Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3498/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1671/2022 saylı, 16.02.2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Yasamal Rayonu Qeydiyyat Şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək N-ci ilin yanvar ayının 13-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə xidmətə başlayan, N-ci ilin may ayının 8-də Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüşlərdə itkin düşməsi ehtimal olunan oğlu X1 ölmüş elan olunması və Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunan gün, 08 may N-ci il tarixdə ölüm günü hesab edilməsi haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1671/2022 saylı, 16.02.2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, X2 onun qardaşıdır və o özü X1 ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1395/2005 saylı, 09.06.2005-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, həmin qətnamədən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhəməsinin 2(103)-4442/2010 saylı, 21.10.2010-cu il tarixli qərardadı ilə qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1395/2005 saylı, 09.06.2005-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ərizəçinin “X1 ölmüş elan edilməsi” barədə ərizəsi baxılmamış saxlanılmaqla ərizəçi və maraqlı şəxsə onların hər birinin ümumi əaslarla məhkəmədə iddia qaldırmaq hüquqları izah edilmişdir. Həmin qərardad hazırda qüvvədə olduğundan, hazırkı ərizəyə iddia icraata baxılmalıdır. Bu səbəbdən, qətnamənin ləğv edilərək, ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş etmişdir. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxs Yasamal Rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1671/2022 saylı, 16.02.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maraqlı şəxs apellyasiya şikayətinə əlavə etdiyi məhkəmə aktından məlum olur ki, o X1 ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1395/2005 saylı, 09.06.2005-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, həmin qətnamədən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhəməsinin 2(103)-4442/2010 saylı, 21.10.2010-cu il tarixli qərardadı ilə qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1395/2005 saylı, 09.06.2005-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ərizəçinin “X1 ölmüş elan edilməsi” barədə ərizəsi baxılmamış saxlanılmaqla ərizəçi və maraqlı şəxsə onların hər birinin ümumi əaslarla məhkəmədə iddia qaldırmaq hüquqları izah edilmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhəməsinin 2(103)-4442/2010 saylı, 21.10.2010cu il tarixli qərardadı ilə hazırkı məsələyə iddia icraatı qaydasında baxılmalı olduğu müəyyən edilmişdir, həmin qərardad hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə görə isə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilən Məcəllənin 391-ci maddəsinə əsasən həmin Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti edilməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1671/2022 saylı, 16.02.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardad, kassasiya şikayəti verilməsi nəzərdə tutulan qərardad hesab olunmadığından ondan şikayət verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 391, 259.0.1, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-1671/2022 saylı, 16.02.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi hazırkı məsələ ilə bağlı məhkəmədə ümumi qaydada iddia qalırmaq hüququ izah edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3498/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3498/2022
26.05.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver