Məhkəmə qərarları › İş №2(103)-3506/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3506/2024

13.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3506/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-695/2024 saylı 15 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh MMC arasında 5 fevral 2021-ci ildə əmək müqaviləsi bağlanmaqla əmək münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən işçi 1 ay müddətinə (2021-ci ilin 28 fevral tarixədək) Cavabdeh MMC-də Baş menecerin koməkçisi vəzifəsinə təyin edilmiş, 1 dekabr2021-ci il tarixli Əlavə Razılaşma ilə iddiaçı bar meneceri vəzifəsinə keçirilmişdir. 31 avqust 2022-ci il tarixli, BHG-TE22/130 nömrəli əmri ilə iddiaçının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir.

2. Cavabdeh MMC barəsində tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, MN0023518 saylı qərar Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(009)-468/2023-cü il tarixli qərar ilə ləğv edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1474/2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onunla bağlamış olduğu 31 avqust 2022-ci il tarixli əmrin ləğv edilməsi, müdriyyətdən işə qəbul günündən işdən çıxdığı günə qədər müddət ərzində çıxdığı bütün bayram günlərinə görə əmək haqqının ödənilməsi, cavabdehin üzərinə onun köhnə əmək kitabçasına işə qəbul və işdən çıxmağı barədə qeydlərin yazılması, 1500 manat mənəvi ziyanın tutulması, buraxılmış məcburi iş günlərinə görə əmək haqqının ödənilməsi və protokolun tələb edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə görə o, xx.xx.2021-ci il tarixdən aylıq 1.114,12 manat əmək haqqı ilə barmenecerinin köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqaviləyə müvafiq olaraq, işçinin 21 təqvim günündən ibarət illik məzuniyyəti və əlavə olaraq əlavə məzuniyyətlər nəzərdə tutulmuşdur. X5 ilə əmək müqaviləsinə əlavə və dəyişiklik edildi. O, 1.340,11 manat aylıq əmək ilə bar meneceri vəzifəsinə işə qəbul edilmiş hesab olundu. Bu sənədə görə işçinin 30 təqvim günündən ibarət illik məzuniyyəti və əlavə məzuniyyətlər nəzərdə tutulmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə işdən azad olunmuşdur. Həmin əmrlə razı deyildir. O, xx.xx.2022-ci ildə Maize Bakı Restoranında yeni işə qəbul olunmuşdur.

5. Cavabdeh MMC iddiaya yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli, EA-563/2021 saylı əmək Müqaviləsi ilə İddiaçı arasında müddətli əmək müqaviləsi imzalanmışdır. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli BHG-TE22/130 saylı əmri ilə İddiaçı Sadiq qızı ilə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar, xx.xx.2022-ci il tarixindən azad edilərək, əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin sürəti işçinin yaşadığı ünvana göndərilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 17:25-də poçt qəbzinə imza atmaqla qeyd olunan əmri və HR- 044/22 saylı məktubu almışdır. İddiaçı öz iddia ərizəsində BHG-TE22/130 saylı əmrin ləğv edilməsini tələb edir, eyni zamanda həmin iddia ərizəsində qeyd edir ki, xx.xx.2022-ci ildən Maize Bakı Restoranına işə qəbul olub. Əlavə olaraq qeyd edilməlidir ki, bu tip əmrləri ləğv etmək üçün Əmək Məcəlləsinə əsasən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilməsi qeyd edilib. Bu da öz növbəsində iddia tələbinin bu hissəsində digər tələblərlə birlikdə əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı Sadiq qızı bayram günlərinə görə əmək haqqının ödənilməsini tələb etsə də, iddia ərizəsinə hər hansı sübüt təqdim etməmişdir. Qeyd olunmalıdır ki, işçi hüququnun pozulduğu gündən Əmək Məcəlləsinə əsasən 1 il ərzində pul tələbi ilə bağlı məhkəməyə müraciət etməli idi. Nəzərə alınsa ki, iddiaçı ilə müqavilə xx.xx.2021-ci il tarixdə imzalanmış və xx.xx.2022-ci ildə xitam verildiyinə görə iddia müddəti bu hissədə də keçmişdir. İddiaçı məhkəməyə yalnız 21.02.24-cü ildə müraciət etmişdir. Əmək kitabçalarının qeydiyyatı kitabına əsasən ******* saylı əmək kitabçası 05.02.21-ci ildə işçi tərəfindən işə qəbul olunanda təqdim edilmişdir. Həmin dövrdə Cavabdeh MMC əvvəlki rəhbərlik tərəfindən idarə olunurdu. İddiaçıya mənəvi zərərə görə kompensasiyanın verilməsinin təmin olunması üçün heç bir dəlil və sübutlar irəli sürməmiş və iddia ərizəsinə əlavə olunmamışdır, sadəcə olaraq iddia ərizəsinin tələb hissəsində bir bənd kimi qeyd etmişdir. İddiaçı Sadiq qızı ƏƏMN yanında X3 protokolunu tələb etmişdir. Qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli, MN1497078 saylı protokol tərtib edilərək həmin protokolda İXM-nin 192.4-cü maddəsi qeyd edilmiş və onun əsasında xx.xx.2023-cü il tarixli, MN0023518 saylı qərar ilə İXM-nin 192.6-cı maddəsinin tətbiq olunması qərarı verilmişdir, lakin sonradan xx.xx.2023-cü il tarixli, 3(009)-468/2023cü il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərar ilə ləğv edilmiş və xx.xx.2023-cü il tarixli, 3(103)-1474/2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə isə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (qərarlar əlavə edilir). Nəzərə alınmalıdır ki, İddiaçı Sadiq qızı iddia müddətini buraxmışdır. Belə ki, o, BHG-TE22/130 saylı əmri 31.08.22-ci ildə almışdır (poçt qəbzi əlavə edilir). Cavabdeh tərəfindən təqdim olunmuş mediasiya arayışına əsəsan mediasiyanın tətbiqi barədə təklifi yalnız işdən 1 il, 1 ay, 4 gündən sonra xx.xx.2023-cü ildə göndərmişdir. Göründüyü kimi iddiaçı bütün iddia müddətlərini pozmuşdur. İddiaçı Sadiq qızı yainız xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-695/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işçi ilə əmək müqaviləsi müddətli olmaqla bağlanmışdır. Müddət bitdikdən sonra tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmaqla işçi əmək funksiyalarını yerinə yetirməkdə davam etmişdir. Lakin tərəflər arasında əmək münasibətləri 5 ilə kimi davam etdiyindən əmək müqaviləsi öz mahiyyəti etibarilə müddətli olaraq bağlanmış hesab edilir. Əmək müqaviləsi müddətli olduğundan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddət bitdikdən sonra işəgötürən tərəfindən xəbərdar edilməklə xitam verilməsində qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır.

8. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə hüquqlarının pozulmasını aşkar etməsinə baxmayaraq, hüquqlarının müdafiəsi haqqında mediasiya şurasına xx.xx.2023-cü il tarixdə, hazırkı iddia ərizəsi ilə isə məhkəməyə məhz xx.xx.2024-cü il tarixdə müraciət etmiş və bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsini təsdiq edən başqa bir fakt da ondan ibarətdir ki, iddiaçı özü ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən artıq başqa işdə çalışmağa başlamışdır. Hətta iddiaçının əmək hüquqlarının pozulmasını xx.xx.2022-ci il tarixdə bilməsi nəzərə alınsa belə, işə bərpa ilə əlaqədar yenə də qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə məhkəməyə müraciət olunmuşdur. İddiaçı tərəfindən pul tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti də ötürülmüşdür.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2, 296.3, 296.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-695/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi mövqe ilə razı deyil, o, iddia müddətini ötürməmiş, vaxtında məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. O, xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə görə xx.xx.2021-ci il tarixdən aylıq 1.114,12 manat əmək haqqı ilə bar menecerinin köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqaviləyə müvafiq olaraq, işçinin 21 təqvim günündən ibarət illik məzuniyyəti və əlavə olaraq əlavə məzuniyyətlər nəzərdə tutulmuşdur. X5 ilə əmək müqaviləsinə əlavə və dəyişiklik edildi. O, 1.340,11 manat aylıq əmək ilə bar meneceri vəzifəsinə işə qəbul edilmiş hesab olundu. Bu sənədə görə işçinin 30 təqvim günündən ibarət illik məzuniyyəti və əlavə məzuniyyətlər nəzərdə tutulmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli qanunsuz əmri ilə işdən azad olunmuşdur. Həmin əmrlə razı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, o, Cavabdeh MMC-də barmenecerin köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndində qeyd edilmişdir ki, əmək müqaviləsi 28 fevral 2021-ci il tarixədək bağlanmışdır. Müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, tərəflərdən birinin müqavilə müddəti bitdiyi tarixdə müqaviləyə xitam verilməsinə dair bildiriş təqdim etmədiyi təqdirdə, müqavilə 1 ay müddətinə uzadılmış hesab olunur. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli Əlavə Razılaşmadan görünür ki, işçi bar meneceri vəzifəsinə işə qəbul edilmişdir. 31 avqust 2022-ci il tarixli əmrin surətindən görünür ki, onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Ona görə də hesab edir ki, cavabdeh onu işdən çıxararkən AR Əmək Məcəlləsinin 45, 47, 304.2-cü maddələrinin tələblərini pozmuş, lakin məhkəmə isə buna əhəmiyyət verməmişdir. Ona görə də hesab edir ki, həmin qətnamə qanunvericiliyin tələblərinə cavab vermədiyindən ləğv olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, onunla müddətli müqavilə imzanlanmış, lakin bununla əlaqədar ona heç bir məlumat verilməmişdir. Bundan başqa bağladığı müqavilədə qeyri-iş və məzuniyyət günlərində işlədiyi müddətdə ona məvacib veriləcəyi qeyd edilmişdir. Lakin həmin məvacib verilmədi. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdikdən sonra ödənilməmiş məbləğlər geri ödənildi. Əmək müqaviləsində müqavilənin müddətli və ya müddətsiz olması ilə əlaqədar heç bir qeyd yox idi. Bütün bayram günlərində işləmişdir. Həmin günlərdə işdə olmuşdur və işlə bağlı ondan müvafiq sənədlər istənilirdi. O da öz elektron poçt ünvanı ilə həmin sənədləri göndərirdi. Lap əvvəllər onda bir əmək kitabçası idi, 2014-cü ildən əvvəl açılmışdır. Daha sonra o, iş yerindən əmək kitabçasını istəyəndə ona yeni əmək kitabçası açıldı və iş fəaliyyətinə son verilməsi ikinci əmək kitabçasında qeyd edildi. İşinə xitam verilməsinin köhnə əmək kitabçasında qeyd edilməsini tələb edir. Müvafiq əmr ləğv edilərsə, yeni iş yerindən çıxıb köhnə işinə qayıdacaq. İş fəaliyyətinə avqust ayının 31-i son verilib və əmri də həmin gün almışdır. O, əvvəl məhkəməyə müraciət etmiş, sentyabr ayına qədər məhkəmə tərəfindən ona heç bir məlumat gəlməmişdir. Məhkəmə ona qanunvericiliyə görə əvvəlcə mediasiyaya müraciət etməli olduğunu bildirdi. Sentyabr ayında da mediasiyaya müraciət etmişdir. Qeyri-iş günlərində işləməyini insan resursları qeydə almalı idi.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı işdən azad edildikdən sonra xeyli müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bundan başqa şəxs işdən azad edildikdən sonra özünə iş tapdı. İddiaçı iddia müddətini ötürmüşdür. Qarşı tərəf müvafiq əmrin ləğv edilməsini tələb edir, lakin müvafiq əmrin hansı əsasla ləğv edilməli olduğu barədə heç bir qeyd yoxdur. Maddi və mənəvi ziyanla bağlı da ddia ərizəsində heç bir əsaslandırma yoxdur. Əmək kitabçalarının ona verilmədiyini bildirir, lakin onlara təqdim olunmuş əmək kitabçasını iddiaçıya təqdim etmişlər. İddiaçının bayram günlərində işləməsi barədə heç bir məlumatı yoxdur, özü də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Qarşı tərəf Əmək müfəttişliyinə müraciət etdikdən sonra Əmək müfəttişliyi tərəfindən yanlışlığa yol verilib. Həmin qərar ləğv olunmuşdur. Daha sonra işlə bağlı heç bir əlavə sənəd, protokol tərtib edilməmişdir. Qarşı tərəf əmək müqaviləsinin müddətli olması barədə məlumatlı idi və bununla müvafiq sənədləri iş materiallarına əlavə etmişdir. Bu şirkət əvvəl başqa idarəetmədə olmuşdur, daha sonra onlara verilmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin

20.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 21.42-ci maddəsinin birinci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 22.45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 23.47-ci maddəsinin “f” bəndində göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 24.68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır. 25.73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 26.83-ci maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsininsənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 27.196.5-ci maddəsinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. 28.290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. 29.196.5-ci maddəsinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. 30.290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. 31.196.5-ci maddəsinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. 32.290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. 33.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 34.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 35.296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 36.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 37.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31.01.24-cü il tarixli qərarınвa qeyd edilmişdir ki, qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Qərarla tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadığı müəyyən edilmişdir. 38.Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd etmişdir ki, məhkəmələr tərəfindən işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki halları və tərəflərin dəlilləri hərtərəfli araşdırmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

39.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 40.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

41.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 42.Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında 5 fevral 2021-ci ildə əmək müqaviləsi bağlanmaqla əmək münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən işçi 1 ay müddətinə (2021-ci ilin 28 fevral tarixədək) Cavabdeh MMCdə Baş menecerin koməkçisi vəzifəsinə təyin edilmiş, 1 dekabr2021-ci il tarixli Əlavə Razılaşma ilə iddiaçı bar meneceri vəzifəsinə keçirilmişdir. 31 avqust 2022-ci il tarixli, BHG-TE22/130 nömrəli əmri ilə iddiaçının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. İş materiallarından göründüyü kimi mübahisələndirilən əmrdə İddiaçı Sadiq qızının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə onun müddətinin qurtarmasının səbəb olması göstərilmişdir. İddiaçı, işə qəbul olan zaman onunla bağlanan müqavilənin müddətli müqavilə olduğu barədə məlumat verilmədiyini qeyd etmişdir. 43.Apellyasiya şikayətinin dəlilləri üzrə işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, işin apellyasiya qaydasında araşdırılması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müddət bitdikdən sonrakı bir həftə keçməmiş müqaviləyə xitam verilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqqhesab aparılmış, əmək kitabçasının (iş səh. 71 – ******* nömrəli əmək kitabçasının xx.xx.2021-ci il tarixdə təhvili verməsi və xx.xx.2022-ci il tarixdə təhvil alması) təqdim edilməsi təmin edilmişdir. 44.İş materiallarına əsasən tərəflərin münasibətlərinin həqiqi xarakterinin əmək qanunvericiliyində nəzərdə tutulan təminatlara, əsas prinsiplərə zidd olduğu, müddətsiz əmək müqaviləsinin bağlanmasının iddiaçı üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədini daşıdığı, digər işçilərlə müqavilələrin eyni şərtlərlə bağlanmadığı və bu kimi işçinin hüquqlarını poza biləcək digər halların mövcudluğu müəyyən edilməmişdir. 45.İddiaçının tərəf olduğu əmək müqaviləsinin müddətli olmasından məlumatsız olduğuna, işə çıxdığı bayram günlərinə görə əmək haqqının ödənilmədiyinə, işə qəbul və işdən çıxması barədə qeydlərin cavabdehdə olan əmək kitabçasına yazılmadığına və s. barədə irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı mənəvi zərər dəyməsini əmək hüquqularının pozulması ilə əlaqələndirdiyindən, yuxarıda qeyd edilənlərə əsasən isə cavabdeh tərəfindən əmək qanunvericiliyinin hər hansı pozuntusuna yol verilməsi aşkar edilmədiyindən iddia bu hissədə də əsassızdır. 46.Kollegiya Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsaslanaraq qeyd etməyi zəruri sayır ki, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 47.Belə ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 48.Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. 49.Qeyd edilməlidir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. 50.İddia müddətinin tətbiqi məhkəmə müdafiəsi hüququnun qanuni formada məhdudlaşdırılmasına, yəni hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəblərdən biridir. Belə ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. 51.İş materiallarından da görünür ki, tərəflər arasında bağlanmış 5 fevral 2021-ci il tarixli EA-563/2021 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 31 avqust 2022-ci il tarixində xitam verilmiş, iddiaçı əmrin surətini xx.xx.2022-ci il tarixdə, saat 17:25-də poçt qəbzinə imza atmaqla rəsmi şəkildə qəbul etmiş, ******* nömrəli əmək kitabçasını isə xx.xx.2022-ci il tarixdə təhvil almışdır. Buna baxmayaraq iddiaçı hüquqlarının pozulduğunu bildiyi yuxarıda qeyd edilən tarixlərdən bir ildən artıq müddət keçəndən sonra 2023-cü ilin oktyabr ayında Bakı 9 saylı Mediasiya Təşkilatına, daha sonra da xx.xx.2024-cü il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da o əmək mübahisələrinin, o cümlədən pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin məhkəmə qaydasında həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətlərini ötürmüşdür. 52.Qeyd edilməlidir ki, İddiaçı eyni iddia ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməsi, həmin iddianın məhkəmənin xx.xx.2023-cü il tarixli 2(009)-1630/2023 saylı qərardadı ilə geri qaytarılması iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımının kəsilməsinə və iddia irəli sürüldüyü gündən geri qaytarıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmasına əsas deyildir. 53.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 54.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 55.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-695/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar