Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3511/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı4, X5, İddiaçı3, İddiaçı2, İddiaçı7, İddiaçı6 Ələsfər oğlunun, İddiaçı5 cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 MMC-yə, Cavabdeh3 qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyi və X26 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) birinci, iddiaçılar X14, X6, X15 cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyi və X26 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) ikinci iş mülki üzrə (Açar sözlər: öhdəliklərin lazımi qaydada icra edilməməsi, müqavilə üzrə hüquqların istifadəsinə yaradılmış məhdudiyyətlərin və maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X11, Birinci iş üzrə iddiaçılar İddiaçı4, İddiaçı7, İddiaçı6, İddiaçı5, İkinci iş üzrə iddiaçı X14, Birinci iş üzrə iddiaçılar İddiaçı4, X5, İddiaçı7, İddiaçı5 nümayəndəsi və vəkili Vəkil7, Birinci iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı6 Ələsfər oğlunun, ikinci iş üzrə iddiaçılar X14, X6, X15 nümayəndəsi və vəkili Vəkil5, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 iştirakı ilə, İddiaçılar İddiaçı4, X5, İddiaçı3, İddiaçı2, İddiaçı7, İddiaçı6 Ələsfər oğlunun, İddiaçı5 cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 MMC-yə, Cavabdeh3 qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyi və X26 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “öhdəliklərin lazımi qaydada icra edilməməsi, müqavilə üzrə hüquqların istifadəsinə yaradılmış məhdudiyyətlərin və maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi” tələbinə dair birinci, iddiaçılar X14, X6, X15 cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyi və X26 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “qanunsuz tikilinin sökülməsi” tələblərinə dair ikinci mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-48/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı4, X17, İddiaçı3, X18, X23, X24, X19, İddiaçı7, İddiaçı6 Ələsfər oğlu və İddiaçı5, cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MMC və Cavabdeh3, Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində İddiaçı5 arasında bağlanılmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən satıcı Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 176 kv.m. ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m. qiyməti 2.273,29 manat müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 400.099 manat təşkil etmişdir. Bu müqavilə imzalanan gün “Alıcı” 400.099 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür. “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihəsmeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “İstismara qəbul Aktı”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir. Cavabdeh1 MTK tərəfindən İddiaçı5 verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən o, xx.xx.2021-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi tam etmiş və onun Cavabdeh1 MTK-ya borcu qalmamışdır.
2. “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində X20 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m. ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m. qiyməti 2.400,70 manat müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 399.000 manat təşkil etmişdir. Bu müqavilə imzalanan gün “Alıcı” 399.000 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür. “Satıcı”nın aşağıda göstərilən tikintiquraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “İstismara qəbul Aktı”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir. Cavabdeh1 MTK tərəfindən X16 verilmiş maliyyə arayışına əsasən o, xx.xx.2020-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi tam etmiş və onun Cavabdeh1 MTK-ya borcu qalmamışdır.
3. “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində İddiaçı2 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m. ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m. qiyməti 1.950 manat müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 344.623,50 manat təşkil etmişdir. Bu müqavilə imzalanan gün “Alıcı” 344.623,50 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür. “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “İstismara qəbul Aktı”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir. İş üzrə Cavabdeh1 MTK tərəfindən İddiaçı2 verilmiş maliyyə arayışına əsasən o, xx.xx.2017-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi tam etmiş və onun Cavabdeh1 MTK-ya borcu qalmamışdır.
4. “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində İddiaçı1 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 194,67 kv.m. ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m. qiyməti 2.200 manat müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 428.724 manat təşkil etmişdir. “Satıcı”nın aşağıda göstərilən tikintiquraşdırma işlərini layihəsmeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “İstismara qəbul Aktı”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir. İş üzrə Cavabdeh1 MTK tərəfindən X13 verilmiş maliyyə arayışına əsasən o, xx.xx.2020-ci il tarixində həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi tam etmiş və onun Cavabdeh1 MTK-ya borcu qalmamışdır.
5. “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində İddiaçı3 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m. ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m. qiyməti 2.200 manat müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 511.148 manat təşkil etmişdir. “Satıcı”nın aşağıda göstərilən tikintiquraşdırma işlərini layihəsmeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “İstismara qəbul Aktı”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir. Cavabdeh1 MTK tərəfindən İddiaçı3 verilmiş maliyyə arayışına əsasən o, xx.xx.2019-cu il tarixində həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi tam etmiş və onun Cavabdeh1 MTK-ya borcu qalmamışdır.
6. “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində İddiaçı7 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 11-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 145 kv.m. ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m. qiyməti 2.206,90 manat müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 320.000 manat təşkil etmişdir. “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 5 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “İstismara qəbul Aktı”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir. Cavabdeh1 MTK tərəfindən ona verilmiş maliyyə arayışına əsasən o, xx.xx.2022-ci il tarixində həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi tam etmiş və onun Cavabdeh1 MTK-ya borcu qalmamışdır..
7. “Podratçı” qismində Cavabdeh1 MTK ilə “Sifarişçi” qismində İddiaçı6 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında mənzil hissəsinin tikintisi haqqında 1/05 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “Sifarişçi”nin çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7ci mərtəbəsində, sahəsi 50,00 kv.m.-dən ibarət mənzilin hissəsini tikib “Sifarişçi”yə təhvil verilməsinə, “Sifarişçi” isə öz növbəsində tikilən mənzil hissəsini qəbul etməsinə və həmin mənzil hissəsinin haqqını bu Müqaviləsinin şərtlərinə uyğun şəkildə ödəməsinə dair üzərlərinə öhdəliklər götürmüşlər. Bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin hissəsi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, “Müqavilə No26” ilə “Sifarişçi”nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 160,00 kv.m-dən ibarət təmirsiz mənzil ümumilikdə 221,35 kv.m-dən ibarət olmaqla 4 otaqdan və köməkçi sahələrdən ibarətdir. “Podratçı” bu Müqavilədə göstərilən şərtlər daxilində qeyd edilən mənzili – elektrik və qaz xətlərinin mənzilin girəcəyinə qədər, su və kanalizasiya xəttlərinin mənzilin şaxtasına kimi təmin etməklə, otaqlarda və eyvanlarda plastik pəncərə və plastik qapılar olmaqla (daxili qapılar istisna olmaq şərti ilə) həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tikinti işlərini başa çatdıraraq natura şəklində “Sifarişçi”yə təhvil verir. Tikilən mənzilin ümumi sahəsinin oxdan-oxa 1 kv.m-nin qiyməti 1600 manat müəyyən edilmişdir. Müqavilə üzrə nəzərdə tutulmuş mənzil hissəsinin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 80.000 manat təşkil etmişdir. “Sifarişçi” mənzil hissəsinin 80.000 manat olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür. “Podratçı”nın layihə-smeta sənədlərinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini təmin etmək vəzifələrinə daxil edilmişdir.
8. “Podratçı” qismində Cavabdeh1 MTK ilə “Sifarişçi” qismində İddiaçı6 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında qaraj tikintisi haqqında 03 nömrəli, xx.xx.2017ci il tarixli müqaviləyə əsasən “Sifarişçi”nin çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında 2 ədəd qaraj tikib “Sifarişçi”yə təhvil verilməsinə, “Sifarişçi” isə öz növbəsində onun sifarişi ilə tikilən qarajı qəbul etməsinə və həmin qarajın haqqını bu Müqaviləsinin şərtlərinə uyğun şəkildə ödəməsinə dair üzərlərinə öhdəliklər götürmüşlər. “Podratçı” bu Müqavilədə göstərilən şərtlər daxilində qeyd edilən qarajı həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tikinti işlərini başa çatdıraraq natura şəklində “Sifarişçi”yə təhvil verir. Müqavilə üzrə nəzərdə tutulmuş 2 ədəd qarajın qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 60.000 manat təşkil etmişdir. “Sifarişçi” qarajın haqqını 60.000 manat olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür. “Podratçı”nın layihə-smeta sənədlərinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini təmin etmək vəzifələrinə daxil edilmişdir.
9. “Tikinti Şirkəti” qismində Cavabdeh1 MTK ilə “Əmlak Mülkiyyətçisi” qismində İddiaçı6 arasında bağlanmış 26 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat və **********36-05101-093010 reyestri nömrəsi ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarış ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112,97 kv.m-dən ibarət mənzili sökülmək üçün Cavabdeh1 MTK-nə təhvil verməyi, bu Müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Bu müqavilənin 1.1.3 bəndində göstərilən müddəalar üstün olmaq şərti ilə “Tikinti şirkəti” ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan mənzilin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 7-ci mərtəbəsində 136,00 kv.m.-dən ibarət təmirli mənzilləri “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Əmlak mülkiyyətçisi” onun mülkiyyətinə verilməməsi nəzərdə tutulmuş təmirli mənzilin təmirindən imtina edir. “Tikinti şirəkti” təmir üçün nəzərdə tutulmuş 1 kv.m. üzrə 300,0 manat olmaqla 136,0 kv.m. x 300,0 manat = 40.800,0 manat məbləğində pulun əvəzi olaraq həmin mənzilə əlavə edilməsi şərti ilə daha 40.800,0 / 1.700,0 = 24,0 kv.m. ibarət sahəni və ümumilikdə 160,00 kv.m-dən ibarət təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi üzərinə götürür. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırdıqdan və “Əmla mülkiyyətçisi”nə bu barədə yazılı məlumat verildikdən sonra növbəti 5 ay da daxil olmaqla onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə xx.xx.2017-ci il tarixindən başlayaraq “Əmlak mülkiyyətçisi”nə aylıq 700,0 manat məbləğində kirayə haqqını nağd və ya köçürmə yolu ilə əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödəyir, “Əmlak mülkiyyətçisi”nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir.
10. Cavabdeh1 MTK tərəfindən İddiaçı6 verilmiş maliyyə arayışına əsasən o, Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında ümumi sahəsi 50,0 kv.m.-dən ibarət mənzil üçün 80.000 manat məbləğində kooperativin xəzinəsinə xx.xx.2017-ci il tarixdə ödəniş keçirmişdir.
11. “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində Cavabdeh3 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair O- 2/01 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 106,39 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsini tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etməyi və həmin sahənin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər.
12. Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli, O-2/01 nömrəli müqaviləsinə 1 saylı Əlavəyə əsasən Cavabdeh1 MTK-nın Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının ikinci giriş, 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üçün alıcı Cavabdeh3 öhdəliyi aşağıdakı şərtlərlə Cavabdeh1 MTKya verir: ümumi sahəsi 106,39 kv.m. ibarət qeyri-yaşayış sahəsinin tikintisinə görə Cavabdeh1 MTK-ya tam ödənişi müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürür, qeyri-yaşayış sahəsini natura şəklində qəbul etdikdən sonra qeyri-yaşayış sahəsinə quraşdırılacaq su, elektrik, qaz sayğaclarının, qaz detektorunun dəyərini və telefon kabelləşməsi işlərinin, qeyri-yaşayış sahəsinin sığorta haqqlarından əlavə bütün kommunal, o cümlədən liftin istismarı, blokların işıqlandırılması, abadlıq, daimi suyun təchizi, havalandırılma sistemlərinin xərclərini, mühafizə xidmətinin haqqnını müəyyən edilmiş məbləğdə ödəməyi öhdəsinə götürür. Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2019-cu il tarixli, O-2/01 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çox mənzilli yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi 106,39 kv.m. ibarət olmaqla, qeyri-yaşayış sahəsi üçün tam ödənişi kooperativin xəzinəsinə xx.xx.2019-cu il tarixdə ödəmişdir.
13. “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində Cavabdeh3 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair O- 1/01 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 301,36 kv.m. ibarət və 2-ci girişinin 2-ci mərtəbəsində ümumi sahəsi 104,16 kv.m. ibarət, ümumilikdə 405,52 kv.m. olan qeyri-yaşayış sahəsini tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etməyi və həmin sahənin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər.
14. Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair O-3/01 nömrəli müqaviləyə 1 saylı Əlavəyə əsasən Cavabdeh1 MTK-nın Bakı şəhəri, Səbail rayonu, Leopold vəMstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inda etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının ikinci giriş, 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üçün alıcı Cavabdeh3 öhdəliyi aşağıdakı şərtlərlə Cavabdeh1 MTK-ya verir: ümumi sahəsi 405,52 kv.m. ibarət qeyri-yaşayış sahəsinin tikintisinə görə Cavabdeh1 MTK-ya tam ödənişi müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürür, qeyri-yaşayış sahəsini natura şəklində qəbul etdikdən sonra qeyri-yaşayış sahəsinə quraşdırılacaq su, elektrik, qaz sayğaclarının, qaz detektorunun dəyərini və telefon kabelləşməsi işlərinin, qeyri-yaşayış sahəsinin sığorta haqqlarından əlavə bütün kommunal, o cümlədən liftin istismarı, blokların işıqlandırılması, abadlıq, daimi suyun təchizi, havalandırılma sistemlərinin xərclərini, mühafizə xidmətinin haqqnını müəyyən edilmiş məbləğdə ödəməyi öhəsinə götürür. Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2019-cu il tarixli, O-1/01 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çox mənzilli yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi 301,36 kv.m. və eyni girişin 2-ci mərtəbəsində sahəsi 104,16 kv.m. ibarət olmaqla, ümumi sahəsi 405,52 kv.mdən ibarət qeyri-yaşayış sahəsi üçün tam ödənişi kooperativin xəzinəsinə xx.xx.2019-cu il tarixdə ödəmişdir.
15. “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində Cavabdeh3 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair O- 3/01 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 62,80 kv.m.dən ibarət və 3-cü girişinin 2-ci mərtəbəsində ümumi sahəsi 597,34 kv.m.-dən ibarət, ümumilikdə 660,14 kv.m. olan qeyri-yaşayış sahəsini tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etməyi və həmin sahənin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər.
16. Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair O-3/01 nömrəli müqaviləsinə 1 saylı Əlavəyə əsasən Cavabdeh1 MTK-nın Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inda etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının ikinci giriş, 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üçün alıcı Cavabdeh3 öhdəliyi aşağıdakı şərtlərlə Cavabdeh1 MTK-ya verir: ümumi sahəsi 660,14 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin tikintisinə görə Cavabdeh1 MTK-ya tam ödənişi müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürür, qeyri-yaşayış sahəsini natura şəklində qəbul etdikdən sonra qeyri-yaşayış sahəsinə quraşdırılacaq su, elektrik, qaz sayğaclarının, qaz detektorunun dəyərini və telefon kabelləşməsi işlərinin, qeyri-yaşayış sahəsinin sığorta haqqlarından əlavə bütün kommunal, o cümlədən liftin istismarı, blokların işıqlandırılması, abadlıq, daimi suyun təchizi, havalandırılma sistemlərinin xərclərini, mühafizə xidmətinin haqqnını müəyyən edilmiş məbləğdə ödəməyi öhəsinə götürür. Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2021-ci il tarixli O-3/01 nömrəli müqaviləsinə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çox mənzilli yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində sahəsi 62,80 kv.m. və eyni girişin 2-ci mərtəbəsində sahəsi 597,34 kv.m. ibarət olmaqla, ümumi sahəsi 660,14 kv.mdən ibarət qeyri-yaşayış sahəsi üçün tam ödənişi kooperativin xəzinəsinə xx.xx.2021-ci il tarixdə ödəmişdir.
17. “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində X18 arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 3/H4h2 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 3-cü girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 125 kv.m. ibarət mənzili tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m-nin qiyməti 2.200 manat müəyyən edilir. Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 275.000 manat təşkil edir. Müqavilə imzalanan gün “Alıcı” 275.000 manat məbləği tam ödəməyi öhdəsinə götürür. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən X1 xəzinəsinə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi tam etmiş və onun Cavabdeh1 MTK-ya borcu qalmamışdır.
18. Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən X23 xx.xx.2018-ci il tarixli, 1/12h nömrəli müqaviləsinə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında 45 kv.m. mənzil hissəsi üçün 2.875,00 manat məbləğində kooperativin xəzinəsinə xx.xx.2020-ci il tarixində ödəniş keçirdi və şirkətə heç bir borcu yoxdur.
19. “İlkin icarəyə verən” qismində Maraqlı şəxs2 ilə “İlkin icarəçi” qismində Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin icarə müqaviləsinə əsasən “İlkin icarəyə verən” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində çoxmənzilli yaşayış binasının 3, 4 və 5-ci girişinin 1-ci mərtəbəsində və həyətdə yerləşən, sahibliyində və öz istifadəsində olan ümumi 1.539,67 kv.m. qeyri-yaşayış sahəsini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ilkin icarəyə verməyi öz öhdəsinə götürür. “İlkin icarəçi” icarə obyektini istifadəsinə qəbul edib əvəzində “İlkin icarəyə verən”ə bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir. Müqaviləyə əsasən icarə müddəti 10 il müəyyən edilir və icarə müddəti “İcarə müddəti”nin açılışı tarixdən hesablanmağa başlayacaqdır. “İlkin icarəçi” “İlkin icarəyə verən”ə icarə haqqının hesablanmasına başlayan tarixdən etibarən vergilər daxil 29.000 manat məbləğində, bu müqavilə ilə müəyyənləşdirilmiş icarə müddəti ərzində, sabit aylıq icarə haqqı ödəyəcəkdir.
20. “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində Maraqlı şəxs1 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair QY- 06/04-01 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 412,81 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsini “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etməyi və həmin sahənin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. Tikilən qeyriyaşayış sahəsinin oxdan-oxa 1 kv.m. qiyməti 2.500 manat müəyyən edilir. Bu müqavilə üzrə nəzərdə tutulmuş ümumi sahəsi 412,81 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin qiyməti ümumilikdə bütün vergilər də daxil olmaq şərti ilə 1.032.025,00 manat təşkil edir. İş üzrə Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli QY-06/04-01 nömrəli müqaviləsinə əsasən Cavabdeh1 MTK-nın Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində ümumi sahəsi 412,81 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi üçün tam ödənişi 1.032.025,00 manat məbləği kooperativin xəzinəsinə xx.xx.2023-cü il tarixdə ödəmişdir. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdən tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs1 mülkiyyətindədir.
21. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakn Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində yerləşən 7,9,11,13,15 saylı evin 3 saylı mənzili (Yeni qaydalarla: AZ1001, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, 15,M8,m3) xx.xx.2023-cü il tarixdən tam mülkiyyət hüququ üzrə X14 mülkiyyətindədir.
22. Məhkəmə tikinti-texniki ekspertizasının 10/3827 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə razılaşdırılmış eskiz layihəsində Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 3-cü blokunun giriş qapısının mövcud olduğu, lakin həmin giriş qapısının və eləcə də ikinci mərtəbəyə giriş hissəsinin döşəmə səviyyəsində beton tökülərək bağlandığı, 3-cü blokun pilləkən qəfəsinin giriş qapısının və ikinci mərtəbəyə giriş hissəsinin döşəmə səviyyəsində beton tökülərək tədqiq olunan yaşayış binasının bağlanmasının xx.xx.2001-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ No 01- 2001) tələblərinin 4-cü maddəsinin (binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri) 4.8-ci bəndinin tələblərinə zidd olduğu və həmin işlərin görülməsinin orada yaşayan sakinlərin nöqteyinəzərdən giriş-çıxışlarına maneə yaratdığı, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 3-cü blokunun girişinin sağ tərəfində 1.9x6.1 metr ölçüdə və 4.3 m. hündürlükdə dəmir konstruksiyalı tikilinin mövcud olduğu və həmin tikilinin eskiz layihəsində nəzərdə tutulmadığı, çox mərtəbəli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində dəmir konstruksiyadan inşa edilmiş tikilinin mövcud olmasının iddiaçıların hüquqlarına xələl gətirməsinin və ya hüquqlarını məhdudlaşdırmasının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətinə aid olmadığı, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 5-ci blokunun qarşısında sahəsi 850 kv.m.olan həyətdə tikilinin və 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində eyvan tipli 1.3 m enində 26.6 m uzunluqda tikilinin mövcud olduğu və həmin tikilinin eskiz layihəsində nəzərdə tutulmadığı, eyni zamanda çox mərtəbəli yaşayış binasının 5-ci bloku qarşısında sahəsi 850 kv.m. olan həyətdə tikilinin və 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində eyvan tipli 1.3 m enində 26.6 m uzunluqda tikilinin mövcud olmasının iddiaçıların hüquqlarına xələl gətirməsinin və ya hüquqlarını məhdudlaşdırmasının müəyyən olunmasının tikinti-texniki ekspertinin səlahiyyətinə aid olmadığı müəyyən edilmişdir.
23. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 3/10-497 saylı sərəncamı ilə təsdiqlənmiş layihənin hal-hazırda qüvvədə olub-olmaması, layihədə dəyişiklik olubolmaması, olubsa da "xxxx" MTK-nın həmin layihəyə uyğun olmayan digər layihənin həmin ərazidə əsaslı inşaat işlərinə başlamaq üçün əsaslı sənəd olub-olmaması və bu inşaat işlərinin aparılması üçün "xxxx" MTK-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəsmi icazə verilibverilməməsinə dair məlumatın verilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.
24. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X30 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ünvan 5 ünvanında yerləşən “Pilot” Residence” MTK-nın 5 girişli, zirzəmili, 11 mərtəbəli mansardlı yaşayış binasında əməkdaşlar tərəfindən cari il ərzində yoxlamalar aparılmış və bir sıra yanğın təhlükəsizliyi sahəsində tikinti norma və qaydalarının kobud şəkildə pozulması faktları aşkar edilmişdir. Belə ki, layihə sənədləri X30 Xidməti ilə razılaşdırılmadan həyətyanı sahədə binaya bitişik olaraq birmərtəbəli qeyri-yaşayış obyektinin (Cavabdeh2 ticarət obyektinin anbarı) inşa olunduğu, zirzəmi sahəsində pilləkən qəfəsi və lift holunun qarşısında tambur şlüzlərin quraşdırılmadığı, zirzəmi sahəsindən bayıra aparan mövcud iki pilləkən qəfəsinin çıxışlarının tikilərək bağlanıldığı, mərtəbələrdən yeganə təxliyə yolu olan tüstülənməyən pilləkən qəfəsinin birbaşa həyətyanı sahəyə çıxışında sözügedən anbarın inşa edildiyi və çıxışın dəhlizə məhdudlaşdırıldığı, tikilinin yanğınsöndürmə avtomobillərinin binaya yaxınlaşmasında məhdudiyyətin yaratdığı, yaşayış binasının istismarının X30 Xidməti ilə razılaşdırılmadığı müəyyən edilmişdir. Hər biri üzrə yerində yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktı olaraq təsdiq edilmişdir. Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulmasına görə məsul şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məlumat üçün bildirirlər ki, baş verə biləcək yanğın hadisəsi zamanı insanların həyat və sağlamlığına ehtimal edilən zərərin qarşısının alınması, norma və qayda pozuntularının aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə müvafiq məzmunlu məktublar ünvanlanmışdır.
25. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh1 MTK-nın inşa etdiyi yaşayış binasında avtomobil dayanacağının tikintisi zamanı layihədən kənarlaşdırmaya yol verildiyinə görə sahəsi 850 kv.m. olan qeyri-yaşayış sahənin tikintisi tərəflərindən verilmiş 0293 nömrəli, xx.xx.2021-ci il tarixli “Qərar”la dayandırılmış və əraziyə nəzarət üçün Səbail rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır. Yaşayış binasına tərəflərindən Ö/005803 nömrəli, xx.xx.2022-ci il tarixli “İstismara hazırlıq aktı” verilmişdir. Digər tikililərin inşası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Agentliyə heç bir məlumat daxil olmamışdır. Bununla belə mütəxəssisləri tərəfindən Səbail rayonunda tikilməkdə olan obyektlərə dövlət nəzarəti həyata keçirilərkən Cavabdeh1 MTK tərəfindən inşası başa çatdırılmış layihədən kənar balkondan Nizami küçəsinə pilləkən quraşdırılmasının və avtodayanacağının 2-ci mərtəbəsinin inşasının qarşısını alınmış və tikililər sökülərək ərazi əvvəlki vəziyyətinə gətirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
26. Birinci iş üzrə iddiaçılar İddiaçı4, X17, İddiaçı3, X19, İddiaçı7, İddiaçı6 Ələsfər oğlu, İddiaçı5 cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 MMC-yə, Cavabdeh3 qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, AR Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi, AR Fövqəladə Hallar Nazirliyi X30 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh1 çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin 3-cü blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrin (köçürmə yollarının (təxliyyə) pilləkən və pilləkən meydançasının hissəsinin) ümumi istifadəsinə qaytarılması, həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələrin və məhdudiyyətlərin cavabdehlərin öz maliyyə vəsaiti hesabına aradan qaldırılması, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində layihədə göstərilməyən və heç bir rəsmi icazəsi olmayan qanunsuz tikilinin (orada fəaliyyət göstərəcək kommersiya qurumunun motorxanası üçün MTK tərəfindən icazə verilən iki mərtəbəni əhatə edən dəmirtikili) sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü, 4-cü və 5- ci blokunun 2-ci mərtəbəsində layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikilən eyvan tipli tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokun qarşısında olan həyətyanı sahədən yeraltı qaraja layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan pilləkənli keçidin bağlanması və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, təxminən 600-800 kv.m. sahəni əhatə edən və layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan hal-hazırda Cavabdeh2 MMC-yə icarəyə verilən qanunsuz tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin cavabdehlərin öz maliyyə vəsaiti hesabına bərpa edilməsi və dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. İddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, cavabdeh MTK mənzilləri onlara satarkən həmin inşa ediləcək binanın Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 3/10-497 saylı layihə ilə, eyni zamanda həmin binanın girişlərinin və həyətyanı sahəsinin maket və reklam (broşur) təsvirləri ilə tanış edərkən, həmin layihədə və broşurlarda binanın bloklarının girişlərinin həyətyanı istiqamətdə olması, binanın həyətyanı sahəsinin qapalı tipdə və ərazidə hər hansı tikintinin olmaması nəzərdə tutulmuş, bu səbəbdən onlar cavabdehlə razılaşaraq yuxarıda qeyd olunan alqı-satqı müqavilələri əsasında mənzilləri almışlar. Lakin cavabdeh MTK müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini lazımı qaydada icra etməyərək inşa edilmiş binada şəhərsalma və tikinti normalarının pozuntusuna yol vermişdir. Belə ki, MTK çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişini bağlamış, həmin blokun 1-ci mərtəbəsini binanın blokunda olan mülkiyyətçilərinin ümumi mülkiyyətində olan sahənin istifadəsini məhdudlaşdırmaqla, həmin hissəyə binanın bütün mülkiyyətçilərinin pilləkən vasitəsilə girişini qadağan etmiş, çoxməzilli binanın mülkiyyətçilərin yanğın təhlükəsizliyi ilə bağlı pilləkən vasitəsilə təxliyyə olunması məhdudlaşdırılmış və qeyri-qanuni əməllər nəticəsində binanın 1-ci mərtəbəsinin pilləkən və pilləkən meydançasından istifadəni tam qapadaraq Şəhərsalma və Tikinti normalarının, X4 Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydalarının kobud pozuntusuna yol vermişdir. Bundan başqa, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində binanın rəsmi dövlət orqanları tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazəsi olmayan 2 mərtəbəni əhatə edən qanunsuz dəmir tikili tikilmişdir. Həmin qanunsuz tikilinin tikilməsinin MTK tərəfindən orada kommersiya fəaliyyəti göstərəcək şəxsə - Cavabdeh3 icazə verildiyi bildirilmiş, bundan sonra həmin şəxs qeyd olunan qanunsuz tikilini tikmiş, bu qanunsuz tikilinin həmin şəxsin obyektinin motorxanasının yeri kimi fəaliyyətinin olacağı bildirilmişdir. Qeyd olunan qanunsuz tikilinin binanın həyətində mövcud olması və fəaliyyət göstərməsi də Şəhərsalma və Tikinti normalarının, X4 Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydalarının kobud pozuntusu deməkdir və cavabdeh qanunvericiliyə zidd davranışları davam etdirməkdə israrlıdır. Çoxmənzilli yaşayış binasının 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində 3 bloku birləşdirən, layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikilən eyvan tipli tikililər mövcuddur. Qeyd olunan qanunsuz tikilinin binanın həyətində mövcud olması və fəaliyyət göstərməsi də Şəhərsalma və Tikinti normalarının kobud şəkildə pozulması deməkdir. Eyni zamanda, 3-cü blokun qarşısından olan həyətyanı sahədən yeraltı qaraja layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan pilləkənli keçid (yol) açılmışdır. Binanın həyətində qeyd olunan yeraltı qaraja keçidin mövcud olması birbaşa sakinlər üçün real təhlükə yaradır və Şəhərsalma və Tikinti normalarının kobud şəkildə pozulması deməkdir. Bundan başqa, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, “Pilot Residence MTK tərəfindən təxminən 600-800 kv.m. sahəni əhatə edən ərazidə həmin binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili tikilmişdir, halhazırda Cavabdeh2 MMC-yə heç bir hüquq olmadan icarəyə verilən qanunsuz tikilidə faktiki etibarsız olan icarə müqaviləsi əsasında Cavabdeh2 MMC fəaliyyət göstərir və qeyd olunan qanunsuz tikilidə fəaliyyət göstərən Cavabdeh2 MMC-nin fəaliyyəti bina sakinlərinin binadan və binanın layihə üzrə göstərilən həyətindən normal istifadəsi üçün problem yaradır. Həm MTK, həm də Cavabdeh2 MMC faktiki sakinlərə məxsus olan, onların layihəyə əsasən istifadə edə biləcəyi binanın həyətini qanunsuz şəkildə istifadə edərək qanunsuz gəlir əldə edirlər. Qeyd olunan qanunsuz tikilinin binanın həyətində mövcud olması və fəaliyyət göstərməsi də Şəhərsalma və Tikinti normalarının pozuntusudur. MTK-nın binanın təsdiq edilmiş layihədən kənar özbaşına qanunsuz tikililər tikməsi, qanunsuzluqlar etməsi, sakinlərin hüquqlarını kobud surətdə pozması birinci dəfə deyil, bundan əvvəldə olmuş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərardadı ilə (e- 16(009)-4/2022 saylı, xx.xx.2022) sökülmüşdür və Cavabdeh1 MTK barışıq sazişi bağlayaraq (Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-2014/2022 saylı, xx.xx.2022 tarixli qərardadı) dolayısı ilə etdiyi qanunsuzluqları qəbul etmişdir. Lakin Cavabdeh1 MTK bu qanunsuzluqlara dayanmadan davam edir, sakinlari daim aldadır, hüquqlarını pozur, eyni zamanda qanunvericilik normalarını və tələblərini qərəzli şəkildə öz əməlləri ilə inkar edir.
28. İkinci iş üzrə iddiaçılar X24, X18, X23 cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AR Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi, Fövqəladə Hallar Nazirliyi X30 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh1 MTK-ya çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin 3-cü blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin əvvəlki layihəyə uyğun olaraq bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrin (köçürmə yollarının (təxliyyə), lift, pilləkən və pilləkən meydançasının hissəsinin) ümumi istifadəsinə qaytarılması və həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələrin və məhdudiyyətlərin cavabdehin öz maliyyə vəsaiti hesabına aradan qaldırılması, binanın həyətində qanunsuz quraşdırılmış dəmir konstruksiya və havalandırma sistemlərinin cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi, binanın həyətində tikilmiş qanunsuz tikilinin sökülməsi, binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar təxminən 5-7 ildir ki, ünvan 7 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilmiş bina(lar)da yaşayırlar və mənzillər üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Binanın həyətində layihəyə uyğun olaraq şəhərin ekoloji sağlamlığı baxımından və sakinlərin asudə vaxtlarında istirahəti üçün “yaşıl bağ” sahəsi salınmalı olduğu halda Cavabdeh1 MTK tərəfindən hündürmərtəbəli binanın həyətinin düz ortasında böyük hissəsi tutan və təhlükəsizlik qaydalarına riayət olunmadan, guya gələcəkdə tikilməli olacaq hansısa restoran üçün nəzərdə tutulmuş havalandırma sistemi, kondisioner, digər avadanlıqlar üçün dəmir konstruksiya ilə hasara alınmış “istehkam” qurulmuşdur. Halbuki, həmin dəmir konstruksiya binanın layihəsində nəzərdə tutulmamışdır, hazırda və gələcəkdə onların və uşaqları üçün böyük təhlükə qurulmuş avadanlıqların səs-küyü, ekoloji çirklənmə, təhlükəsiz işləmə və s.) yaradır. Belə ki, onsuz da zəbt olunmuş balaca həyətdə bu qurğu yaşlı insanlar, uşaqlar və qadınlar üçün əlavə risk mənbəyidir. Bundan başqa, layihədə nəzərdə tutulan ümumi istifadədə olan həyətin binanın 5-ci bloku tərəfindən zəbt edilərək qeyri-yaşayış sahəsinə birləşdirilmiş və təxminən 400- 500 kv.m. həyətyanı sahə tikilərək Cavabdeh2 MMC-yə icarəyə verilmişdir. İş icraçısı Babək adlı şəxs tikdiyi binaya pul verib alan sakinlərə bu formada zülm verməkdədir. Cavabdeh2 MMC kimi bir şirkətdə belə qanunsuzluqları görməzdən gəlir. Bunların fikri yalnız pul qazanmaqdan ibarətdir. İnsan həyatı bunlar üçün rol oynamır. Bununla yanaşı binanın 3cü blokunun pilləkəna giriş hissəsi tam bağlanılaraq orada olan qeyri-yaşayış sahəsinə birləşdirilməklə MTK tərəfindən icarəyə verilmişdir. Bununla da maddi maraqlar ön plana çəkilərək sakinlərin həmin hissədən binadakı mənzillərinə rahat şəkildə giriş-çıxışı bilərəkdən məhdudlaşdırılmışdır. Hal-hazırda onlar 3-cü bloka giriş çıxışlarını 4-cü blok vasitəsilə edirlər. 3-cü blokda hər hansı bir yanğın təhlükəsi olarsa və ya hər hansısa təbii fəlakət gələrsə, onların binadan çıxmaq üçün olan yeganə giriş çıxışları yoxdur. Həmçinin binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən iki qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz birləşdirici asma körpü inşa edilmişdir ki, bu da layihədə nəzərdə tutulmamışdır. Həmin körpünün heç bir dayağı yoxdur və altından keçən piyadalar üçün yüksək təhlükə törətməkdədir. Onlar hər gün oradan gedib gələrkən istifadə edirlər və onların azyaşlı övladları o yoldan istifadə edir, oradan məktəbə gedib-gəlirlər. Həmin yolun düz üstündən heç bir tikinti qaydalarına uyğun olmayan körpü salınaraq layihədə girişçıxışı içəri tərəfdən nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə yoldan giriş-çıxış qoyulmuşdur. Bu artıq özbaşınalığın pik həddidir. Buna qədər sakinlərin şikayəti əsasında həmin hissədə qanunsuz quraşdırılmış analoji körpü sökülsə də, MTK hazırda fəaliyyət göstərən körpüyə dair heç bir tədbir görməmişdir. Belə ki, həmin körpü dedikləri qanunsuz və təhlükə mənbəyi olan tikilidən yan-yana bir ədəd də var idi. Onu gəlib MKİS və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının iştirakı ilə sökülmüşdür. Keçən il bundan qabaq 5-ci blokun bağlanması halı olmuş və orada da indiki kimi bloka giriş-çıxış bağlanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin sahə açılmış və sakinlər öz bloklarından rahat istifadə edirlər. İş icraçısı olan Babək adlı şəxs bundan əvvəlki məhkəmə proseslərindən sonra qanunsuz hərəkətlərini saxlamış, ancaq son günlərdə tikinti işlərini yenidən bərpa etmişdir. Göründüyü kimi, "xxxx" MTK ölkə qanunlarının ziddinə olaraq öz qanunsuz əməli fəaliyyətini davam etdirir. Bu səbəbdən də hüquqlarının müdafiəsi məqsədilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
30. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2183/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə birinci iddia tələbinə dair e-2(009)-2183/2023 saylı mülki iş ikinci iddia tələbinə dair e-2(009)-939/2022 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.
31. Bundan sonra Maraqlı şəxs1 və X21 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdur.
32. Cavabdeh2 MMC iddialara qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh1 çox mənzilli yaşayış binasının 3, 4 və 5-ci girişinin 1-ci mərtəbəsinin ümumi sahəsi 1.539.76 kv.m. sahəsi Cavabdeh1 MTK-ya deyil, müvafiq alqı-satqı müqavilələrinə əsasən Maraqlı şəxs2 məxsusdur. Hazırki iş üzrə MMC-nin əvəzinə cavabdeh Maraqlı şəxs2 olmalıdır. Hazırki iddia ərizəsində Cavabdeh2 MMC-nin iddiaçılar ilə və cavabdehlər ilə hər hansı formada münasibətləri formalaşmadığından cavabdeh qismində qeyd edilərək tələblərin bir hissəsinin Cavabdeh2 MMC-yə yönləndirilməsi uyğun deyildir.
33. Cavabdeh1 MTK iddialara qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, hər hansı bir görülmüş işin və ya fəaliyyətin 2017-ci il layihəsindən fərqli olması və ya həmin layihədə nəzərdə tutulmaması onun qanunsuz olması demək deyildir. İş üzrə verilmiş ekspert rəyi iddianın əsaslı olmasını təsdiq etmir. Belə ki, ekspert görülmüş işlərin qanuna zidd olduğunu təsdiq etməmişdir. Ekspert qarşısında qoyulmuş 1-ci sualla bağlı bildirir ki, görülmüş işlər sakinlərə mane (məhdudiyyət) yaradır. Ekspert qarşısında qoyulmuş 2-ci, 3-cü və 4-cü suallardakı göstərilən işlərin iddiaçıların hüquqlarının məhdudlaşdırılıbməhdudlaşdırmaması ilə bağlı sualların cavablandırılması ekspertin səlahiyyətinə aid deyildir. Halbuki, ekspert məhdudiyyətlə bağlı 1-ci suala müsbət cavab vermişdir. Analoji dörd halla (məhdudiyyətlərin qiymətləndirilməsi) bağlı rəydə fərqli yanaşmanın olması iki nəticədən birini çıxarmağa əsas verir: ekspert sonrakı 3 məsələyə münasibətdə səlahiyyətsizdirsə, deməli birinci məsələ üzrə də səlahiyyətli deyil. Yox, əgər birinci məsələ üzrə özünü səlahiyyətli bilib mane yaradıldığını bildirirsə, sonrakı üç halla bağlı mane yaradıldığını bildirmirsə, deməli həmin 3 halla bağlı mane mövcud deyil, olsa idi ekspert təsdiq edərdi. Birinci sualla bağlı qərardadda 3-cü blokun girişində görülmüş işlərin orada yaşayan sakinlərə mane yaradıb-yaratmaması sualında söhbət məhz 3-cü blokda yaşayan sakinlərdən gedir. İddiaçıların heç biri həmin blokda yaşamır, yəni bu məsələ ilə bağlı subyektiv hüququna malik deyildir. Yanğın təhlükəsizliyi qaydalarına əməl edilib-edilməməsinə nəzarət, edilməməsi halında tədbir görülməsi isə müvafiq icra hakimiyyəti orqanının (Fövqəladə Hallar Nazirliyi) səlahiyyətindədir. Subyektiv hüququna toxunulmayan şəxslərin bu mülki-prosessual iddia icraatı qaydasında qaldırması qanunla müəyyən edilmiş icraat deyildir. Ekspert rəy verərkən mübahisəli binanın yerləşdiyi ərazi üzrə 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmış əlavə və dəyişiklik layihəsini nəzərə almamış, yalnız 2017-ci il layihəsinə istinad etmişdir. Halbuki, həmin 2019-cu il layihəsi də ekspert əraziyə baxış keçirənə və rəy verənədək təqdim edilmiş və iş materiallarında vardır. İddiaçılar 2017-ci il layihəsinə istinad edir, halbuki binanın yerləşdiyi ərazi üzrə 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmış əlavə və dəyişiklik layihəsi vardır və işlər həmin layihəyə uyğundur. İddiaçılar həmin layihənin 2017-ci il layihəsinin təsdiq edildiyi dövlət orqanlarının hamısı ilə razılaşdırılmadığına istinad edərək onun guya mötəbər olmadığını israrla bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi” Qaydalarının 1.4-1-ci maddəsinə əsasən, tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün tikintiyə icazə icraatı ilə bağlı təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmur. Görülmüş işlərin böyük hissəsi binanın tikinti sahəsini təşkil etməyən hissəsində icra edilmişdir. Yəni həmin işlərin görülməsinin 2017-ci il layihəsinin razılaşdırıldığı bütün dövlət orqanları ilə razılaşdırılması qanunvericiliklə tələb edilmir. “Binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi” iddia tələbi həm də ona görə əsassızdır ki, həmin iş (körpü) Bakı şəhəri Səbail İcra Hakimiyyəti ilə razılaşdırılaraq, 2023-cü il noyabrın 02-də onlar tərəfindən təsdiq edilmişdir. Göstərilənlərə əsasən hər 2 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
34. Cavabdeh3 birinci iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, onunla Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsindəki və 2- ci girişinin 2-ci mərtəbəsindəki qeyri-yaşayış sahələri, xx.xx.2019-cu il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən həmin yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi, həmçinin xx.xx.2021-ci il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən həmin yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində və 3-cü girişinin 2-ci mərtəbəsindəki qeyri-yaşayış sahələri tam ödəniş həyata keçirilməklə ona satılmışdır. Bundan başqa, həmin yaşayış binasının 3-cü girişinin sağ tərəfindən qeyd olunan qeyri-yaşayış sahələrində fəaliyyəti nəzərdə tutulan ictimai iaşə xidməti ilə bağlı tələb olunan havalandırma sisteminin istixanası və motorxanası üçün quraşdırılmalı olan dəmir konstruksiya üçün nəzərdə tutulmuş sahə də Cavabdeh1 MTK ilə və müvafiq qurumlarla razılaşdırılmışdır. Belə olan halda, iddiaçıların belə bir tələbi dolayı yolla mülkiyyətçinin öz mülkiyyətindən istifadə hüququnu məhdudlaşdırmaq hesab olunmalıdır. Həmçinin, iddiaçıların tələb etdiyi yanğın çıxışının bərpa olunması da onun mülkiyyətindən istifadə hüququnun məhdudlaşdırılması hesab olunmalı, eyni zamanda tikinti və təhlükəsizlik normalarının tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, ona satılmış yaşayış binasının 3-cü girişindəki 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin inşası Cavabdeh1 MTK tərəfindən ona verilmiş layihə əsasında inşa edilmişdir. Cavabdeh3 öz təşəbbüsü ilə hər hansı layihə əldə etməmişdir və dəmirbeton konstrukisyasının qurulmasını həyata keçirməmişdir. Ona təqdim olunmuş layihə əsasında qeyri-yaşayış sahəsini satın almışdır. Yəni, o, sakinlərə məxsus olan və ya ümumi istifadədə olan hər hansı girişi bağlamamışdır və Cavabdeh1 MTK tərəfindən ona təqdim olunmuş layihə üzrə qeyri-yaşayış sahəsini hazırki vəziyyətdə satın almışdır. Bundan başqa, yaşayış binasının layihəsinə və real tikintiyə nəzər salındıqda görünür ki, iddiaçıların tələb etdiyi yanğın çıxışının ona məxsus qeyri-yaşayış sahəsinin içərisindən açılması qeyri-mümkündür. Çünki, belə bir çıxışın açılması üçün yaşayış binasının layihə üzrə daşıyıcı kolonları sökülməlidir. Bu da yaşayış binasının bünövrəsinin zərər görməsinə səbəb olacaqdır. Belə söküntünün həyata keçirilməsinə səlahiyyətli dövlət orqanlarının da razılıq verməsi qeyri-mümkündür. Həmçinin, belə bir söküntünün həyata keçiriləcəyi təqdirdə yaşayış binasının təhlükə ilə üzləşəcəyi üçün, digər sakinlərin və mülkiyyətçilərin də razılığı alınmalı və onlar da məlumatlandırılmalıdırlar. Çünki, belə söküntünün həyata keçiriləcəyi təqdirdə digər sakinlərin və mülkiyyətçilərin həmin yaşayış binasında, təhlükəli bir vəziyyətdə yaşamaq istədiklərinin olması belə şübhə altındadır. Göründüyü kimi, bir neçə iddiaçının yaşayış binasında belə təhlükəli bir tələblərinin olması subyektiv və qərəzli yanaşma hesab olunmalıdır. Belə bir söküntü onun üçün də mülkiyyətçi kimi arzuolunmaz bir haldır. Çünki, həmin qeyri-yaşayış sahəsi nəzərdə tutulmuş ictimai iaşə üçün yararsız vəziyyətə düşəcəkdir, həm də təhlükəli vəziyyətdə olan yaşayış binasında qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmaq istəyindən imtina etmək məcburiyyətində qalacaqdır. Bundan başqa, layihəyə və real tikintiyə nəzər salındıqda görünür ki, Cavabdeh1 MTK tərəfindən layihə tam olaraq icra olunmamışdır. Belə ki, layihə üzrə MTK yaşayış binasının 3-cü girişin bir başa həyatə və dayanacağa çıxışını təmin edəcək əlavə pilləkən tikintisi aparmalı idi. İddiaçıların yanğın çıxışı tələbləri də bu pilləkənin inşası ilə tam təmin olunmuş olacaqdı. Əgər qeyd olunan pilləkən inşa olunsa, həm iddiaçıların tələbləri təmin olunmuş olar, həm də yaşayış binası təhlükəli söküntüyə məruz qalmaz. Eyni zamanda, 3cü girişin sağ tərəfində quraşdırılmış dəmir konstruksiyanın da iddiaçılara və yaşayış binasının sakinlərinə hər hansı maneələr yaratması mümkün deyildir. Əksinə qeyriyaşayış sahəsinin təyinatı üzrə istifadəsi zamanı yaranacaq hər hansı xoşagəlməz tüstünün həyətyanı sahəyə buraxılmaması və həmin konstruksiyada quraşdırılacaq havalandırma sistemi vasitəsilə uzaqlaşdırılması sakinlər üçün də arzuolunan bir haldır. Göründüyü kimi, onunla bağlı iddiaçıların tələbi əsassızdır, mülki və tikinti ilə bağlı qanunvericiliyin tələblərinə zidd olduğu üçün, həmin hissədə iddia rədd olunmalıdır.
35. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 ikinci iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbinin 4-cü hissəsi birbaşa onun maraqlarına toxunur. Belə ki, Cavabdeh1 MTK ilə onun arasında bağlanmış “Çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqısatqısına dair” QY-06/04-01 nömrəli Müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostopoviçlər və Nizami küçələrinin kəsişməsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində yerləşən 412,81 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi haqqı tam ödənildikdən sonra ona satılmışdır. Digər tərəfdən, Cavabdeh1 MTK-yə qarşı iddia ərizəsi verərək digər tələblərlə yanaşı kooperativ tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində yerləşən məhəllədə inşa edilmiş 5 girişdən ibarət yeni çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində onun mülkiyyətində olan 412,81 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə Nizami küçəsi istiqamətindən girişin təmin edilməsinə və həmin istiqamətdə 3 ədəd körpünün inşa edilməsinə dair Plan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Yəni həmin körpülər iddiaçıların öz iddia ərizələrində qeyd etdikləri kimi qanunsuz deyil və tam əsaslı olaraq inşa edilmişdirlər. İddia ərizəsinin 4-cü hissəsi, yəni “binanın arxa tərəfində ikinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsi” tələbi əsassızdır və təmin edilə bilməz. İkinci iş üzrə “binanın arxa tərəfində ikinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi” tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
36. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 48/2024 nömrəli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh1 çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin 3-cü blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərinin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrinin (köçürmə yollarının (təxliyyə) pilləkən və pilləkən meydançasının hissəsi) onların ümumi istifadəsinə qaytarılması, həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələrin və məhdudiyyətlərin Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına aradan qaldırılması, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində layihədə göstərilməyən və heç bir rəsmi icazəsi olmayan qanunsuz dəmir konstruksiyalı tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh3 öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikilən eyvan tipli tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun qarşısında olan həyətyanı sahədən yeraltı qaraja layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan pilləkənli keçidin bağlanılması və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən 850 kv.m. sahəni əhatə edən və layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan hal-hazırda Cavabdeh2 MMC-yə icarəyə verilən qanunsuz tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, iddiaçılar S.N.Qurbanovun, N.Ə.İmanovun və N.E.Hüseynovun qaldırdıqları iddia tələbinin binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi hissəsində onların həmin tələblə çıxış etməyə subyektiv hüquqları olmadığından təmin edilməməsi, iddia tələblərinin Cavabdeh2 MMC-yə və digər cavabdehlərə münasibətdə təmin edilməməsi, Cavabdeh1 MTK-dan və Cavabdeh3 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun tutularaq birgə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı7, İddiaçı6, İddiaçı5 ödənilməsi, Cavabdeh1 MTK-dan və Cavabdeh3 müştərək qaydada keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 100 manat məbləğində pulun dövlət nəfinə tutulması qət edilmişdir (hakim X7).
37. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində çoxmənzilli yaşayış binası 2017-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəsi əsasında inşa edilib ayrıayrı şəxslərlə alqı-satqı müqaviləsi bağladıqdan sonra binada hazırki mülki iş üzrə mübahisə predmeti olan əlavə tikililər də inşa edilmiş, binanın 3-cü girişi bağlanılmışdır. Bloka girişin bağlanması sakinlərin həmin girişdən istifadə etməsini və yanğın təhlükəsizliyi ilə bağlı pilləkən vasitəsi ilə təxliyə olunmalarını məhdudlaşdırdığından və bu fakt ekspert rəyi ilə də təsdiq olunduğundan, iddia tələbi həmin girişin açılması, əvvəlki vəziyyətinin bərpa edilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Bundan başqa, binanın 3-cü, 4-cü və 5-ci blokun 2-ci mərtəbəsində 26,6 m.uzunluğunda eskiz layihəsində nəzərdə tutulmayan eyvan tipli tikili, eyni zamanda binanın 5-ci blokunun qarşısında 850 kv.m. olan həyətdə eskiz layihəsində nəzərdə tutulmayan tikili, 3-cü blokun girişinin sağ tərəfindən dəmir konstruksiyalı eskiz layihəsində nəzərdə tutulmayan tikili inşa edilmişdir. Mənzil qanunvericiliyinin tələblərinə əsasən yaşıllaşdırma və abadlaşdırma işləri nəzərdə tutulan sahələr mənzil mülkiyyətçilərinin ümumi əmlakı hesab olunduğundan, həmin sahələrdə aparılan hər hansı yenidənqurma və tikinti işləri yalnız sahə mülkiyyətçilərinin razılığı ilə aparıla bilər. Lakin mənzil mülkiyyətçilərinin ümumi mülkiyyəti hesab edilən həyətyanı sahədə, o cümlədən 3-cü, 4-cü, 5-ci blokunun qarşısında inşa edilmiş əlavə tikililər sahə mülkiyyətçilərinin müvafiq razılığı alınmadan inşa edildiyindən, bununla da sahə mülkiyyətçilərinin hüquqları pozulduğundan, eyni zamanda həmin tikililərin inşası ilə bağlı müvafiq icra qurumlarından razılıq alınmadığından və qanunsuz tikili hesab edildiyindən, iddia tələbləri həmin tikililərin sökülməsi hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir.
38. Məhkəmə həmçinin qeyd etmişdir ki, binanın 3-cü blokunun qarşısında olan həyətyanı sahədən yeraltı qaraja pilləkənli keçidi layihədə nəzərdə tutulmadığından, həmin keçidin bağlanması və layihəyə uyğun əvvəlki vəziyyətə gətirilməsi hissəsində də tələb əsaslı hesab edilməli və təmin edilməlidir.
39. Məhkəmə həmçinin, hesab etmişdir ki, 3-cü blokun girişinin bağlanılmasının, eyvan tikilisinin və həyətdə 850 kv.m. sahəli tikilinin inşasının ”Pilot Residence” MTK tərəfindən həyata keçirilməsi müəyyən olunduğundan bloka girişin açılması və qeyd edilən tikililərin sökülməsi öhdəliyi MTK-nın üzərinə qoyulmaqla, bu işlər onun vəsaiti hesabına həyata keçirilməli, dəmir konstruksiyalı tikilinin Cavabdeh3 tərəfindən inşa edilməsi müəyyən edildiyindən isə həmin tikilinin sökülməsi vəzifə kimi Cavabdeh3 üzərinə qoyulmalı və onun vəsaiti hesabına həyata keçirilməlidir.
40. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdeh qismində göstərilən Cavabdeh2 MMC icarə müqaviləsi əsasında qeyri-yaşayış sahəsindən istifadə etdiyindən, özbaşına tikililər MTK və Cavabdeh3 tərəfindən inşa edildiyindən, qaldırılan tələblər digər cavabdehlərə münasibətdə təmin edilməməlidir.
41. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda eskiz layihəsində nəzərdə tutulmayan tikililər səlahiyyətli orqanların razılığı olmadan da inşa edilmişdir. Belə ki, iddiaçıların dəfələrlə müvafiq icra qurumlarına etdiyi müraciətlər əsasında onlara verilən cavablarda həmin tikililərin qanunsuz inşa edilməsi, qanunvericiliklə müəyyən edilən norma və qaydaların pozulması faktının aşkara çıxarılması, bununla bağlı müvafiq tədbirlərin görülməsi barədə də məlumat verilmişdir.
42. Məhkəmə iddia tələbinin binanın arxa tərəfindən 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün sökülməsi hissəsi üzrə qeyd etmişdir ki, iddiaçıların həmin tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları mövcud olmadığından, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, həmin tikili sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan sahədə deyil, küçədə inşa edildiyindən, eyni zamanda qanunsuz tikilinin sökülməsi ilə bağlı qərar qəbul etmək və tələb irəli sürmək hüququ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən müvafiq icra qurumuna (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) həvalə edildiyindən, iddiaçıların belə tələblə çıxış etmələrinə subyektiv hüquqları yoxdur.
43. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddia tələbləri qismən təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh3 müştərək qaydada tutularaq birgə iddiaçılara ödənilməli, iş üzrə keçirilmiş ekspertiza xərci də (100 manat) onlara aid edilməlidir.
44. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 58-ci, 59cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109-cu, 152-ci, 157-ci, 215.5-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci, 2.1-ci, 35-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1-ci, 7-ci, 9-cu, 62-ci, 92-ci, 95.1-ci, “X4” Azərbaycan Respublikasının Qanununun 1-ci, 6.2-ci, 7.1-ci, Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının 4.8-ci, 5.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
45. İddiaçılar X18, X23, X24, İddiaçı3, İddiaçı2, İddiaçı6 həmin qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin qismən, təmin olunmayan – “binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi” hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdilər.
46. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdırlar ki, binanın arxa tərəfində ikinci mərtəbədə yerləşən iki qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz birləşdirici asma körpü inşa edilmişdir ki, bu da layihədə nəzərdə tutulmamışdır. Həmin körpünün heç bir dayağı yoxdur və altından keçən piyadalar üçün yüksək təhlükə törətməkdədir. Onlar hər gün oradan gedib gələrkən istifadə edirlər və onların azyaşlı övladları o yoldan istifadə edir, oradan məktəbə gedib-gəlirlər. Həmin yolun düz üstündən heç bir tikinti qaydalarına uyğun olmayan körpü salınaraq layihədə giriş-çıxışı içəri tərəfdən nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə yoldan giriş-çıxış qoyulmuşdur. Bu artıq özbaşınalığın pik həddidir. Buna qədər sakinlərin şikayəti əsasında həmin hissədə qanunsuz quraşdırılmış analoji körpü sökülsə də, MTK hazırda fəaliyyət göstərən körpüyə dair heç bir tədbir görməmişdir. Belə ki, həmin qanunsuz və təhlükə mənbəyi olan tikilidən yan-yana bir ədəd də var idi. Körpünün birini MKİS və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları sökmüşlər. Göründüyü kimi bu körpü elə bir körpüdür ki, sanki toxunulmazdır, nə dövlət qurumları bunu seçə bilir, nə də ki məhkəmə bütün qanunsuz tikililərə dair qətnamə qəbul etsə də, bu körpü yerində qalır. İşin bu halında məhkəmə iddiaçıların belə tələblə çıxış etmələrinə subyektiv hüquqları yoxdur deməklə, hüquq axtarışına çıxmaqla “məsuliyyəti öz üzərinə götürərək” hazırda və gələcəkdə baş verə biləcək bədbəxt hadisələri demək olar qaçılmaz etmişdir. Çünki həmin qanunsuz körpünün binanın daxilində olan digər tikililərdən ayıran heç bir şey yoxdur. Digər qanunsuz tikililər kimi həmin körpü də orada təhlükə mənbəyidir və birbaşa sakinlərin həyatı üçün riskdir. Ancaq həmin hissədə məhkəmənin subyektiv hüquqa toxunmasını anlamaq çətindir. Bundan əlavə, həmin körpüylə bağlı iddia ikinci işə birləşən iddiada verilmiş və hakim həmin yerdə yerli baxış hərəkətində olarkən o körpüylə bağlı iddia icraatında olmamış və həmin hissəyə baxış keçirməmişdir. Əgər baxış keçirilməli olsaydı heç bir sənədi olmayan, heç bir standartlara cavab verməyən körpü yolun bu formada qalmasına dair qətnamə qəbul etməzdi. Bu hüquq qaydaları hazırkı işin faktiki hallarına tətbiq edildikdə aydın olur ki, tərəflər arasında sözügedən körpüyə, yəni ərazini qapalı həyət tipində qurmağa dair müqavilə bağlanmış, bu əqdlər tərəflər üçün hüquqi nəticələr doğurmuşdur. İş materiallarında iddiaçıların təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Məhkəmə mübahisənin həlli üçün zəruri olan sübutlara qiymət verməmiş və bununla da real olmayan hallar müəyyən etmişdir. İstər maddi, istər prosessual hüquq normaları qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi hissəsində düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir.
47. İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4 həmin qətnamədən digər iddiaçıların apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən birgə apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddianın təmin edilməyən hissəsində də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdilər.
48. İddiaçı7 həmin qətnamədən digər iddiaçıların apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddianın təmin edilməyən hissəsində də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
49. Cavabdeh1 MTK həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın təmin edilən hissəsində də təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
50. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların mübahisələndirdiyi işlər onların subyektiv hüququndan kənardadır. Həmin işlərin görüldüyü torpaq sahəsi nəinki iddiaçıların yox, hətta MTK – nın mülkiyyətində deyildir. 3-cü blokda görülən işlərlə bağlı əlavə növbəti fakt isə ondan ibarətdir ki, iddiaçıların heç biri 3-cü blokda yaşamır (orada daşınmaz əmlaka mülkiyyətçisi deyillər). Çünki iddiaçıların iddiası mülkiyyət hüquqlarının predmeti ilə bağlı deyildir, mülkiyyətlərindəki sahədən kənarda görülən işlərdən narazı olmaqlarıdır. İddiaçılar və məhkəmə 2017-ci il layihəsinə istinad edir, halbuki binanın yerləşdiyi ərazi üzrə 2019 – cu ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmış əlavə və dəyişiklik layihəsi vardır və işlər həmin layihəyə uyğundur. İddiaçılar və məhkəmə həmin layihənin 2017-ci il layihəsinin təsdiq etildiyi dövlət orqanlarının hamısı ilə razılaşdırılmadığına istinad edərək, onun guya mötəbər olmadığını bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi” Qaydalarının 1.4-1-ci maddəsinə əsasən tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün tikintiyə icazə icraatı ilə bağlı təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmur. Görülmüş işlərin böyük hissəsi binanın tikinti sahəsini təşkil etməyən hissəsində icra edilmişdir. Yəni həmin işlərin görülməsinin 2017-ci il layihəsinin razılaşdırıldığı bütün dövlət orqanları ilə razılaşdırılması qanunvericiliklə tələb edilmir. Buna görə də, məhkəmənin qətnaməsində “tikililər səlahiyyətli orqanlarının razılığı olmadan inşa edilmişdir” arqumenti üçün Şəhərsalma və Tikinti Məcəlləsinin qətnamədə sadaladığı maddələrinə istinad etməsi doğru deyildir. Yəni həmin maddələrin tələbləri pozulmamışdır. Mübahisəyə MTK-ya dair normalar tətbiq edilməməli idi, çünki bina ilə bağlı hesab edilə bilən işlərin görülməsi mənzil mülkiyyətçilərinin ümumi yığıncağında həll olunmalı məsələdir. Belə olan halda, məhkəmə mülkiyyətçilərin çoxluğunun iradəsinə aid edilmiş məsələ ilə bağlı mülkiyyətçilərin bir hissəsinin iddiası əsasında necə qərar qəbul edə bilər? MTK bütün işləri səlahiyyəti daxilində görmüşdür. Əgər hər hansı bir və ya bir neçə mülkiyyətçi bunu dəyişdirmək istəyirsə, mənzil mülkiyyətçilərinin ümumi yığıncağını çağıraraq, müvafiq səs çoxluğuna nail olmalıdır. Cari işdə iddiaçıların bunu etməməsi (baxmayaraq ki, buna hüquqi zəmin var, yəni artıq bina dövlət tərəfindən istismara qəbul edilərək, çıxarış verilib) onu təsdiq edir ki, onlar digər mülkiyyətçilərin mövqeyinə münasibətdə lazımi səs çoxluğu toplaya bilmirlər. İddiaçıların mübahisələndirdiyi məsələlər mahiyyətcə əsaslı olub – olmamağından asılı olmayaraq mülki mühakimə icraatı qaydasında və ümumi məhkəmədə baxıla bilinməzdi. Belə ki, yanğın təhlükəsizliyi məsələlərinə nəzarət, icazə, göstəriş müvafiq icra hakimiyyəti orqanının (FHN) səlahiyyətidirvə onun hərəkət və ya hərəkətsizliyindən şikayət inzibati icraat qaydasında və inzibati məhkəmədə baxılır. Bu eynilə hər hansı tikinti işlərinin aparılmasına da aiddir. Tikintinin özbaşına olması, yaxud onun təhlükəsizlik tələblərinə uyğun aparılıb-aparılmaması, yaxud dövlət mülkiyyətindəki torpaq sahəsində aparılması məsələləri müvafiq icra hakimiyyəti orqanlarının (FHN, yerli icra hakimiyyəti, ETSN və sair) səlahiyyətidir və inzibati icraatın predmetidir. Hər hansı bir görülmüş işin və ya fəaliyyətin 2017-ci il layihəsindən fərqli olması və ya həmin layihədə nəzərdə tutulmaması onun qanunsuz olması demək deyildir. Cavabdeh1 MTK tərəfindən qanuna zidd iş görülməmişdir. İstinad etdiyi halı sübut etmək iddiaçı tərəfin üzərinə düşür. Məhkəmənin iş üzrə sübut kimi qətnamədə istinad etdiyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu Cavabdeh1 MTK barəsində deyi, "xxxx" MTK barəsindədir. İş üzrə verilmiş ekspert rəyi iddianın əsaslı olmasını təsdiq etmir və iddianın güya əsaslılığına dair həmin rəyə istinad edilə bilinməzdi, çünki: 1. Ekspert görülmüş işlərin qanuna zidd olduğunu təsdiq etməmişdir. 2. Ekspert qarşısında qoyulmuş 1 – ci sualla bağlı bildirir ki, görülmüş işlər sakinlərə mane (məhdudiyyət) yaradır. Ekspert qarşısında qoyulmuş 2, 3 və 4-cü suallardakı göstərilən işlərin iddiaçıların hüquqlarının məhdudlaşdırıbməhdudlaşdırmaması ilə bağlı isə qeyd edir ki, bu ekspertin səlahiyyətinə aid deyildir. Halbuki, ekspert məhdudiyyətlə bağlı 1-ci suala müsbət cavab vermişdir. Anoloji dörd halla (məhdudiyyətlərin qiymətləndirilməsi) bağlı rəydə fərqli yanaşmanın olması iki nəticədən birini çıxarmağa əsas verir: ekspert sonrakı 3 məsələyə münasibətdə səlahiyyətsizdirsə, deməli birinci məsələ üzrə də səlaiyyətli deyil. Yox əgər birinci məsələ üzrə özünü səlahiyyətli bilib mane yaradıldığını bildirirsə, sonrakı üç halla bağlı mane yaradıldığını bildirmirsə, deməli həmin 3 halla bağlı mane mövcud deyil, olsa idi ekspert təsdiq edərdi. 3. Birinci sualla bağlı qərardadda 3-cü blokun girişində görülmüş işlərin orada yaşayan sakinlərə mane yaradıb – yaratmaması sualında söhbət məhz 3-cü blokda yaşayan sakinlərdən gedir. İddiaçıların heç biri həmin blokda yaşamır, həni bu məsələ ilə bağlı subyektiv hüquqa malik deyildir. Yanğın təhlükəsizliyi qaydalarına əməl edilib – edilməməsinə nəzarət, edilməməsi halında tədbir görülməsi isə müvafiq icra hakimiyyəti orqanının (Fövqəladə Hallar Nazirliyi) səlahiyyətindədir. Ekspert rəy verərkən mübahisəli binanın yerləşdiyi ərazi üzrə 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş İdarəsiilə razılaşdırılmış əlavə və dəyişiklik layihəsini nəzərə almamış, yalnız 2017-ci il layihəsinə istinad etmişdir. Halbuki, həmin 2019-cu il layihəsi də ekspert əraziyə baxış keçirdənə və rəy verənədək təqdim edilmiş və iş materiallarında vardır. Məhkəmə əlavə ekspertiza təyin edilməsi barədə əsaslı vəsatəti təmin etməmişdir, bu isə iddianın təmin edildiyi hissədə məhkəmənin səhv nəticəyə gəlməsində rol oynamışdır.
51. Cavabdeh2 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddianın təmin edilən hissəsində də təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
52. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh1 çox mənzilli yaşayış binasının 3, 4 və 5-ci girişinin 1-ci mərtəbəsinin ümumi sahəsi 1.539.76 kv.m. sahəsi Cavabdeh1 MTK-ya deyil, müvafiq alqı-satqı müqavilələrinə əsasən Maraqlı şəxs2 məxsusdur. Cavabdeh2 MMC də sözügedən ərazini xx.xx.2022-ci il tarixində Bakı şəhəri, 29 saylı notariat ofisində bağlanılmış ilkin icarə müqaviləsi əsasında Maraqlı şəxs2 icarəyə götürmüşdür. İddiaçıların Cavabdeh1 MTK ilə hər hansı səbəbdən yaranmış şəxsi ədavəti üzündən Cavabdeh2 MMC-nin qanuni mənafelərinə xələl gəlməkdədir. Hazırki iddia ərizəsində Cavabdeh2 MMC-nin iddiaçılar və cavabdehlərlə hər hansı formada münasibətləri formalaşmadığından cavabdeh qismində qeyd edilərək, tələblərin bir hissəsinin Cavabdeh2 MMC-yə yönləndirilməsi uyğun deyildir. İddiaçıların tələbinin təmin olunacağı təqdirdə Cavabdeh2 MMC-nin qanunla qorunan mənafelərinə xələl gətirilərək, külli miqdarda maddi itkisinin yaranmasına və əldən çıxmış faydanın formalaşmasına səbəb olacaqdır. Bu hal isə əlavə olaraq vurulmuş maddi ziyanla bağlı əlavə olaraq məhkəmədə iddia qaldırılmasına dolayısı ilə məhkəmədə iş yükünün həcminin artmasına səbəb olacaqdır. Əlavə olaraq, iddiaçıların hüquqlarının pozulması və onların hansı hüquqlarının məhdudlaşdırıldığı konkret olaraq faktlarla və dəlillərlə öz əksini tapmamışdır. 5-ci blokun qarşısında faktiki olaraq 850 kv.m sahənin Cavabdeh2 MMC-nin istifadəsində olmadığını və faktiki olaraq 850 kv.m olan tikilinin mövcud olmadığını nəzərə alaraq qətnamənin icra edilməsi prosesi də mümkün olmayacaqdır. İşə baxan məhkəmə ekspertin verdiyi rəyi əsas götürərək, digər sənədlərə sübutlara lazımi hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə həmin ərazi ilə bağlı təkrar ekspertiza təyin edərək, məsələni daha dəqiq araşdırılmasını müəyyən edə bilərdi. İş materiallarına və mövcud əraziyə baxış zamanı diqqət etdikdə iddiaçıların 5-ci blokun qarşısında olan tikilinin (hazırda Bazarstore MMC-nin icarəsində olan) iddiaçıların girişçıxışına hərəkətinə mane olmadığı görünməkdədir. Həmçinin ekspert rəyində iddiaçıların 5-ci blokun önündəki qeyri-yaşayış sahəsinin mövcudluğu həmin iddiaçıların giriş-çıxışına, normal hərəkətinə mane olması ilə bağlı qənaət mövcud deyil. Əlavə olaraq faktiki və hüquqi olaraq sakinlərin, daha dəqiq desək iddiaçıların mülkiyyətində olmayan ərazi ilə bağlı, subyektiv hüquqları olmayan halda, iddiaçıların tələbinin 1-ci instansiya məhkəməsi tərəfindən təmin edilməsi qanunsuz və kifayət qədər əsassız yanaşmadır. Göründüyü kimi, iş materiallarında olan sənədlərdə və ekspertin nəticəsində həmin sakinlərin (iddiaçıların) subyektiv hüququnun pozulması sübuta yetirilməmişdir.
53. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
54. Cavabdeh3 apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmışdır.
55. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən 850 kv.m. sahəni əhatə edən və layihədə göstərilməyən, heç bir rəsmi icazə sənədi olmayan, hal-hazırda Cavabdeh2 MMC-nə icarəyə verilən qanunsuz tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh1 MTK-nin öz maliyyə vəsaiti hesabına bərpa edilməsi” hissəsinin ləğv edilməsi və həmin hissədə tələbin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
56. Üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının həyəti çətin relyefə malik olmaqla onun başlancağı ilə son nöqtəsi arasında 11 metr fərq vardır. Həyətin bir müstəvi üzərinə gətitirilməsi məqsədi ilə MTK tərəfindən 2018-ci ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinə müraciət edilmiş və qanunamüvafiq rəy alınmışdır. Həyətin torpaq qatı qazılaraq daşındığı üçün onun yerində inşa edilmiş tikilinin inşası məqsədi ilə razılıq da həmin dövlət strukturundan alımışdır. Həmin rəyə və layihəyə uyğun olaraq Cavabdeh1 MTK tərəfindən ümumi sahəsi 380 kv.m. ibarət tikili inşa edilmişdir. Binanın həyəti dövlət mülkiyyətində saxlanıldığı üçün həmin torpaq sahəsi üzərində iddiaçıların heç bir mülkiyyət hüququ mövcud deyildir. Bu səbəbdən iddiaçıların yaşayış binasının həyətində onun tərəfindən tikilmiş tikilinin sökülməsi barədə tələb irəli sürməyə heç bir subyektiv hüquqları mövcud deyildir. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/3827 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən çox mərtəbəli yaşayış binasının 5-ci blokunun qarşısındakı tikilinin sahəsinin 850 kv.m ibarət olduğu müəyyən edilmişdir. Halbu ki, həmin tikilinin ümumi sahəsi 380 kv.m ibarətdir. Deməli, ekspert rəyi məhkəmə tərəfindən mötəbər sübut növü kimi qəbul edilməməli idi. Bunun əksi olaraq birinci instansi məhkəməsi öz qətnaməsini 10/3827 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsaslandırmış və səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
57. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
58. Məhkəmə iclasında iddiaçılar İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı5 və X24 apellyasiya şikayətlərini müdafiə edərək, apellyasiya şikayətlərinin və iddia ərizələrinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəflərin apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdilər.
59. Məhkəmə iclasında iddiaçılar İddiaçı4, X5, İddiaçı7, İddiaçı5 nümayəndəsi və vəkili Vəkil7 apellyasiya şikayətlərini müdafiə edərək, apellyasiya şikayətlərinin və iddia ərizələrinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəflərin apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
60. Məhkəmə iclasında iddiaçılar X8, İddiaçı3, İddiaçı6 Ələsfər oğlunun, X14, X6, X15 nümayəndəsi və vəkili Vəkil5 apellyasiya şikayətlərini müdafiə edərək, apellyasiya şikayətlərinin və iddia ərizələrinin məzmununa uyğun izahat vermiş və onların apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəflərin apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdilər.
61. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X21 iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
62. İştirak etdiyi məhkəmə iclasında birinci iş üzrə Cavabdeh3 vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, iddiaçıların apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
63. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil6 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, iddiaçıların apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
64. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş və onun məzmununa uyğun izahat verərək, təmin edilməsini, iddiaçıların apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etmişdir.
65. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdehlər Cavabdeh2 MMC, Səbail rayon İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti, habelə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyi və AR Fövqəladə Hallar Nazirliyi X30 Xidməti nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxs Maraqlı şəxs1 isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
66. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 109-cu maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Bu anlayışda kooperativin mahiyyətini xarakterizə edən, onu təşkilatihüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlər öz əksini tapmışdır. Qanunverici kooperativi hər hansı gəlir əldə etmək niyyəti olmadan, fiziki və ya hüquqi şəxslərin əsasən eyni (oxşar) olan şəxsi tələbat və maraqlarını təmin etmək məqsədi ilə könüllü şəkildə öz imkan və vəsaitlərini birləşdirməklə yaratdıqları xüsusi növ hüquqi şəxs kimi müəyyən etmişdir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
67. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 5.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi; ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi; şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi; tikintiyə icazə verilməsi; şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması; tikinti fəaliyyətinin peşə sahələrinin, tikinti materiallarının və məmulatının, tikinti təyinatlı avadanlıqlann, maşın və mexanizmlərin sertifikatlaşdınlmasının təşkili; tikintiyə nəzarətin həyata keçirilməsi; tikinti layihələrinin ekspertizadan keçirilməsi; şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi; tikinti obyektlərinin istismarına icazə verilməsi; şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi; tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi; 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; təhlükəsizliyin təmin edilməsi; ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi; tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması; ictimaiyyətin məlumatlandırılması; 9-cu maddəsinə əsasən yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsizliyi təmin edilməlidir. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblər əsasında şəhərsalma və tikintiyə dair normativ sənədlərdə tikinti ərazilərinin və obyektlərinin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri nəzərdə tutulmalıdır; 62-ci maddəsində əsasən pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, ram palar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Yaşayış binalarının hər mərtəbəsinə azı bir, digər ictimai binaların hər mərtəbəsinə isə iki pilləkən (məcburi pilləkən) vasitəsi ilə giriş nəzərdə tutulmalıdır. Məcburi pilləkənlərin əvəzində siyirtmə (açılıb bağlanan) pilləkənlərin və ya eskalatorların istifadəsinə yol verilmir. Həmin pilləkənlərin əvəzində rampalar istifadə oluna bilər. Bu Məcəllənin 62.2-ci maddəsində göstərilən məcburi pilləkən birbaşa pilləkən qəfəsində nəzərdə tutulmalıdır. Bu tələb üç mərtəbəyədək yaşayış evlərinə və iki səviyyəli mənzillərə, iki mərtəbədən və iki mənzildən ibarət yaşayış binalarına, kənd və ya meşə təsərrüfatı təyinatlı binalara şamil olunmur. Birinci mərtəbəsinin döşəməsindən sonuncu mərtəbəsinin döşəməsinə qədər hündürlüyü 11,2 metrdən çox olan yaşayış binalarında həmçinin liftlər quraşdırılır. Liftlər təhlükəsizlik tədbirlərinə əməl edilməklə quraşdırılmalı və istifadə zamanı təhlükə yaranmasının qarşısını alan keyfiyyətə malik olmalıdır. Liftlərin yerləşdiyi obyektlərin sahibləri bu qurğuları saz vəziyyətdə saxlamağa borcludurlar; 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür:- tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; - bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; - bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; - bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldınlmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə.
68. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar; 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir; 35.2-ci və 35.3-cü maddələrinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir; 37.1-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir; 43.2-ci, 43.2.1-ci və 43.2.2-ci maddələrinə əsasən çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək və çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir; 109.4 və 109.5-ci maddələrinə əsasən mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Mülki Məcəllə və digər qanunlar ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
69. “X4” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən yanğın nəzarəti - yanğın təhlükəsizliyi sahəsində norma standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən dövlət nəzarəti fəaliyyətinin xüsusi növüdür; yanğın təhlükəsizliyi tələbləri - yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir; yanğın təhlükəsizliyi tələblərinin pozulması - yanğın təhlükəsizliyi tələblərinin yerinə yetiril məməsi və ya lazımınca yerinə yetirilməməsidir; yanğın təhlükəsizliyi tədbirləri - yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi sahəsində fəaliyyətdir; 6-cı maddəsinin 2-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 7-ci maddəsinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı hüquqları vardır: yanğın zamanı həyatının, sağlamlığının və əmlakının müdafiəsi.
70. Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının: 4.8-ci maddəsinə əsasən müəssisələrin, binaların və tikililərin otaqlarında aşağıdakılar qadağandır: - mövcud normativ sənədlərlə əvvəlcədən şərtləşdirilmiş hallar istisna olmaqla, zirzəmilərdə və kürsü mərtəbələrində AAM, YM və bantın saxlanılması; - partlayıcı maddələr, qazla dolu balonlar, qablaşdırılmış aerozol mallar, sellüloid və digər partlayış-yanğın təhlükəli maddə və materialların saxlanılması və istifadəsi; - çardaqlarda, texniki mərtəbələrdə, ventkameralarda və digər texniki otaqların istehsalat sahələrində, emalatxanalar təşkil etmək, həmçinin qeyd edilən yerlərdə məhsulun, avadanlığın, mebelin və digər əşyaların saxlanılmasına yol vermək; - lift xollarında, boşluqlarında, anbarlar, köşklər, dükanlar və s. yerləşdirmək; - əgər onlara giriş ümumi pilləkən qəfəsindən təyin edilməyibsə, orada yanar materiallar anbar və emalatxanalar təşkil etmək, həmçinin zirzəmi və kürsü mərtəbələrdə başqa təsərrüfat otaqları yerləşdirmək; - eyvanlardakı və lojalardakı layihə ilə nəzərdə tutulmuş qapı və lyükları çıxarmaq, eləcə də qonşu seksiyalara gedən keçidləri və bayır nərdivanlarına çıxışları mebellə, avadanlıqla və digər əşyalarla tutmaq; - otaqların yığışdırılmasında və paltarların yuyulmasında benzindən, ağ neftdən və digər AAM və YM istifadə etmək, həmçinin donmuş boruları İehimləmə lampalarından və ya digər üsullarla açıq alovdan istifadə etməklə qızdırmaq; - iş yerini yağlı sürtgü materiallardan təmizlənməmiş saxlamaq; - müəyyən olunmuş, təsdiq edilmiş norma və qaydalarda nəzərə alınmış hallar istisna olmaqla pəncərələrdə bütöv barmaqcıqlı qəfəslər quraşdırmaq; - yanğın baş verməsində təhlükəsizlik zonalarına aid olan lojaların və eyvanların şüşələnməsi; pilləkən qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkənin iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkənin iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qorumağa icazə verilir) saxlamaq; - binaların istehsalat və anbar otaqlarında (5 dərəcəli odadavamlı binalardan başqa) yanan və çətin yanar material və metal lövhəciklərdən antresollar, kontorlar və digər otaqlar inşa etmək və ya qurumaq; 5.3-cü maddəsinə əsasən köçürmə çıxışlarında aşağıdakılar qadağan olunur: -köçürmə yollarında (5 odadavamlılıq dərəcəsi olan binalardan başqa) tavanların, divarların, pilləkan qəfəslərinin və meydançaların, eləcə də pilləkan qəfəslərində yanar konstruksiyalardan düzəldilmiş pilləkan qəfəslərinin və meydançaların bəzədilməsi üçün yanan materiallardan, boyalardan istifadə edilməsi; - keçidlərin, dəhlizlərin, tamburların, qalereyaların, lift xollarının, pilləkan qəfəslərinin və pilləkanların mebellə, şkafla, avadanlıqla, ayrı-ayrı materiallarla və ya hazır məhsullarla tutulması, eləsə də köçürmə çıxışlarının qapısının mismarlanması; - tamburların çıxışlarında (şəxsi yaşayış evlər və mənzillər istisna olmaqla) paltarın qurudulması, qarderob kimi istifadə edilməsi, avadanlıq və materialların müvəqqəti və ya daimi saxlanılması; - köçürmə yollarında turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan, qalxıb-endirilən qapıların və digər sərbəst çıxışa mane olan qurğuların quraşdırılması; - pilləkən qəfəslərində, xol və tamburlarda öz-özünə bağlanan qapıları təsbiq (fıksasiya) etmək və ya çıxartmaq.
71. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
72. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
73. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
74. Hazırkı apellyasiya şikayətləri ilə qətnamə iddianın təmin edilən və təmin edilməyən hissələrində mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
75. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan apellyasiya şikayətləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
76. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçılar ünvan 5 ünvanında yerləşən 5 girişli, zirzəmili, 11 mərtəbəli mansardlı yaşayış binasında yerləşən ayrı-ayrı mənzillərin mülkiyyətçiləridir. Həmin bina, o cümlədən iddiaçıların mənzilləri Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq “Pilot” Residence” MTK tərəfindən inşa edilərək, “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısı”na dair müqavilələrə əsasən iddiaçılara satılmış və mənzillərin dəyərinin ödənilməsi barədə kooperativ tərəfindən iddiaçılara maliyyə arayışları verilmişdir.
77. Mübahisənin əsasında Cavabdeh1 MTK və Cavabdeh3 tərəfindən inşa edilmiş həmin çoxmənzilli yaşayış binasına qeyd edilən layihədə nəzərdə tutulmamış əlavələrin (artırmaların) edilməsi, o cümlədən tikililərin inşa edilməsi dayanır.
78. Birinci instansiya məhkəməsində icraat zamanı ayrı-ayrı iki iddia üzrə mülki iş bir icraata birləşdirilmişdir. Birinci iddia üzrə 13 tələb, ikinci iddia üzrə 7 tələb irəli sürülmüş və ümumilikdə layihədə göstərilməyən və rəsmi icazə sənədi olmayan qanunsuz tikililərin sökülməsi, bu qaydada görülmüş işlərin nəticələrinin aradan qaldırılması və layihəyə uyğun olaraq əvvəlki vəziyyətin bərpa edilməsi tələb edilir.
79. İddia tələbində göstərildiyi kimi əlavə tikililərin inşası və bunun nəticəsində 3-cü blokun girişinin bağlanması faktı işin halları, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası və işə apellyasiya instansiya məhkəməsində baxılarkən mübahisəli ünvana keçirilmiş yerində müayinə zamanı da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə eksperti tərəfindən aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş 10/3827 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində 3-cü blokun giriş qapısının və ikinci mərtəbəyə giriş hissəsinin döşəmə səviyyəsində beton tökülərək, bağlandığı və bunun “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №01-2001) tələblərinin 4-cü maddəsinin (Binaların tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri) 4.8-ci bəndinin tələblərinə zidd olduğu, həmçinin, bu blokun girişinin sağ tərəfində 1.9x6.1 metr ölçüdə və 4.3m hündürlükdə dəmir konstruksiyalı tikilinin mövcud olduğu göstərilmişdir.
80. Eyni zamanda, həmin blokun qarşısında olan həyətyani sahədən yeraltı qaraja pilləkənli keçid açılmışdır. Halbuki, nə bu, nədə ki, 79-cu bənddə göstərilən işlərin görülməsi və tikilinin inşa edilməsi (qurulması) eskiz layihəsində nəzərdə tutulmamışdır. Həmin layihəyə sonradan bu işlərin görülməsini və tikililərin inşa edilməsini mümkün edən və şərtləndirən dəyişikliklər də edilməmişdir. Dəmir konsktruksiyalı tikilinin Cavabdeh3 tərəfindən inşa edildiyi, qeyd edilən digər işlərin isə Cavabdeh1 MTK tərəfindən görüldüyü müəyyən edilmişdir.
81. Nəticədə həm layihədən kənara çıxılmaqla bu, habelə yanğın təhlükəsizliyi ilə bağlı sahəni tənzimləyən qanunvericiliyin tələbləri pozulmuş, həm də sakinlərin həmin girişdən istifadə edilməsi və yanğın təhlükəsizliyi ilə bağlı pilləkən vasitəsi ilə təxliyyə olunması faktiki olaraq qeyri-mümkün hala salınmışdır. Halbuki, qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən mənzil mülkiyyətçilərinin ümumi əmlakı hesab edilən bu sahələrdə qeyd edilən işlər yalnız mənzil mülkiyyətçilərinin razılığı ilə aparıla bilər. Lakin nə mənzil mülkiyyətçilərindən, nə də ki, səlahiyyətli orqanlardan (əksinə, Azərbaycan Respublikasının Fövqəldə Hallar Nazirliyi X30 Xidməti və Tikintidə X9 Agentliyi öz məktublarında bu tikintilərin qanunsuz olduğunu bildirir) belə bir razılıq alınmamış və hüquqi nəticə etibarı ilə mənzil mülkiyyətçilərinin ümumi əmlakı hesab edilən bu sahələrdən istifadə və onlara sahiblik etmək hüququ pozulmuşdur. Qeyd edilənlər öz növbəsində həmin qanunsuz hərəkətlərə yol vermiş şəxslərin maliyyə vəsaiti hesabına göstərilən tikililərin sökülməsini, pilləkənli keçidin bağlanmasını və layihəyə uyğun əvvəlki vəziyyətin bərpa edilərək, sahələrin mənzil mülkiyyətçilərinin ümumi istifadəsinə qaytarılmasını şərtləndirir.
82. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 3-cü blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, bu blokunun girişinin layihəyə uyğun olaraq əvvəlki vəziyyəti bərpa edilməsi, blokun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrin onların ümumi istifadəsinə qaytarılması, həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələr və məhdudiyyətlərin aradan qaldırılması, blokun qarşısında olan həyətyanı sahədən yeraltı qaraja pilləkənli keçidin bağlanması və layihəyə uyğun olaraq əvvəlki vəziyyətin bərpa edilməsi vəzifəsini Cavabdeh1 MTK-nın, blokunun girişinin sağ tərəfində inşa edilmiş dəmir konstruksiyalı tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətin bərpa edilməsi vəzifəsini isə Cavabdeh3 üzərinə qoymuşdur. Bu məsələlər məhz onların maliyyə vəsaitləri hesabına həll edilməlidir. Qeyd edilənlər öz növbəsində bu hissədə cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu təsdiq edir.
83. Məhkəmə kollegiyası iddia tələbinin binasının 3-cü, 4-cü və 5-ci blokun 2-ci mərtəbəsində tikilən eyvan tipli tikilinin və 5-ci blokun qarşısında tikilən qanunsuz tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin bərpa edilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu tikililər də qeyd edilən eskiz layihədə nəzərdə tutulmamış, onların inşasına nə saləhiyyətli qurumların, nə də ki, mənzil mülkiyyətçilərin razılığı alınmışdır. Məhkəmə eksperti aparılmış tədqiqatın nəticəsi olaraq müəyyən etmişdir ki, 5-ci blokun qarşısında, həyətdə inşa edilmiş tikintinin sahəsi 850 kv.m. ölçüdədir, eyvan tipli tikili 1.3 metr enində, 26,6 metr uzunluqdadır və bu tikntilər eskiz layihədə nəzərdə tutulmamışdır. Bununla belə, həmin tikintilərin inşa edilməsi üçün hər hansı qanuni əsas yoxdur, mənzil mülkiyyətçilərinin nənki iradəsinə zidd inşa edilmiş, hətta onların mövcudluğu konkret olaraq, mənzil mülkiyyətçilərinin hüquqlarını pozur. Bu baxımdan həmin tikintilər qanunsuz hesab edilməli və sökülərək, layihəyə uyğun olaraq əvvəlki vəziyyət məhz onları inşa etmiş Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməlidir. Başqa sözlə, birinci instansiya məhkəməsi bu hissə üzrə də düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır.
84. Ümumiyyətlə iddiaçıların bu tələbi ilə bağlı qeyd edilməlidir ki, 83-cü bənddə göstərilən 850 kv.m. tikintinin inşası nəticəsində 5-ci blok konkret olaraq həmin tikintinin altında qalmışdır. Hətta həmin giriş hörülmüş və girişə yalnız qeyd edilən eyvan tipli tikinti vasitəsi ilə daxil olmaq mümkün olmuşdur. Sonradan məhkəmə tərəfindən tədbiq edilmiş müvəqqəti təminat tədbiri nəticəsində girişin hörgüsü sökülmüş və həmin girişdən liftə daxil olmaq mümkün olmuşdur. Bu halların həmin girişdə yaşayan mənzil mülkiyyətçilərinin hüquqlarını pozması qənaətinə gəlmək üçün xüsusi biliyə malik olmağa ehtiyac yoxdur. Həmin tikintinin layihədə olmaması və mənzil mülkiyyətçilərinin hüquqlarını pozması açıq və aydın şəkildə görünür. Həmin eyvan tipli tikinti də məhz bu məqsədlə, yəni girişlərdən hərəkət qadağan edildiyi (məhdudlaşdırıldığı) üçün yuxarı mərtəbədən girişin təmin edilməsi üçün inşa edilmişdir.
85. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, bu işləri görən cavabdeh kooperativ ümumiyətlə belə bir səlahiyyətə malik olmamışdır. Məhz üzvlərin konkret ehtiyacının (yaşayış sahəsinə olan tələbatın) təmin edilməsi məqsədilə yaradıldığı üçün mənzil-tikinti kooperativləri istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilir, nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulur. Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Mülki Məcəllə və digər qanunlar ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Bununla belə, qüvvədə olan qanunvericiliyin qeyd edilən müddəaları MTKnın hansı məqsədlə yaradılmasını və onun ləğvinin hüquqi əsaslarını dəqiq şəkildə təsbit etmişdir.
86. Lakin 85-ci bənddə qeyd edilən məsələlər Cavabdeh1 MTK tərəfindən həll edilməsinə baxmayaraq, bu cavabdeh həmin binada hazırda da öz fəaliyyətini davam edir və bu fəaliyyət çərçivəsində layihədə nəzərdə tutulmayan və mənzil mülkiyyətçilərinin iradəsinə zidd, onların hər hansı maraqlarına xidmət etməyən, əksinə ümumi mülkiyyətdə olan sahələrə sahiblik və onlardan istifadə hüquqlarını məhdudlaşdıran yenidənqurma, o cümlədən tikinti işləri həyata keçirir. Bu fəaliyyətdə qanuni hesab edilə bilməz və onun nəticələri birmənalı şəkildə aradan qaldırılmalıdır.
87. Məhkəmə kollegiyası binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün sökülməsi tələbi ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, həmin tikili sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan sahədə deyil, birbaşa olaraq ümumi istifadəli ərazidə inşa edilmişdir. Həmin sahə təyinat etibarı ilə ictimai məqsədlər üçün ayrılmış sahədir (küçə) və həmin sahədə yerləşən hər hansı tikilinin sökülməsi ilə bağlı tələblə yalnız dövlətin adından onun səlahiyyəti orqanı (hazırki halda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) çıxış edə bilər. Qeyd edilənlər iddiaçıların bu tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olmadığını təsdiq edir.
88. Məhkəmə kollegiyası Cavabdeh2 MMC-nin icarə müqaviləsi əsasında qeyriyaşayış sahəsindən istifadə etdiyini, özbaşına tikililərin də Cavabdeh1 MTK və Cavabdeh3 tərəfindən inşa edildiyini, habelə yuxarıda göstərilən mövqeyini nəzərə alıb, Cavabdeh2 MMC-nin və Maraqlı şəxs2 apellyasiya şikayətlərini də əsassız hesab edir və onların da təmin edilməməsi qənaətinə gəlir.
89. Məhkəmə kollegiyasının yuxarıda qeyd edilən qənaəti dövlət rüsumu ilə bağlı məsələnin də birinci instansiya məhkəməsinin mövqeyinə uyğun həll edilməsini şərtləndirir.
90. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir.
91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçılar İddiaçı4, X17, İddiaçı3, X18, X23, X24, X19, İddiaçı7, İddiaçı6 Ələsfər oğlu və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MMC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-48/2024 nömrəli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.