Məhkəmə qərarları › İş №2(103)-3524/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3524/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3524/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-4824/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən "İddiaçı” İB-yə vurulmuş 2988,78 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3018,78 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq "İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” İB ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixli AKX-00203xx/xx-2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana "İddiaçı” İB- nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********000 №-li abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və "X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "İddiaçı” İB-nin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” aktlar tərtib edilmişdir. xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 359.80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853.20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında, cəmi 3079,60 manat məbləğində “İddiaçı” İB-yə maddi zərər dəymiş olduğu müəyyən edilmişdir. Cavabdeh tərfindən həmin məbləğdən 90,82 manat ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 2988,78 manat təşkil etməkdədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-4824/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh “İddiaçı” İB-yə vurulmuş 269,18 manat məbləğində zərər, 2,70 manat dövlət rüsumu məcburi qaydada tutularaq “İddiaçı” İB-nin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddətə davam edən təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidir. İş materialları arasında ümumilikdə “8” akt olmasına baxmayaraq, məhkəmə qətnamə çıxararkən qış aylarında (21 dekabr - 21 mart) “6” aktın tərtib edildiyini göstərmiş və hər bir akt üzrə dəymiş ziyanı da 60 manat məbləği ilə qiymətləndirərək hesablama aparmışdır (6x60=360; 360-90,82 manat). Məhkəmənin əsaslandırmasına görə 1-ci akt üzrə də iddia müddəti ötürülmüşdür. Bundan başqa xx.xx.2019-cü il tarixli akt isə ümumiyyətlə nəzərə alınmamışdır. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının iddianın təmin edilməmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə verilmiş, sadalanan aktların isə biri üç illlik müddət ötürülməklə verilmişdir. Məhkəmə hesab edir ki, həmin akt üzrə hesablanmış 583,20 manat zərər iddia müddəti ötürüldüyündən tutulmamalıdır. Bundan başqa tərtib olunmuş qeyd olunan aktlar qış ayına təsadüf etdiyindən həmin aylar üzrə 60 manatın tutulması ədalətli hesab edilmişdir. (6 ay x 60 manata = 360 manat). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı “İddiaçı” İB arasında xx.xx.2018-ci il tarixli AKX-00203xx/xx-2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin ünvanda Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi barədə aşağıdakı aktlar tərtib edilmiş və itirilmiş sərfiyyata görə zərər hesablanmışdır: xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 583,20 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 359,80 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 275,40 manat. Həmçinin iddia ərizəsindən görünür ki, cavabdeh tərəfindən aktlar üzrə 90,82 manat ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akt üzrə birinci instansiya məhkəməsi iddia müddətini tədbiq etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, müqavilə münasibətləri və vaxtaşırı ödənişlərlə bağlı iddia müddətinin tədbiq edilməsi ilə bağlı cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ərizə təqdim edilsə də, iddiaçının tələbi cavabdehin qanunsuz hərəkətləri, yəni qanunsuz olaraq, sayğacdan kənar xəttdən istifadə etməklə ona vurulmuş zərərin tutulmasını təşkil edir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllə 373-cü maddəsinin tələbləri hazırkı iş üzrə tədbiq edilə bilməz. Bundan başqa iddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə hesablanmış 133,20 manat məbləğində borcun tutulmasını tələb etsə də, həmin akt ümumiyyətlə iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə tərəfindən həmin akta hüquqi qiymət verilə bilməz. Kollegiya ******* saylı xx.xx.2018-ci il tarixli akta hüquqi qiymət verərək qeyd edir ki, həmin akt cavabdeh tərəfindən imzalandığından və qəbul edildiyindən sayğacdan kənar xəttdən istifadə halı öz təstiqini tapır. Kollegiya digər aktlarla (xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853.20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı) bağlı qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin sayğacdan kənar xətdən istifadə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləməsinə, belə olan halda qaz sayğacının sonuncu tərəfindən istifadə olunan qazın həcmini tam şəkildə qeydə almamasına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Kollegiya qeyd edir ki, digər aktlar (xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853.20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı) üzrə cavabdehə məxsus fərdi yaşayış evinə «İddiaçı» İstehsalat Birliyinə məxsus təbii qaz xəttinə sayğacdan kənar qeyri-qanuni qoşulmanın olubolmaması və qaz sərfiyyatına «İddiaçı» İstehsalat Birliyinə hansı məbləğdə ziyanın vurulduğu müəyyən edilməmişdir. Belə ki, digər aktlar (xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853.20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı) üzrə qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə (evlərinə) quraşdırılmış qaz sayğaclarının, eləcə də sayğaca və onun plombuna cavabdeh tərəfindən müdaxilə edilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş foto-şəkillərin tarixi qeyd olunmamış, iddiaçının istinad etdiyi aktlar qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş və cavabdehə rəsmi qaydada təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin özünə məxsus evdə təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsi barədə sübutları iddiaçı iş materiallarına əlavə etmədiyinə və ya məhkəmə kollegiyasına təqdim edilmədiyinə görə, iddiaçınının apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslı hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, ******* saylı xx.xx.2018-ci il tarixli akt üzrə hesablanmış borc məbləği 359,80 manatdan ödənilmiş 90,82 manat çıxılmaqla 268,82 manat Cavabdeh tutularaq “İddiaçı” İB-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən digər aktlar üzrə (xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853.20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı) hesablanmış pulun cavabdeh tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda dövlət rüsumunun dərəcəsi 20 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən 2.70 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, Qanunun yuxarıda göstərilən normalarından da görünür ki, iddiaçı “İddiaçı” İB qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə (268.82 manat) münasib olaraq 20 manat məbləğində cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçı “İddiaçı” İB-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-4824/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 268,82 manat məbləğində pul vəsaiti tutularaq “İddiaçı” İB-nin hesabına ödənilməli, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “İddiaçı” İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-4824/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 268,82 manat məbləğində pul vəsaiti tutularaq “İddiaçı” İB-nin hesabına ödənilsin. 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar