Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3488/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3488/2024 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1147/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 29 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı yaşadığı ünvandakı sayğacın klapanı işlək olmamasına görə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2 dəfə olmaqla hesablanmış 560,89 manat və 3843,43 manat, cəmi 4404,32 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan 4404,32 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, məcburi köçkündür, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən “Təmirtikinti İdarəsi”nin həyətində məskunlaşmışdır. Məskunlaşdığı otağa qaz sayğac quraşıdırılmış və **********01060 abonent kodu verilmişdir. 2016-cı ildə həmin qaz sayğacı giriş borusunun çatlaması səbəbindən dəyişdirilmiş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Bu hadisədən bir müddət sonra müəyyən edilmişdir ki, onun abonent hesabına 560,89 manat və 3843,43 manat borc məbləğləri yazılmışdır. 2019-cu ildə həmin borc məbləğlərinin silinməsi barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin abonent hesabından borc məbləğləri silindiyi üçün o məhkəmə iclasına getməmişdir. xx.xx.2023-cü il tarixdə qaz sayğacı yenisi ilə əvəz edilmiş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Həmin qaz sayğacına aid kartı əldə etmək üçün Cavabdehnə müraciət edən zaman ona bildirilmişdir ki, abonent hesabında 4404,32 manat borc məbləği vardır və həmin borcu ödədikdən sonra qaz kartı aktiv ediləcəkdir. O həmin borc məbləğlərinin silindiyini, əsassız olaraq yenidən həmin borcun onun hesabına yazılmasını və bu səbəbdən də borcun silinməsini xahiş etsə də, Cavabdeh əməkdaşları bunun mümkünsüz olduğunu bildirmişlər. Yaranan mübahisənin məhkəmə qaydasında həll olunması məqsədilə məhkəməyə müraciət etmək istədiyini və ona sözügedən borcun yazılması ilə bağlı aktların verilməsini xahiş etsə də, Cavabdeh əməkdaşı ona bildirmişdir ki, onlarda heç bir sənəd yoxdur. Göründüyü kimi Cavabdeh əməkdaşları ona heç bir məlumat vermədən, qaz sayğacını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə onun təqsirini sübut etmədən, qaz itkisi hesablamış və onun hesabına ümumilikdə 4404,32 manat borc yazılmışdır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1147/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddianın təmin edilməsi, Abonent kodu **********01060 olan İddiaçı hesablanmış 4404.32 (dörd min dörd yüz dörd manat, otuz iki qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddələrinə, “X5”nın 4.2, 4.8, 4.9-cu bəndlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, qeyd olunan borc məbləği akt əsasında deyil, sayğac göstəricisi əsasında hesablanmışdır. Belə ki, iddiaçı məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsində məskunlaşmış və həmin ünvanda məşkunlaşmış məcburi köçkün ailələrini təbii qazla təmin etmək məqsədilə kollektiv (ümumi) sayğac quraşdırılmışdır. Hazırda silinməsi tələb edilən borc məbləği də həmin kollektiv sayğacın göstəricilərinə əsasən 2010-2011-ci illər ərzində hesablanmışdır. Göründüyü kimi qeyd olunan məbləğ İddiaçı tərəfindən dəyəri ödənilmədən sayğac vasitəsilə istifadə edilmiş təbii qazın dəyəridir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu
11. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5»
12. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
13. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
14. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
15. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
16. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
26. Belə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, **********01060 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 4404,32 manat məbləğində borc hesablanmışdır
27. xx.xx.2023-cü il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, sayğac yeni ilə əvəz edilmişdir.
28. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində iddiaçının onun qonşusu olduğunu, Cəbrayıl Rayonundan 14 ailə məcburi köçkün kimi Bakıxanov qəsəbəsində məskunlaşdığını, onların məskunlaşdığı ünvana Cavabdeh İB tərfindən böyük mexaniki sayğac qoyulduğunu, daha sonra onu dəyişərək hər kəs üçün ayrıca sayğac quraşdırıldığını, bir müddət sonra isə hər kəsin adına müxtəlif məbləğdə borc yazılmasını gördüklərini və bu bardə Cavabdeh İB baş idarəsinə müraciət etdikdən sonra silindiyini bildirdi.
29. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində iddiaçının onların qonşusu olduğunu, bir ərazidə məskunlaşdığını və yaşadıqları ünvanda olan sayğaca borc yazılması ilə bağlı birlikdə müraciət etdikdən sonra bütün hər kəsin borcunun silindiyini bildirdi.
30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğacın klapanı işlək olmaması əsası ilə ona itirilmiş qazın məbləğinə görə borc hesablansa da, həmin fakt öz təsdiqini hansısa mötəbər sübutlarla tapmamışdır.
31. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh öz şikayətində hesablanmış borcun akt əsasında deyil, sayğacın göstəricilərinə əsasən 2010- 2011-ci illər ərzində hesablandığını qeyd etsə də, buna dair heç bir sübut təqdim etməmiş, üstəlik əgər, həqiqətən də, borc həmin vaxt hesablanmışdısa, nəyə görə o vaxtdan etibarən iddiaçı barəsində borcun tutulması ilə bağlı hər hansı tələblə çıxış etmədiyinin səbəblərini əsaslandırmamışdır.
32. Həmçinin qeyd edilməlidir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Bu halda əgər, doğrudan da, iddiaçının adına sərfiyyata görə 2010-2011-ci il tarixlərdə hazırda silinməsi tələb olunan borc məbləği yazılmış olsa idi, cavabdeh birlik bu barədə qanunvericiliyin yuxarıdakı tələblərinə əsasən iddiaçıya məlumat verməli idi və həmin məlumatı aldıqdan sonra iddiaçının 13-14 il ərzində səssiz qalaraq həmin borcu mübahisələndirməməsi məntiqli görünmür. Buna görə də cavabdehin həmin borc barədə iddiaçını məlumatlandırması barədə də hər hansı dəlil iş materiallarında mövcud deyildir. O cümlədən qazpaylayıcı hər ay istehlakçıya verdiyi qazın dəyərini hesablamalı olduğuna görə iddiaçının bir aya 560,89 manat və hətta 3843,43 manat kimi böyük məbləğlərdə borcunun yaranmış olması inandırıcı görünmür və bu barədə əsaslı və mötəbər dəlillərlə təsdiq olunmasına ehtiyac yaranır. Lakin bu hal da cavabdeh birlik tərəfindən sübuta yetirilməmişdir.
33. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
34. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
35. Digər tərəfdən, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, sadəcə borcu hesablanmaqla kifayətlənməsi inandırıcı görünmür. İddiaçı tərəfindən həmin borcun tələb edilməsi istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.
36. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
38. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
40. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
41. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1147/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova