Məhkəmə qərarları › İş №2(103)-3511/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3511/2021

04.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3511/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Qurbanova Humay Məhəmməd qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkli Vəkil, Cavabdeh və onun vəkli X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(005)- 971/2019 saylı qərardadından Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-971/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. İş üzrə Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli, 2(005)-971/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş, müvafiq şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli 2(005)- 971/2019 saylı qərardadı ilə geri qaytarılmışdır. Qeyd edilən qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi, apelyasiya şikayətinin baxılması üçün müvafiq apelyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-971/2019 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış, şikayət, 2(005)-971/2019 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7856/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Daha sonra Cavabdeh xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək, müddətin bərpa edilməsini və mülki işin Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli 2(005)-971/2019 saylı qərardadı ilə Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-971/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Qeyd edilən qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini, apelyasiya şikayəti verilməsinin prosessual müddətinin bərpa edilməsini və apelyasiya şikayətinin baxılması üçün Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2(005)-971/2019 №-li iş üzrə Bakı şəhəri Nərimamov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavad - zadə Mir - Riad Mir - Məmməd oğlunun Cavabdeh qarşı torpaq sahəsinin boşaldılaraq sahibliyə qaytarılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, torpaq sahəsinin boşaldılaraq sahibliyə qaytarılması və 20745 manatın tutulması qət edilmişdir. Həmin iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə apelyasiya şikayətinin verilməsinin prosessual müddətinin bərpa edilməsi haqqında ərizəsi təmin edilməmişdir. Qərardad əsassız olduğuna görə, ləğv və apelyasiya şikayətinin verilməsinin prosessual müddəti bərpa edilməlidir. Obyektiv həqiqət bundan ibarətdir ki, qətnamənin mövcudluğu ona icra icraatı zamanı məlum olmuşdur. Əvvəlcə belə düşünmüşdür ki, tələbkarla reallığa, həqiqətə uyğun bir məbləğin ödənilməsində razılığa gələ biləcək. Lakin iddiaçı ondan həqiqətə uyğun olmayan məbləğ tələb etdiyinə görə, qətnaməni alaraq, onun tələb etdiyi məbləğin necə müəyyənləşdirildiyini aydınlaşdırmaq istəmişdir. Rəsmi müraciət edərək, 2020-ci il avqustun 12-də qətnaməni almışdır. İddiaçının real rəqəmləri və müddətləri təhrif etdiyini görüb, qətnamədən avqustun 13-ü şikayət vermişdir. İşdə qətnamənin daha əvvəl verilməsinə aid poçt qəbzi var idi. Müddətin bərpası haqqında ərizə vermədiyinə görə, məhkəmə şikayətini geri qaytarmışdır. Həmin qərardaddan verdiyi şikayət də 2020-ci il oktyabrın 07-də Bakı Apelyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. O, qeydiyyatda olduğu ünvanda yox, faktiki olaraq Xaçmaz rayonunda yaşayır. Ola bilər ki, qətnaməni qeydiyyat ünvanında yaşayan kimsə almışdır. Həmin qəbzdəki imza ona məxsus deyil. Qətnamə ona verilməmişdir. Məhz buna görə də, 2020-ci il avqust ayında qətnaməni özü alandan sonra müddətin bərpası barədə ərizə verməmişdir. Çünki qətnaməni onun əvəzinə başqa birinin aldığından məlumatı olmayıb. Məhkəmə qərardadını belə əsaslandırmışdır ki, ona münasibətdə fərdi üzrlü səbəb yoxdur. Əvvəla üzrlü səbəb var - qətnamə onun yaşamadığı ünvana göndərilib və orada qətnaməni o yox, başqa adam alıb və ona təqdim etməyib və qəbzdəki imza da ona məxsus deyil. İkincisi isə, məhkəmə bu əhəmiyyətli üzrlü səbəbini niyə qəbul etmədiyini qərardadında əsaslandırmamışdır. Həmçinin o, müddətin bərpası haqqında ərizəsinə baxılması iclası barədə də bildiriş və ya məlumat almamışdır. Əks təqdirdə, məhkəmə iclasında iştirak edərək, qətnaməni almaq haqqında qəbzdəki imzanın ona məxsus olmadığını müəyyən etmək üçün ekspertiza təyin edilməsini də tələb edəcəkdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-971/2019 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış, şikayət, 2(005)-971/2019 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, onun vəkili şikayətin təmin olunmasnı məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edəb iddiaçının nümayəndəsi və vəkili şikayətin rədd olunmasnı məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 971/19 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzrlü səbəblər sırasına şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və sair bu kimi hallar aid edilə bilər. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Həmçinin, kollegiya qeyd edir ki, Qətnamə xx.xx.2019-cu il tarixli məktubla xx.xx.2019-cu il tarixli poçt reyestri ilə cavabdehə göndərilmişdir. Qeyd edilən iş üzrə qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra tədbirlərinə başlanılmışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə iş üzrə başlanılmış icra hərəkətləri zamanı izahat vermiş və tələbin könüllü icrası haqqında bildiriş imza etməklə qəbul etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixdə apelyasiya şikayətini, sonra isə prosessual müddətin bərpasıbarədə ərizəni məhkəməyə təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(005)-971/2019 saylı qərardadı əsaslı şəkildə qəbul edilmişdir və onun ləğvi üçün əsas yoxdur Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(005)-971/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar