Məhkəmə qərarları › İş №2(103)-3505/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3505/2021

06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3505/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızıznın katibliyi, Ərizəçi X11 Maraqlı şəxs2 Əlisəfa oğlunun, onun vəkili X35 oğlunun iştirakı ilə, Ərizəçi X11 (maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 Əlisəfa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-118/2020 saylı 10.01.2020-ci il tarixli qətnaməsi ilə X11 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsi təmin edilərək, 09.10.2000-ci il təvəllüdlü X19 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və bu qətnamənin fəaliyyət qabiliyyəti olmayan X7 üzərində qəyyum təyin etmək üçün əsas olması qət edilmişdir. İş materiallarından görünür ki, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) bacısı oğlu 09.10.2000-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi əsil ərizəçi Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası ilə əvəz edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 Kamil Əlisəfa oğlu ilə ailə qurmuş, həmin nikahdan 09.10.2000–ci il təvəllüdlü X19 adlı uşaqları doğulmuşdur. X1 problemlə doğulmuşdur. Belə kı, o, doğuşdan autizm sindromlu, ağıl zəifliyi, nitq və davranış pozğunluqları olan, öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında olmayan, fəalliyyət qabiliyyətli olmayan, xüsusi diqqət və qayğıya ehtiyyacı olan şəxsdir. 03 iyul 2008-ci il tarixli, 227 nömrəli Bakı şəhəri Xətai rayon qedyiyyat şöbəsi tərəfindən verilən nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X12 ilə Maraqlı şəxs2 Əlisəfa oğlu arasındakı nikah pozulmuşdur. Keçmiş əri Maraqlı şəxs2 Əlisəfa oğlu nikah pozulduqdan sonra doğuşdan autizm sindromlu, xüsusi diqqət və qayğıya ehtiyyacı olan oglu ilə qətiyyən maraqlanmamış, onun heç bir maddi və mənəvi ehtiyyaclarının ödənilməsındə iştirak etməmişdir. Ondan bu günə qədər heç bir məlumatıları yoxdur. Hətta Azərbaycan Respublikasının hüdudları daxilində olub–olmaması yaşayış yeri barəsində məlumatsızdır. X12 daha sonra ikinci dəfə X26 ilə ailə qurmuş, bu nikahdan bir sağlam övladı doğulmuşdur. 12 yanvar 2016-cı 11 tarixli 05 nömrəli Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsı tərəfindən verilmış nikahın pozulması haqqında şəhadətnaməyə əsasən ərizəçinin bacısı X26 ilə ikinci nikahı pozulmuşdur. Halhazırda doğuşdan autizm sindromlu, ağıl zəifliyi olan nitq və davranış pozğunluqları olan öz hərəkətlərinin mənasını dərk etməyən fəaliyyət qabiliyyətli olmayan xüsusi qayğıya ehtiyacı olan 09.20.2000–ci il təvəllüdlü X7 anasının vəfat etməsi, atasının da uzun müddətdir ki, xəbər alınmadığı üçün valideyn himayəsindən məhrum olmuşdur. X15 barəsində uşaq ruhi əsəb dispanserinin 242/12 nömrəli ekprizinə əsasən yüngülkəmağıllıq, ağıl zəifliyi nitq və davranış pozuntusu autizm diaqnozu qoyulmuşdur. X19 xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhəri Təhsil İdarəsinin 3№-li Xüsusi Təhsil Məktəbində təhsil alır. X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 24.10.2017-ci ildə tibbi kimissiyadan keçirilərkən hərbi xidmətə yararsız hesab olunmuş və bununla bağlı ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqədə müvafiq qeydlər aparılmışdır. Qeyd olunanları nəzərə alıb əriizənin təmin olunması xahiş edilmişdir. X5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 08.08.2006-cı il təvəllüdlü X23 və 19.03.2011-ci il təvəllüdlü X24 onun yanında qalmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən ərizə yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Qətnamədən Maraqlı şəxs2 Əlisəfa oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-118/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam nəzərə alınmamışdır, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır. Belə ki, o, X7 atası olduğundan maraqlı şəxs qismində işə cəlb olunmalı və məhkəmə iclasının vaxtı barədə ona məlumat verilməli idi. Digər tərəfdən 09 oktyabr 2000-ci il təvəllüdlü X7 qəyyumunun digər şəxsin (nənəsinin) olması onun maraqlarına toxunduğundan, pozulduğundan, məhkəmənin qətnaməsi ləğv olunmalıdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən Maraqlı şəxs2 Əlisəfa oğlunun, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən X11 izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xəzər Rayon Məhkəməsinin 2(003)-118/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09.10.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş X7 atası Maraqlı şəxs2 Əlisəfa oğlu, anası X13r. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 Əlisəfa oğlu 09.10.2000-ci il tarixdə doğulmuş X7 atasıdır. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 Əlisəfa oğlu ilə X8 nikahları pozulmuş və bununla bağlı nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 03.07.2008-ci il tarixli 227 nömrəli akt qeydləri kitabında qeyd aparılmışdır. İş materiallarında olan Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X6 nikahları pozulmuş və bununla bağlı nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12.01.2016-cı il tarixli 05 nömrəli akt qeydləri kitabında qeyd aparılmışdır. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 28.03.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Uşaq Ruhi-Əsəb Dispanseri tərəfindən təqdim edilmiş 242/12 saylı epikrizdən görünür ki, X21 12.07.2012-ci il tarixdən 23.07.2012-ci il tarixədək Uşaq Ruhi-Əsəb Dispanserində stasionar müalicədə olmuşdur. Ona “Yüngül kəmağıllıq, nitq və davranış pozuntusu, autizm elementi” diaqnozu qoyulmuşdur. İşə əlvə edilmiş edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 23 oktyabr 2019-cu il tarixli 2134 a saylı rəyindən görünür ki, X9 psixi statusu: müayinə gedişatında mimikasında qeyri-adekvat təbəssüm biruzə verir. Ünsiyyətə formal daxil olur. Verilən sualları çox vaxt dərk etmir, yerinə düşməyən qısa cavablar verir. Produktiv psixopatoloji əlamətlər (qavrama aldanmaları, sayıqlama ideyaları və s.) aşkar edilmir. Sorğu gedişatında bilik ehtiyatının olmaması, söz ehtiyatının kasadlığı, təfəkkürü konkret xarakter daşıması, abstraktlaşdırma qabiliyyətinin zəifliyi müəyyən edilir. Sadə hesablama əməliyyatlarını bacarmaması, intelektual imkanlarının çox aşağı səviyyədə olması biruzə verir. Atalar sözləri və metaforaların məcazi mənasını başa düşmür, bir sıra ümumi qəbul edilmiş anlayışlarla tanış deyil, vacib tarixi hadisələr barəsində anlayışı yoxdur. Maraq dairəsi adi tələbatları ödəməklə məhdudlaşıb, kəskin ağıl zəifliyi əlamətləri üstünlük təşkil edir. Əhval-ruhiyyəsi dəyişkəndir. Keçirilən ekspertizanın məqsədini dərk etmir. X4 imbesilik dərəcəsində oliqofreniya, nitq və davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar -təqdim edilmiş tibbi sənədlər və hal-hazırki, psixiatrik müayinənin nəticələri, anmestik məlumatlara görə toksikozla keçən hamiləlikdən çətin doğuşla anadan olması, yaşıdalrına nəzərən geri qalması, əqli gerilik ılamətləri biruzə verməsi, nitqinin qeyri-aydın olması, X18 12.07.2012-ci il tarixdən 23.07.2012-ci il tarixə kimi “yüngül kəmağıllılıq, nitq və davranışın pozutusu, autizm əlaməti” diaqnozu ilə, həmçinin, İran İslam Respublikasında müalicələrdə olması, qüsurlu uşaqlar üçün 3 saylı xüsusi məktəbdə formal təhsil alması, evdə davranış pozuntuları olması, əsəbilyi ilə əlaqədar psixiatr tərəfindən təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, narahatlığı, aqressiv hərəkətlərə yol verməsi, fiizololoji ifrazları ilə natəmixz olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, həmçinin, hazırki, müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin kasadlığı, yaddaşının və intelektinin inkişafdan xeyli geri qalması, nəzərə çarpan ağıl zəifliyi əlaməylərinin biruzə verməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. X21 öz hərəkətlərinin məmasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X21 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşin hallarından müəyyən olundu ki, X19 anadangəlmə "ağıl zəifliyi, nitq və davranış pozğunluğun" xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 23 oktyabr 2019-cu il tarixli 2134a saylı rəyinə əsasən X19 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi, X19 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, X19 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəni təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Maraqlı şəxs2 Əlisəfa oğlunun apellyasiya şikayətinə münasibət bildirərək, qeyd edir ki, 09 oktyabr 2000-ci il təvəllüdlü X7 qəyyumunu Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 97 nömrəli 16.06.2020-ci il tarixli Sərəncamı ilə X22 təyin olunmuşdur. Maraqlı şəxs2 Əlisəfa oğluna qeyd olunan Sərəcamın müvafiq məhkəmə qaydasında mübahisələndirmək hüququ izah edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir hüquqi əsas yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Maraqlı şəxs2 Əlisəfa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-118/2020 saylı 10 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar