Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3520/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər X13 Liseyi, Cavabdeh2, YYYYY, Cavabdeh4, Cavabdeh5 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi) əmrlərin ləğvi və sair tələblərinə dair 2(005)-5080/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və cavabdeh X13 Liseyi tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X13 Liseyi, Cavabdeh2, YYYYY, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 Vəqfi Bakı Atatürk Liseyinin müdiri YYYYY tərəfindən qanunsuz olaraq imzalanmış, 2019-cu il 13 sentyabr tarixli, 416/H №-li "Əmək funksiyalarını yerinə yetirməyən işçiyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi intizam tənbehi barədə" əmrin ləğv edilməsi, X5 Vəqfi Bakı Atatürk Liseyinin müdiri YYYYY tərəfindən qanunsuz olaraq imzalanmış, 2019-cu il 07 oktyabr tarixli, 417/H nömrəli "İddiaçı işdən azad olunması barədə" əmrin ləğv edilməsi, onun X5 Vəqfi Bakı Atatürk Liseyində "Azərbaycan dili və ədəbiyyatı" müəllimi vəzifəsinə işə bərpa olunmağı, 2019-cu il sentyabr ayının 16-dan, bazar ertəsi günündən, saat 08.00-dan başlanmaq şərti ilə, 2019-2020-ci tədris ili üçün tədris planının, dərs cədvəlinin və həmişəki kimi minimum 20 (iyirmi) saatlıq həftəlik dərs yükünün ona verilməsi, 2019-cu il sentyabr ayının 16-dan, bazar ertəsi günündən, saat 08.00-dan başlanmaq şərti ilə, həmişəki kimi minimum 20 saatlıq həftəlik dərs yükündən hesablanmaqla aylıq əmək haqqının ödənilməmiş, yerdə qalan bütün kəsir hissəsinin cavabdehlərdən alınaraq ona ödənilməsi, onun bir pedaqoq olaraq müəllim kimi peşə fəaliyyətinin davam etdirilməsi üçün Lisey rəhbərliyi tərəfindən ona hərtərəfli, lazımi əmək şəraitinin yaradılması, vurulmuş olan mənəvi ziyanlara görə "X13 Liseyi" MMC-dən ******* manat, Cavabdeh2 ******* manat, YYYYYdən ******* manat, Cavabdeh4 500000 manat və Cavabdeh5 500000 manat alınaraq iddiaçıya ödənilməsi, vurulmuş olan maddi ziyanlara görə "X13 Liseyi " MMC-dən ******* manat, Cavabdeh2 300000 manat , YYYYYdən 300000 manat, Cavabdeh4 300000 manat və Cavabdeh5 300000 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “Əmək funksiyalarını yerinə yetirməyən işçiyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi intizam tənbehi barədə” xx.xx.20019-cu il tarixli, 416/H №-li İddiaçı barəsində X5 Vəqfi Bakı Atatürk Liseyinin əmrinin ləğv edilməsi, X5 Vəqfi Bakı Atatürk Liseyinin İddiaçı işdən azad edilməsinə dair xx.xx.2019-cu il tarixli, 417/H №-li əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi bağlanılmaqla öz vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - vurulmuş olan mənəvi ziyanlara görə "X13 Liseyi " MMC-dən ******* manat, Cavabdeh2 ******* manat, YYYYYdən ******* manat, Cavabdeh4 500000 manat və Cavabdeh5 500000 manat alınaraq ödənilməsi, vurulmuş olan maddi ziyanlara görə "X13 Liseyi " MMC-dən ******* manat, Cavabdeh2 300000 manat, YYYYYdən 300000 manat, Cavabdeh4 300000 manat və Cavabdeh5 300000 manat alınaraq ödənilməsinə dair iddianın təmin olunmayan hissələrində ləğv edilməsini və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmiş və Dövlət Attestasiya Komissiyasının x xxxx 2004-cü il tarixil qərarı ilə ona, "Filologiya (Azərbaycan dili və ədəbiyyatı)" ali peşə istiqaməti üzrə Bakalavr dərəcəsi verilmişdir. 2004 - cü il sentyabr ayının 01-dən 2019-cu il oktyabr ayının 07-nə, bazar ertəsi gününə qədər, 15 (on beş) il fasiləsiz olaraq, başqa heç bir yerdə işləmədən, əsas iş yeri olan X5 Vəqfi Bakı Atatürk Liseyində "Azərbaycan dili və ədəbiyyatı" müəllimi vəsifəsində müddətsiz əmək müqaviləsi ilə işləmişdir. Nəhayət 2019cu il oktyabr ayının 07-də, bazar ertəsi günündə, Liseyin müdiri Eylem xanım Gültekin tərəfindən tamamilə qanunsuz olaraq imzalanmış "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 - ci maddəsinin "ç" bəndi ilə onun işdən azad edilməyi haqqında" olan 417/H nömrəli əmr ilə o, tamamilə qanunsuz olaraq işdən azad edilmişdir. Həmçinin, X5 Vəqfi Bakı Atatürk Liseyində keçirilən imtahanda iştirak etmədiyinə görə X5 Vəqfi Bakı Atatürk Liseyinin müdiri YYYYY tərəfindən tamamilə qanunsuz olaraq imzalanmış, 2019cu il 13 sentyabr tarixli, 416/H №-li "Əmək funksiyalarını yerinə yetirməyən işçiyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi intizam tənbehi barədə əmr verilmişdir. Onun 3 yaşına çatmamış 2 azyaşlı uşağı vardır. Yuxarıda sadalanan bu faktların mövcudluğu məhz onun Azərbaycan Respublikasının 1999-cu il 01 fevral tarixli, 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 1999-cu il iyul ayının 01-dən qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci ("Əmək müqaviləsinin müddəti") və 79cu("Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar") maddələrinə tamamilə qanuni olaraq, bilavasitə istinad etməyinə tam hüquqi əsas yaradır. Ona görə ki, yuxarıda sadaladığı məhz həmin 2 maddə YYYYYə, onu işdən azad etməyi tamamilə qadağan edir. Cavabdeh X13 Liseyi apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı nə işə qəbul zamanı, nə də işlədiyi dövr ərzində azyaşlı uşaqlarının olmasını təsdiq edəcək sənəd təqdim etməmişdir. Apelyasiya baxışı zamanı iddiaçı tərəf cavabdeh X13 Liseyinin apelyasiya şikayətinə etiraz edərək, verdikləri şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər və üçüncü şəxslər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın cavabdeh Türk X4rşı təmin olunmuş, maddi və mənəvi ziyanın ödənilməsinə dair təmin olunmamış hissələrinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş və mübahisəsiz halları bunlardır ki, iddiaçı ilə X9 rəsmi nikaha daxil olmuş, Birgə nikahdan xx.xx.2017-ci il tarixdə X6, xx.xx.2018-ci il tarixdə X10 anadan olmuşdur. Xudiyeva (Məmmədli) Mətanət Həmid qızı xx.xx.2013-cü il tarixdə X13 Liseyində xx.xx.2013-cü ildən etibarən Azərbaycan Dili və ədəbiyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin İddiaçı ünvanlandığı xx.xx.2019-cu il tarixli, 08/xx-xx/1868 saylı məktubunda bildirilmişdir ki, Mərkəz xx xxxxx 2019-cu il tarixində X8 Vəqfi Bakı Atatürk Liseyinin pedaqoji işçiləri üçün imtahan təşkil etməmiş, imtahanın materialları Mərkəz tərəfindən hazırlanmamış və imtahanın sual kitabçaları və cavab kartları Mərkəzdə çap olunmamışdır. Müraciətdə adı qeyd olunan Anar Allahverdiyevlə bağlı bildirirlər ki, o, Mərkəzin əməkdaşı deyil. Müraciətinizlə əlaqədar A.Allahverdiyevdən şifahi izahat alınmış və o, imtahan vaxtı özünü Mərkəzin əməkdaşı kimi təqdim etmədiyi barədə məlumat vermişdir. Türk Dünyası X1 8.2.9. maddəsinə əsasən, xx xxxx 2019-cu il saat 11:00-da liseyin Azərbaycan Dili və ədəbiyyat müəllimi İddiaçı əvvəlki imtahanların heç birində iştirak emədiyi üçün 4-cü və sonuncu dəfə imtahan keçiriləyəcinə dair Lisey üzrə əmr verilmişdir. X13 Liseyi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 416/H №-li əmrə əsasən, Liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi İddiaçı, Türk Dünyası Bakı X1 8.2.9 maddəsinə istinadən keçirilən imtahanlarda iştirak etməkdən qərəzli şəkildə boyun qaçırdığına, müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. X13 Liseyinin xx xxxxxxx 2019-cu il tarixli, 417/H №-li əmri ilə, liseyin Azərbaycan Dili və ədəbiyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hissəsini, 3-cü maddəsinin 2-ci hissəsini, 2-ci maddəsinin 2-ci hissəsini, 70-ci maddəsinin “ç” bəndini, 72 və 79.1-ci maddələrini, 84-cü maddəsinin 1, 2 və 3-cü hissələrini, 186.1, 186.2, 186.3, 186.4, 187.1, 187.2 və 300.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın cavabdeh Türk X4rşı təmin olunmuş, maddi və mənəvi ziyanın ödənilməsinə dair təmin olunmamış hissələrində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı ona maddi ziyan vurulduğunu sübuta yetirə bilməmişdir. Bununla yanaşı, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən olunmadığından iddia mənəvi zərərin tutulması hissəsində təmin edilə bilməz. Habelə, cavabdeh X13 Liseyinin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh X13 Liseyi istinad etdiyi Nizamnaməsinin 8.2.9cu maddəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə attestasiyasının keçirilməsi üçün atestasiya komissiyasının yaradılması və attestasiyanın keçirilməsinin təşkili barədə sübutlar təqdim edə bilməmişdir. Əksinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin İddiaçı ünvanlandığı xx.xx.2019-cu il tarixli, 08/xx-xx/1868 saylı məktubunda bildirilmişdir ki, Mərkəz xx xxxxx 2019-cu il tarixində X8 Vəqfi Bakı Atatürk Liseyinin pedaqoji işçiləri üçün imtahan təşkil etməmiş, imtahanın materialları Mərkəz tərəfindən hazırlanmamış və imtahanın sual kitabçaları və cavab kartları Mərkəzdə çap olunmamışdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi iddiaçının nə işə qəbul zamanı, nə də işlədiyi dövr ərzində azyaşlı uşaqlarının olmasını təsdiq edən sənədlər təqdim etməməsi barədə dəlili də açıq aşkar əsassızdır. Belə ki, Azərbaycan Respublikasə Əmək Məcəclləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən üç yaşınadək uşağı olan qadınların bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Odur ki, mübahisələndirilən əmrlərin ləğv edilmələri, ididaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi hissələrində iddianın təmin olunan hissələri qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı və cavabdeh X13 Liseyinin apelyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5080/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə - iddianın cavabdeh Türk X4rşı təmin olunmuş, maddi və mənəvi ziyanın ödənilməsinə dair təmin olunmamış hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3520/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3520/2020
28.07.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver