Məhkəmə qərarları › İş №2(103)-3469/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3469/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3469/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İlkin iddia üzrə İddiaçı, Cavabdeh1 və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 (3-cü şəxs: Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair ilk, iddiaçılar Cavabdeh1, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə X3 və X4 paylı mülkiyyət hüquqlarına xitam verilməsi və İddiaçı, X3 və X4 istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5316/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X6 ilə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadıqları və ümumi paylı mülkiyyətlərində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20b saylı evin 30 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı istifadə hüququ olmayan hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20b saylı evin 30 saylı mənzilindən cavabdeh İddiaçı istifadə hüququ olmayan hesab edilməsi və bu halın cavabdehin qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinə əlavə verərək Cavabdeh1 tərəfindən yetkinlik yaşına çatmayan Zəka Xasiyevin və Cəsur Xasiyevin qanuni nümayəndəsi olan anası İddiaçı 12000 (on iki min) manat kompensasiya verilməklə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20b saylı evin 30 saylı mənzilində Zəka Xasiyevin və Cəsur Xasiyevin hər birinin 1/12 hissəsinə olan paylı mülkiyyət hüququna xitam verilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20b saylı evin 30 saylı mənzilində İddiaçı, onun yetkinlik yaşına çatmayan övladları Zəka Xasiyevin və Cəsur Xasiyevin istifadə hüquqlarına xitam verilməsi və bu halın onların qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5316/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, İddiaçı azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20b saylı evin 30 saylı mənzilinə köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə X3 və X4 paylı mülkiyyət hüquqlarına xitam verilməsi və İddiaçı, X3 və X4 istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinin təmin olunmaması qət edilmişdir. Qarşılıqlı iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayəti verərək, qətnaməni ləğv edib ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh1 və nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi işdə olan yazılı sübutlar əsasında müəyyən etmişdir ki, X7 ilə X2 2007-ci ildə nikaha daxil olmuşlar və birgə nikahdan iki övladları doğulmuşdur.X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci il tarixdə X8 vəfat etdiyindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20b saylı evin 30 saylı mənzili miras qalmışdır. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20b saylı evin 30 saylı mənzilin mülkiyyətçiləri 4/12 hissədə Cavabdeh1, 6/12 hissədə Cavabdeh2, 1/12 hissədə X10 və 1/12 hissədə X5r. Cavabdehlər tərəfindən iddiaçıya dəfələrlə kompensasiya təklif olunmasına baxmayaraq, sonuncu kompensasiya istəmədiyini, azyaşlı övladları ilə birlikdə mənzilə köçürülməsində təkid etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 152.1, 220.3, 220.4, 220.6 və 221-ci maddələrini tətbiq edərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, İddiaçı və övladları X10 və X6 mübahisəli mənzildə qeydiyyatdadırlar və həmin mənzil 1/12 hissədə X4 və 1/12 hissədə isə X3 mülkiyyətindədir, İddiaçı isə onların qanuni nümayəndəsidir. Azyaşlı uşaqların mülkiyyətdə payları mövcud olduğundan ilkin iddia təmin edilməli, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20b saylı evin 30 saylı mənzilinə köçürülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı belə qənaətə gəlmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Lakin cavabdeh tərəf iddiaçıya birbaşa kompensasiya təklif etməklə mülki qanunvericiliyin tələblərinə riayət etməmişdir. Buna görə də, qarşılıqlı iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə də mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İlk iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5316/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Anar Tanrıverdiyev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar