Məhkəmə qərarları › İş №2(103)-3478/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3478/2021

03.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3478/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-713/2018 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı ”işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 939/3/2017 saylı əmri ləğv edilməsi, onun əmək fəaliyyətinin bərpa edilməsi və məcburi iş buraxılmağa görə ona kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(009)-713/2018 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış və iddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(009)-713/2018 saylı qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(009)-713/2018 saylı qərardadı ilə İddiaçı şikayəti prosessual müddət ötürüldüyündən geri qaytarılmışdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(009)-713/2018 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-713/2018 saylı qərardadı ilə onun Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-713/2018 saylı qərardadından verdiyi şikayət baxılmayaraq geri qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qeyd olunan iş üzrə iddia tələbi xx xxxxxx 2018-ci il tarixli qərardadla baxılmamış saxlanılmış, həmin qərardadı və iş üzrə olan sənədləri isə o, xx xxxxxx 2018-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə əldə etmişdir. Halbuki şikayətində də qeyd etdiyi kimi, onun işin baxılmamış saxlanması barədə heç bir məlumatı olmamış, onun ünvanına 2(009)-713/2018 saylı iş üzrə ümumiyyətlə heç bir sənəd daxil olmamışdır. İş materiallarından görünür ki, bütün sənədlərdə onun faktiki ünvanı ünvan 1 kimi göstərilmiş və qeyd olunan sənədlər hamısı həmin ünvana göndərilmişdir. Halbuki o, bu ünvanda yaşamır. Həmin tarixdə onun qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Xudu Məmmədov küçəsi, ev 41, mənzil 118, faktiki yaşadığı ünvan isə ünvan 3 mənzil 163 olmuşdur. Lakin məhkəmə iş üzrə olan sənədləri tamamilə fərqli ünvana göndərdiyinə görə, o, işin gedişatı barədə ümumiyyətlə məlumatı olmamış, hətta işin baxılmamış saxlanmasından belə, aylar sonra xəbər tutmuşdur. Bundan əlavə, məhkəmənin qeyd etdiyi, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin tələb olunması barədə ərizə onun tərəfindən yazılmamış və imzalanmamışdır. Həmçinin, iş üzrə olan sənədlər və xx xxxxxx 2018-ci il tarixli qərardadın alınmasına dair məhkəmə qəbzinə edilən imza da ona məxsus deyildir. Həmin sənədlər ona yox, vəkilinə təhvil verilmiş, o, isə bu barədə ona heç bir məlumat verməmiş, həmçinin, qərardaddan şikayət də verməmişdir. Qeyd edir ki, vəkilin qeyd olunan hərəkətləri ilə əlaqədar o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına şikayət ərizəsi ilə müraciət etmiş, həmin müraciət araşdırılaraq vəkilin əməlində, həqiqətən də, intizam pozuntusu olduğu aşkarlanmış və ona töhmət elan edilmişdir. Bu isə bir daha sübut edir ki, qeyd olunan sənədlərdən onun heç bir məlumatı olmamışdır. Hesab edir ki, sənədlər rəsmi qaydada ona verilmədiyinə görə, bu, qərardadın ona çatdırılması kimi qiymətləndirilə bilməz. O, həmin sənədləri 2018-ci ilin dekabr ayında əldə etmiş və əldə edən kimi də dərhal həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-713/2018 saylı qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-713/2018 saylı qərardadının ləğv edilməsinə dair İddiaçı verdiyi şikayət geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(009)-713/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, iddiaçının məhkəməyə təqdim etdiyi şikayət məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadının ləğv edilməsi ilə bağlı deyil, həmin qərardaddan verdiyi şikayət üzrə çıxarılmış xx xxxxxx 2018-ci il tarixli qərardadın ləğv edilməsi ilə bağlı idi. Həmin qərardad isə şikayətində də qeyd etdiyi kimi, ona rəsmi qaydada göndərilməmiş, yalnız iddiaçı ərizə ilə müraciət etdikdən sonra xx.xx.2020-ci il tarixdə ona təqdim edilmişdir. Qeyd olunan qərardaddan şikayət isə prosessual qanunvericilikdə göstərilən müddət ötürülmədən məhkəməyə təqdim edilmişdir. Hazırki işdə onun xx xxxxxx 2018-ci il tarixli qərardadı daha əvvəl təhvil almağına dair heç bir sənəd mövcud deyildir. Lakin məhkəmə heç bir əsas olmadan onun qərardaddan “məlumatlı olduğunu” qeyd edərək tamamilə əsassız olaraq, şikayət müddətini ötürülmüş hesab etmiş, bununla da, prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-713/2018 saylı qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-713/2018 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(009)-713/2018 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırki şikayətinin dəillərindən və şikayətə əlavə etdiyi məktubdan müəyyən edilir ki, İddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-713/2018 saylı qərardadından məlumatı olmuş, o, qərardaddan verdiyi şikayət geri qaytarıldıqdan sonra vəkilin intizam məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət etmiş və Kollegiya tərəfindən “vəkilə töhmət elan olunması” barədə ona xx.xx.2019-cu il tarixdə məktub ünvanlanmışdır. İddiaçı xx.xx.2019-cu il tarixli məktubu aldıqdan sonra da, məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadından şikayət verməmişdir. İddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(009)-713/2018 saylı qərardadından xx.xx.2020-ci il tarixdə məhkəməyə şikayət təqdim edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bununla da qanunvericiliklə müəyyən edilmiş qərardaddan 10 gün müddətində şikayət vermə müddətini ötürmüş, prossesual müddətin bərpası barədə vəsatət isə təqdim etməmişdir. İddiaçının şikayətində göstərdiyi dəlillər məhkəmənin qərardadının ləğv ediliməsi üçün əsas ola bilməz. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Əvvəla, qeyd olunmalıdır ki, iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-713/2018 saylı qərardadını mübahisələndirdiyi halda, məhkəmə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-713/2018 saylı qərardadından verilmiş şikayətin geri qaytarılması qərarına gəlmişdir. Kollegiya məhkəmənin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının xx.xx.2019-cu il tarixli məktubuna istinad etməklə, iddiaçının şikayət vermə müddətinin ötürməsinə istinad etməsi əsaslı hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-713/2018 saylı qərardadının iddiaçıya rəsmi qaydada verilməsi ilə bağlı işdə sübutlar mövcud deyildir. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-713/2018 saylı qərardadının iddiaçıya göndərilməsi barədə xx.xx.2020-ci il tarixli məktub (i/v 37) olsa da, qərardadın alınması barədə qəbz mövcud deyildir. Şikayət isə iddiaçı tərəfindən xx.xx.2020-ci ildə verilmişdir. Bununla da, birinci instansiya məhkəməsi qeyd edilən işin hallarını hərtərəfli araşdırmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, yuxarıda qeyd olunan halların araşdırılması üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş materialları şikayətə yenidən baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməli, şikayət qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 713/2018 saylı qərardadı ləğv edilsin, mülki iş materialları Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(009)-713/2018 saylı qərardadından İddiaçı şikayətinə yenidən baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar