Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3501/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (açar sözlər: ərazi aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, müqavilə bağlamaq öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2583/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, müqavilə bağlamaq öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC, X2 və İddiaçı arasında bağlanmış olan xx.xx.2024-cü il tarixli B-318- AAE-22-318 nömrəli razılaşmanın ləğv edilməsi, ** AG *** dövlət qeydiyyat nişanlı “Changan CS 55 plus” markalı avtomobilin İddiaçı alınaraq, lazimi keyfiyyətdə olan yeni modeli ilə əvəzlənməsinə dair müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2583/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, müqavilə bağlamaq öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq, iddiaçıya iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Plenum Qərarına əsasən, mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddia tələbi razılaşmanın ləğv edilməsi, yeni müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. İddiaçı iddia ərizəsində cavabdehin ünvanı kimi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 40b ünvanını göstərsə də, “Elektron məhkəmə” informasiya sistemindən cavabdehin ünvan məlumatlarına dair çıxarışla müəyyən olunur ki, cavabdeh qismində göstərilmiş Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, ünvan 2anın yerləşdiyi ərazi Bakı şəhəri Nərimanov rayonu Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, iddia ərizəsinin sonuncu tərəfindən icraata qəbul edilərək baxılması da qanunvericiliyin tələblərinə uyğun deyildir və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2583/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin mətnindən də görünür ki, iddiaçının tələbi istehlakçı hüquqlarının müdafiəsi barədədir. Məhz bu səbəbdən də iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadda dövlət rüsumu barədə məsələyə toxunmamaqla məhkəmə iddianın istehlakçı hüquqlarının müdafiəsi barədə olması hissəsi ilə razılaşdığını nümayiş etdirmişdir. Belə olduğu təqdirdə Məhkəmə iddia ərizəsinin sonunda qeyd edilmiş mülki prosessual məcəllənin 36.9-cu maddəsinə istinadına diqqət etməmişdir. Həmin maddəyə əsasən istehlakçı hüquqlarının müdafiəsi barədə iddiaları iddiaçı öz yaşadığı, müqavilənin bağlandığı, icra edildiyi yerə görə də verilə bilər. Hazırki müqavilə isə cavabdehin iddia ərizəsində faktiki ünvan olaraq qeyd edilmiş Nərimanov rayonu Əhməd Rəcəbli 40 B ünvanında imzalanmış, avtomobil orada təhvil alınmışdır. Belə olduğu təqdirdə iddia ərizəsi MPM-nin 36.9-cu maddəsinin tələblərinə uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2583/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2583/2025 saylı xx.xx.2025-ci il qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətin dəlillərindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərkən istehlakçı olaraq öz seçim hüququndan istifadə edib müqavilənin bağlandığı yer üzrə, yəni cavabdehin faktiki ünvanı olan ünvan 5 bildirsə də, cavabdehin həmin ünvanda fəaliyyət göstərməsini təsdiq edən hər hansı bir sübutunu şikayətinə də əlavə etməmişdr. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan şikayət təmin edilə bilməz. Belə ki, prosessual qanunvericiliyin tələblərinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İddiaçı məhkəməyə müraciət edərkən aidiyyət qaydalarına əməl etməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməlidir. Birinci instansiya məhkəməsinin isə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələlərini, ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı, yoxlamaq vəzifəsidir. İddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Belə ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2583/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3501/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3501/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver