Məhkəmə qərarları › İş №2(103)-3514/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3514/2024

27.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3514/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 285 saylı tam orta məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.*1.2*24-cü il tarixli, 2(**6)-896/2*24 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı şəhəri 285 saylı tam orta məktəbi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə cavabdehin əsl cavabdehlə, yəni Bakı şəhəri 285 saylı tam orta məktəblə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki iş üzrə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsini əsl cavabdeh Bakı şəhəri 285 saylı tam orta məktəbi ilə əvəz etmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsi ərizə ilə müraciət edərək, mülki işin aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.*1.2*24-cü il tarixli, 2(**6)-896/2*24 saylı qərardadı ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən “mülki işin aidiyyəti üzrə göndərilməsi barədə” vəsatətin rədd edilməsi, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 285 saylı tam orta məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsində baxılması qərara alınmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi-vəkili tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsini və mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh, yəni 285 saylı tam orta məktəbinin qeydiyyat ünvanı üzrə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q.Yaşayış massividir. Haqlı olaraq aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilməsini tələb etmişlər. İlkin olaraq cavabdeh iddia tələbinə cavabdehin düzgün göstərilməməsi bildirmiş və əsl cavabdehlə əvəz olunmasını təklif etmişdir. Sonradan aidiyyət məsələsi barədə vəsatət verilmiş, lakin əsassız olaraq təmin edilməmişdir. Buna misal olaraq, bütün təhsil ocaqları və müəssisələri Təhsil Nazirliyinə tabedir. Təhsil Nazirliyi ərazi aidiyyəti üzrə Nərimanov rayonu ərazisində yerləşir, Respublika üzrə təhsil ocaqları ilə bağlı olan iddialar Nərimanov Rayon Məhkəməsinə verildikdə iddia ərizəsi icraata qəbul olunmalıdırmı? Və ya olduqdan sonra cavabdeh əsl cavabdehlə əvəz olunduğu halda Nərimanov Rayon Məhkəməsi baxmalıdır. Qeyd edildiyi kimi ərazi aidiyyəti pozularaq verildiyi üçün iddia ərizəsi icraata qəbul edilməməli idi, lakin edilib və məhkəmə iclasında bu hal aşkarlanıbsa, aidiyyəti üzrə göndərilməlidir. Bu hal heç bir halda Azərbaycan Respublikası MPM-in 31.2ci maddəsinin təsiri altına düşmür. Qərardada nəzər salınsa, məhkəmə 31.2 və 35-ci maddələrə istinad edib. Bir hala nəzər salmaq lazımdır ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi işə götürən deyil. Belə olan halda o, cavabdeh ola bilməz və işdən çıxarılma barədə əmri isə 285 saylı tam orta məktəbin direktoru tərəfindən verilib. Məhkəmə qeyd olunan halları nəzərə almadan 31.*1.2*24-cü il tarixli, 2(**6)-896/2*24 nömrəli qərardadı ilə mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatət rədd edilmişdir. Halbuki, iş qanunvericiliyin tələbinə əsasən aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2*24-cü il tarixli, 2(**6)-896/2*24 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxt iddia tələbini cavabdeh olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinə yönəltmişdir. İddia ərizəsindən göründüyü kimi cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi iddia ərizəsi verildiyi vaxt cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi olduğu üçün iddiaçı cavabdehin hüquqi ünvanı üzrə, yəni Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, hazırki mülki iş *7.12.2*23-cü il tarixdə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına qəbul edilmişdir və İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 285 saylı tam orta məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki işə Nəsimi rayon məhkəməsində baxılmalıdır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, cavabdeh tərəf şikayətdə hazırki mübahisənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinin təsiri altına düşmədiyini qeyd etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilk öncə iddia ərizəsində cavabdeh olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsini göstərməklə məhkəməyə müraciət etmiş və cavabdehin ünvanı da Nəsimi rayon ərazisi olduğundan iddia ərizəsi icraata qəbul edilmişdir. Lakin sonradan cavabdeh dəyişmişdir, bu hal isə iddia ərizəsinin aidiyyatı üzrə baxılması üçün göndərilməsinə əsas yaratmır. Çünki ilk dəfə iddia ərizəsi verilən zaman aidiyat qaydalarına əməl edilmişdir. Şikayətin Bakı şəhəri üzrə Təhsil İdarəsinin işəgötürən olmamaqla onun cavabdeh ola bilməməsi və işdən çıxarılma barədə əmrin isə 285 saylı tam orta məktəbin direktoru tərəfindən verilməsinə dair dəlillərinə məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, bu dəlillər əsassız olmaqla yanaşı əhəmiyətsizdir. Belə ki, əvvəla iddiaçının ilk dəfə iddia ərizəsində cavabdeh qismində başqa şəxs qeyd etməsi aidiyyat qaydalarınnın pozulması demək deyil. Bu halda prosessual qanunvericilik iddiaçıya hüquq verir ki, iddiaçı yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bilsin. Hazırki iş üzrə də iddiaçı həmin hüquqdan istifadə edərək, iş üzrə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi əsl cavabdeh Bakı şəhəri 285 saylı tam orta məktəbi ilə əvəz edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin hansı hüquqlarının pozulması şikayətdən aydın deyildir. Halbuki, Bakı şəhəri üzrə Təhsil İdarəsi işə götürən olmamaqla artıq iş üzrə cavabdeh statusunda deyildir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.*.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 4*2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.*1.2*24-cü il tarixli, 2(**6)-896/2*24 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar