Məhkəmə qərarları › İş №2(103)-3496/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3496/2023

24.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3496/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 Cavabdeh MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(005)-2609/2022 saylı qətnaməsindən maraqlı şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 Cavabdeh MTK-ya qarşı “mənzilərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 tərəfindən alınmış, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 - ci blok 12-ci mərtəbəsində 1,2, 1, 1,3,3, 2 otaqdan ibarət mənzilləri (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m olan 71,72,73,74,75,76 və 77 saylı mənzillər; - İddiaçı1 tərəfindən alınmış Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1- ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət mənzili ümumi sahəsi 92,9 kv.m olan 40 saylı mənzilin İddiaçı2 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 -ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 2 saylı mənzil; iddiaçı Babayev İ lqar Qəzənfər oğlu tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 -ci blok, 3-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 9 saylı mənzil; İddiaçı7 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 -ci blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət mənzili ümumi sahəsi 74 kv.m olan 63 saylı mənzilin; ddiaçı İddiaçı6 tərəfindən alınmış ünvan 2 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 27 saylı mənzilin;İddiaçı3 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci b.ok 13-cü mərtəbəsində 1,2 və 3 otaqdan ibarət mənzilləri (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m olan 78 saylı mənzili;İddiaçı5 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət mənzili ümumi sahəsi 110 kv.m olan 1 saylı mənzili; İddiaçı4 tərəfindən alınmış MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət mənzili ümumi sahəsi 65 kv.m olan 24 saylı mənzilin təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə ediməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(005)- 2609/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən maraqlı şəxs X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Hazırda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək, məhkəmənin qeyd edilən qətnaməsindən maraqlı şəxs X2 tərəfindən papellyasiya şikayəti verildiyini qeyd edərək mülki işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.6-cı maddələrini rəhbər tutaraq, qərara aldı : Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 08 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 Cavabdeh MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbi ilə bağlı mülki iş apellyasiya baxışından çıxarılsın və həmin iş üzrə prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar