Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3471/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiyanın verilməsi və ya əmlakın açıq hərracdan satılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qərardadından İddiaçı3 Bəybala qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, ünvan 1, 7-ci binanın 21 saylı mənzilindən paylarının naturada ayrılması, bu mümkün olmadıqda kompensasiyanın ödənilməsi, bu mümkün olmadıqda həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilər arasında paylara mütənasib bölüşdürülməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 7 saylı binanın 21 saylı mənzilinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan pul vəsaitinin hər birinə 1/6 hissədə verilməklə tərəflərin arasında bölünməsi qət olunmuşdur. xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayan İddiaçı3 Bəybala qızı, həmin qətnamə ilə onun və azyaşlı uşaqlarının hüquqlarının pozulduğunu, onların işə cəlb edilmədiyini bildirməklə qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmiş, məhkəmənin 01 aprel 2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, mübahisə paylı mülkiyyətdə olan daşınmaz əmlaka dair mülkiyyətçilərin (iddiaçıların) paylarının ayrılması tələbləri ilə bağlı olduğundan və qətnamə mülkiyyətçi olmayan ərizəçinin hüquq və vəzifələrinə təsir etmədiyindən ərizə təmin olunmamalıdır. Həmin qərardaddan İddiaçı3 Bəybala qızının verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinə görə isə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İşin hallarından aydın olur ki, mübahisə ünvan 1, 7-ci binanın 21 saylı mənzilinin paylı mülkiyyətçiləri arasında yaranmışdır və İddiaçı3 Bəybala qızı Cavabdeh həyat yoldaşı olmaqla qətnamənin onun maraqlarına toxunması prosessual baxımdan mümkün deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-89/2024 saylı iş üzrə 01 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-3471/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3471/2024
23.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver