Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3511/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 1 saylı Nəqliyyat İdarəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti cəlb olunmaqla) “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-119/2022 saylı, 24.02.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti cəlb olunmaqla cavabdehlər Cavabdeh2 1 saylı Nəqliyyat İdarəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh “AZNEFT’’ İstehsalat Birliyinin 1 saylı Nəqliyyat İdarəsi tərəfindən İddiaçı Əlif oğlunun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70/ç maddəsi ilə xitam verilməsinə dair 709-K saylı 23 noyabr 2021-ci il tarixli əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı cavabdeh “AZNEFT” İB-nin 1 saylı Nəqliyyat İdarəsində quyuların sementlənməsi üzrə maşinist vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2(094)-119/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)- 119/2022 saylı 24 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 cəlb olunmaqla cavabdehlər Cavabdeh2 1 saylı Nəqliyyat İdarəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti AZNEFT” İstehsalat Birliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)- 119/2022 saylı 24 fevral 2022-ci il tarixli qərardadı 07 mart 2022-ci il tarixində elekton məhkəmə kabinetinə yerləşdirildiyi üçün həmin qərardaddan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət iddiaçı tərəfindən buraxılmamışdır. Hesab edirlər ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-119/2022 saylı 24 fevral 2022-ci il tarixli qərardadı lazımi iş üzrə təqdim edilmiş sənədlər və iddia ərizəsində qeyd edilənlər lazımi qaydada araşdırılmadan qəbul edildiyi içün həmin qərardad ləğv edilməli, İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarının çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhz bu maddənin tələblərini rəhbər tutaraq İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə edilmişdir. Cavabdeh qismində olan və işçi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsi ilə əmək müqaviləsinə xitam verən Cavabdeh2 1 saylı Nəqliyyat İdarəsini cavabdeh qismində elektron məhkəmə informasiya sisteminə daxil edərkən həmin idarənin VÖEN-ini müəyyən etmək mümkün olmamışdır. Belə ki, Cavabdeh2 1 saylı Nəqliyyat İdarəsini hüquqi şəxs qismində cəlb edərkən onun VÖEN-i aşkar edilmədiyi üçün cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2 də cəlb etməklə elektron məhkəmə informasiya sisteminə daxil etmişdir. Bununla da bağlı qeydlərini iddia ərizəsinin giriş hissəsirdə qeyd etmişdir. Həmin qeyddən də göründüyü kimi, Cavabdeh2 1 saylı Nəqliyyat İdarəsini cavabdeh qismində elektron sistemə salmaq üçün araşdırma aparılan zaman kommersiya qurumlarının reyestrində VÖEN-ini aşkar etmək mümkün olmamışdır. O səbəbdən, ARDNŞ Cavabdeh2 “AZNEFT” İstehlsalat Birliyi 1 saylı Nəqliyyat İdarəsi ilə birlikdə cavabdeh qismində cəlb edilmişdir. Bildirilir ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsi ilə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri əsasında işəgötürən qismində çıxış edən Cavabdeh2 1 saylı Nəqliyyat İdarəsi tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilmişdir. Bundan başqa, Həmkarlar İttifaqının 22 noyabr 2022-ci il tarixli protokolunda da 2 saylı XTS-nin quyuların sementlənməsi üzrə maçinist İddiaçı ilə Cavabdeh2 1 saylı Nəqliyyat İdarəsi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70/ç maddəsinə əsasən xitam verilməsinə etiraz edilmədiyi və edilmiş təklifin məqsədə uyğun sayıldığı qeyd olunmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi öz qərardadında iddiaçının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2 cavabdeh tərəf kimi qoymalı olduğu halda tələbini Cavabdeh2 1 saylı Nəqliyyat İdarəsinə qarşı müəyyən etdiyini bildirmişdir. İddiaçı ilə əmək müqaviləsi Cavabdeh2 1 saylı Nəqliyyat İdarəsi arasında bağlanmış, əmək müqaviləsinə xitam verilməsi barədə əmr adı qeyd edilən idarə tərəfindən verilmiş, əmək kitabçası da həmin İdarə tərəfindən möhürlənib imzalanmışdır. Bu səbəbdən hesab edir ki, tələbin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2nə qarşı yönəldilməsinin heç bir əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2 ilə İddiaçı arasında hər hansı bir əmək müqaviləsi bağlanılmamış, hər hansı bir əmək münasibətləri yaranmamışdır. Əgər iddiaçı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2nə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbini irəli sürmüş olsaydı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2 tərəfindən işçi ilə qeyd edilən müəssisə arasında hər hansı bir əmək münasibətinin olmadığı, mübahisələndrilən əmrin onlar tərəfindən verilmədiyi məhkəmədə bildiriləcəkdi. Yuxarıda da qeyd etdiyi kimi, iddia tələbində cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2 qoyulmasının əsas səbəbi onun kommersiya hüquqi şəxslərin reyestrindən çıxarışda hüquqi şəxsi qismində qeydiyyatda olması “AZNEFT” İstehalat Birliyinin 1 saylı Nəqliyyat İdarəsinin VÖEN-nin aşkar edilməməsi olmuşdur. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl ilkin mediasiya iclasında iştiak edilməsi məqsədi ilə Cavabdeh2 1 saylı Nəqliyyat İdarəsinə bildiriş göndərilmiş və 22 dekabr 2021-ci il tarixində cavabdeh təşkilat tərəfindən qeyd edilən bildiriş alınmışdır. Həmin bildirişi aldıqdan sonra mediasiya iclasında iştirak etməməklə yanaşı təklifin onlara göndərilib göndərilməməli olması barədə də cavabdeh təşkilat tərəfindən heç bir münasibət bildirilməmişdir. Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, e-2(094)-119/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2 cavabdeh tərəf kimi qoymalı olduğu halda, tələbini Cavabdeh2 1 saylı Nəqliyyat İdarəsinə idarəsinə qarşı müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. İddia ərizəsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2 ünvanı ünvan 1 Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində əmrin ləvğ edilməsi və işə bərpa olunmasını xahiş etsədə, cavabdehlərin hər birinə qarşı yönələn tələbi göstərilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi iddia ərizəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə istinad etməklə ərazi aidiyyəti qaydalarının pozulması səbəbi ilə geri qaytarılmasına istinad etsə də, nəzərə almamışdır ki, bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Bundan başqa, iddiaçının mübahisələndirdiyi əmək müqaviləsinə xitam verilməsinə dair əmri qəbul edən hüquqi şəxsin onun iddiasına cavab verən şəxs qismində işə cəlb etməsi iddia ərizəsinin geri qaytarılması üçün əsas deyil. Məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılmasını əsaslandırdığını qeyd etdiyi hallar işin araşdırılması zamanı müəyyən edilməli olan hallardır. Bundan başqa, iş materiallarında görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən əmək müqaviləsinə xitam verilməsinə dair 709-K saylı, 23 noyabr 2021-ci il tarixli əmr “Azneft” İB 1 saylı Nqəliyyat İdarəsi tərəfindən qəbul edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadda istinad etdiyi əsaslarla iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmamışdır. Ona görə də qərardad ləğv olunmalı, qeyd olunan hallar araşdırılmaqla iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-119/2022 saylı, 24.02.2022-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3511/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3511/2022
19.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver