Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3505/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X1 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-859/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1347 (bir min üç yüz qırx yeddi) manat əsas, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə hesablanmış 1075 (bir min yetmiş beş) manat faiz, ümumilikdə 2422 (iki min dörd yüz iyirmi) manat borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan "İddiaçı” ASC-nin hesabına ödənilməsi, tələbin girov qoyulmuş Cavabdeh mülkiyyətində olan Mercedes-BenzS320 minik markalı, buraxılış ili 2001-ci il olan, ban-WDB2201651A180636, **-KB-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-859/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 406,82 (dörd yüz altı manat, səksəni iki qəpik) manat əsas, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə hesablanmış 64,92 (altmış dörd manat doxsan iki qəpik) manat faiz, ümumilikdə 471,74 (dörd yüz yetmiş bir manat yetmiş dörd qəpik) manat borc və 5,84 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-nin hesabına ödənilməsi, borcun ödənilməsi üçün Cavabdeh mülkiyyətində olan avtomaşına tutmanın yönəldilməsi, 2001-ci il buraxılışlı, "Mercedes-Benz-S320" minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı, WDB2201651A180636 ban, **********5330 mühərrik nömrəli, qara met rəngli avtomaşının açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, kredit borcunun tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir. Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsas və faiz borcunun azaldılması hissəsində qanunsuz və əsassız olduğuna görə aşağıdakı əsaslarla ləğv edilərək, əsas və faiz borcunun tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.Belə ki, 13334 nömrəli, xx.xx.2019 saylı ekspert rəy verərkən yanlışlığa yol vermişdir. Eyni zamanda hakim məhkəmə qətnaməsini elan edərkən bu yanlışlığa fikir verməmiş və qanunsuz və əsassız qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən öhdəliyin icrası zamanı əgər öhdəlik icra edən borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas borcun hesabına daxil edilir. Lakin ekspert rəy verərkən qanunun bu müddəasına əməl etməmiş, qanunsuz rəy vermişdir. Bankın məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, ödənilmiş borclar qanunvericiliyə əsasən faizdən silinmiş, hər ödənilmiş məbləğ üzrə faizdən silinməsindən sonra qalan məbləğ isə əsas borcdan silinmişdir. Qeyd edilmiş əsaslar açıq- aşkar göründüyü halda məhkəmə ekspert rəyinə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, xx.xx.2011-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin “Səbail” filialı tərəfindən Cavabdeh illik 25 faiz ödəmək şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 12000 manat məbləğində kredit verilmiş, cavabdehin mülkiyyətində olan Mercedes- Benz-S320 markalı minik avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş **********836 saylı, xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2011-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə banka xx.xx.2018-ci il tarixinə əsas borc 1347 manat, müqavilənin bitdiyi tarixinə faiz borcu 388 manat, müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 5%-lik borcu 331 manat, yuxarıda qeyd edilən kreditin sistem üzrə xx.xx.2018-ci il tarixinə faiz borcu 1075 manat təşkil edir. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 13334 saylı rəyinə əsasən Cavabdeh «xxxxxxx» ASC olan borcu xx xxxxxx 2013-cü il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 3858.33 manat, faiz borcu üzrə 380,47 manat, xx xxxxxx 2018-ci il tarixə (bütün müddət ərzində həyata keçirdiyi ödənişlər nəzərə alınmaqla) əsas borc üzrə 406,82 manat,faiz borcu üzrə 64.92 manat kimi müəyyən edilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın təmin edilməyən hissəsi üzrə təmin edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə qətnamənin ləğv edilməsi xahiş edilsə də şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə iddianın təmin olunmayan hissəsində və ona münasibətdə yoxlanılmalı, iddianın təmin edilən hissəsində və digər şəxs(lər)ə münasibətdə qətnaməyə toxunulmamalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsində tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə apellyasiya baxışı zamanı alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Buna görə də, birinci instansiya məhkəməsi iddianın əsas və faiz borcunun məbləğini tələb edilən həcmdə deyil, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş məbləğdə təmin edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar tapmadı. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddianın təmin edilməyən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçının mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-859/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3505/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3505/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver