Məhkəmə qərarları › İş №2(103)-3519/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3519/2025

02.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3519/2025 02.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh8 hüquqi varisi X17 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5364/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh8 hüquqi varisi X33 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Orbita MTK cavabdehlər Cavabdeh2, Cavabdeh3 və qeyrilərinə qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi 3245-ci məhəllədə 0,8460 ha torpaq sahəsində inşa olunmuş cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh13,Cavabdeh10, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh17, Cavabdeh18, Cavabdeh20, X40, X18, X10, Cavabdeh21, X23, X27, X34, X8, X3, Hüseynov Elmar, X24, X38, X14 və X4 məxsus qarajların dəyəri ödənilməklə sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5364/18 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 məxsus ümumi sahəsi 42,7 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 29150,0 manat, Cavabdeh3 məxsus ümumi sahəsi 19 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh6 məxsus ümumi sahəsi 19,8 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13500,0 manat, Cavabdeh5 məxsus ümumi sahəsi 33,8 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 23100,0 manat, Cavabdeh7 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh8 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh10 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh11 məxsus ümumi sahəsi 53,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 36150,0 manat, Cavabdeh12 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh13 məxsus ümumi sahəsi 19,0 kv.m. olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh14 məxsus ümumi sahəsi 24,2 kv.m. olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 16.500,0 manat, Cavabdeh15 məxsus ümumi sahəsi 26,6 kv.m. olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 18.150,0 manat, X5 məxsus ümumi sahəsi 19,8 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13.500,0 manat, Cavabdeh18 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh20 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, X35 məxsus ümumi sahəsi 24,5 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 16700,0 manat, X11 məxsus ümumi sahəsi 24,5 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 16700,0 manat, Cavabdeh21 məxsus ümumi sahəsi 24,5 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 16700,0 manat, X15 məxsus ümumi sahəsi 44,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat oİmaqla 30000,0 manat, X19 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, X25 məxsus ümumi sahəsi 18,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 12300,0 manat, X7 məxsus ümumi sahəsi 28,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 19100,0 manat, X1 məxsus ümumi sahəsi 18,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 12300,0 manat, Hüseynov Elmara məxsus ümumi sahəsi 18,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 12300,0 manat, X16 məxsus ümumi sahəsi 33,8 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 23100,0 manat, X28)məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, X9 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat və X6 məxsus ümumi sahəsi 18,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manatın MTK tərəfindən ödənildikdən sonra həmin qarajların sökülməsi və qarajların yerləşdiyi ərazinin MTK-ya təhvil verilməsi qət olunmuşdur. Cavabdehlər X8, Cavabdeh11, Cavabdeh20, X24, Cavabdeh18, Cavabdeh21 Yağub oğlu, Cavabdeh6, X23 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6/2024 nömrəli mülki iş üzrə 4 iyun 2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- mübahisələndirilən hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi, cavabdehlər Cavabdeh2 məxsus ümumi sahəsi 53,8 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 61.000,0 manat, Cavabdeh6 məxsus ümumi sahəsi 19,8 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 22.374,0 manat, Cavabdeh11 məxsus ümumi sahəsi 53,0 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 59890, 0 manat, Cavabdeh18 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 21470,0 manat, Cavabdeh20 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 21470,0 manat, Cavabdeh21 məxsus ümumi sahəsi 24,5 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 27685,0 manat, X15 məxsus ümumi sahəsi 44,0 kv. metr olan qarajın 1 kv. metri üçün 1130.0 manat oİmaqla 49720,0 manat, X7 məxsus ümumi sahəsi 28,0 kv. metr olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 31640,0 manat, X16 (hüquqi varisi X29) məxsus ümumi sahəsi 33,8 kv. metr olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 38194,0 manat MTK tərəfindən ödənildikdən sonra həmin qarajların sökülməsi və qarajların yerləşdiyi ərazinin MTK-ya təhvil verilməsi, iddia tələbinin qalan mübahisələndirilən hissələrdə rədd olunması qət edilmişdir. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Mehriban Qarayeva, Pərviz Hüseynov) Cavabdeh6 (vəkil X36) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, Cavabdeh6 qarşı iddia tələbinın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh20 (vəkil X36) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və Cavabdeh20 qarşı iddia tələbi çərçivəsində iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh21 (vəkil X12) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3346/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehlər Cavabdeh6 Əfsər oğlu, Cavabdeh20 və Cavabdeh21 kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5364/18 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh8 hüquqi varisi X33 apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5364/2018 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 5364/2018 saylı qətnaməsindən Cavabdeh8 hüquqi varisi X33 tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi, Cavabdeh8 hüquqi varisi X33 tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 5364/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh8 hüquqi varisi X33 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5364/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi Cavabdeh8 münasibətdə ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh8 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi, hazırki iş üzrə Orbita MTK isə iddiа ilə məhkəməyə mürаciət еtməzdən 23 il əvvəl Cavabdeh8 vəfаt еtmişdir. Ölmüş şəхsə qаrşı məhkəmədə iddiа qаldırmаq isə yоlvеrilməzdir və bеlə işə məhkəmədə bахılа bilməz. Аzərbаycаn Rеspublikаsı MPM-nin 261.0-ci mаddəsinin tələbinə görə, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Ölmüş şəхsə qаrşı məhkəmədə iddiа qаldırılmаsının yоlvеrilməz оlmаsını əsаslаndırmаq üçün hər hаnsı prоsеssuаl nоrmаyа istinаd еtməyə еhtiyаc yохdur. MPMnin 50.1-ci mаddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-nin 50.3-cü mаddəsinə görə də iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qаnunun mənаsındаn dа göründüyü kimi, prоsеsdə yаlnız sаğ оlаn iddiаçı və cаvаbdеh tərəf оlа bilər. Məhkəmə qеyd еdir ki, Аzərbаycаn Rеspublikаsı MPM-nin 4.1-ci mаddəsində bütün fiziki və hüquqi şəхslərin məhkəmə müdаfiəsindən istifаdə еtmək hüququ еhtivа оlunduğu kimi, MPM-nin 47.1-ci maddəsində işdə iştirak edən şəxslərin prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olduqları da nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiаçı Orbita MTK-nın mərhum Cavabdeh8 mirаsınа yiyələnmiş vərəsələrinə qаrşı yеnidən məhkəməyə mürаciət еtməsi üçün hеç bir mаnеə mövcud dеyil və işin icrааtınа хitаm vеrilməsi оnu bu hüquqdаn məhrum еtmir. Ölmüş şəхsə qаrşı məhkəmədə iddiа qаldırılmаsı yоlvеrilməz оlduğu üçün işin məhkəmə bахışınа vеrilməməsi çəkişmə prinsipinin pоzulmаsı kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qеyd еdir ki, işin icrааtınа MPM-nin 261.0.7-ci mаddəsi ilə dеyil, həmin Məcəllənin 261.0.1-ci mаddəsi ilə, yəni iş məhkəmədə bахılmаlı оlmаmаsı əsаsı ilə хitаm vеrilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5364/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi Cavabdeh8 münasibətdə ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh8 hüquqi varisi X33 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5364/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi Cavabdeh8 münasibətdə ləğv edilməklə həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar