Məhkəmə qərarları › İş №2(103)-3507/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3507/2025

05.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3507/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi cəlb edilməklə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbi barədə ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-2651/2025 nömrəli qətnaməsindən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi cəlb edilməklə “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-2651/2025 nömrəli qətnaməsi ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi”nə dair ərizələrinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-2651/2025 nömrəli qətnaməsindən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahatlarında apellyasiya şikayətinin, yalnız Ərizəçi1 tərəfindən imzalanmasının səbəbi kimi onlara şikayətin hər ikisi tərəfindən imzalanmalı olmasının izah olunmaması ilə bağlı olduğunu göstərmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinə rəsmi qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Mddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işin sənədlərindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-2651/2025 nömrəli qətnaməsindən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 birlikdə apellyasiya şikayəti versələr də, həmin şikayət Ərizəçi2 tərəfindən imzalanmamışdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti imzalanmamışdırsa geri qaytarılmalı, bu hal aradan qaldırıldıqdan sonra isə şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququna malikdir. İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasiyanın mümkünlüyü barədə 23 may 2025-ci il tarixli 2(103)-3507/2025 nömrəli qərardad ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılaraq Ərizəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilib şikayət Ərizəçi2 münasibətdə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366, 384 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Apellyasiyanın mümkünlüyü barədə 23 may 2025-ci il tarixli 2(103)-3507/2025 nömrəli qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın, Ərizəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Ərizəçi2 münasibətdə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar