Məhkəmə qərarları › İş №2(103)-3525/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3525/2024

06.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3525/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 nömrəli 14 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh mülkiyyətçisi olduqları Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26K, mənzil 112 (Yeni qaydalarla AZ 1070 ünvan 1 ünvanındakı evdən çıxarılması, evin onlara təhvil verilməsi və cavabdeh tərəfindən əmlaka daxil olmaqlarına və sərbəst şəkildə istifadə etməklərinə dair törədilən bütün növ maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 nömrəli 14 mart 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 may 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün 6 avqust 2024cü il tarixə təyin edilmişdir. Bununla belə, işə apellyasiya qaydasında baxılarkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 14 mart 2024-cü il tarixli, 2(004)-1208/2024 nömrəli qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması səbəbilə mülki işin həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya əsasən mülki işin apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etdiklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası hazırki məsələyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(004)-1208/2024 saylı qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, mülki iş apellyasiya baxışından çıxarılmalı və qeyd edilən məsələlərin həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(004)- 1208/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş müvafiq sorğuya əsasən apellyasiya baxışından çıxarılsın və qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar