilir ki, qonşularının uçmaq təhlükəsi olan köhnə evləri tövlə kimi olmuşdur. Həmin ev son 3-4 ildə Azadə və Zaur tərəfindən təmir edilmişdir. Təmir zamanı evin üstü dəyişdirilmiş, həyətdə çox dəyişiklik edilmiş, evin içi də tam təmir olunmuşdur. Şahid daha sonra ifadəsində ona təqdim olunan şəkillərin Zaurun və Azadənin yaşadıqları evin təmirdən əvvəlki və təmirdən sonrakı olan şəkilləri olmasını göstərmişdir. 43.Məhkəmə iclasında şahid X25 ifadəsində göstərmişdir ki, o, 2012-2013-cü illərdən Zaur və Azadə ilə qonşudur. Bilir ki, qonşuların yaşadıqları ev Zaurun atasının evidir. Zaurun atasının evi çox köhnə ev olmuş, ev, evin içi və həyəti, hasarı, evin damı 3-4 il əvvəl əsaslı təmir olunmuş, evə daş üzlük çəkilmiş, evin damı yenilənmişdir. Həmin evdə Zaurdan, onun arvad uşağından başqa heç bir qohum yaşamamışdır. Şahid daha sonra ifadəsində ona təqdim olunan şəkillərin Zaurun və Azadənin yaşadıqları evin təmirdən əvvəlki və təmirdən sonrakı olan şəkilləri olmasını göstərmişdir. 44.Məhkəmə iclasında şahid X17 ifadəsində göstərmişdir ki, o, Zaurla 1984-cü ildə nikaha daxil olmuş, Zaurun pis vərdişlərinə görə nikahları pozulmuşdur. Birgə nikah dövründə aldıqları Səməd Vurğun küçəsində yerləşən evi Zaur birgə nikah dövründə satmışdır. Miras qalan evdə o, heç vaxt olmamışdır. 45.Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, miras qoyan xx.xx.2022-ci il tarixdə ölmüş X28 birinci növbəli vərəsələri sırasına arvadı İddiaçı3, uşaqları İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 daxildir. Mirasa miras qoyan Z.Q. Məmmədovun öldüyü məqamadək mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi, 2014-cü il buraxılışlı, **-TZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai 140 minik” markalı nəqliyyat vasitəsi və "xxxx" ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli, GTKR4640186A299 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri daxildir. 46.Məhkəmə həmçinin müəyyən etmişdir ki, X5 Azadə Abbas qızı ilə 1997-ci ildə nikaha daxil olmuş, onlar uzun müddət miras qoyanın birgə nikah dövründə əvəzsiz əqd üzrə əldə etdiyi Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində yaşamaqla onunla birgə təsərrüfat aparmış, köhnə, təmirsiz vəziyyətdə olan fərdi yaşayış evinin əsaslı şəkildə yaxşılaşdırılmasında, evin əmtəə dəyərini artıran yenidənqurma işlərinin həyata keçirilməsində, evin dəyərinin xeyli artmasına əsas olan vəsaitin sərf edilməsində İddiaçı3 həm öz vəsaiti, həm də birgə nikahda əldə etdikləri vəsaiti xərcləməklə iştirak etmiş, bu müddət ərzində həmin evin əsaslı təmirinə 70282 manat vəsait xərclənmiş, nəticədə evin sahəsi xeyli artırılmış, ev rahat yaşayış üçün ideal vəziyyətə gətirilmişdir. 47.Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, işin araşdırılan halları ilə İddiaçı3 X28 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyması təkzib olunmaz sübutlarla öz təsdiqini tapdığından, cavabdehlər bunun əksini, etirazlarında istinad etdikləri halları sübuta yetirə bilmədiklərindən iddia ərizəsi qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi X48 ilə İddiaçı3 birgə mülkiyyəti hesab edilməli, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində İddiaçı3 6/10 hissədə, İddiaçı1 1/10 hissədə, İddiaçı2 1/10 hissədə, Cavabdeh1 1/10 hissədə, Cavabdeh2 1/10 hissədə, 2014-cü il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundai 140 minik markalı nəqliyyat vasitəsində İddiaçı3 6/10 hissədə, İddiaçı1 1/10 hissədə, İddiaçı2 1/10 hissədə, Cavabdeh1 1/10 hissədə, Cavabdeh2 1/10 hissədə payları müəyyən edilməli, Kapital Bank ASC ilə bağladığı xx.xx.2022ci il tarixli GTKR4640186A299 nömrəli kredit müqaviləsi üzrə borcalan X28 yaranmış borcunun 6/10 hissəsi İddiaçı3, 1/10 hissəsi İddiaçı1, 1/10 hissəsi İddiaçı2, 1/10 hissəsi Cavabdeh1, 1/10 hissəsi Cavabdeh2 aid edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçılara, ekspertiza tədqiqatının dəyəri isə cavabdehlərə aid edilməlidir. 48.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60 və 129cu; Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 223.1, 225.1, 225.2, 225.3, 225.4, 1133.1, 1134.1, 1151.1, 1159.1, 1159.1.1, 1243.2, 1255, 1306.1, 1306.2, 1162, 1163-cü; “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1, 35, 37.1, 37.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 49.Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-111/2024 saylı, 29 fevral 2024-cü il tarixli qətnaməsinin “Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi X48 ilə İddiaçı3 birgə mülkiyyəti hesab edilməsi, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində İddiaçı3 6/10 hissədə, İddiaçı1 1/10 hissədə, İddiaçı2 1/10 hissədə, Məmmə-dova Sona Zaur qızının 1/10 hissədə, Cavabdeh2 1/10 hissədə paylarının müəyyən edilməsi” hissəsinin ləğv edilməsini və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində İddiaçı3 1/5 hissədə, İddiaçı1 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, Cavabdeh1 1/5 hissədə, Cavabdeh2 1/5 hissədə paylarının müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 50.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hədiyyə verən X37 ilə hədiyyə alan X48 arasında bağlanmaqla Bakı şəhəri 20 saylı notariat kontorunda təsdiq olunmuş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, hədiyyə verən mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı, ümumi sahəsi 84,6 m² olan fərdi yaşayış evini hədiyyə alana bağışlamışdır. Daha sonra iddiaçılar iddia edirdilər ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi güya 28,6 m²-dən ibarət olmuş və İddiaçı3 anasından miras qalmış ümumi sahəsi 47.7 m²-dən ibarət olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsi 1 saylı evin 12 saylı mənzili xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X4 sonra əldə edilmiş 30000,00 manat pul vəsaitinin hesabına Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinə xərcləmiş və onun sahəsini 84,6 m²-ə çatdırılmışdır. Halbuki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya PX ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı, ümumi sahəsi 84,6 m² olan 3 otaqlı fərdi yaşayış evinə dair X28 xüsusi mülkiyyət hüququ, 0,01055 ha torpaq sahəsinə istifadə hüququ ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 264 nömrəli reyestr kitabının 14583 nömrəli vərəqində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin texniki pasportundan müəyyən olunur ki, 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,6 m², yaşayış sahəsi 50 m², köməkçi sahəsi 34,6 m² olan fərdi yaşayış evi sahəsi 23,1 m² olan bağlı eyvandan, sahəsi 21,1 m² olan yaşayış otağından, sahəsi 6,5 m² olan mətbəxdən, sahəsi 5,0 m² olan sanitar qovşaqdan, sahəsi 14,3 m² olan yaşayış otağından, sahəsi 14,6 m² olan yaşayış otağından ibarətdir. Deməli iddiaçıların bu dəlilləri sübut edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsini qəbul edərkən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin X48 ilə İddiaçı3 birgə mülkiyyəti hesab edilməsini əsaslandırmamışdır. Hətta iddiaçılar tərəfindən məhkəməyə şahid qismində dəvət edilmiş şahid X49 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Zauru və Azadəni tanıyır. Belə ki, onların evləri üzbəüz olmaqla qonşudurlar, qonşu kimi gediş-gəlişləri vardır, bayramları, ad günlərini adətən birlikdə keçirmişlər. Onlar hal-hazırda yaşadıqları evə 2009-cu ildə köçərkən Zaurun yaşadığı ev bərbad vəziyyətdə olmuş, həmin ev təxminən 3-4 il sonra əsaslı təmir edilmiş, həyətdə istirahət etmək üçün yer düzəldilmiş, şəlalə qurulmuş, həyətə yeni hasar çəkilmiş, həyətdə talvar qurulmuş, evin bütün hissələri təmir olunub dəyişdirilmiş, ev təmirdən sonra çox dəyişmişdir. Onlar ailəvi həyətdə tikilən istirahət üçün yerdə birlikdə oturub çay içmiş, nərd oynamışlar. İşin tədqiq olunan faktiki hallarından aydın olur ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən faktları düzgün araşdırmamış və səhv nəticəyə gəlmişdir. İddiaçı3 anasından miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsə-bəsi 2-ci S.Orucov dön-gəsi 1 saylı evin, 12 saylı mənzilini xx.xx.2019-cu il tarixdə X4 sonra əldə edilmiş 30000,00 manat pul vəsaitinin hesabına Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinə xərcləməsini sübut edə bilməmişdir. Belə ki, ekspert rəyinə görə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin təmir xərcləri 70282,0 manat məbləğində müəyyən olunmuşdur. Deməli 40282,0 manat məbləğində təmir xərcləri başqa mənbələr hesabına ödənilmişdir. Bütün sadaladığı faktlar birinci instansiya məhkəməsinin nəzərindən yayınmış və qətnamə qəbul edərkən sübutlara düzgün qiymət verməməklə prosessual hüquq normalarını pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları 52.Məhkmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, sədrlik edənin suallarına cavab olaraq mübahisəli evin təmirinə xərclənmiş pulun X48 və İddiaçı3 birgə nikahları dövründə tərəflərin birgə vəsaiti hesabına olmadığını təsdiq edən hər hansı bir sübutu birinci instansiya məhkəməsinə təqdim etmədiklərini, evin içərisində tikilən talvar və s tikililərin kim tərəfindən həyata keçirilməsi barədə heç bir sübutu olmadığını bildirdi. Həmçinin cavabdehlər və onların anaları X17 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı evdə yaşamamışdır. 53.Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, məhkəmə kollegiyasının iş materiallarından məlumatlı olmasını bildirərək əlavə nəsə deməyə ehtiyac görmədiyini bildirdi, qətnaməni qanuni və əsaslı hesab edərək onun dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının: 54.13-cü maddəsinin 1-ci hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 55.29-cu maddəsinin 1-ci və 2-ci hissələri. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 56.Maddə 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 57.Maddə 225.1.Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 58.Maddə 225.2.Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 59.Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 60.Maddə 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 61.Maddə 1134.1.Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 62.Maddə 1151.1.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 63.Maddə 1159.1.Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 64.Maddə 1159.1.1.Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 65.Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 66.Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 67.Maddə 1162.Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 68.Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 69.Maddə 34.1.Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 70.Maddə 35.Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 71.Maddə 37.1.Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 72.Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 73.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 74.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
75.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 76.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi ilə bağlı payların müəyyən edilməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdehlər qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı tərəf isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
77.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 78.Belə ki, məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, miras qoyan xx.xx.2022-ci il tarixdə ölmüş X28 birinci növbəli vərəsələri sırasına arvadı İddiaçı3, uşaqları İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 daxildir. Mirasa miras qoyan Zaur Məmmədovun öldüyü məqamadək mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi, 2014-cü il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundai 140 minik markalı nəqliyyat vasitəsi və Kapital Bank ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli GTKR4640186A299 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri daxildir. 79.İşin məhkəmə tərəfindən araşdırılmış hallarına görə X5 Azadə Abbas qızı ilə 1997-ci ildə nikaha daxil olmuş, həmin vaxtdan miras qoyanın birgə nikah dövründə əvəzsiz əqd üzrə əldə etdiyi Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində yaşamışlar. İddiaçı3 mərhum Zaur Məmmədovla həmin evdə birgə təsərrüfat aparmış, köhnə, təmirsiz vəziyyətdə olan fərdi yaşayış evinin əsaslı şəkildə yaxşılaşdırılmasında, evin əmtəə dəyərini artıran yenidənqurma işlərinin həyata keçirilməsində, evin dəyərinin xeyli artmasına əsas olan vəsaitin sərf edilməsində həm öz vəsaiti, həm də birgə nikah dövründə həyat yoldaşı mərhum Zaur Məmmədovla əldə etdikləri vəsaiti xərcləməklə iştirak etmiş, bu müddət ərzində həmin evin əsaslı təmirinə 70282 manat vəsait xərclənmiş, nəticədə evin sahəsi xeyli artırılmış, ev rahat yaşayış üçün ideal vəziyyətə gətirilmişdir. 80.Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, № 3-16-16/2-10/6029-9/6221 nömrəli rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində aparılmış təmir zamanı evin texniki sənədlərində qeyd olunan tikililərdən əlavə evin daxilində arakəsmələr yaradılmış, həyətyanı sahədə yay mətbəxi inşa olunmuş və girişində talvar quraşdırılmışdır. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində aparılmış tikinti-texnik işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 70282,0 manat məbləğində müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində son təmir, yenidənqurma işlərinin nə vaxt aparılıb-aparılmamasını müəyyən olunmasına dair metodika olmadığından, qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 135406,7 manat məbləğində müəyyən edilmişdir. 81.Ekspert rəyindən də görünür ki, rəy texniki sənədlər və evin hazırki vəziyyəti əsasında verilmişdir. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi mərhum Zaur Məmmədova 2014-cü ildə bağışlandıqdan sonra, xx.xx.2015-ci ildə Zaur Məmmədovun adına texniki pasport tərtib edilmişdir (i/v 29). Ekspert tərəfindən həmin texniki pasporta və evə baxış keçirilərkən, evin daxilində arakəsmələr yaradılması, həyətyanı sahədə yay mətbəxi inşa olunması və girişində talvar quraşdırılması halları müəyyən olunmuşdur. Evin ümumi dəyəri təqribən 135406,7 manat müəyyən olunduğu halda, aparılmış tikinti-texnik işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 70282,0 manat təşkil etməsi müəyyən olunmuşdur. 82.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 83.Kollegiya apellyatorun X48 ilə İddiaçı3 nikahları dövründə yaşayış evinin əsaslı şəkildə yaxşılaşdırılmaması, evin əmtəə dəyərini artıran yenidənqurma işlərinin həyata keçirilməməsi, evin dəyərinin xeyli artmasına əsas olan vəsaitin sərf edilməməsi ilə bağlı dəlillərini yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edərək qeyd edir ki, cavabdehlər və onların anası X17 ümumiyyətlə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində yaşamamış, əksinə X48 1997-ci ildə İddiaçı3 ilə ailə qurandan sonra həmin evdə yaşamış, onların evin dəyərini artıran əsaslı yaxşılaşdırmalar etməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Bunun əksi cavabdehlər tərəfindən sübut olunmamışdır. 84.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 85.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
86. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 87.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 88.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsininmübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 89.Beləliklə məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(001)-111/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 90.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edili r ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 91.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 92.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 93.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(001)-111/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov