Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3510/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh və nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 nömrəli 26 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öz əmlakları ilə birlikdə xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabanı küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15, Yeni qaydalarla: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, giriş 50, M4, m3 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15 (Yeni qaydalarla: AZ 1070, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Belə ki, həmin mənzili 29 avqust 2023-cü il tarixdə mənzilin əvvəlki mülkiyyətçisi X3 İP-00193-00/23A nömrəli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsi ilə almışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən sözügedən mənzil xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam payda mülkiyyətindədir. Mülkiyyətində olan mənzili ipoteka müqaviləsinə əsasən aldığı üçün, ödənişləri vaxtı-vaxtında ödəmiş və bır gün olsun belə gecikməsi olmamışdır. Hal-hazırda da ipoteka müqaviləsinə əsasən götürdüyü öhdəlikləri icra etməkdə davam edir. Mülkiyyətimdə olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15 (Yeni qaydalarla: AZ 1070. Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, giriş 50, M4, m3 ünvanında yerləşən mənzili) Cavabdeh kirayə vermişdir. Cavabdehə dəfələrlə şifahi qaydada bağlanan kirayə müqaviləsinin şərtlərini pozduğunu bildirsə də, o, həmin mənzildə yaşamağa davam etmiş və oranı tərk edib təhvil verməmişdir. Eyni zamanda cavabdehin mənzildə yaşamasına baxmayaraq, heç bir kirayə haqqı ödəmir. Şifahi qaydada bağlanmış kirayə müqaviləsinin pozulma səbəbi də, Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməməsi olmuşdur. Yuxarıda qeyd etdiklərinə əsasən bildirir ki, Cavabdeh, mülkiyyət hüquqi əsasındə ona məxsus olan mənzildə heç bir hüquqi əsas olmadan yaşayır. Hesab edir ki, cavabdeh tərəfindən mülkiyyət hüquqları məhdudlaşdırıldığı üçün, Cavabdeh sözügedən mənzildən çıxarılması barədə qətnamə qət edilməlidir. Ona görə də mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan hesab edir ki, Cavabdeh mülkiyyət hüquqi əsasında ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15 (Yeni qaydalarla: AZ 1070, ünvan 3 ünvanında yerləşən mənzildən indiyədək çıxmaması mülkiyyət hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməli və bu hüququnu məhkəmə qaydasında bərpa olunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 nömrəli 26 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh öz əmlakı ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabanı küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15, (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması, Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmənin 01 may 2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh növbəti dəfə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab olunaraq, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3510/2025 nömrəli 22 may 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və şikayət apellyasiya icraatına qəbul edilmişdir. Hazırda məhkəməyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusu daxil olmuşdur. Sorğuda müvafiq prosessual hərəkətlərin icra edilməsi zərurəti yarandığından mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş edirlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili mülki işin baxışdan çıxarılaraq, birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etdiklərini bildirdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Hazırki halda kollegiya hesab edir ki, müvafiq prosessual hərəkətin yerinə yetirilməsi üçün mümkünlük qərardadının ləğv edilmədən, mülki iş baxışdan çıxarılmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3510/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3510/2025
17.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver