Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3495/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X6, “Dr.X2 X9 Və Ticaret” Limited Şirkətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “X13 LTD” şirkətinə qarşı borc müqaviləsinin və barışıq razılaşmasının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2657/2019 saylı qətnaməsindən Cavabdeh1 və “Dr.X2 X9 Və Ticaret” Limited Şirkəti tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh1 və “X13. Ticaret LTD” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə edərək, Cavabdeh1 ilə onun arasında xx xxx 2013-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M/707 saylı reyestrlə qeydə alınaraq bağlanmış borc müqaviləsinin və xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 3M-İ29 reyestr nömrəsi ilə qeydə alınaraq bağlanmış barışıq razılaşmasının etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, 2009-cu ildə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Laləli” adlanan ərazidəki ticarət mərkəzlərində gəzərkən “X11” əmtəə nişanlı yataq dəstləri mağazasına rast gəlmiş və məhsullar onun xoşuna gəldiyindən, mağazadan xeyli miqdarda mal alaraq, həmin malları satmaq üçün Azərbaycana gətirmişdir. 2013-cü ildə “X11” məhsullarının Azərbaycanda təmsilçiliyini həyata keçirən “Sədərək bazarı” kimi tanınan ərazidəki mağazanı işlədən Zeki Baydemir adlı Türkiyə vətəndaşı ona müraciət edərək, onun “X11” məhsullarını daha çox həcmdə satdığını və Azərbaycanda “X11” məhsullarının satışını həyata keçirən şəxs kimi tanındığını, özlərinin Azərbaycanda həmin məhsulların satışını daha böyük həcmdə həyata keçirmək üçün tanıtım işlərini apara bilmədiklərini bildirərək, daha böyük dövriyyə ilə işləmək üçün həmin mağazanı işlətməyi və onun “X11”məhsullarının Azərbaycandakı təmsilçisi kimi tanınması üçün “X11" əmtəə nişanının sahibi olan “X13 Ticaret LTD” şirkətinin rəhbərliyi ilə danışacağını bildirmişdir. Bundan sonra, onu “X13 Ticaret LTD" şirkətinin rəhbərləri kimi təqdim edən Vedat Akbulut və Ömer Turanla tanış etmişdir. Onların şərtlərinə əsasən, onun il ərzində onlardan 165000 ABŞ dolları dəyərində mal alacağı təqdirdə, məhsullarının Azərbaycandakı təmsilçiliyini ona verə biləcəklərini söyləmişlər. Onlara həmin məbləğdə pulunun olmadığını bildirdikdə, onunla belə razılaşmışlar ki, o öz hesabına "X11" məhsullarının tanıtım reklamını edəcəyi təqdirdə, bir müddət ona malları nisyə göndərə bilərlər. Lakin bunun üçün təminat kimi, göndəriləcək məhsulların ümumi dəyərindəki məbləğinə onların burada olan etibarlı adamı ilə borc müqaviləsi bağlamalıdır. Cavabdeh “X13 Ticaret LTD” şirkəti ilə "X11” əmtəə nişanlı məhsullarının satışının həyata keçirilməsi üzrə təmsilçiliyin həyata keçirilməsinin təminatı olaraq, Cavabdeh1 ilə aralarında xx xxx 2013-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M/707 saylı reyestrlə qeydə alınmış borc müqaviləsi bağlanmışdır. Bundan sonra, cavabdeh “X13 Ticaret LTD” şirkəti tərəfindən ona “X11” əmtəə nişanlı məhsulları göndərilməyə başlamışdır. Bir müddət qeyd etdiyi dəyərdə məhsulları alaraq, onların dəyərini cavabdeh "X13 Ticaret LTD” şirkətinin rəhbəri Vedat Akbuluta və ya onun dediyi şəxslərə ödəsə də, cavabdeh tərəfindən mallar ABŞ dolları ilə təqdim edildiyindən 2014-cü ildən ABŞ dollarının məzənnəsinin qalxması ilə əlaqədar malların maya dəyəri bahalaşdığından, alıcılıq qabiliyyəti zəifləməyə başlamış və artıq cavabdehə yuxarı məbləğdə mal ala bilməyəcəyini söyləmişdir. Cavabdehdən aldığı malların dəyərini onlara tam ödəmiş və onlara vermiş olduqları mallara görə heç bir borcu qalmamışdır. Bundan sonra Türkiyə bazarında daha sərfəli qiymətlərlə eyni növ malları təklif edən istehsalçıları axtarmağa başlamış və cavabdeh "X13 Ticaret LTD” şirkətinin rəhbəri Vedat Akbulut bundan xəbər tutduqda Cavabdeh1 adından ona qarşı borc tələbinə dair iddia qaldırmışdır. Sonradan əməkdaşlığı davam etdirmək üçün Cavabdeh1 ilə daha aşağı illik dövriyyə məbləğinə, yəni 125000 ABŞ dollarına yeni razılaşma bağlamalı idi. Vedat Akbulutun həm özünün, həm ümumi tanışlarının xahişlərini, həm də ki, cavabdehlə aralarında olan uzun müddətli işgüzar münasibətləri nəzərə alaraq Bakıya qayıtdıqdan sonra xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 3M-129 reyestr nömrəsi ilə qeydə alınmış barışıq razılaşması bağlamış və cavabdehlər də öz iddialarını geri götürmüşlər. Bundan sonra, cavabdehdən 5000-10000 ABŞ dolları dəyərində nağd pulla mal almış, telefon danışıqları zamanı ondan söz verdiyi kimi nisyə mal verməsini istəsə də, cavabdeh malların pulunu nağd ödəməsini, ona pul göndərməsini tələb etdiyindən, onunla əməkdaşlığı dayandırmışdır. Onunla Cavabdeh1 arasında hər hansı bir borc münasibətləri olmamış, həm xx xxx 2013-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M/707 saylı reyestrlə qeydə alınmış borc müqaviləsi, həm də onun əsasında xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 3M-129 reyestr nömrəsi ilə qeydə alınmış barışıq razılaşması cavabdeh ‘X13 Ticaret LTD” şirkəti ilə aralarında olan satış təmsilçiliyinin həyata keçirilməsi məqsədilə bağlanmışdır. Cavabdeh1 ilə nə borc müqaviləsinin bağlanmasından əvvəlki dövrdə və ondan sonrakı dövrdə heç bir tanışlığı və borc münasibəti olmamış, əslində aralarında bağlanmış borc müqaviləsi zamanı əsl niyyəti (iradə ifadəsi) cavabdehdən borc almaq olmamış, iradə ifadəsi buna yönəlməmiş, əsl niyyət onunla digər cavabdeh “X13 Ticaret LTD” şirkəti arasında yaranmış işgüzar münasibətlər üzrə illik tərəflər arasında nəzərdə tutulmuş dəyərdə malların alınmasını təmin etməyə yönəlmişdir. Buna görə də həm borc müqaviləsinin, həm də barışıq razılaşmasının etibarsız hesab edilməsini xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2657/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və “Dr.X2 X9 Və Ticaret” Limited Şirkəti ayrıayrılıqda apelyasiya şikayətləri vermişlər. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, oğlu Natiq Əhmədov uzun illər Türkiyədə, hal-hazırda isə Rusiyada türk şirkətinin təmsilçiliyini yerinə yetirir. Həmin şirkət təqribən 2013-cü ilin ortalarına qədər Azərbaycanda Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərində fəaliyyət göstərmişdir. 2013-cü ilin aprel-may aylarında oğlu Natiq ona bildirmişdir ki, çalışdığı şirkət Azərbaycanı tərk edir. Şirkətin rəhbərliyi Sevda adlı qadınla qarşılıqlı razılaşmaya gəlmişdir ki, şirkət Türkiyədən satış üçün Azərbaycana gətirdiyi malların qalıb satılmamış hissəsini Sevda adlı xanıma nisyə şəklində aşağı qiymətlərlə təhvil verir ki, həmin xanım malı satdıqca pulunu şirkətə göndərsin. Şirkətlə Sevda adlı qadının arasında belə razılaşma olmuşdur ki, Sevdaya verilən mallar nisyə olduğundan, verilən malın dəyərində onunla şirkətin etibar etdiyi bir şəxs arasında borc müqaviləsi bağlansın. Şirkət rəhbərliyinin və oğlu Natiqin xahişi ilə o, xx xxx 2013-cü il tarixdə İddiaçı ona 165000 ABŞ dolları məbləğində borcunun olmasına dair müqavilə imzalamışdır. Bu borc həqiqətdə İddiaçı şirkətdən satış üçün nisyə götürdüyü malın dəyəri olmuşdur. Beləliklə, o, faktiki olaraq İddiaçı türk şirkətindən nisyə götürdüyü malın dəyərinin qaytarılmasında hər iki tərəfin razılığı ilə təminatçı rolunda çıxış etmişdir. 2017-ci ilin ortalarında oğlu Natiq və onun çalışdığı şirkətin nümayəndəsi ona bildirmişlər ki, İddiaçı şirkətə olan borcunu ödəməkdən yayınır. Buna görə də şirkət rəhbərliyi ondan xahiş etmişdir ki, xx xxx 2013-cü il tarixli müqavilədə göstərilmiş 165000 ABŞ dolları məbləğində pulun tələbi ilə bağlı İddiaçı qarşı məhkəmədə iddia qaldırsın. Buna görə də o, 2017-ci ilin oktyabr ayında Xətai Rayon Məhkəməsində İddiaçı qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmış, məhkəmə baxışının gedişində İddiaçı türk şirkəti ilə razılığa gəlmiş, onun şəhid ailəsinin üzvü olması və maddi vəziyyətinin ağır olması nəzərə alınaraq borc məbləği 120000 ABŞ dollarına endirilmişdir. Buna görə də onların arasında barışıq razılaşması imzalanmış və o, iddia tələbini geri götürmüşdür. Hesab edir ki, onlar arasında bağlanan borc müqaviləsi və barışıq razılaşması qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və tərəflərin iradə ifadəsini əks etdirmişdir. Məhkəmə isə barışıq razılaşmasının mahiyyətinə uyğun qiymət verməyərək iddiaçının həqiqətə uyğun olmayan subyektiv mülahizələrinə əsaslanmışdır. Bundan əlavə xx xxx 2013-cü il tarixli müqavilənin icrası ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində aralarında mübahisə yaranan zaman cavabdeh qismində çıxış edən İddiaçı mövcud olan borcu təsdiq etməklə həmin əqdə dair mübahisə etmək hüququnu itirmişdir. Beləliklə, iddiaçı barışıq razılaşmasını imzalayaraq borcu olduğunu etiraf etmiş, digər tərəfdən məhkəməyə yalan ifadələr verərək mövcud olan borcu gələcəkdə göstərilmiş nisyə mal dövriyyəsinin həyata keçirilməsinə dair üzərinə götürdüyü öhdəlik kimi təqdim edərək məhkəməni aldatmış, borc müqaviləsinin və barışıq razılaşmasının həqiqi mahiyyətinə zidd hərəkətlər etməklə başqasının əmlakının ələ keçirilməsinə hüquqi don geyindirməyə cəhd etmişdir. Eyni zamanda məhkəmə qətnamədə borc müqaviləsinin və barışıq razılaşmasının etibarsızlığına dəlalət edəcək hər hansı sübut növünə istinad etməmişdir, çünki istinad edilə biləcək sübut olmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, qətnamə ləğv edilərək iddia tələbi rədd edilməlidir. “Dr.X2 X9 Və Ticaret” Limited Şirkətinin apelyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, şirkət Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərərək orada istehsal olunmuş tekstil əşyalarının ölkə daxilində və xaricində satışını həyata keçirir. 2013-cü ilin aprel ayında şirkətdə müəyyən problemlər yaranmış və şirkət Bakıdakı fəaliyyətini dayandırmalı olmuşdur. O səbəbdən Türkiyədən gətirilmiş malları geri qaytarmamaq üçün aşağı qiymətə verilməsinə dair İddiaçı ilə razılaşmışlar və onlar arasında təhvil-təslim sənədləri imzalanmışdır. Bundan sonra İddiaçı bir sıra ödənişlər etmiş, onun xx xxx 2013-cü il tarixə 170100 ABŞ dolları məbləğində borcu qalmışdır. Şirkət tərəfindən isə İddiaçı xahişi nəzərə alınaraq ümumi borcu 165000 ABŞ dollarına endirərək müqavilə imzalanmışdır. Borc müqaviləsi bağlanandan sonra da şirkət iddiaçıya əlavə olaraq 110045 ABŞ dolları məbləğində satmaq üçün mal göndərmiş, İddiaçı da əvəzində şirkətə 92282 ABŞ dolları məbləğində ödənişlər etmişdir. Lakin sonradan ödənişlərdən yayınmışdır. Bu səbəbdən 2018-ci ilin ortalarında ona qarşı borc tələbinə dair iddia qaldırılmış, iddiaçı isə borcun ödənilməsindən yayınmadığını, güzəştə gedərək bir il ərzində borcunu tam qaytaracağına söz vermişdir. Məhkəmə isə qeyd olunan halları nəzərə almayaraq əsassız qətnamə qəbul etmiş, müqavilənin və razılaşmanın etibarsızlığına səbəb olan halların nədən ibarət olmasını qətnamədə əsaslandırmamış, yalnız iddiaçının mülahizələrini nəzərə alaraq iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətlərinin təmin edilməsini, iddiaçının nümayəndəsi isə məhkəmədən şikayətlərin təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-2657/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxx 2013-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixədək qaytarmaq şərtilə 165000 ABŞ dolları məbləğində borc pul almışdır. İş materillarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli barışıq razılaşmasından görünür ki, Cavabdeh1 tərəfindən xx xxx 2013-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı verilmiş 165000 ABŞ dolları məbləğində pul vəsaitinin güzəştli şərtlərlə qaytarılmasına dair razılığa gəlmişlər. Tərəflər arasında borc müqaviləsi imzalandıqdan sonra borc alan İddiaçı maddi vəziyyətində baş vermiş dəyişiklikləri nəzərə alaraq borcverən Cavabdeh1 qaytarılacaq məbləğin miqdarında güzəştə getmiş və razılaşmanın bütün şərtləri yerinə yetiriləcəyi halda tərəflər qarşılıqlı razılaşma əsasında qaytarılacaq borcun məbləğini 125000 ABŞ dolları məbləğində müəyyən etmişlər. Mülki işin materiallarında olan sübutlardan görünür ki, İddiaçı “X11” əmtəə nişanlı yataq dəstləri mağazasından məhsul alaraq, həmin məhsulları satmaq üçün Azərbaycana gətirmişdir. Həmin məhsulları satdıqdan sonra, yenidən həmin mağazadan bir neçə dəfə mal almış, onların Bakı şəhərində satışını həyata keçirməyə başlamışdır. Bundan sonra İddiaçı “X11” məhsullarının Azərbaycanda təmsilçiliyini həyata keçirmək üçün Zeki Baydemir adlı şəxsin vasitəçiliyi ilə özlərini “X13 Ticaret LTD” şirkətinin rəhbərləri kimi təqdim edən Vedat Akbulut və Ömer Turanla görüşmüşdür. Tərəflər arasında əldə olunmuş şifahi razılaşmaya əsasən, İddiaçı “X13. Ticaret LTD” şirkətindən məhsulları nisyə olaraq götürəcək, məhsulu satdıqdan sonra pulunu qaytaracaqdır. Tərəflərin şifahi olaraq razılaşdıqları nisyə alqı-satqı müqaviləsinin təminatı olaraq İddiaçı Cavabdeh1 ilə xx xxx 2013-cü il tarixdə borc müqaviləsi bağlamışdır. Həmin razılaşmaya əsasən, İddiaçı Cavabdeh1 165000 ABŞ dolları məbləğində borc pul almışdır. Tərəflər aralarındakı şifahi razılaşmaya uyğun ticarət etmişlər. Lakin sonradan aralarındakı ticarət münasibətləri pozulduğundan, Cavabdeh1 İddiaçı qarşı borc tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bundan sonra xx xxxxxx 2018-ci il tarixdə tərəflər arasında barışıq razılaşması bağlanmış və Cavabdeh1 öz iddiasını geri götürmüşdür. Həmin barışıq razılaşmasına əsasən, İddiaçı qaytarmalı olduğu borcun məbləği 125000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bundan sonra tərəflər bir müddət ticarət etsə də, “X13. Ticaret LTD” şirkəti tərəfindən İddiaçı nisyə mal verilməmiş, sonuncu malları nağd almışdır. Ona görə də 2018-ci ilin dekabr ayından İddiaçı “X13. Ticaret LTD” şirkəti ilə ticarət əlaqələrini dayandırmışdır. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş hərəkətdir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Yenə həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İşin faktiki hallarından da görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx xxx 2013-cü il tarixdə borc müqaviləsi bağlansa da, İddiaçı Cavabdeh1 ümumiyyətlə tanımamış, aralarında borc münasibətləri olmamışdır. Həmin borc müqaviləsinin İddiaçı ilə türk şirkəti arasında bağlanmış nisyə alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlanmasını Cavabdeh1 öz apelyasiya şikayətində də etiraf etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin borc müqaviləsini və onun əsasında bağlanmış barışıq razılaşmasını etibarsız hesab etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. “Dr.X2 X9 Və Ticaret” Limited Şirkətinin apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şirkətin hazırkı iddia tələbi ilə bağlı hər hansı bir bağlılığı müəyyən edilməmişdir və buna görə də verdikləri apelyasiya şikayətinin dəlilləri də əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 və “Dr.X2 X9 Və Ticaret” Limited Şirkəti tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2657/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3495/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3495/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver