Məhkəmə qərarları › İş №2(103)-3476/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3476/2021

04.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3476/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Сavabdeh Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin öz əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair ilkin vərizənin təmin edilməməsi, prosessual müddətin buraxılmış hesab edilməsi və müvafiq apelyasiya şikayətinin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermə müddətinin buraxılmamış hesab edilməsi barədə Cavabdeh2 ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-190/2019 nömrəli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin öz əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 (azyaşlı olan qızı X3 ilə birlikdə), Cavabdeh2 Mirzə oğlunun və Cavabdeh3 özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında “Dərəçiçək” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzildən çıxarılmaları və ona məxsus olan ünvan 1 ünvanında “Dərəçiçək” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzilin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı “mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1, “Dərəçiçək” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzilə çəkdiyi zərərin əvəzi olaraq 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin, mənəvi zərərin əvəzi olaraq 40.000 (qırx min) manat məbləğində vəsaitin, qarşılıqlı iddia tələbinin qaldırılması üçün onun tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 190/2019 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 (azyaşlı olan qızı X3 ilə birlikdə), Cavabdeh2 Mirzə oğlunun və Cavabdeh3 özlərinə məxsus əşyaları ilə birlikdə iddiaçıya məxsus olan ünvan 1 ünvanında “Dərəçiçək” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzildən çıxarılmaları, ünvan 1 ünvanında “Dərəçiçək” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzilin İddiaçı təhvil verilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi müəyyən edilmişdir. Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsindən xx xxxxx 2019-cu il tarixdə apelyasiya şikayəti verilərək, müvafiq qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş müvafiq apelyasiya şikayəti ilə birlikdə baxılması üçün xx xxx 2019-cu il tarixdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli məktubu ilə Cavabdeh3 tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. xx xxxx 2019-cu il tarixdə müvafiq məktub əsasında mülki iş məhkəmə baxışından çıxarılmış və xx xxxx 2019-cu il tarixdə müvafiq məhkəməyə göndərilmişdir. Müvafiq mülki iş xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasına daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qərardadı ilə müvafiq məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilərək, apelyasiya şikayətinə baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 190/2019 nömrəli qərardadı ilə Maraqlı şəxs onun üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsindən onun tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)- 190/2019 nömrəli qərardadı ilə müvafiq məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 190/2019 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməyərək, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)- 13035/2019 nömrəli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 190/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 13035/2019 nömrəli qərardadı ilə müvafiq məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli 2(103)- 13035/2019 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə Maraqlı şəxs tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 14068/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)- 14068/2019 nömrəli qərardadı ilə müvafiq məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(103)- 14068/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə Cavabdeh3 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)- 14068/2019 nömrəli qərardadı ilə müvafiq məhkəmənin xx xxxx 2020-ci il tarixli 2(103)- 14068/2019 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 14068/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2(102)-4787/2020 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-14068/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, müvafiq qətnamə Cavabdeh1 aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh2 aid hissədə isə ləğv edilməsi qərara alınmışdır. Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ötürülməmiş hesab edilərək, həmin qətnamədən verilən apelyasiya şikayətinin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün aidiyyəti üzrə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, qeyd edilən ərizəyə müvafiq apelyasiya şikayətini əlavə etmişdir. Cavabdeh2 müvafiq ərizəsini onunla əsaslandırmışdır ki, dünya ölkələrinin səhiyyə sistemləri və qlobal iqtisadi dəyər zəncirinə dağıdıcı zərbə vurmuş COVİD-19 koronavirusu (pandemiya) ilə əlaqədar, həmçinin məhkəmə sisteminin işləməməsi ilə bağlı apelyasiya şikayətinin verilməsi hazırkı vaxta təsadüf edilmişdir. Belə ki, məhkəmə qətnaməsi onun ərizəsi əsasında ona göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyinin tələblərindən də göründüyü kimi, hər hansısa bir müddətin ötməsi üçün məhkəmə sənədinin həmin şəxsə rəsmi olaraq çatdırılması zəruridir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 190/2019 nömrəli qərardadı ilə Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-190/2019 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsinə dair ərizəsinin təmin edilməməsi, Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-190/2019 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmış hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-190/2019 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-190/2019 nömrəli qərardadından xx xxxxxx 2020-ci il tarixdə şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-190/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin öz əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermə müddətinin buraxılmamış hesab edilməsi barədə Cavabdeh2 ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-190/2019 nömrəli qərardadından Cavabdeh2 verdiyi şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-190/2019 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-190/2019 nömrəli qərardadı ilə müvafiq şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan mülki işin məhkəməyə qaytarılması xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli 2(103)- 1690/2021 nömrəli qərardadı ilə müvafiq qərardaddan Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti apelyasiya baxışından çıxarılaraq, müvafiq işin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-190/2019 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış, şikayət, 2(005)-190/2019 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edəb cavabdehin nümayəndəsi və vəkili şikayətin təmin olunmasnı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edəb iddiaçı, nümayəndəsi və vəkili şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 190/21 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından da müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsi Cavabdeh2 xx xxxx 2019-cu il tarixli məktubla xx xxxx 2019-cu il tarixli reyestrlə göndərilmişdir. Cavabdeh2 müvafiq qətnamənin surətini xx xxxx 2019- cu il tarixdə rəsmi qaydada poçt xəbərnaməsinə imza etməklə qəbul etmişdir. Qeyd edilən qətnamədən apelyasiya şikayətini isə müəyyən edilmiş müddət keçdikdən sonra xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim etmiş, hazırda isə prosessual müddətin buraxılmamış hesab olunmasını xahiş etmişdir. Belə ki, ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzrlü səbəblər sırasına şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və sair bu kimi hallar aid edilə bilər. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-190/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar