Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3525/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4813/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “İddiaçı” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən “İddiaçı” İB-yə vurulmuş 4905,70 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 4935,20 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə, bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edilməsinə dair “İddiaçı” İB ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 47223 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» (səh.9), abonentin saldosu (səh.116), quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən sökülərək özbaşına olaraq qaz xəttinə qeyri-qanuni qoşulmasına dair foto şəkillərdən və aktlar (səh.13-113) sübut qismində təqdim edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4813/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh “İddiaçı” İB-yə vurulmuş 556,90 manat məbləğində zərər,3,30 manat dövlət rüsumu məcburi qaydada tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə, bank hesabına ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir .Qətnamədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 N°- li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.2, 3.1, ; «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qnununun 1.0, 1.0.1, 2.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin21.1, 21.2, 385.1, 425.1, 442; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edlmişdir). Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı “İddiaçı” İB arasında xx.xx.2017-ci il tarixli 47223 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. “İddiaçı” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00010 N°-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsində yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1602AZ**********05 nömrəli qaz sayğacı quraşdırılmışdır. Adıçəkilən aktlar əsasında hesablanmış zərər 4798,80 manat təşkil edir, eyni zamanda iddiaçı cavabdehdən 2020-ci il üçün 106,90 manat sayğac üzrə borcu yaranmış borcun da tutulmasını istəyir. Hazırda iddiaçı cavabdeh tərəfindən “İddiaçı” İB-yə vurulmuş 4905,70 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 4935,20 məbləğində pulun ödənilməsini istəyirLakin iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyəti aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdirQeyd etmək lazımdır ki, iddiaçı vurulmuş ziyanı «SOKAR-ın Şurasının xx.xx.2011- ci il tarixli 11 N-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadəqaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən hesablamışdırqaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən hesablamışdırARDNŞ dövlət orqanı olmadığından onun qəbul etdiyi aktlar da normativ hüquqi aktlar ola bilməz.Odur ki, məhkəmə hesab edir ki, 2018-2020-ci illər ərzində tərtib edilmiş 2018- 2019-cu illər üzrə iki yay ayı, iki qış ayı üzrə, 2020-ci ilin bir qış ayı, bir yay ayı üzrə hesablmalar aparılmalıdır (yay ayları üzrə 30 manat, qış ayları üzrə 60 manat): 5 ay x 30 man =150 manat 5 ay x 60 man = 300 manat, cəmi 450 manat. Belə ki, məhkəmə hesab edir ki, hər akt üzrə hesablamanın aparılması iddiaçı tərəfindən kənar xəttin çəkilməsinin qarşısının alınmasına yönəlmiş qanunamüvafiq tədbirlərin görülməsi əvəzinə hər ay aktların tərtib edilməsinə stimul yaradır. Bundan başqa, məhkəmə hesab edir ki, sayğac üzrə yaranmış 106,90 manat da cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia 556,90 manat (450 + 106,90) hissədə təmin (iddia tələbinin 11 faizi), qalan hissədə rədd edilməlidiriddia qismən təmin edilməli, Cavabdeh “İddiaçı” İB-yə vurulmuş 556,90 manat məbləğində zərər,3,30 manat dövlət rüsumu məcburi qaydada tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına ödənilməlidir. İddiaçı "İddiaçı" İstehsalat Birliyi apellyasiya şikayəti verərək apelyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)- 4813/2020 saylı qətnaməsi iddianın rədd olunmuş hissəsində ləğv edilməsini, iddiaçı “İddiaçı” İB-nın Cavabdeh qarşı iddia tələbi, iddianın rədd olunmuş hissəsində (mübahisələndirilən hissəsində) təmin edilməsi və apelyasiya şikayətinin verilməsi üçün “İddiaçı” İB-nın ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi və bu məqsədlə 15 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçı “İddiaçı” İB-yə ödənilsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 218.1, 372.7; Azərbaycan Respublikasının «Qaz təchizatı haqqında» Qanununun 6.2, 6.5, 20, 22-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddətə davam edən təqsirli və qanunazidd davranışları, tərəflər‘arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz'xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidirməhkəmə, cavabdeh barəsində tərtib olunmuş aktlar üzrə dəymiş ziyan məbləğini cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulma əməlinin qış və yay aylarına təsadüf etməsi durumuna görə ağlabatan məbləğdə hesablamaqla qiymətləndirmişdir. Məhkəmə qətnaməsindən göründüyü kimi, cavabdeh tərəfindən itkiyə yol verilmiş təbii qaza görə yaranmış borc məbləği müəyyən edilmiş, lakin iddia tələbi tam təmin edilməmiş və iş üzrə düzgün olan qanunların müddəaları da tədbiq edilməmişdir.İdğiaçı qismində “İddiaçı” İB, Sabunçu Rayorj Məhkəməsi tərəfindən qəbul olunmuş müvafiq qətnamənin nəticəsi ilə razılaşmırQeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən iddiaçı “İddiaçı” İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olaıi mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmişdir, ümumiyyətlə məhkəmə iclaslarında belə iştirak etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Odur ki, tərəfimizdən göstərilənləri nəzərə alacaq apelyasiya instansiya məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qəbul etmiş olduğu məhkəmə aktı ilə razılaşmamalıdırBeləliklə, tərəfimizdən toplanmış sübutlarla müəyyən edilir ki, iddia tələbimiz əsaslıdır, lakin onun təmin olunmamış hissəsində aşağı instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi məhkəmə qətnaməsi səhvdir, işin həqiqi və faktiki hallarına uyğun gəlmir.Tərtib olunmuş apelyasiya şikayətinin dəlilləri də formal mülahizə xarakteri daşımır, tərəfimizdən məhkəməyə təqdim olunmuş dəlilllər tam əsaslıdır. Bu kimi fakt və halları düzgün tədqiq etməmiş asaqı instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd olunmuş hissəsində ləğv edilməli, iddia tələbi mübahisələndirilən hissədə də təmin edilməlidircavabdeh tərəfindən “İddiaçı” İB-yə maddi zərər vurulmasına dair tərəfimizdən məhkəmələrə kifayət qədər güclü, aydın və biri-birinə uyğun ölan mötəbər sübut və dəlillər təqdim edildiyindən, habelə aşağı instansiya məhkəməsi qətnaməsinin iddia tələbinin mübahisələndirilən hissəsində ləğv edilməsi üçün kifayət qədər pozuntular tərəfimizdən Apelyasiya Məhkəməsinin diqqətinə çatdırıldığından apelyasiya şikayətimiz təmin edilməlidir . Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsədə cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 378-382, 384, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "İddiaçı" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4813/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3525/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3525/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver