Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3501/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7491/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı onun tərəfindən ödənilmiş 1386 manat sığorta ödənişini və ödənilmiş 30,40 manat məhkəmə rüsumu olmaqla, cəmi 1416,40 manat pulun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Toyota Corolla” minik markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil 06.05.2020-ci il tarixdən 06.05.2021-ci il tarixədək "xxxx" ASCdə avtonəqliyyat vasitələrinin kompleks sığortası növü üzrə sığortalanmışdır. 05.05.2021ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh idarə etdiyi “Skoda Rapid” markalı, ** PY *** markalı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" ASC-yə məxsus “Toyota Corolla” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuş və 07.05.2021-ci il tarixdə ******* saylı inzibati tənbeh vermə haqqında qərarla cavabdeh İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Ziyan dəymiş avtomobilə (“Toyota Corolla” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı) görə 1116 manat məbləğində zərərin dəyməsi müəyyən edilərək, iddiaçı tərəfindən bu barədə 17.06.2021-ci il tarixdə A-131/21 nömrəli sığorta aktı tərtib edilmiş, 1116 manat sığorta ödənişi və sığortalı avtomobilin zədələnmiş hissəsinə təmirdən sonra reklamın vurulması xərci 270 manat sığorta ödənişi faydalanan şəxsə ("xxxx" ASC-yə) ödənilmişdir. İddiaçı ilə bağlanmış AS 223/20_27 saylı “nəqliyyat vasitələrinin sığorta” müqaviləsinə əsasən 99AU642 dövlət qeydiyyat nişanlı, “TOYOTA COROLLA” minik markalı avtomobil cəmiyyətdə sığortalanmışdır. 05.05.2021-ci il tarixdə cavabdeh "xxxx" MMC-yə məxsus XW8AC4NH4MK132095 şassi nömrəli, “SKODA RAPİD” minik markalı avtomobili etibarnamə olmadan idarə edərkən yol hərəkət qaydalarını pozaraq cəmiyyətdə sığortalanmış avtomobillə toqquşmuşdur. TP ******* saylı İnzibati Xəta haqqında qərara əsasən, cavabdeh yol hərəkət qaydalarını pozduğu üçün hadisədə təqsirli şəxs kimi tanınmışdır. Zərər aktlarına əsasən hadisə nəticəsində sığortalı avtomobilə 1386 (1116+270=1386) manat məbləğində zərər dəydiyi hesablanmış və həmin məbləğdə sığorta ödənişi zərəri aradan qaldıran "xxxx" MMC-yə ödənilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı cavabdeh təqsirli hesab edildiyi üçün iddiaçının ona qarşı subroqasiya hüququ yaranır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7491/2021 saylı, 21 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İddianın əsasının Mülki Məcəllənin 1108.1 və 1108.2-ci maddələri təşkil etdiyi halda məhkəmə səhvən “İcbari Sığorta haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinad etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütünlüklə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi “İcbari Sığorta haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinad edərək cavabdeh avtomobili etibarnamə olmadan idarə etmək səlahiyyətinə malik olduğundan onun təqsiri nəticəsində baş vermiş sığorta hadisəsinə görə ödənilmiş sığorta ödənişi subroqasiya qaydasında cavabdehdən tələb edilə bilinməməsinə əsaslanmaqla iddia tələblərinin təmin edilməməli olduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə maddi hüquq normasının tələblərini pozmuş, işin müəyyən edilmiş faktiki halları üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 05.05.2021-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh idarə etdiyi “Skoda Rapid” markalı, ** PY *** markalı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" ASC-yə məxsus “Toyota Corolla” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuş və 07.05.2021-ci il tarixdə ******* saylı inzibati tənbeh vermə haqqında qərarla cavabdeh İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Ziyan dəymiş avtomobilə (“Toyota Corolla” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı) görə 1116 manat məbləğində zərərin dəyməsi müəyyən edilərək, iddiaçı tərəfindən bu barədə 17.06.2021-ci il tarixdə A-131/21 nömrəli sığorta aktı tərtib edilmiş, 1116 manat sığorta ödənişi və sığortalı avtomobilin zədələnmiş hissəsinə təmirdən sonra reklamın vurulması xərci 270 manat sığorta ödənişi faydalanan şəxsə ("xxxx" ASC-yə) ödənilmişdir. Birinci instansiya məhkəməsi isə iş üzrə qənaətə gəlmişdir ki, sığorta olunmuş avtomobil icbari sığorta növündə sığorta olunmuşdur, ona görə də hazırki iş üzrə “İcbari Sığorta haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinad etmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, AS 223/20 saylı “nəqliyyat vasitələrinin sığorta” şəhadətnəmsinə əsasən “Toyota Corolla” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobiln kompleks (kasko) sığortası növü üzrə sığortalanmışdır. Mülki Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materiallarında olan 05.05.2021-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, sığorta hadisəsini törətmiş “Skoda Rapid” markalı, ** PY *** markalı avtomobil digər Cavabdeh2 MMC-yə məxsusdur. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Belə olan halda Kollegiya hesab edir ki, “Skoda Rapid” markalı avtomobilin mülkiyyətçisi Cavabdeh2 MMC törədilmiş sığorta hadisəsində digər cavabdehlə birgə məsuliyyətlidir. İş materiallarında olan 17.06.2021-ci il tarilxi sığorta aktından və 06.07.2021-ci il tarixli sığorta aktına əlavədən görünür ki, "xxxx" ASC tərəfindən 1386 manat sığorta ödənişi "xxxx" MMC-yə ödənilmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, "xxxx" Sığota Şirtəki ASC tərəfindən ödənilmiş 1386 manat sığorta ödənişinin məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (əvəzi qismində 45) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7491/2021 saylı, 21 dekabr 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 1386 (min üç yüz səksən altı) manat sığorta ödənişi, habelə dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3501/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3501/2022
27.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver