Məhkəmə qərarları › İş №2(103)-3485/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3485/2021

10.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3485/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, tərəflərin iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-2094/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı mənzilin geri qaytarılması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda məhkəməyə iddianı təmin etmə tədbirinə dair ərizə verərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən yaşayış sahəsi 90 m2 (ümumi sahəsi 97 m2) olan 2 otaqlı mənzilin üzərinə həbs qoyulması və həmin mənzilin hazırkı formasının dəyişdirilməsinin, mənzilin özgəninkiləşdirilməsinin Cavabdeh və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim S.Səlimova, iş № 2(001)-2094/20) ərizə qismən təmin edilərək ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən yaşayış sahəsi 90 m2 (ümumi sahəsi 97 m2 ) olan 2 otaqlı mənzilin özgəninkiləşdirilməsi, mənzilin hazırkı formasının dəyişdirilməsi (yenidən qurma, təmir-tikinti işlərinin aparılması) Cavabdeh və başqa şəxslərə qadağan edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia əsassız və qanunsuzdur. Buna baxmyaraq mənzilində əlavə olaraq cari təmir aparmaq qərarına gəlmişdir. Mübahisələndiirlən qərardadla mənzilində cari təmir işlərinin aparılması barədə qadağan edilmiş qərardad onun hüququnu pozmaqla bərabər ona maddi ziyan vurmuşdur. Belə ki, ustalarla əvvəlcədən olan sövdələşmələri qərardadla pozulmuş olur. Həmin qərardadın icrası nəticəsində ödənilmiş beh razılaşması ləğv olunur. Bununla da iddiaçının qanunsuz tələbi üzrə ona ziyan vurulmuş olur. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət rədd edilərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh, onun nümayəndəsi və vəkili Ə.Məmmədzadə məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçı şikayəti qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İş üzrə üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinə dair ərizənin qismən təmin edilməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessualhüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Ələkbəov Rövşən Şahin oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2094/21 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar