Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3519/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X11 və X4 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı,cavabdehin vəkili X15 və 3-cü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə (3-cü şəxs: Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı “son haqq-hesabın kəsilməsi və istifadə edilməmiş məzuniyyətlərlə əlaqədar ödəmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5065/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı “son haqq-hesabın kəsilməsi və istifadə edilməmiş məzuniyyətlərlə əlaqədar ödəmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxmağı ilə əlaqədar son haqq-hesabın kəsilməsi və istifadə etmədiyi məzuniyyətlərin pul əvəzinin Cavabdeh QSC-dən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 7200 manat son haqq-hesabın, 6 il ərzində ödənilməmiş 6000 manat məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5065/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh QSC-nin qanunsuz olaraq vergidən yayınması faktı ilə əlaqədar xüsusi qərardad çıxarıb araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü il tarixdə “xxxxx” MMC-yə satış müvəkkili vəzifəsinə işə qəbul edilmişdir. 2019-cu ilin mart ayınadək həmin cəmiyyətdə işləmişdir. xx.xx.2019-cu il tarixdə isə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən könüllü ərizəsi nəzərə alınaraq işdən azad edilmişdir. O, 6 il eyni müəssisədə işləsə də müdiriyyətin təqsiri ucbatından məzuniyyət hüququndan bir dəfə də olsun istifadə etməmişdir. İstifadə etmədiyi məzuniyyətlərin pulu ona ödənilməmişdir. Son haqq hesabının kəsilməsi və istifadə etmədiyi məzuniyyətlərin pulunun ödənilməsi barədə Cavabdeh QSCnin müdiriyyətinə müraciət etsə də, tələbi təmin edilmədiyindən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.Nərimanov Rayon Məhkəməsi tərəfindən nəinki əsassız qərar qəbul edildi hətta irəli sürdüyü iddianın çərçivəsindən kənara çıxılaraq guya onun şirkətə məxsus malı mənimsədiyi göstərilməklə ona qarşı ittiham irəli sürülmüş, Cavabdeh MMC tərəfindən isə humanistlik göstərilərək işdən ərizəsi əsasında çıxarılmağı göstərilmişdir. Hansı ki, o işdə olan zaman “Nazil” adlı şəxsin qanunsuzluqlarına etiraz etdiyi üçün işdən çıxarılmış və ondan hədə-qoxu ilə izahat alınmışdır ki, şikayət etməsin. Onun əmək kitabçasından görünür ki, işlədiyi müddət ərzində hər il şirkət ləğv edilmiş, bütün işçilər işdən çıxarılmış və yeni adla yaradılmış şirkətə yenidən işə qəbul edilmişlər. Burada tək məqsəd vergi ödəməkdən yayınmaqdan ibarət olmuşdur. İşlədiyi 6 il ərzində şirkət 6 dəfə ləğv edilmiş və yenisi yaradılmışdır və hər dəfə də işçilər ərizə əsasında işdən çıxarılaraq yeni ərizə ilə yenidən işə qəbul edilmişlər. Satış meneceri olaraq işləri görmək üçün 2014-cü ildə ona verilmiş “Fiat” yükdaşıma maşınını da Cavabdeh şirkətinə təhvil vermişdir. Əcaba başqa şirkətə məxsus əmlakı Cavabdeh QSC niyə qəbul etməli idi. Həmçinin, şirkətin mallarını payladığı bütün marketlər və satış obyektləri də təsdiq edə bilərlər ki, “xxxxx” şirkəti ləğv edilərək onun yerində hər il başqası yaradılmış nəticədə isə Cavabdeh şirkəti öz hüquqi simasını gizlətmiş olsa da əslində bu şirkət “xxxxx”in hüquqi varisidir.Göründüyü kimi məhkəmə tərəfindən obyektiv araşdırma aparılmadan subyektiv qərar qəbul edildiyindən həmin qətnamə ləğv edilməli və qanunun tələbinə uyğun olan, iddianın əsaslılığını təmin edən yeni qətnamə qəbul edilməlidir. Bundan savayı, vergidən yayınma halları ilə əlaqədar xüsusi qərardad çıxarılaraq araşdırılması üçün Baş Prokurorluğa göndərilməlidir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X15 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi X8 apelyasiya şikayətinin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən, o, xx.xx.2013-cü il tarixdə 04/k saylı əmrlə “xxxxx” MMC-yə satış müvəkkili vəzifəsinə işə götürülmüş, 12/6 saylı, xx.xx.2016-cı il tarixli əmrlə, öz xahişi ilə işdən azad edilmişdir. 12/24 saylı əmrlə xx.xx.2016-cı il tarixdə “xxxxxxxxxx” MMC-yə satış müvəkkili vəzifəsinə işə götürülmüş, 43/95 saylı, xx.xx.2016-cı il tarixli əmrlə, öz xahişi ilə işdən azad edilmişdir. 1/94 saylı əmrlə xx.xx.2016-cı il tarixdə “xxx” QSC-yə satış müvəkkili vəzifəsinə işə götürülmüş, 22/75 saylı, xx.xx.2017-ci il tarixli əmrlə, öz xahişi ilə işdən azad edilmişdir. 15/75 saylı əmrlə xx.xx.2017-ci il tarixdə “xxx” QSC-yə satış müvəkkili vəzifəsinə işə götürülmüş, 16/36 saylı, xx.xx.2018-ci il tarixli əmrlə, öz xahişi ilə işdən azad edilmişdir. 10/53 saylı əmrlə xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxxxxxxx” QSC-yə satış müvəkkili vəzifəsinə işə götürülmüş, 48/K saylı, xx.xx.2018-ci il tarixli əmrlə, öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə və xx.xx.2019-cu il tarixli 02/k əmrdən çıxarışa əsasən 02/k, xx.xx.2018-ci il tarixli əmrə əsasən, İddiaçı müddətsiz olaraq, Cavabdeh QSC-yə satış müvəkkili vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh QSC-nin direktoru X10 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu satış müvəkkili vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmış, işçiyə üç ay sınaq müddəti müəyyən edilmişdir. Müqavilə ilə əmək haqqı 700 manat müəyyən edilmişdir. İşçi gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir, şənbə və bazar günləri istirahət günləridir. Məzuniyyət üzrə işçi ilini xx.xx.2018-xx.xx.2019 aylardan ibarət dövrü əhatə edir. Əsas məzuniyyətinin müddəti 21 təqvim günüdür. Əmək stajına görə 4 təqvim günü müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli Cavabdeh QSC-nin direktoru X10 ilə satış müvəkkili İddiaçı arasında bağlanmış tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqaviləyə əsasən, sonuncu müşayətedici sənədlərə uyğun olaraq anbardan məhsulu qəbul edir, satış nöqtələrinə çatdırır. Çatdırılmış yükün təhvili, pul vəsaitlərinin qəbulu və təhvili hesabatını aparır. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə Cavabdeh QSC-nin və “xxxxx” MMC-nin reyestr məlumatları, hüquqi varisliyi və təşkilati-hüquqi formasının dəyişməsi barədə məlumatın verilməsinə dair sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Qurumun adı: Cavabdeh X13; Qeydiyyata alındığı tarixi: xx.xx.2017-ci il; Dövlət qeydiyyat № (VÖEN): **********; Təşkilati-hüquqi forması: X13; Maliyyə ili: 1 yanvar - 31 dekabr; Hüquqi ünvanı: AZ1029, ünvan 1 Nizamnamə kapitalının miqdarı (ödənilmiş): 5000 manat; Təsisçilər və nizamnamə kapitalında paylarının miqdarı: Marandi Javad (Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya) - 100 %; Qanuni təmsilçi: X6 Cavabdeh QSC-nin qeydiyyat qovluğuna əsasən bildiririk ki, hüquqi şəxs dövlət qeydiyyatına alındığı tarixdən hal-hazıradək təşkilati-hüquqi formasında dəyişiklik faktı qeydə alınmamış və qurumun hüquqi varisliyi aşkar edilməmişdir. “xxxxx” MMC-nin reyestr məlumatları: Qurumun adı: “xxxxx” MMC; Qeydiyyata alındığı tarixi: xx.xx.2003-cü il; Əvvəlki dövlət qeydiyyat №: 1103-T1-3347; Dövlət qeydiyyat № (VÖEN): **********; Təşkilati-hüquqi forması: X5; Maliyyə ili: 1 yanvar - 31 dekabr; Hüquqi ünvanı: AZ1029, ünvan 1 Nizamnamə kapitalının miqdarı (ödənilmiş): 20 manat; Təsisçilər və nizamnamə kapitalında paylarının miqdarı: “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC (Britaniya Virgin adaları) - 100 %; Qanuni təmsilçi: X1 qeydiyyat qovluğuna əsasən “xxxxx” MMC xx.xx.2011-ci il tarixdə M-1062 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “xxxxx” X2 bazasında yaradılıb və onun hüquqi varisidir. “xxxxx” MMC dövlət qeydiyyatına alındığı tarixdən hal-hazıradək təşkilati-hüquqi formasında dəyişiklik faktı qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə 04/k saylı əmrlə “xxxxx” MMC-yə satış müvəkkili vəzifəsinə işə götürülmüş, 12/6 saylı, xx.xx.2016cı il tarixli əmrlə, öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı işdən azad edildikdən sonra xx.xx.2018-ci il tarixədək müxtəlif şirkətlərdə satış müvəkkili vəzifəsində işləmişdir. Sonuncu iş yeri isə iddia tələbini yönəltdiyi Cavabdeh QSC olmuşdur. İddiaçı xx.xx.2018-xx.xx.2019-cu il tarixlərində Cavabdeh QSC-də işləmişdir. Əmək müqaviləsinə xitam verilərkən İddiaçı hesabına xx.xx.2018- xx.xx.2019-cu il dövrü üçün istifadə edilmiş məzuniyyətə görə müavinət ödənmiş, eyni zamanda son haqq-hesab edilmişdir. İşçinin işlədiyi müddət üçün iş ilinə uyğun məzuniyyət pulu hesablanmış və ona 4372,01 manat (vergi və digər ödəmələrlə çıxılmaqla) ödənilmişdir. Birinci instansiya məhkəməsi həmçinin iddiaçının əsas gətirdiyi 6 il müddətində ondan fond üçün tutulan 7200 manatın və 6000 manat ödənilməmiş məzuniyyət pulunun ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixlərində müxtəlif şirkətlərdə eyni vəzifələrdə işləmiş, bu müddətdə o eyni əsas ilə işdən azad edilmişdir. Cavabdeh QSC-nin müqavilə imzalanan vaxt qanuni təmsilçisi hazırda “xxxxx” MMC-nin qanuni təmsilçisidir. Lakin bu hal özü-özlüyündə iddiaçının hazırda Cavabdeh QSC-dən fond üçün tutulan 7200 manatın və 6000 manat ödənilməmiş məzuniyyət pulunun tələb edilməsinə əsas vermir. Belə ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə Cavabdeh X7 və “xxxxx” X2 reyestr məlumatları ilə bağlı sorğuya alınmış cavab məktubundan görünür ki, hər iki hüquqi şəxsin dövlət qeydiyyatına alındığı tarixdən hal-hazıradək təşkilati-hüquqi formasında dəyişiklik faktı qeydə alınmamışdır. Belə olan halda tədqiq edilmiş sübutlar ilə Cavabdeh QSC-nin əməkdaşı olduğu müddətdə İddiaçı Əmək Məcəlləsi ilə müəyyən edilən hüquqlarının pozulmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 69.1, 69.2, 83.2, 87.2, 87.3, 110, 113, 144, 165-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə üst-üstə düşür və Məhkəmə kollegiyasi həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır. İddiaçının Cavabdeh QSC-nin qanunsuz olaraq vergidən yayınması faktı ilə əlaqədar xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətə münasibətdə isə kollegiya qeyd edir ki, belə bir qərardadın çıxarılması üçün əsaslar apelyasiya baxışı zamanı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5065/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-3519/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3519/2020
24.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver