Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-348/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Həmidov Həmid Üzeyir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun, eyni zamanda üçüncü şəxs Maraqlı şəxs2 vəkili X13, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 iştirakları ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-2395/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Maraqlı şəxs2 və Maraqlı şəxs1 hazırkı işdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi, Cavabdeh isə əsl cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2395/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən birgə apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi qarşı tərəfin təqdim etdiyi akta əsaslanaraq onun köçürülməsini tələb etdiyi ünvanda heç vaxt yaşamaması qənaətinə gəlməkdə haqlı olmamışdır. Halbuki o və ailə üzvləri həmin ünvanda yaşamışlar. Həmin ünvan əvvəllər ünvan 2nzadə küçəsi ev 30 ünvanı kimi qeyd edilirdi. Həmin evdən onlara 11.2 kv metr sahə verilmişdir. Həmin sahə üzərindən Şahid və o ev növbəsinə götürülmüşlər. Bu barədə Yasamal rayon İcra Hakimiyyəti (keçmiş oktyabr rayonu) 24 fevral 1988-ci il tarixində sərəncam vermişdir, (sərəncam əlavə edilir) Hazırda o və ailə üzvləri kirayədə, qohumların himayəsində yaşayırlar. Cavabdehlər qeydiyyatda olduğu ailəsinə məxsus evə daxil olmağa icazə vermirlər. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnam qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, həmin ünvanda yaşamasa da, tez-tez gəlib-getmişdir, bu səbəbdən də apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi, həmçinin göstərdi ki, həmin ünvan onun babasına məxsus olmuş, vərəsəlik əsasında həmin ünvan hazırda onun xüsusi mülkiyyətindədir, iddiaçının orada doğulmadığını, heç vaxt orada yaşamadığını, iddiaçını tanımadığını, iddiaçının da onun tanımadığını, ümumiyyətlə qonşulardan heç kəsin iddiaçını tanımadığını qeyd etdi, bu səbəbdən də apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi, bu səbəbdən də apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, eyni zamanda üçüncü şəxs Maraqlı şəxs2 vəkili X13 şikayətlə razılaşmayaraq şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi S.Mirzəyev bildirdi ki, sərəncam əsasında həmin ərazidə söküntü işlərinə başlamışlar, həmin ünvanda mülkiyyətçi Cavabdehla danışıqlar aparılıb, razılıq əsasında həmin ünvanda qəzalı vəziyyətdə olan mənzillər çoxdan sökülmüşdür, hazırkı iddiaçı heç vaxt orada yaşamayıb, heç kəs də onu tanımır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarına əlavə edilmiş Oktyabr Rayon Xalq Deputatları Sovetinin 4/3 №-li, 24 fevral 1988-ci il tarixli qərarının notarial təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən Oktyabr rayonu, ünvan 3 ünvanında yaşayan Şahid və onun ailə üzvləri (4 nəfərdən ibarət tərkibdə-özü, əri və iki oğlu) ev növbəsinə qeydiyyata götürülmüşlər. Forma 2 arayışından görünür ki, X1 və İddiaçı həqiqətən də, Oktyabr rayonu, ünvan 3 ünvanında yerləşən 11.2 kv.m. sahədə yaşamışlar və həmin evdə qeydiyyatda olmuşlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı verilən Arayışından görünür ki, mübahisəli ünvanda qeydiyyatda olanlar siyahısında Maraqlı şəxs1 və Maraqlı şəxs2 var. RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 4 ünvanda yerləşən mənzil xx.xx.2018-ci il tarixdən Cavabdeh Aaməmməd oğlunun xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 3883 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki iş materiallarına əlavə edilmiş 17 may 2021-ci il tarixli aktın məzmunundan görünür ki, qonşular – X14, X5, X3, X8, X15, X9, X16 aktı tərtib edirlər ondan ötrü ki, Şahid və İddiaçı ünvan 4 ünvanında heç vaxt yaşamayıblar, hal-hazırda da yaşamırlar (akt həmin şəxslərin imzaları ilə təsdiq edilmişdir). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7443/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı köçürülməsini tələb etdiyi ünvan 1 ünvanındakı tikililərlə Cavabdeh xüsusi mülkiyyətindəki ünvan 4 ünvanda yerləşən tikililərin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi sualı qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2022-ci il tarixli məktubu ilə məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə tərəflərin və üçüncü şəxslərin iştirakı ilə həmin ünvanda yerində müayinə aparılmışdır. Müayinə zamanı orada hər-hansı tikilinin olmadığı-mövcud tikililərin tam olaraq söküldüyü müəyyən edilmiş, həmçinin yerində müayinədə iştirak edən iddiaçı köçürülməsini tələb etdiyi mənzilin harada yerləşdiyini də göstərə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid kimi dinlənilmiş Şahid (iddiaçının anası) bildirdi ki, ünvan 2nzadə küçəsi ev 30 ünvanı kimi qeyd edildirdi, o, həmin ünvanda 11.2 kv metrlik sahəyə gəlin köçmüşdür, orada bir ay, ay yarım yaşamış, daha sonra darısqal olduğu üçün orada yaşaya bilməmişlər, başqa yerə köçmüşlər, oğlu, yəni hazırkı İddiaçı həmin ünvanda, ümumiyyətlə, yaşamamışdır, həmçinin şahid hansı ünvana köçməsi, kirayə və yaxud hansı əsasla yaşaması barədə məlumat vermədi. Eyni zamanda bildirdi ki, o gəlin gələrkən eşitmişdir ki, həmin tikililər, həmçinin onun gəlin köçdüyü 11.2 kv metrlik sahə də hazırkı mülkiyyətçinin (Cavabdeh) babasına məxsus olmuşdur, eyni zamanda gəlin gələrkən onun əri və onların ailə üzvlərinin həmin ünvanda hansı əsasla yaşaması ona məlum olmamışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir halda olduğu kimi, hazırkı işdə də mübahisənin düzgün həll edilməsi üçün ilkin olaraq iddia tələbinin qanuni əsası tapılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki iş materiallarından göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixədək yarandığıdan və iddiaçı mübahisəli yaşayış sahəsinə qeydiyyata həmin vaxt düşdüyündən hazırkı mübahisə 1982-ci il tarixli Mənzil Məcəlləsinin müddəalarına əsasən həll edilməlidir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Belə olan halda, məlum olur ki, iddiaçı köçürülməsini tələb etdiyi mənzilə dair hər hansı hüquq əldə etməmişdir. Eyni zamanda, müəyyən olunmuşdur ki, həmin mənzil halhazırda sökülmüşdür, mövcud deyildir. İddiaçı həmin ünvanda yaşamadığını, lakin tez-tez gəlib-getdiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, məhkəmə kollegiysının iclasında şahid qismində dinlənilmiş Şahid (iddiaçının anası) onun həmin ünvanda heç vaxt yaşamadığını təsdiq etmişdir. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə kollegiyasının araşdırmaları nəticəsində iddiaçının köçürülməsini tələb etdiyi ünvanda heç vaxt yaşamaması müəyyən edildiyindən, beləliklə də həmin ünvana hər hansı istifadə hüququ yaranmadığından, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya hazırkı iddia tələbini təmin etməməkdə haqlı olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-2395/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Həmid Həmidov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-348/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-348/2022
01.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver