Məhkəmə qərarları › İş №2(103)-35/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-35/2024

22.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-35/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh; üçüncü şəxs Cəfərova Raya Yusif qızının İddiaçı və Cavabdeh; üçüncü şəxs X8 İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: “mənzilin qanunsuz sahiblikdən geri alınması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X23 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil4, müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızı və onun vəkili və nümayəndəsi Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 vəkili və nümayəndəsi Vəkil3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2017ci il tarixli 2(011)-2394/2017 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti, eləcə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia və Cavabdeh qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” tələbinə dair iddia, həmçinin X8 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia üzrə mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında tikilməkdə olan yaşayış binasının (bundan sonra – yaşayış binası və ya evi) 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili xx.xx.2006-cı il tarixli 53 saylı müqaviləyə əsasən isə X3, sonuncu tərəfindən həmin mənzilin dəyəri xx.xx.2008-ci il tarixində tam ödənilmişdir.

2. "xxxx" MMC Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında tikilməkdə olan yaşayış binasının (bundan sonra – yaşayış binası və ya evi) 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili xx.xx.2008-ci il tarixli 240 sayli müqaviləyə əsasən X5, xx.xx.2009-cu il tarixli 263 saylı müqaviləyə əsasən isə İddiaçı (bundan sonra – iddiaçı) satmış, sonuncu tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir.

3. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, yaşayış binasında tikintinin başa çatdırılmasını və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsini öhdəsinə götürən "xxxx" MMC ilə payçı Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən, icraçı yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı izolə olunmuş mənzili bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği vaxtında tamamilə ödəməyi, mənzili qəbul etməyi öhdəsinə götürmüş, "xxxx" MMC tərəfindən cavabdehə verilmiş xx.xx.2013-cü il tarixli 360 saylı maliyyə arayışına əsasən, cavabdeh həmin mənzilin müqavilə dəyərini tam ödəmişdir.

4. İcraçı "xxxx" MMC ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2014-cü il tarixli kommunal xərclərin ödənilməsi barədə 23 saylı müqaviləyə əsasən, sifarişçi yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı 70 saylı mənzilin təmir işlərinin görülməsini icraçıya həvalə etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-91/2014 saylı hökmünə əsasən, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən X11 ifadəsində "xxxx" MMC ilə xx.xx.2008-ci il tarixli 240 №li müqavilə bağlamasını, müqaviləyə əsasən ona Bakı şəhəri, Gəncə pr-ti 2935A ünvanında 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsındən sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzilin satılmasını, dəyəri 34.492,60 manat olan mənzilə görə ilkin ödəniş olaraq 17.500 manat ödəməsini, qalan pulu hər ay 944,03 manat olmaqla ödənilməli olmasını, mənzil üçün cəmi 18.100 manat pul ödəməsini, 2012-ci ilin əvvəllərində K.Kazımzadənin həbs olunmasını bildiyini göstərmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(103)-285/2015 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin X13 və qeyriləri haqqındakı xx.xx.2015ci il tarixli qərarının nəticəvi hissəsində anlaşılmazlıq aradan qaldırılaraq "İddiaçı Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 13-cü mərtəbəsində ümumi sahəsi 75,46 kv.m olan mənzil və ya 111.708 manat pul tələblərinə dair mülki iddiaları təmin olunsun" ifadəsi "İddiaçı Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 13-cü mərtəbəsində ümumi sahəsi 75,46 kv.m olan mənzil və ya 27.920 manat, həmin binanın birinci mərtəbəsində 50 kv.m qeyri-yaşayış sahəsi və ya 60.000 manat, həmin binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzil və ya 23.788 manat pul tələblərinə dair mülki iddiaları təmin olunsun" ifadəsi kimi oxunması qərara alınmışdır.

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-103/2017 saylı hökmünə əsasən, zərərçəkmiş şəxs və mülki iddiaçı Cəfərova Raya Yusif qızının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən binanın 1-ci blokunun 10-cu mərtəbəsindəki ümumi sahəsi 59,47 kv.m olan 70 saylı mənzillə təmin olunması hökm edilmişdir.

8. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2017-ci il tarixli ********** saylı məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin direktoru X14 barəsində hazırda istintaqı aparılan, həmçinin əvvəllər istintaqı tamamlanaraq məhkəməyə göndərilmiş cinayət işləri üzrə məktubda adları çəkilən İddiaçı və Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmamışdır, həmin şəxslər hər hansı şikayətlə müraciət etmədiklərinə və onların adlarına mənzil alqı-satqısına dair istintaqa hər hansı sənəd təqdim edilmədiyinə görə onlarla bağlı xüsusatlar üzrə cinayət təqibi aparılmamışdır. Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci girişində binanın layihə-texniki sənədlərinə əsasən 12ci mərtəbə, lakin mərtəbələrin sıra sayının özbaşına dəyişdirilməsi yolu ilə 11-ci hesab edilən mərtəbədə yerləşən 59,47 kv.m sahədən ibarət bir otaqlı mənzil "xxxx" MMC-nin direktoru Əkbər Cəfərov tərəfindən xx.xx.2013-cü il tarixli 84 saylı müqavilə ilə 11-ci mərtəbədə yerləşən mənzil kimi X1. Lakin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə mənzil üzərində X17 "xxxx" MMC ilə bağladığı xx.xx.2007-ci il tarixli 191 saylı müqavilə ilə qanuni hesab edilərək mənzilin onun istifadəsinə verilməsi, Hüseyn Süleymanovun adına verilmiş xx.xx.2015-ci il tarixli 312 saylı çıxarışın etibarsız hesab edilməsi və onun mənzildən çıxarılması qərara alınmış, apellyasiya və kassasiya instansiyaları qətnaməni qüvvəsində saxlamışlar. Şahin Ağayev və Hüseyn Süleymanov hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsindəki ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzildən cavabdehin ailə üzvləri və əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili "xxxx" MMC-nin sahibi K.Kazımzadədən almışdır. Həmin binanın 10-cu mərtəbəsində yerləşən 1 otaqlı mənzilə dair cavabdehlə müqavilə bağlanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə yaşayış binasının 11-ci mərtəbəsində yerləşən sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzilin ona məxsus olduğu qeyd edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə də göstərilən mənzil ona verilmişdir. Cavabdeh isə 10-cu mərtəbənin əvəzində 11-ci mərtəbənin bir otaqlı mənzilini zəbt etmiş və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurları nəticədə iddiaçının icra sənədini icra edə bilmirlər.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2394/2017 saylı, 05 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

12. Məhkəmədə tədqiq olunan satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış "xxxx" MMC ilə alıcı İddiaçı arasında xx.xx.2009-cu il tarixli 263 saylı müqaviləyə xx.xx.2013-cü il tarixli əlavədə qeyd olunmuşdur ki, icraçı yaşayış binasının 2-ci blokunun 12C mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı izolə olunmuş mənzili bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği vaxtında tamamilə ödəməyi, mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə mənzilin dəyəri hər kv.m üçün 500 manat olmaqla, sahəsi 59,47 kv.m olan mənzil üçün 29.735 manat müəyyən edilmişdir

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixli müqaviləni imzalamadığını, müqavilənin yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzildən iddiaçının imtina etmək məqsədi ilə bağlanmadığını bildirsə də, məhkəməyə təqdim olunan "xxxx" MMC-nin direktoru Ə.Q.Cəfərovun ərizəsi, məhkəmə iclasında şahid qismində dindirilən "xxxx" MMC-nin xəzinədarı Şahid1 ifadəsi ilə həmin müqavilənin xx.xx.2009-cu il tarixli 263 saylı müqavilə əsasında iddiaçıya satılmış mənzilin əvəzində yaşayış evinin 2-ci blokunun 12C mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzilin iddiaçıya verilməsi niyyəti ilə bağlandığı müəyyən olunmuşdur. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən, yaşayış evinin 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzil 27.000 manata sonuncuya satılmış, müqavilədə mənzilin 10-cu mərtəbədə yerləşməsi qeyd olunsa da, binada qeyri-yaşayış sahələri ilə yaşayış sahələrinin hesablanmasında dəyişiklik edildiyindən həmin mənzilin binanın 11-ci mərtəbəsində yerləşməsi müəyyən edilmişdir.

14. Məhkəmə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(103)- 285/2015 nömrəli qərarı ilə mənzilin ona verilməli olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin qərarda Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzilin və ya 23.788 manat pulun iddiaçıya verilməsi qeyd olunmuşdur. İddiaçı Gəncə prospekti 2935A ünvanında inşa olunan binada tikintinin başa çatdırılmasını və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsini öhdəsinə götürən "xxxx" MMC ilə xx.xx.2013-cü il tarixli əlavə müqavilə bağlamaqla həmin mənzilə və ya mənzilin dəyərinə görə Gəncə prospekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 12C mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili qəbul etməklə razılaşmışdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 389.1, 390.1, 390.2, 567, 646.1, 646.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

16. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5 iyun 2017-ci il tarixli 2(011)-2394/2017 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir, məhkəmə sübutlara qiymət verərkən qərəzliliyə yol vermiş, MPMin tələbləri baxımından sübut kimi qəbul edilməsi mümkün olmayan fakta istinad etmişdir. "xxxx" MMC ilə bağlanmış, 5 oktyabr 2009-cu il tarixli, 263 saylı müqaviləyə 23 fevral 2013-cü il tarixli əlavə müqavilənin əsli, yaxud onun notariat qaydasında təsdiq olunmuş surəti mövcud deyildir.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1462/2018 nömrəli iş üzrə 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizası üzrə 27875 nömrəli, 8 yanvar 2018-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən işlənib hazırlanmış eskiz layihədə və Fövqəladə Hallar Nazirliyinin (FHN) 2016-cı il tarixli rəyində qeyd olunanlara əsasən, iddiaçı və "xxxx" MMC arasında bağlanmış xx.xx.2009cu il tarixli müqavilədə qeyd olunmuş yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində olan 1 otaqlı mənzilin və mübahisələndirilən, cavabdehin istifadəsində olan yaşayış binasının 1ci blok, 10-cu mərtəbəsində 1 otaqlı mənzilin eyni mənzil olduğu və həmin mənzilin tədqiq olunan binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən işlənib hazırlanmış eskiz layihəyə və FHN-nin TTNDA-nin "Azkommunlayihə" KLİ-nin direktoru Sahib Qarayev tərəfindən imzalanmış 10 mart 2016-cı il tarixli rəydə qeyd olunanlara əsasən, cavabdeh və "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə 1 otaqlı mənzilin yaşayış binasının 1-ci blok, 10-cu mərtəbədə yerləşməsi qeyd olunduğu halda, mövcud vəziyyətdə cavabdehin istifadəsində olan mənzilin həmin binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-tikinti texniki ekspertizası üzrə 10725 nömrəli, 21 iyun 2018-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, mübahisəli mənzilin "xxxx" MMCnin sifarişi ilə "xxxx" MMC tərəfindən işlənib hazırlanmış eskiz layihəyə əsasən, tədqiq olunan binanın 1ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Lakın baxış zamanı binada pilləkən meydançasında quraşdırılmış liftin mərtəbələr üzrə sıralanması, digər mərtəbələrdə yerləşən mənzillərdə yaşayan sakinlərin yerləşməsi nəzərə alınaraq, halhazırda mübahisəli mənzilin 10-cu mərtəbədə yerləşdiyi müəyyən olunmuşdur. "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən işlənib hazırlanmış eskiz layihəsi ilə cavabdeh və "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə arasında uyğunsuzluq olsa da, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdehin istifadəsində olan mənzilin "xxxx" MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə göstərilən 1 otaqlı mənzilin yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur.

21. Kollegiya qeyd etmişdir ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Cavabdehin mənzilə dair hüquqları (müqaviləsi) mübahisələndirilməmiş və onun həqiqiliyi prezumpsiyası təkzib edilməmişdir. Bundan əlavə, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 1(103)-285/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə (Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzil və ya 23.788 manat pul tələbinə dair mülki iddia təmin olunmuşdur) mülki iddiaçı kimi tanınmış iddiaçının mülki iddiası təmin edilərək mənzilin və ya 23.788 manat məbləğində pulun iddiaçıya təqdim edilməsi "xxxx" MMC-yə həvalə edildiyindən, preyudisial mənaya görə mülki hüquqi məsuliyyət hazırkı iş üzrə cavabdehə deyil, məhz "xxxx" MMC-yə məxsusdur və hökmün icrası üzrə məsuliyyəti də o daşıyır.

22. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti verilmişdir.

Kassasiya instasiyası məhkəməsində ilkin icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-8753/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarı ilə təmin olunmamış və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumunda icraat

25. İddiaçı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək kassasiya instansiyası məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

27. Konstitusiya Məhkəməsinin Plenumu gəldiyi nəticə üzrə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş əlavə müqavilənin MPM-in 89.1 və 89.3-cü maddələrinə uyğun olaraq lazımi qaydada təsdiq edilmədiyini nəzərə almamış və qətnaməsində iddiaçının apellyasiya şikayətinin bu dəlilinin əsaslı olub-olmamasına münasibət bildirməmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, göstərilən mənzil üzrə mübahisə yaranmasına baxmayaraq, iddiaçı cavabdehin həmin mənzilə dair hüquqlarını (müqaviləsini) mübahisələndirməmiş və həmin müqavilənin həqiqiliyi prezumpsiyası təkzib edilməmişdir. Halbuki Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2015-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil və ya 23.788 manat pul tələbinə dair mülki iddiası təmin edilmişdir. Cinayət işi üzrə yuxarıda qeyd olunan məhkəmə qərarlarının icrası zamanı icra məmuru tərəfindən mübahisəli mənzilin cavabdehin istifadəsində olması müəyyən edilmişdir. Bundan sonra həmin məhkəmə qərarlarına əsaslanaraq iddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bu baxımdan qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən cavabdehlə "xxxx" MMC arasında bağlanan 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilənin etibarsızlığının mübahisə predmetinə aid olmamasını, mülki iş üzrə iddia tələbinin məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən iddiaçıya müqavilə üzrə təhvil verilməli olan mənzildən cavabdehin çıxarılması ilə bağlı irəli sürülməsini nəzərə almamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mənzilin dəyərini tam ödəməklə iddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə cavabdehlə 12 noyabr 2013-cu il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır. Hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, "xxxx" MMC mənzili qarşı tərəfə təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi üçün müstəqil məhkəməhüquq ekspertizası təyin edilmiş, habelə məhkəmə təkrar ekspertizanın keçirilməsinin zəruriliyi qənaətinə gəlmişdir. Lakin məhkəmə ilkin ekspertizanın rəyi ilə razılaşmamasının və təkrar ekspertiza təyin edilməsinin səbəblərini göstərməmiş və bunu əsaslandırmamışdır.

28. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının əmlak hüququnun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamaqla, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərə heç bir münasibət bildirməmiş, təkrar məhkəmə ekspertizasının keçirilməsinin zəruriliyini və ilk ekspertiza rəyinin nəticələri ilə razılaşmamasının səbəblərini göstərməmiş, eyni zamanda həmin ekspertizaların nəticələrini prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir. Kassasiya instansiyası məhkəməsi isə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 20 avqust 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla MPM-in 416, 418.1, 418.2 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan 19 dekabr 2018-ci il tarixli qərar qəbul etmişdir. Nəticədə ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin İ hissəsində və 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş mülkiyyət və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

Ali Məhkəmənin Plenumunda icraat

29. Ali Məhkəmənin Plenumunun 13(102)-5(k)/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin 2(103)-1462/2018 nömrəli iş üzrə 20 avqust 2018-ci il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair kassasiya instansiyası məhkəməsinin 2(102)-8753/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarının ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

30. Mülki iş yeni apellyasiya baxışına qaytarıldıqdan sonra Cəfərova Raya Yusif qızı müstəqil tələb irəli sürən üçüncü şəxs, X15 və "xxxx" Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar.

31. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızı iddiaçıya qarşı ”AENT-E” MMC ilə iddiaçı arasında bağlanmış 05 oktyabr 2009-cu il tarixli, 263 saylı müqavilənin etibarsız hesab edilməsi barədə və cavabdehə qarşı sonuncunun yaşayış binasının 1-ci blok, 10-cu mərtəbədəki ümumi sahəsi 59.47 kv.m olan 70 saylı mənzilin qanunsuz sahibliyindən geri alınması, onun tərəfindən yaradılan bütün maneələrin aradan qaldırılması, əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və həmin mənzilin üçüncü şəxsə təhvil verilməsi barədə müstəqil iddia irəli sürmüşdür. İddia ərizəsi üçüncü şəxs birinci instansiya məhkəməsində iştirak etmədiyindən icraata qəbul edilmişdir.

32. Üçüncü şəxs iddiaçıya qarşı tələbini onunla əsaslandırmışdır ki, 28 iyun 2006-ci il tarixli, 110 saylı müqavilə əsasında "xxxx" MMC-dən yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan ikiotaqlı mənzili dəyərini tam ödəyərək əldə etmişdir. "xxxx" MMC-nin direktoru Kazım Kazımzadə qeyd edilən binada bir mənzili bir neçə nəfərə satdığı üçün cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Kazım Kazımzadə barədə cinayət mühakimə icraatı davam edərkən göstərilən bina üzərində sərəncam vermə səlahiyyətləri "xxxx" MMC-yə keçmişdir. MMC-nin direktoru X19 həmin vaxt onu yanına çağıraraq müqaviləsində göstərilən mənzilin başqasına verildiyini bildirmiş, lakin əlavə ödəniş ediləcəyi halda ona həmin binanın 1-ci blok, 10-cu mərtəbəsində yerləşən 59.47 kv.m sahəsi olan 70 nömrəli mənzili verəcəyini bildirmişdir. Bununla əlaqədar olaraq tərəfindən ilkin olaraq əldə etdiyi mənzildən imtina edilmiş və X16 əlavə 6.040 manat məbləğində ödəniş edilmişdir. Lakin "xxxx" MMC-nin direktoru ona 1-ci blok, 10-cu mərtəbədə yerləşən 59.47 kv.m sahəsi olan, 70 nömrəli mənzili satarkən dələduzluq edərək onunla heç bir müqavilə bağlamamış, yalnız həmin mənzillə bağlı MMC tərəfindən təsdiq edilmiş 19 sentyabr 2012-ci il tarixli, 057 nömrəli saxta çıxarış vermişdir. Lakin faktiki olaraq həmin mənzillə bağlı heç bir real hərəkət edə bilməmişdir. "xxxx" MMC-nin direktoru X19 tərəfindən bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı çoxsaylı şikayətlər olduğundan onun da barəsində cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı kimi tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2017 nömrəli, 06 noyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə onun Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2395 A ünvanında yerləşən binanın 1-ci blok, 10-cu mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan 70 saylı mənzillə təmin edilməsi qərara alınmışdır. Yəni, hökmlə onun dələduzluq nəticəsində aldadıldığı təsbit edilmiş və həmin mənzilin dəyərini tam ödədiyindən mənzil üzərində hüquqlarının tam bərpa edilməsi nəticəsinə gəlinmişdir. Həmin mənzil qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə ona məxsusdur və hazırda həmin mənzildə faktiki yaşayan cavabdehin mənzildən çıxarılması və ona təhvil verilməsi ilə bağlı onun iddiası üzrə mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatındadır. Lakin məhkəmə xx.xx.2020-ci il tarixində məhkəmə iclasının tarixi və vaxtı barədə nə ona, nə də vəkilinə heç bir məlumat verməmiş, məhkəmə işində ona qədər heç bir prosessual statusu olmayan və iştirak etməyən İddiaçı üçüncü şəxs kimi tanınmış və onun ərizəsi əsasında sözügedən mülki iş dayandırılmışdır. Məhz həmin qərardad ona təqdim ediləndən sonra bilmişdir ki, ona məxsus olan mənzillə bağlı İddiaçı iddiaları mövcuddur. Onunla "xxxx" MMC arasında yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan ikiotaqlı mənzillə bağlı müqavilə 2006-ci il tarixində bağlanmışdır. Hazırkı mənzil isə 2012-ci ildə məhz ilkin mənzilin əvəzi olaraq ona verilmişdir. Bu o deməkdir ki, əslində həmin mənzilə dair ilkin hüquq ona məxsusdur. Digər tərəfdən tərəflər onun həmin mənzillə bağlı hüquqlarını bilə-bilə vicdanlı davranmayaraq məhkəməyə bu barədə heç bir məlumat verməmişlər.

33. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızı Cavabdeh qarşı iddia tələbini iddiaçıya qarşı iddia tələbi ilə oxşar məzmunda əsaslandırmışdır.

34. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-874/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilmiş, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaçıya və cavabdehə qarşı iddia tələblərinin təmin olunmaması qət edilmişdir.

35. Kollegiya qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2015-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil və ya 23.788 manat pul tələbinə dair mülki iddiası təmin edilmişdir. Cinayət işi üzrə yuxarıda qeyd olunan məhkəmə qərarlarının icrası zamanı icra məmuru tərəfindən mübahisəli mənzilin cavabdehin istifadəsində olması müəyyən edilmişdir. Bundan sonra həmin məhkəmə qərarlarına əsaslanaraq iddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı haqlı olaraq cavabdehlə "xxxx" MMC arasında bağlanan 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilənin etibarsızlığını mübahisə predmetinə aid etməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən iddiaçı müqavilə üzrə təhvil verilməli olan mənzildən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması ilə bağlı tələb irəli sürmüşdür. Müəyyən olunmuşdur ki, iddiaçı ilə "xxxx" MMC arasında 05 oktyabr 2009-cu il tarixli, 263 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, həmin MMC Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın 1-ci blok 11-ci mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilin iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən, iddiaçı mənzilin dəyərini tam ödəmişdir. Lakin həmin mənzil iddiaçıya təhvil verilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdehlə "xxxx" MMC arasında bağlanan 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilənin etibarsızlığının mübahisə predmetinə aid olmamasını, mülki iş üzrə iddia tələbinin məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən iddiaçıya müqavilə üzrə təhvil verilməli olan mənzildən cavabdehin çıxarılması ilə bağlı irəli sürülməsini nəzərə almamışdır.

36. Üçüncü şəxsin iddia tələblərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, üçüncü şəxs ilk olaraq yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilə deyil, 28 iyun 2006-ci il tarixli, 110 saylı müqavilə əsasında "xxxx" MMC tərəfindən yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan ikiotaqlı mənzilə dair müqavilə bağlamışdır. Həmçinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 onunla "xxxx" MMC arasında bağlanmış mənzil alqı-satqısı barədə 5 aprel 2006-cı il tarixli, 53 saylı müqaviləyə və mənzilin dəyərinin tam ödənilməsinə dair 2 may 2008-ci il tarixli maliyyə arayışına istinad etməklə, iddiaçınin iddia tələblərinin onun maraqlarına toxunduğunu, mübahisəli mənzilin ona aid olduğunu bildirmişdir. Bununla bağlı isə məhkəmə qeyd etmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 ilə "xxxx" MMC arasında bağlanmış mənzil alqı-satqısı barədə 5 aprel 2006-cı il tarixli, 53 saylı müqaviləyə əsasən, X2 iddia olunan mənzilin iddiaçınin iddia etdiyi mənzil ilə eynilik təşkil etməsi müəyyən olunmamışdır.

37. Həmin qətnamədən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızı kassasiya şikayətləri vermişdirlər.

Kassasiya instasiyası məhkəməsində ikinci icraat

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5351/2021 nömrəli, 1 noyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmuş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-874/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

39. Kollegiya qeyd etmişdir ki, hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarının qüvvədən düşməsi (ləğv olunması) zamanı Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun hüquqi mövqeyi, həmçinin ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi üçün müstəqil məhkəmə-hüquq ekspertizası təyin edilmiş, habelə məhkəmə təkrar ekspertizanın keçirilməsinin zəruriliyi qənaətinə gəlinmişdir. Lakin məhkəmə ilkin ekspertizanın rəyi ilə razılaşmamasının və təkrar ekspertiza təyin edilməsinin səbəblərini göstərməmiş və bunu əsaslandırmamışdır. Məhkəmə iddiaçının əmlak hüququnun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir.

40. Buna baxmayaraq işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi də yuxarıda göstərilən pozuntuların aradan qaldırılması üçün heç bir prosessual addım atmamış, mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi üçün verilmiş iki ekspert rəyi arasında ziddiyyətə aydınlıq gətirməmiş, yaxud ekspert rəylərindən biri ilə razılaşmamasının və yenidən təkrar ekspertiza təyin edilməməsinin səbəblərini göstərməmiş və bunu əsaslandırmamış, bununla bağlı prosessual qanunvericiliyin verdiyi digər imkanlardan istifadə etməmişdir. Halbuki təkrar apellyasiya baxışında işə müstəqil tələb irəli sürən və sürməyən yeni şəxslər qoşulmuş, həmin şəxslər də mübahisəli mənzilin onlara məxsus olduğunu iddia etmişdir. Mövcud vəziyyətdə isə tərəflər və üçüncü şəxslərlə bağlanmış müqavilələrdə göstərilən mənzillərin və mübahisəli mənzilin eyni sahə olub-olmadığının müəyyənləşdirilməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması baxımından həlledici əhəmiyyətə malik olmuşdur.

Apellyasiya instansiyası məhkəməsində hazırki icraat

41. Mülki iş yeni apellyasiya baxışına qaytarıldıqdan sonra X15 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

42. Müstəqil tələb irəli sürən üçüncü şəxs X15 İddiaçı qarşı, "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsindəki 59,47 kvm mənzilə dair bağlanmış xx.xx.2009-cu il tarixli 263 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə müstəqil iddia irəli sürmüşdür.

43. İddia ərizəsi üçüncü şəxs birinci instansiya məhkəməsində iştirak etmədiyindən icraata qəbul edilmişdir.

44. Üçüncü şəxs iddiaçıya qarşı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdə aralarında bağlanmış 53 saylı müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən tikiləcək bir bloklu binanın 11–ci mərtəbəsində bir otaqlı mənzili "xxxx" MMC-dən almış və 2008-ci ilin may ayında həmin mənzilə dair ödəniləcək bütün məbləği-yəni 17317,6 (on yeddi min üç yüz on yeddi) manat pulu ödəyib qurtardı. Həmin mənzilə köçmək istədikdə oranın mübahisəli olduğunu və həmin mənzilin İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2009-cu il tarixli 263 saylı müqavilə ilə satıldığını öyrəndi. Bundan sonra X4 qarşı Bakı şəhər Xətai rayon məhkəməsində sözügedən mənzilə dair müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. Lakin, işə Xətai rayon məhkəməsində baxılan zaman cavabdeh vəsatət verərək oxşar işin Bakı Apellyasiya məhkəməsində baxılmasını əsas gətirərək icraatın dayandırılmasını xahiş etmiş, məhkəmə vəsatəti təmin edərək icraatı dayandırmışdır. Hazırda o, tərəf olaraq müstəqil tərəf olmayan 3-cü şəxs qismində sözügedən mülki işə məhkəmə tərəfindən cəlb edilmişdir və Xətai rayon məhkəməsində cavabdeh İddiaçı qarşı qaldırmış olduğu işlə eyni predmetə dair işə baxılmaqdadır. Hesab edir ki, mübahisələndirilən mənzilə dair onun da hüquqları var, hazırki mülki işin nəticəsini gözləməyə lüzum yoxdur. Hazırki halda göründüyü kimi "xxxx" MMC tərəfindən qeyd olunan mənzilin cavabdehə satıldığı və həmin əmlaka dair ona 2006-cı ildə müqavilə verildiyi halda, sonradan vətəndaş İddiaçı da bu formada müqavilə verilmişdir. Təbii ki, bu həmin vaxtı binanı tikən "Ələsgəroğlu-K” MMC-nin səhvi olmuş və həmin mənzil ilk olaraq onun faktiki mülkiyyətimə verilmişdir. Belə olan halda hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 263 saylı müqavilə bağlandığı andan etibarsız olmuşdur. Faktiki olaraq şirkət onunla müqavilənin olduğunu bildiyi halda İddiaçıla müqavilə imzalamış və qanunuszluğa yol vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

46.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mənzili 2009-cu ildə almış, müqavilədə mənzil 11-ci mərtəbədə göstərilmişdir. O, özü hündürmərtəbəli bina tikən şəxsdir, həmin binanı tikən zaman tikintini apara bilmirdilər, o, öz binasını tikib qurtardıqdan sonra hündür kranı həmin binanın qarşısında quraşdırmışdır və bina tikilib qurtarmışdır. O, Kazım adlı şəxslə müqavilə bağlamış, işlərinin hamısı onunla olmuşdur. Daha sonra eşitdi ki, Kazımı həbs ediblər və yerinə Əkbər adlı şəxsi qoydular. Əkbərlə danışdıqdan sonra onunla Əkbərin münasibəti düz gətirmədi və ondan sonra onun Əkbərlə heç bir əlaqəsi qalmadı. Əkbər bir dəfə onu görüb, yeni gələn zaman bir dəfə onun xidməti otağına getmişdir. Əkbər 12C mərtəbəsi yarada bilməzdi, onun Əkbərlə əlaqəsi olmayıb, heç bir sənədə imza çəkməmişdir. O, müqaviləni 11-ci mərtəbə üçün bağlamışdır, pulunu ödəmişdir, Bakı Ağır Cinayətlər Məhkəməsi, Konstitusiya Məhkəməsi mənzilin ona məxsus olduğu təsdiq edilmişdir. O, Cavabdehi tanıyır, Cəfərova Raya Yusif qızını tanımır. Lavuza adlı xanımı tanımır. O, Kazım Kazımova pul ödəyərək mənzil almış, bununla bağlı maliyyə arayışı da vardır. O, mənzili alan zaman Cavabdeh hələ yox idi. O, pulu 11-ci mərtəbə üçün ödəmiş, sənədin həmin mərtəbə ilə bağlıdır, ondan yuxarı tikilmiş mərtəbələr onu maraqlandırmır, lakin əlavə olaraq bildirir ki, 12, 13 və 14-cü mərtəbələr faktiki olaraq tikilmişdir. 12C adlı mərtəbə yoxdur, 12-13-cü mərtəbələrin qanuni yaxud qanunsuz tikilməsindən məlumatı yoxdur. Həm müqavilə, həm də maliyyə arayışının əsli onda vardır. Aldığı mənzilin sənədləri ondadır. 12C mənzili birinci mənzilin əvəzində verilməyibdir. 47.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 qeyd etmişdir ki, binanın layihəsi vardır, həmin layihənin preambula hissəsində konkret olaraq yazılıb ki, Dövlət Tikinti Memarlıq Komitəsi tərəfindən verilən razılığa əsasən, həmin razılıq da təsdiq olunmuş layihə deməkdir. Orada birmənalı olaraq mərtəbələr göstərilmişdir. Layihəyə əsasən binanın yuxarı mərtəbəsi artırılıbdır. Tikintidə həmin qaydalar “+” “-“ 0-la götürülür. Sıfır başa düşüləndir zirzəminin birinci mərtəbəsidir. Ondan sonra düşənlər də mənfi ilə götürülür. Birinci mərtəbə qaydalara uyğun olaraq birinci mərtəbədir. İş materiallarında Xətai İcra Şöbəsinin aktı vardır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü icra olunan zaman müəyyən olunur ki, həmin mənzildə Cavabdeh yaşayır. Ekspert rəyi mövcuddur. İddiaçı mənzili alan zaman heç bina mövcud deyildir. Binanın üzərində əlavə mərtəbənin artırılması müqavilədən sonra baş veribdir. Müqavilədə konkret olaraq 11-ci mərtəbə göstərilmişdir, orada yaşayışın 11-ci mərtəbəsi göstərilməmişdir. İddia etdiyi mənzil 11-ci mərtəbədədir. Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi faktiki olaraq bu məsələlərə qiymət vermişdir, burada preyudisiallıq məsələsi vardır. Əlavə araşdırmaya ehtiyac yoxdur.

48. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızı qeyd etmişdir ki, o, 2006-cı ildə, bünövrə qazılanda həmin evi almışdır. Artıq neçə ildir məhkəmə gedir, axırda Bakı Ağır Cinayətlər Məhkəməsi evi ona verdi. 10– cu mərtəbə 70 nömrəli mənzil ona verildi. Hazırda 70 nömrəli mənzildə Cavabdeh yaşayır, heç cür evə girə bilmir, məhkəmələrdə qalıb. Binaya girib liftin 10-cu mərtəbəsini basanda 70 –nömrəli mənzilin olduğu 10-cu mərtəbəyə qalxır. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, mənzil əvvəldən ona təhvil verilməyibdir, sadəcə müqavilə bağlandı. Onu heç binaya buraxmadılar.

49. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürən üçün şəxs Cəfərova Raya Yusif qızının vəkili və nümayəndəsi Vəkil2 qeyd etmişdir ki, 2006-cı ildə həmin binanın fundamenti qoyulanda 2006-cı il 28 iyunda müqavilə ilə ikinci blokda Ələsgəroğlu MTK-dan ev almışdır, daha sonra həmin şəxs tutulduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsində iş gedən zaman Cəfərova Raya zərərçəkmiş şəxs qismində tanınmalı və mənzil məsələsi olmalı idi. Lakin 2012-ci il tarixində yeni "xxxx" MMC gəldi, direktoru X19 idi. Cəfərov Əkbər sakinləri çağırdı ki, siz şikayət etməyin, hər hansı tələb irəli sürməyin. 2012-ci il sentyabr ayının 19–da Cəfərova Raya Yusif qızı və digər əlavə vətəndaşları da çağırdı ki, əlavə 6 min də ödəniş edin başqa mənzil veriləcək. Cəfərova Raya Yusif qızı 2012-ci il tarixində 6 mini verir. X19 bir çıxarış verir, həmin çıxarış DƏDRX-in çıxarışı olmur, saxta olur. Cavabdeh isə aprel ayının 2013-cü ilin aprel-noyabr ayında müqavilə bağlayır. Daha sonra "xxxx" MMC-nin rəhbəri barəsində də eyni cinayət işi qaldırılır. Bakı Ağır Cinayətlər Məhkəməsində iş başlayanda Cəfərova Raya gedir və öz iddia ərizələrini məhkəməyə verir. 2017-ci ilin 6 noyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə indiki 1-ci blok, 10-cu mərtəbə, 70 nömrəli ev Cəfərova Rayaya verilməsi qərara alınır. Hökmün bu hissəsinin icrası mümkün olmamışdır, çünki həmin evdə Cavabdeh yaşayır və məhkəmə hökmündə onun oradan çıxarılması ilə bağlı heç bir göstəriş yoxdur. Mülki qaydada mənzildən çıxarılma ilə bağlı müraciət etmişlər. Əgər iş üzrə ekspert rəyi əsas götürüləcəksə İddiaçı iddiasının 11-ci mərtəbə ilə əlaqədar olduğu nəzərə alınmalı, əgər 10-cu mərtəbə 10-cu mərtəbə, 11-ci mərtəbə 11-ci mərtəbədirsə, bel olan halda belə çıxır ki, eyni mənzil üzərində mübahisələri yoxdur. Daha əlavə sübutlara ehtiyac vardır. Ekspertizanın rəyində qanunsuz olsa belə 12 və 13-cü mərtəbələrin tikildiyi təsdiq olunur.

50. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçının 12C mərtəbəyə aid müqaviləsinin necə əldə edildiyini bilmir, müqaviləni vəkili təqdim etmişdir. O orada yaşadığı müddətdə İddiaçı həmin evə gəlməmişdir. Evin təmiri tez bir zamanda oldu, onun başqa yaşamağa evi yoxdur. O, mənzilə köçən zaman mənzil mübahisəli deyildi. Ona mənzili Əkbər Cəfərov təhvil vermişdi. Mənzil üçün pulu 2013-cü il tarixində ödəmişdir. İddiaçı və X8 tələb etdiyi mənzil 11-ci mərtəbədədir, lakin onun yaşadığı mənzil 10-cu mərtəbədədir. Yəni 4 nəfər eyni mənzili tələb etmir. 51.Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil4 bildirmişdir ki, mübahisəli mənzil Cavabdeh 10-cu mərtəbədədir. Amma bunlardan birinin müqaviləsi 10-cu digərinin müqaviləsi isə 11-ci mərtəbəyədir, amma faktiki olaraq 13-cü mərtəbədir. Belə olan halda hesab edir ki, subyektiv hüquqları yaranmır. Layihəyə görə onuncu mərtəbə onuncu mərtəbədədir, faktiki olaraq onuncu mərtəbə on ikinci mərtəbədədir. İddiaçı iddiası isə on birinci mərtəbəyədir. Keçən məhkəmə iclasında ekspert də bildirdi ki, layihəyə görə 10-cu mərtəbə 10-cu mərtəbədə, 11-ci mərtəbə isə 11-ci mərtəbədədir. Faktiki olaraq isə mübahisəli mənzil 12-ci mərtəbədədir. Faktiki olaraq mübahisəli mənzilin neçənci mərtəbədə yerləşməsi müəyyən olunmalıdır. İddiaçılə bağlı ərizə vardır, hesab edir ki, iş üzrə xətşünaslıq ekspertizası təyin olunsa və ekspertiza zamanı müəyyən olunsa ki, imza ona məxsusdur, onda bu mübahisədən İddiaçı çıxır, ona görə ki, ərizə əsasında mənzildən imtina etmiş və əvəzində yeni mənzil verilmişdir. 52.Məhkəmə iclasında iştirak edən X8 nümayəndəsi və vəkili Vəkil3 qeyd etmişdir ki, nə iddiaçının, nə də müstəqil tələb irəli sürən üçüncü şəxslərin hüquqları yaranmır. Mübahisəli mənzili hamıdan qabaq onlar alıblar. Onların hüquqları hamıdan qabaq yaranıb.

53. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə qeyd etmişdir ki, hal-hazırda "xxxx" MMMC-nin sədridir. Bina 2006-cı ilin layihəsinə belə zirzəmi və kürsülülük gedir, 12 mərtəbə və texniki mərtəbə. 12 fevral 2007-ci ildə ekspertiza keçirilib, buna baxmayaraq bir mərtəbə artıq tikiblər, yaşayışın 14-cü mərtəbəsi. Ona görə də 000 səviyyə göstərilən yer yaşayış sahəsinin birinci mərtəbəsindən başlayır. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, 2012-ci ildə Kazım adlı şəxs həbs olunandan sonra "xxxx" MMC oraya gəldi və əlavə tikililər apardı. Tikinti aparılan zaman insanlar hələ 2012-ci ilə qədər binada yerləşdirilməmişdi, yaşayışa başlanılmamışdır. Bu qaydada bir mərtəbə fərqlə insanları mənzilinə yerləşdirdi. Daha sonra hazırkı mövcud problemlər yarandı. O, təqribi 8 ilə yaxındır orada fəaliyyət göstərir. Hazırda mübahisələr fərdi qaydada məhkəmə yolu ilə həll olunur. Ekspert öz rəyində ilkin layihədə olanları yazıbdır. Layihəyə uyğun 1 mərtəbə artıq tikintisi vardır. Binada iki mərtəbə qeyri-yaşayış sahəsi vardır, zirzəmi və kürsülük. Zirzəmi dediyi yerin adı zirzəmi gedir, lakin yerin üzərindədir və yer səviyyəsində 4-5 metr yüksəklikdədir. Kürsülük dediyi yer zirzəmi dediyi mərtəbənin üzərindədir, o iki mərtəbə çıxdıqdan sonra 14 mərtəbə yaşayış vardır. Cavabdeh mənzilindən aşağıda Zeynalov Səday yaşayır, həmin mənzil məhkəmə qərarı ilə ona verilmişdir Bina 2006-cı ilin ortalarından layihələndirilmişdir, ekspert rəyi isə 2007-ci ildə verilmişdir. Bina zirzəmi, kürsülü, 12 yaşayış sahəsi və texniki mərtəbə mövcuddur. 12C mərtəbəsi binada mövcud deyildir. Əkbər adlı şəxs qeyri-qanuni fəaliyyət göstərirdi, həmin şəxs bu nömrələməni özündən etmişdir. Həmin binada layihə üzrə 13-cü mərtəbə nəzərdə tutulmayıbdır. Texniki mərtəbə "xxxx" dövründə 13-cü mərtəbə kimi satılmışdır. 14-cü mərtəbə inşa edilən zaman FHN-i tərəfindən dayandırılması haqqında protokollar tərtib olunmuşdur. Binada boş mənzil yoxdur. Ələsgəroğlu firmasının rəhbəri barəsində 2012-ci ilin yanvar ayının 12də istintaq başladı, həmin vaxtın istintaqında 52 mənzilin artıq satılması müəyyən edilmişdir. Binanın özündə 96 mənzil var idi. Bina layihə üzrə zirzəmi, kürsülü, 12 yaşayış mərtəbəsi və texniki mərtəbədir. Texniki mərtəbə 12-ci mərtəbə kimi sayılır, onun üzərində bir mərtəbədə tikilmişdi, 2018-ci il tarixində FHN-i tərəfindən binanı müayinə edən zamanı (rüsum ödənilərək müqavilə bağlanır) həmin dövrdə yarımçıq tikili olduğu üçün həmin mərtəbənin sökülməsi ilə əlaqədar əmr verildi. 12C adlı Əkbərin dövründə həmin mərtəbə adlandırılmışdı. 12C sökülməsə idi, hazırda yaşayışın 15-ci mərtəbəsi olacaqdı, lakin həmin mərtəbə sökülmüşdür. Həmin mərtəbə layihədə yox idi. Bina 162 mənzildən ibarət idi, lakin bina təqribi 600 nəfərdən çox şəxsə satılmışdır. Mərtəbələr məcburi şəkildə artırılmışdır ki, heç olmaya zərərçəkmiş şəxslərdən bəzilərinə mənzil verilə bilsin. Müqaviləni və qəbzi iddiaçı şəxsən imzalamışdır. 54.Məhkəmə kollegiyasının iclasında təkrar dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdi ki, iddiaçı Əkbəri hələ MTK-ya gəlməmişdən qabaq tanıyırdı. 12C ilə bağlı müqaviləni iddiaçı şəxsən imzalamışdır. Ələsgəroğlu-K mənzili iki nəfərə satmışdı, həmin mənzili iddiaçıdan qabaq başqa bir nəfər almışdır. İddiaçı bu məsələni həll etmək üçün Əkbərlə razılaşmışlar ki, həmin müqavilənin müqabilində 12C mərtəbəsini verəcək. Müqavilədəki imza iddiaçıya məxsusdur. İddiaçı köhnə müqaviləni onlara təqdim etməli idi. Müqaviləni təqdim etməmişdən qabaq yeni müqaviləni imzalamış, möhürləmişdir. O, binada kassir işləyirdi. Əmək funksiyası pul vermək, pul almaq, işçilərin əmək haqqını vermək idi. Onun əmək funksiyasına müqavilə bağlamaq daxil deyildi, o, müqavilə bağlamamışdır. Müqavilə bağlanan zaman otaqda şahid olurdu. Pulu Əkbər alırdı. O, sadəcə işçilərin pulu verirdi. Müqavilə bağlanan zaman Əkbər müəllim çekə möhürü vururdu, çeki ona verirdi, pulu Əkbər qəbul edirdi. Mübahisəli mənzilin krandan istifadə haqqının əvəzi olaraq verildiyi eşitmişdir, lakin konkret olaraq bu barədə məlumatı yoxdur. Digər mənzillərlə bağlı da müqavilələr bağlanan zaman adətən iştirak edirdi, digər müqavilələr də iddiaçı ilə bağlanan formada bağlanırdı. Müqavilədəki imza Əkbərə məxsusdur. 12C mərtəbəsində bağlanan müqavilə, əvvəlki müqavilənin əvəzinə bağlanan müqavilədir. Bu barədə danışıqlar onun yanında olubdur. 12C mərtəbəsində olan müqavilə üçün pul ödənilməyibdir, pul ödənilsə idi qəbz verilərdi, yeni müqavilə əvvəlki müqavilənin əsasında bağlanıbdır.

Apellyasiya baxışının hədləri

55.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 56.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 57.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 58.Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Cəfərova Raya Yusif qızının və X8 iddia tələblərinin qiymətləndirilməsi təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

59.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 60.32-ci maddəsində qeyd edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. 61.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

62.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 63.152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 64.178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 65.178.2-ci maddəsinə əsasən, eni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 66.178.8-ci maddəsinə əsasən, (1 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ,qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 67.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 68.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 69.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 70.358.1 və 358.2-ci maddələrinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 71.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 72.399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 73.425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkəntərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 74.452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 75.567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 76.752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

77.112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 78.113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir.

79.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

80.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

81.13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 82.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 83.64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 84.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 85.82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 86.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 87.89.1-ci maddəsinə əsasən, yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 88.89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 89.89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. 90.97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 91.101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 92.102.1, 102.2 və 102.3-cü maddələrinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 93.103.1 və 103.2-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 94.175.1 və 175.2-ci maddələrinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir. 95.217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 96.220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. 97.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

98.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Kollegiyanın gədiyi qənaətə görə müstəqil tələb irəli sürən üçüncü şəxslərin də iddiaları əsassız olduğundan rədd edilməlidir.

99. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarının qüvvədən düşməsi (ləğv olunması) zamanı Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin Plenumunun və sonuncu dəfə işə baxan kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi, həmçinin ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi üçün məhkəməhüquq ekspertizası təyin edilmiş, habelə məhkəmə təkrar ekspertizanın keçirilməsinin zəruriliyi qənaətinə gəlinmişdir. Lakin məhkəmə ilkin ekspertizanın rəyi ilə razılaşmamasının və təkrar ekspertiza təyin edilməsinin səbəblərini göstərməmiş, gəldiyi qənaəti də əsaslandırmamışdır. Bununla da məhkəmə iddiaçının əmlak hüququnun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir.

100. Bununla əlaqədar işə yenidən baxan məhkəmə kollegiyası yuxarıda göstərilən pozuntuların aradan qaldırılması, mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi verilmiş iki ekspert rəyi arasında mövcud olan ziddiyyətlərə aydınlıq gətirilməsi üçün, hazırki vəziyyətdə tərəflər və üçüncü şəxslərlə bağlanmış müqavilələrdə göstərilən mənzillərin mübahisəli mənzil ilə eyni sahə olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə yenidən təkrar ekspertiza təyin etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi təkrar apellyasiya baxışlarında işə müstəqil tələb irəli sürən yeni şəxslər qoşulmuş, həmin şəxslər də mübahisəli mənzilin onlara məxsus olduğunu iddia etmişlər.

101. İş üzrə əldə olunmuş ekspert rəylərinin qiymətləndirilməsinə keçməmişdən əvvəl məhkəmə kollegiyası hazırki baxış predmetinin dəqiqləşdirilməsi məqsədilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

102. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2015-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil və ya 23.788 manat pul tələbinə dair mülki iddiası təmin edilmişdir. Cinayət işi üzrə yuxarıda qeyd olunan məhkəmə qərarlarının icrası zamanı icra məmuru tərəfindən mübahisəli mənzilin Cavabdeh istifadəsində olması müəyyən edilmişdir. Bundan sonra həmin məhkəmə qərarlarına əsaslanaraq iddiaçı Cavabdeh ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır.

103. Bu baxımdan qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iddiaçı ilə "xxxx" MMC arasında 5 oktyabr 2009-cu il tarixli, 263 saylı müqaviləyə 23 fevral 2013-cü il tarixli əlavə müqavilə bağlandığı, iddiaçının əvvəlki müqavilədən irəli gələn hüquqlarından imtina edərək həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 12C mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan 1 otaqlı mənzilin qəbul etməsinə razılaşmaqla mübahisəli mənzildən imtina etdiyi, bununla da həmin mənzilə dair tələb irəli sürülməsi üçün subyektiv hüquqa malik olmadığı barədə halların hazırki mübahisə predmetinə aid olmamasını, mülki iş üzrə iddia tələbinin məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən İddiaçı təhvil verilməli olan mənzildən cavabdehin çıxarılması ilə bağlı irəli sürülməsini nəzərə almamışdır.

104. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 yanvar 2020-ci il tarixli Qərarında da İddiaçı mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, "xxxx" MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə Cavabdeh ilə 12 noyabr 2013-cu il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. "xxxx" MMC də İddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, mənzili qarşı tərəfə təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.

105. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə araşdırma predmeti müqavilələrin etibarlı olub-olmaması deyil, qanuni qüvvəyə minmiş hökmlə zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı verilməsi müəyyən edilmiş Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzilin, yəni iddia etdiyi mənzilin Cavabdeh istifadəsində olan mənzil ilə eynilik təşkil edib-etmədiyi ilə əlaqədardır. Belə ki, hökmlə müəyyən edilmiş müvafiq faktlar hazırki mülki iş üçün preyudisiya əhəmiyyətinə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin yenidən araşdırma predmeti ola bilməz.

106. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə sonuncu dəfə işə baxmış kassasiya instansiyası məhkəməsinin qanuni göstərişlərinə uyğun şəkildə baxılmalı, araşdırma "xxxx" MMC ilə 5 oktyabr 2009-cu il tarixli, 263 saylı müqaviləyə 23 fevral 2013-cü il tarixli əlavə müqavilə bağlamaqla, əvvəlki müqavilədən irəli gələn hüquqlarından imtina edərək həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 12C mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan 1 otaqlı mənzilin qəbul etməsinə razılaşmaqla mübahisəli mənzildən imtina edib-etmədiyi, bununla da həmin mənzilə dair tələb irəli sürülməsi üçün subyektiv hüquqa malik olub-olmadığı deyil, preyudisiya əhəmiyyətinə malik olan hökmlə verilməsi müəyyən edilmiş mənzilin yerləşməsinin, mövcud olan ekspert rəyləri əsasında tərəflər və üçüncü şəxslərlə bağlanmış müqavilələrdə göstərilən mənzillərin mübahisəli mənzil ilə eyni sahə olubolmamasının müəyyənləşdirilməsi istiqamətində aparılmalıdır.

107. Bununla əlaqədar qeyd edilməlidir ki, digər sübut növləri kimi ekspertin rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspertin rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

108. Apellyasiya instansiyası məhkəməsinin 9 oktyabr 2017-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi (bundan sonra – Məhkəmə Ekspertizası Mərkəzi) tərəfindən keçirilmiş məhkəmə tikintitexniki ekspertizası üzrə 8 yanvar 2018-ci il tarixli ekspert rəyində mübahisəli mənzilin Cavabdeh istifadəsində olan eyni mənzil olduğu və həmin mənzilin tədqiq olunan binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir.

109. Bundan sonra, apellyasiya instansiyası məhkəməsinin 2 aprel 2018-ci il tarixli qərardadı ilə mübahisəli mənzilin yerləşməsinin müəyyən edilməsi üçün əvvəlki ekspertizanın keçirilməsinin əsasını təşkil edən eyni layihə və digər hüquqmüəyyənedici texniki sənədlər əsasında təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

110. Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2018-ci il tarixli ekspert rəyində təkrar olaraq mübahisəli mənzilin binanın eskiz layihəsinə görə 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmiş, lakin baxış zamanı binada pilləkən meydançasında quraşdırılmış liftin mərtəbələr üzrə sıralanmasını, mübahisəli mənzilin digər mərtəbələrdə yerləşən mənzillərdə yaşayan sakinlərin yerləşməsini nəzərə alaraq mənzilin 10-cu mərtəbədə yerləşdiyi müəyyən edilmişdir.

111. Göründüyü kimi mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi üçün yenidən təkrar ekspertizanın keçirilməsi zərurəti yaranmışdır.

112. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasında layihədə nəzərdə tutulmayan əlavə mərtəbənin, 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən (+-0.000 səviyyəsindən) başlayan birinci mərtəbəsi səviyyəsində əlavə yaşayış sahəsinin inşa edilməsi, layihədə göstərilmiş zirzəmi və kürsülülük mərtəbələrinin faktiki olaraq yerüstümərtəbələr olması, binanın girişinin ön fasad hissədə (layihə üzrə zirzəmi mərtəbəsi kimi qeyd olunan hissədə) nəzərdə tutulmasına baxmayaraq faktiki vəziyyətdə arxa fasad hissədən (layihə üzrə kürsülük mərtəbəsi kimi qeyd olunan sahə) açılması nəzərə alınaraq, həmin binanın tikintisinin layihə üzrə aparılmadığı müəyyən edilmişdir.

113. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının layihəsində 2 qeyri-yaşayış mərtəbəsinin (kürsülük və zirzəmi kimi qeyd olunan sahələr) üst hissəsindən +-0.000 səviyyəsinin başlamasını, faktiki vəziyyətdə isə binanın layihəsində qeyd olunan zirzəmi mərtəbəsinin birinci yerüstü mərtəbə, kürsülülük mərtəbəsinin ikinci yerüstü mərtəbə olmasını nəzərə aldıqda layihə üzrə 1-ci blok, 10-cu mərtəbədə yerləşməsi nəzərdə tutulan mənzillərin faktiki olaraq binanın 12-ci mərtəbəsində (yaşayışın 10-cu mərtəbəsi), layihə üzrə birinci blok, 11-ci mərtəbələrində yerləşməsi nəzərdə tutulan mənzillərin faktiki olaraq binanın 13-cü mərtəbəsində (yaşayışın 11-ci mərtəbəsi) yerləşdiyi müəyyən edilmişdir.

114. Qeyd olunmuşdur ki, faktiki vəziyyətdə yaşayış binasının +-0.000 səviyyəsini layihədə qeyd olunduğu kimi 2 qeyri-yaşayış mərtəbəsinin (kürsülük və zirzəmi kimi qeyd olunan sahələr) üst hissəsindən nəzərə aldıqda layihə üzrə birinci blok 10-cu mərtəbədə yerləşməsi nəzərdə tutulan mənzillərin faktiki olaraq binanın 10-cu mərtəbəsində, layihə üzrə birinci blok 11-ci mərtəbələrində yerləşməsi nəzərdə tutulan mənzillərin faktiki olaraq binanın 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir.

115. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən isə, Cavabdeh istifadəsində olan mənzil kimi təqdim olunan mənzilin binanın layihəsi üzrə 11-ci mərtəbəsində yerləşməsi, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədə əks edilən bir otaqlı ümumi sahəsi 59,47 kv.m olan mənzilin 11-ci mərtəbədə yerləşməsinin qeyd olunması, binanın layihəsində eynitipli mərtəbələrin planında hər blokda cəmi bir ədəd 59,47 kv.m-lik bir otaqlı mənzilin qeyd olunması nəzərə alınaraq, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədə əks edilən Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindən 1 otaqlı mənzil ilə Cavabdeh istifadəsində olan bir otaqlı mənzilin eyni mənzil olduğu müəyyən edilmişdir.

116. Aparılmış müqayisəli tədqiqatla, Cavabdeh istifadəsində olan mənzil kimi təqdim edilən mənzilin Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının layihəsi üzrə 11-ci mərtəbədə, binanın mövcud vəziyyəti üzrə 13-cü mərtəbədə yerləşdiyi müəyyən edilmişdir. Belə ki, yaşayış binasında faktiki vəziyyətdə mövcud olan və qeyriyaşayış sahəsi kimi istifadə olunan birinci və ikinci mərtəbələri binanın layihəsində zirzəmi və kürsü mərtəbəsi kimi nəzərdə tutulmuş, faktiki vəziyyətdə mövcud olan və yaşayış sahəsi kimi istifadə olunan üçüncü mərtəbə binanın layihəsində birinci mərtəbə kimi nəzərdə tutulmuşdur.

117. Aparılmış müqayisəli tədqiqatla, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının layihəsində nəzərdə tutulmuş 10-cu mərtəbənin faktiki vəziyyətdə binanın 12-ci mərtəbəsinə, binanın layihəsində nəzərdə tutulmuş 11-ci mərtəbənin isə faktiki vəziyyətdə 13-cü mərtəbəsinə uyğun gəldiyi müəyyən edilmişdir.

118. Gəncə prospekti 2935A 1-ci blok ünvanında yerləşən binada faktiki vəziyyətdə mövcud olan və qeyri-yaşayış sahəsi kimi istifadə olunan birinci və ikinci mərtəbə binanın layihəsində zirzəmi və kürsü mərtəbəsi kimi, faktiki vəziyyətdə mövcud olan və yaşayış sahəsi kimi istifadə olunan üçüncü mərtəbə binanın layihəsində birinci mərtəbə kimi nəzərdə tutulduğu müəyyən edilmişdir.

119. Göründüyü kimi sonuncu ekspert rəyinə əsasən dəqiq müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi mübahisəli mənzil cavabdehin istifadəsində olan mənzildir və həmin mənzil tədqiq olunan binanın layihəsi üzrə 1-ci blokunun 11-ci mərtəbəsində yerləşir. İddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, "xxxx" MMC mənzili iddiaçıya təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçı mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMCnin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.

120. Cavabdehlə "xxxx" MMC arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilə ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, cavabdeh tərəfindən MMC ilə onun arasında bağlanmış müqavilə üzrə sonuncuya razılaşdırılmış mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilmiş vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq tələb irəli sürülə bilər.

121. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” və Cavabdeh qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” barədə iddia tələblərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

122. Belə ki, üçüncü şəxs həm iddiaçıya, həm də cavabdehə qarşı olan iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 28 iyun 2006-ci il tarixli, 110 saylı müqavilə əsasında "xxxx" MMC-dən yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 60,18 kv.m sahəsi olan iki otaqlı mənzili dəyərini tam ödəməklə əldə etmişdir. "xxxx" MMC-nin direktoru Kazım Kazımzadə qeyd edilən binada bir mənzili bir neçə nəfərə satdığı üçün cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Daha sonra isə, o, əlavə ödəniş etmək şərti ilə aldığı mənzilin əvəzinə həmin binanın 1-ci blok, 10-cu mərtəbəsində yerləşən 59.47 kv.m sahəsi olan 70 nömrəli mənzilin təhvil veriləcəyi barədə göstərilən bina üzərində sərəncamvermə səlahiyyətləri keçmiş "xxxx" MMC ilə razılığa gəlmiş, "xxxx" MMC-nin direktoru ona həmin mənzillə bağlı MMC tərəfindən təsdiq edilmiş 19 sentyabr 2012-ci il tarixli, 057 nömrəli saxta çıxarış vermişdir. "xxxx" MMC-nin direktoru X19 tərəfindən bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı çoxsaylı şikayətlər olduğundan onun barəsində cinayət işi başlanmışdır. O, həmin cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı kimi tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2017 nömrəli, 06 noyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə onun Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2395 A ünvanında yerləşən binanın 1-ci blok, 10-cu mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan 70 saylı mənzillə təmin edilməsi qərara alınmışdır.

123. Göründüyü kimi Cəfərova Raya Yusif qızı ilə "xxxx" MMC arasında xx.xx.2006-ci il tarixində bağlanmış müqavilənin predmeti yaşayış binasının 2-ci blok, 10cu mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan ikiotaqlı mənzil olmuş, 1-ci blok, 10-cu mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan 70 saylı mənzil isə 2012-ci ildə məhz ilkin mənzilin əvəzi olaraq ona verilməsi nəzərdə tutulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2017 nömrəli, 6 noyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə də onun məhz Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2395 A ünvanında yerləşən binanın 1-ci blok, 10-cu mərtəbəsindəki ümumi sahəsi 59,47 kv.m olan 70 saylı mənzillə təmin edilməsi qərara alınmışdır.

124. Bununla bağlı sonuncu ekspert rəyi nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi mübahisəli mənzil cavabdehin istifadəsində olan mənzildir və həmin mənzil tədqiq olunan binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşir. Bu o dəməkdir ki, hazırda müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızı iddiaçının tərəf olduğu, binanın 1-ci blok, 11-ci mərtəbəsində yerləşən mənzilə aid 5 oktyabr 2009-cu il tarixli, 263 saylı müqavilənin etibarsız hesab edilməsini, həmçinin hazırda cavabdehin faktiki sahibliyində olan bu mənzilin sonuncudan geri alınması, yaradılan bütün maneələrin aradan qaldırılması, həmin mənzilin ona təhvil verilməsi və s. barədə iddia tələbləri irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Belə ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddia etdiyi mənzilin iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisənin predmeti olan mənzil ilə eynilik təşkil etməsi halı öz təsdiqini tapmamışdır.

125. Bundan başqa iş materiallarından görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X15 da İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 5 oktyabr 2009-cu il tarixli, 263 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

126. O, iddiaçıya qarşı olan iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixdə bağlanmış 53 saylı müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında tikiləcək bir bloklu binanın 11–ci mərtəbəsində bir otaqlı mənzili "xxxx" MMC-dən almış və 2008-ci ilin may ayında həmin mənzilə dair ödəniləcək bütün məbləği-yəni 17.317,6 manat pulu ödəmişdir. Həmin mənzilə köçmək istədikdə oranın mübahisəli olduğunu və həmin mənzilin İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2009cu il tarixli 263 saylı müqavilə ilə satıldığını öyrənmişdir. Hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 263 saylı müqavilə bağlandığı andan etibarsız olmuşdur. Çünki şirkət onunla müqavilənin olduğunu bildiyi halda mübahisəli mənzili qanunsuz olaraq İddiaçı satmışdır.

127. Beləliklə məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən edir ki, "xxxx" MMC ilə həm müstəqil tələb irəli sürən üçüncü şəxs X15, həm də da İddiaçı arasında eyni formada, eyni məzmunda, alıcıların iradə ifadəsinə, əqdin məzmununa uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə müqavilələr bağlanmışdır. Həmçinin hər ikisinin eyni qaydada MMC-nin direktoru olan Kazım-zadə Kazım Ələsgər oğlu tərəfindən aldadılmaqla, müqavilə üzrə məbləğlərin ələ keçirildiyi, müqabilində razılaşdırılmış şəkildə yaşayış sahəsinin verilmədiyi müəyyən edilmişdir.

128. İşin digər bir mübahisələndirilməyən halı da ondan ibarətdir ki, yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-91/2014 saylı hökmünə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(103)-285/2015 saylı qərarına əsasən MMC-nin direktoru olan Kazım-zadə Kazım Ələsgər oğlunun Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzili iddiaçıya satmaqla ona məxsus pul vəsaitinin ələ keçirməklə dələduzluq etdiyi müəyyən edilmişdir. Həmin məhkəmə aktları ilə İddiaçı binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzilin verilməsi, olmadığı təqdirdə 23.788 manat məbləğində pul ödənilməsi tələblərinə dair mülki iddiasının təmin olunması qərara alınmışdır.

129. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçı zərərçəkmiş kimi tanınmış, həmin hökmlə İddiaçı mübahisəli mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyi müəyyən edilmiş, bu mənzilin ona təhvil verilməli olması barədə nəticəyə gəlinmişdir. Müəyyən edilən bu hallar da ona faktiki olaraq mübahisəli mənzilə münasibətdə üstün hüquqa malik olmasına dəlalət edir. Bu halda, üçüncü şəxsin MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olması barədə tələbi əsaslı hesab edilə bilməz.

130. Belə ki, qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən İddiaçı mübahisəli mənzilinin qanuni sahibi statusunun yaranmasına əsas olan müqavilənin etibarlılığı məhkəmə qaydasında öz təsdiqini tapmış, bununla onun digər şəxsin qanunsuz sahibliyindən bu mənzili tələb etmək üzrə subyektiv hüququ tanınmışdır.

131. Bu baxımdan nəzərə alınmalıdır ki, "xxxx" MMC ilə X15 arasında bağlanmış müqavilə üzrə sonuncuya razılaşdırılmış mənzilin təhvil verilməməsi barədə öhdəliyin icra edilməməsi ona mülki qanunvericiliyə uyğun olaraq göstərilən bina üzərində sərəncamvermə səlahiyyətləri keçmiş hüquqi şəxsə qarşı dəymiş zərərin (ödənilmiş vəsaitin və digər xərclərin) ödənilməsi barədə məhkəməyə müraciət etmək üzrə hüququnu yaradır.

132. Beləliklə məhkəmə kollegiyası Mülki Məcəllənin 178.8-ci (1 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) və 157.2-ci maddələrinə əsasən qeyd edir ki, iddiaçı kooperativin verdiyi mənzil üçün pay haqqını tam verdiyindən həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmiş, beləliklə də, o, mülkiyyətçi olaraq mübahisə predmeti olan mənzili özgəsinin qanunsuz sahibliyindən geri tələb etməklə haqlı olmuşdur.

133. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

134. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.

135. Məhkəmə kollegiyası tərəfindən yuxarıda aparılan araşdırma nəticəsində, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu müəyyən edilmişdir. Belə ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur və cavabdehin faktiki sahibliyindədir, onun isə həmin əşyaya hər hansı hüququ yaranmamışdır. Beləliklə, cavabdehin həmin sahədən hər hansı hüququ olmadan istifadə etməsi, sahibliyində saxlaması, əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

136. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevral tarixli Qərarları).

137. Faktiki halların prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması məhkəmə aktları ilə məhkəmə müdafiəsi (ədalətli məhkəmə araşdırılması) hüququnun pozulmasına dəlalət etməklə məhkəmədə baxılan mübahisənin hüquqi hallarına təsir göstərə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarı).

138. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən yaranması öz təsdiqini tapmış əmlak hüququnun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir.

139. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

140. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2394/2017 nömrəli 5 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilindən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının Cavabdeh qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” iddiası rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının (xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli) tədqiqat dəyəri olan 200 manat Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Cəfərova Raya Yusif qızı və X6 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar