Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3527/2025 14.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işi üzrə Açar sözlər: (“işə bərpa və sair ") hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı“ əmrin etibarsız hesab edilməsi, işə bərpa, və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 232/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixində 14-2-24/3-1KƏ-0536/2024 saylı əmrinin etibarsız hesab edilməsi və onun işə bərpa olunması və məcburi iş buraxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2019-cu ildə "xxxx" QSC Dərnəgül ərazisində yerləşən 17 saylı Yanacaq Doldurma sahəsində Mühafizəçi peşəsinə işə qəbul olunmuşdur. İşlədiyi 5 il müddətində hər hansı nöqsanı olmamışdır, onun hər hansı bir nöqsanı olmayıb, irad tutulmayıb və ona tapşırılan işi bacarıqla və keyfiyyətlə yerinə yetirmişdir. O zaman onunla bağlanmış Əmək Müqaviləsinin surətini ona təqdım etməyiblər. Onun dəfələrlə tələbləri heç bir nəticə vermədiyi üçün sonradan işində problem yaranmasın deyə müqavilənin surətini istəməmiş və ona həvalə edilən işi ilə məşğul olmuşdur. Onu işə qəbul edəndə həftədə 41 saat iş rejimində işləyəcəyini bildirmələrinə baxmayaraq, əslində o, həftəlik iş rejmindən artıq işləmişdir. xx.xx.2024-cü il tarixində saat 10:00 radələrində X3 Monitorinq çağırılmış və bildirilmişdir ki, guya o, içkili vəziyyətdə işə gəlmişdir. O zaman o, onlara etiraz etmiş və bildirmişdir ki, o, içkili deyil və bu barədə izahat yazıb təqdim etmişdir. Monitorinq şöbəsini əməkdaşları onu yoxlamış və bildirmişlər ki, qərar qəbul edilənədək işdən azaddır. Həmçinin həmin vaxtı ondan işdən azad olunmağı barədə ərizə yazmağı israr etmişlər, lakin o, öz xahişi ilə işdən azad olunmağı barədə ərizə yazmamışdır. % gündən sonra onu işdə çağırmışlar və bldirmişlər ki, onun iş yerini dəyişdirilərək Lökbatan ərazisi üzrə X3 göndərmişlər. Bir ay müddətində həmin ərazidə işləmişdir. Bir aydan sonra onu yenidən idarəyə çağırmışlar və bildirmişlər ki, ərizə yazıb işdən çıxmasa, onlar onu Azərbaycan Respubkkası Əmək Məcəlləsinin 70 ”ç” bəndi ilə işdən çıxaracaqlar. Lakin o, ərizə yazaraq işdən çıxmaqdan imtina etmişdir. Ona görə də xx.xx.2024cü il tarixində 14-2-24/3-1KƏ-0536/2024 saylı Əmrlə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ”ç” bəndi ilə işdən azad etmişlər. Əmrin surətini ona xx.xx.2024-cü il tarixində təqdim etmişlər. O zaman onun işdən azad olunmağı barədə Əmrin surətini aldıqda məlum olmuşdur ki, guya onun barəsində “Mühafizənin təşkli sahəsinin rəisi Kamran Tağıyevin xx.xx.2024-cü il tarixli 14- 2-24/3 6-1481/2024 nömrəli təqdimatı, Daxili nəzarət və monitorinq şöbəsinin rəisi Fərid Mansurovun xx.xx.2024-cü il tarixli 14-2-24/3-8-471/2024 nömrəli xidməti məlumatı və “Socar Petroleum“ QSN-nin HİK-nin xx.xx.2024 tarixli 66 nömrəli razılıq məktubu əsas götürülmüşdür. Ona görə o əsassız olaraq işdən azad edilməsi və işə bərpa edilməsi barədə şikayətinə baxan olmamışdır. Onunla cəmiyyət arasında əmək mübahisəsinin Mediasiya qaydasında həll edilməsi üçün ilkin olaraq Mediasiya Təklifi göndərilməmiş və Mediasiya Şürasında bu məsələ aydınlaşdırılmamışdır. Hesab edir ki, cavabdeh “Socar Petroleum “ QSCnin onun işdən azad edilməsi barədə gətirilən dəlillər əsassız və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin kobud pozuntusu ilə müşahidə olunduğundan cavabdehin xx.xx.2023-cü il tarixili 369/k №-li Əmri etibarsız hesab edilməli, işə bərpa edilməli və məcburi boşdayanmaya görə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Əvvəla, onun əmək funksiyası yerinə yetirməməsi və tutduğu vəzifəyə uyğun olmaması ilə əlaqədar AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edərkən Cəmiyyətin rəhbərliyi onun işdən azad edilməsi və nə zaman və hansı hərəkətinin cəmiyyətin fəaliyyətinə ziyan vurduğunu əsaslandırmalı idi. Lakin hazırda təqdim edilmiş əmrlərin sürətindən görünür ki, belə əsaslandırma aparılmamışdır. Ona görə də onun işdən azad eilməsi barədə verilmiş əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbinin kobud şəkildə pozulması hesab olunur. İkincisi, Əmək Məcəlləsinə əsasən işçinin işdən azad ediməsi barədə məsələ müzakirə edilərkən bu barədə onu dəvət etməli, ondan izahat almalı və işdən azad olunması barədə müəssisə daxili Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərirsə, təqdimat müzakirə olunmamışdan əvvəl ona bu barədə məlumat verilməli idi. Lakin, onun işdən azad edilməsi sırf rəhbərliyin şəxsi təşəbbüsü ilə edilmiş və məsələyə münasibəti soruşulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinin sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda “işçinin işdən azad edilməsi göstərilmişdir. Lakin onun işdən azad edilməsi barədə verilmiş əmrdən müəyyən etmək olur ki, cəmiyyətin rəhbərliyi onun işdən azad olunmasını hər hansı bir sübutla əsaslandırmamış və bu barədə onun fikrini aydınlaşdırmamışdır. “Cəmiyyət” onun işdən azad edilməsi ilə əlaqədar əmr verərkən, onun maddi vəziyyətini, işə ehtiyacının olmasını, heç bir nöqsanı olmamasını nəzərə almamışdır. O, işdən azad olunduğu halda onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə etməmişdilər.
2. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinin dəlillərinə qarşı etiraz ərizəsi verərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra- Cəmiyyət) qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, guya İddiaçı Cəmiyyət tərəfindən əsassız olaraq işdən çıxarılmış, iş vaxtı işə içkili gəlməmiş, içki içməməsi barədə izahat təqdim etmişdir. Ona görədə işdən azad edilmə barədə əmri mübahisələndirərək işə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İşçinin işdən azad edilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndinin (alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi), Cəmiyyətin daxili intizam qaydalarının 4-cü maddəsinin (İşçinin əsas hüquq və vəzifələri) 4.2-ci bəndinin “a” (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “b” (əmək intizamına və bu qaydalara əməl etmək, müəyyən edilmiş iş günü (vaxtı) müddətini pozmamaq, bütün iş vaxtını yalnız öz vəzifələrinin yerinə yetirilməsinə sərf etmək, digər işçilərin əmək vəzifələrinin yerinə yetirilməsinə maneçilik törədən hərəkətlərdən çəkinmək) hissələrinin və nəzarət xidməti mühafizəçilərinin vəzifə təlimatlarının tələblərini pozaraq sərxoş vəziyyətdə işə gəlmişdir. Onun sərxoş vəziyyətdə olması özünün etiraf edici izahatı, tərtib olunmuş akt və digər faktlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndinə əsasən işçinin alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Ona görədə xx.xx.2024cü il tarixli 14-2-24/3-1 K8-0536/2024 nömrəli əmrlə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, cavabdeh Cəmiyyət tərəfindən iddiaçıya qarşı hərhansı hüquqazid əməl törədilməmiş, onun əmək hüquqları pozulmamışdır və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam uyğun olmuşdur. İddia ərizəsində göstərilənlər tamamilə əsasız olmaqla, iddia tələblərinin heç bir hüquqi əsası yoxdur və rədd edilməlidir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 232/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madddəsinin ç bənidnə, 71-ci maddəsinə, 72-ci maddəsinin b) bəndinə; 76.1, 76.2, 80.1, 80.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.2, 124.2, 217.2; “ Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırda İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbini cavabdeh "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 14-2-24/3-1KƏ-0536/2024 saylı əmrin qanunsuz və əsassız olması, belə ki, onun içkili vəziyyətdə işə getməməsinə baxmayaraq, qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə spirtli içki qəbul edərək işə gəlməsi ilə əlaqədar xitam verilməsi ilə əsaslandırmışdır. əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Hazırki mülki işin faktiki hallarından görünür ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən spirtli içki qəbul edərək sərxoş halda işə gəlməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. 32. Əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Göründüyü kimi, qanunverici, adı çəkilən normada işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud ƏM-in 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarını göstərmişdir. Qanunverici əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit etmişdir. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılı etmişdir. 36. Beləliklə, sözügedən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması, habelə qeyd edilən halların müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh "xxxx" QSC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh müəssisədə mühafizəçi vəzifəsində işləməyə başlamışdır. İddiaçının xx.xx.2024-cü il tarixində gecə növbəsində xidmət apararkən spirtli içki qəbul etməsi aşkar edilmiş, iddiaçı öz izahatında içki qəbul etdiyini etiraf etmiş, buna görə də onun barəsində xx.xx.2024-cü il tarixli təqdimat verilmişdir. Həmkarlar İttifaqı Komitəsinin də müvafiq rəyi alındıqdan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı əmrin əsassızlığını onun işə içkili vəziyyətdə getməməsi əsaslandırmaqla, işin faktiki halları qismində məhkəməyə spirtli içkini qızının ad günü ilə əlaqədar işə gəlməmişdən 9 saat əvvəl qəbul etməsi, işlədiyi müəssisədə “tibbi-müayinə jurnalı”nın olmaması və həmin jurnalda olan imzanın ona məxus olmamasını bildirmişdir. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı işə içkili vəziyyətdə getmədiyini bildirsə də, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə onun işə içkili vəziyyətdə getməsi müəyyən edilmişdir. Belə ki, qeyd edilən hal iddiaçının həm məhkəmə iclasında verdiyi izahat, həmçinin məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında həmin gün gecə növbəsində olduğunu (axşam saat 8) və qızının ad günü olduğu üçün (müəyyən edilmişdir ki, qızının ad günü həmin tarixə düşmür) işə getməmişdən 9 saat öncə iki bakal pivə içdiyini bildirmişdir.Məhkəmə iclasında tədqiq edilmiş iddiaçının xx.xx.2024-cü il tarixli izahatından da görünür ki, iddiaçı izahatında həmin gün günorta saatlarında iki bakal pivə içdiyini bildirmişdir. Həmin izahat ilə bağlı məhkəmənin sualına cavabında iddiaçı qeyri-səmimi izahat verərək Kadrlar şöbəsinin işçisi tərəfindən ona həmin məzmunda izahat yazması bildirildiyi üçün həmin məzmunda izahat yazdığını bildirmişdir. İddiaçının iş təcrübəsi, peşəsi, yaşı nəzərə alınaraq məhkəmə iclasında qeyd edilən məzmunda verilən izahat onun iddia tələbinin təmin edilməsi üçün verilmiş izahat kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş cavabdeh "xxxx" QSC-nin “tibbi müayinə jurnalı”na əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə aparılan qeydlərdə, İddiaçı 0.4 promil, sərxoş olduğuna dair qeyd aparılmış və imzalanmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında işlədiyi müəssisədə “tibbi-müayinə jurnalı”nın olmadığını və həmin jurnalda olan imzanın ona məxus olmadığnı bildirmişdir. Cavabdehin nümayəndəsi iddiaçının cavabdeh müəssisədə X6 olmamasına dair izahatına münasibətdə bildirmişdir ki, bir qayda olaraq sürücülər, çilingərlər barədə müvafiq yoxlama aparılaraq nəticəsi tibbi müayinə jurnalına qeyd edilir. Lakin həmin gün vətəndaş müraciət etdiyi (iddiaçının sərxoş vəziyyətdə olması barədə) üçün iddiaçı barəsində müvafiq yoxlama aparılaraq qeyd aparılmışdır. Məhkəmə tərəfində tibbi müayinə jurnalında olan imzanın iddiaçıya məxsus olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməklə, müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1840 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, Socar X6 xx.xx.2024-cü il tarixində aparılmış qeydlərə dair olan vərəqəsində “Saat- 22:47, soyadı, adı – İddiaçı, vəzifəsi-mühafizə, akt-140/90, puls-1/dəq-90” müayinə olunanın imzası qeyd edilən sətirdə olan imza İddiaçı tərəfindən icra olunmuşdur. İddiaçı həmçinin əmrin əsassızlığını cavabdeh "xxxx" QSC tərəfindən əmrin əsaslandırılmaması, cavabdeh tərəfindən əmrdə onun nə zaman və hansı hərəkətinin cəmiyyətin fəaliyyətinə ziyan vurduğunun əsaslandırılmaması ilə əsaslandırmışdır. Qeyd edilməlidir ki, cavabdeh "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 14-2-24/3-1KƏ-0536/2024 saylı əmr xx.xx.2024-cü il tarixli təqdimat, xx.xx.2024- cü il tarixli xidməti məlumat və HİK-nin xx.xx.2024-cü il tarixli razılığı ilə əsaslandırılmışdır. Həmin əmrin verilməsi üçün əsaslardan biri olmuş xx.xx.2024-cü il tarixli təqdimat tədqiq edilərkən müəyyən edilir ki, İddiaçı gecə növbəsində xidmət apararkən ona verilən təlimatı pozaraq spirtli içkinin təsiri altında iş yerinə gəldiyi üçün qeyd edilən halların araşdırılması üçün müraciət edilmişdir. Digər əsas olan Daxili nəzarət və monitorinq şöbəsinin rəisinin xx.xx.2024-cü il tarixli xidməti məlumatına əsasən müəyyən edilir ki, təqdimat araşdırılaraq İddiaçı izahatı alınmış, İddiaçı izahatında işə gəlməmişdən 9 saat öncə spirtli içki qəbul etdiyini qəbul etmiş, içkili halda işə gələrək daxili intizam qaydalarını kobud şəkildə pozduğu üçün əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh "xxxx" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin iclasının 66 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarda İddiaçı əmək və icra intizamını pozaraq əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə AR ƏM –nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün razılıq verilmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixli, 14-2-24/3-1KƏ- 0536/2024 saylı əmr təqdimat, xidməti məlumat və HİK-nin qərarı ilə əsaslandırılmışdır. Həmin əsas olmuş təqdimat, xidməti məlumat və qərarda isə əmrin verilməsi üçün əsas olmuş, iddiaçı tərəfindən yol verilmiş pozuntu öz əksini tapmışdır. Əmrdə qeyd edilən halların iddiaçının hansı hərəkəti ilə əmək vəzifələrini kobud şəkildə pozmasının, həmin pozuntuya görə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılmaması özüözlüyündə əmrin ləğv edilməsi üçün yeganə əsas ola bilməz. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işçinin alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Qeyd edilməlidir ki, əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun olaraq yerinə yetirilməsidir. Əmək funksiyası yerinə yetirilərkən qanuna zidd hərəkət edilməsi, verilmiş tapşırıqların düzgün yerinə yetirilməməsi isə əmək vəzifəsinin pozulması hesab edilir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinin 3.3-cü bəndində nəzərdə tutulmuşdur ki, işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. İşçinin işkili vəziyyətdə işə gələrək əmək funksiyasını içkili vəziyyətdə yerinə yetirməsi qanuna zidd (72-ci maddəyə əsasən) olmaqla, əmək müqaviləsinin 3.1.1-ci maddəsi ilə müəyyən edilmiş əmək funksiyalarının (məs.,növbə ərzində bir saatdan bir YDM-nin bütün ərazisini gəzmək, kənar əşyaların qoyulmadığını, yanacaq sızmalarının və yanğın ocaqlarının olmadığını yoxlamaq vəs.) keyfiyyətli, vaxtında yerinə yetirilməsinə maneə olaraq əmək və icra intizamının normal ahənginin pozulmasına dəlalət edir. Həmçinin işçinin öz əmək funksiyasını içkili vəziyyətdə yerinə yetirməsi işəgötünənin hüquqlarına (işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək vəd.) və qanunla qorunan mənafelərinə (işgüzar nüfuzuna xələl gətirməklə vəd.) ziyan vurur. 4.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki:- "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 14-2-24/3- 1KƏ-0536/2024 saylı “əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr”inə əsasən, "xxxx" QSC-də mühafizəçi vəzifəsində işləyən X4 ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir ; İddiaçı məxsus AZE seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən, İddiaçı xx.xx.2019-cu ildə "xxxx" QSC-də mühafizəçi vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (spirtli içki qəbul edərək işə gəlməsi) əsasən xitam verilmişdir. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01712 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin "xxxx" QSC-nin nümayəndəsi iştirak etməmişdir İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir ; xx.xx.2024-cü il tarixli, “işçinin nizam-intizamsızlığı haqqında akt”ına əsasən, mühafizənin təşkili sahəsinin mühafizəçisi İddiaçı xx.xx.2024-cü il tarixdə gecə növbəsinə sərxoş halda gəlmişdir və bu hal tərəflərindən aşkar edilmişdir. Barəsində tərtib olunan akta işçinin imza atması tələb olunmuş, lakin o, imza atmaqdan imtina etmişdir ; - İddiaçı tərəfindən "xxxx" QSC-nin baş icraçı direktoruna ünvanına yazılmış xx.xx.2024-cü il tarixli izahatına əsasən, o, izahatında işə gəlməmişdən öncə günorta radələrində evinə qonaq gəldiyi üçün 2 bakal pivə içdiyini, işə gəldiyində içkili olduğunu bildirmədiyini qeyd etmişdir ; - "xxxx" QSC-nin Həmkərlar İttifaqı Komitəsinin iclasının xx.xx.2024-cü il tarixli, 66 nömrəli qərarından görünür ki, "xxxx" QSC-nin mühafizənin təşkili sahəsinin mühafizəçisi İddiaçı əmək və icra intizamını pozaraq əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə onunla bağlanılmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işəəgötürən tərəfindən ləğv edilməsi üçün razılıq verilməsi qərara alınmışdır ; - "xxxx" QSC-nin Daxili nəzarət və monitorinq şöbə rəisinin "xxxx" QSC-nin baş icraçı direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14-2-24/3- 8-0471/2024 saylı xidməti məlumatına əsasən, "xxxx" QSC-nin mühafizənin təşkili sahəsinin rəisi X1, 17 saylı Yanacaqdoldurma stansiyasının mühafizəçisi İddiaçı xx.xx.2024-cü il tarixində gecə növbəsində xidmət apararkən ona verilən təlimatı pozaraq spirtli işki qəbul edərək iş yerinə gəlməsi barədə tərtib edildiyi xx.xx.2024-cü il tarixli, 14-2- 24/3-6-1481/2024 nömrəli təqdimatı araşdırılmışdır. Mühafizənin təşkili sahəsinin 17 saylı Yanacaqdoldurma stansiyasının mühafizəçisi İddiaçı izahatı alınmışdır. İddiaçı izahatında xx.xx.2024-cü il tarixdə gecə növbəsinə gəlməmişdən təxminən 9 saat əvvəl spirtli içki qəbul etdiyini və içkili halda işə gəldiyini eləcə də tərəfindən bir daha belə hallara yol verilməyəciyini bildirmişdir. Nəticədə mühafizənin təşkili sahəsinin 17 saylı Yanacaqdoldurma stansiyasının mühafizəçisi İddiaçı daxili intizam qaydalarını kobud şəkildə pozaraq işə içkili halda gəldiyi üçün əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir ; - "xxxx" QSC-nin sahə rəisinin "xxxx" QSC-nin baş icraçı direktoruna ünvanlanmış “mühafizənin təşkili sahəsinin “17” saylı YDS-nin mühafizəçisi İddiaçı haqqında xx.xx.2024-cü il tarixli, 14-2-24/3-6-1481/2024 nömrəli təqdimatına əsasən, xx.xx.2024-cü il tarixində "xxxx" QSC-nin mühafizənin təşkili sahəsinin “17” saylı Yanacaqdoldurma stansiyasının mühafizəçisi İddiaçı gecə növbəsində xidmət apararkən ona verilən təlimatı pozaraq spirtli içkinin təsiri altında iş yerinə gəlmişdir. Bu halın araşdırılması üçün müvafiq şöbələrə göstəriş verilməsini xahiş etmişdir ; - İş materiallarına “SOCAR X6” xx.xx.2024-cü il tarixə aid olan hissəsinin surəti əlavə edilmişdir ; - "xxxx" QSC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə işə başlamışdır. İş materiallarına alkotestrin göstəricisinin şəkli əlavə edilmişdir. 16. İş materiallarına 1 ədəd CD disk əlavə edilmişdir ; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1840 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş , Socar Tibbi müayinə xx.xx.2024-cü il tarixində aparılmış qeydlərə dair olan vərəqəsində “Saat- 22:47, soyadı, adı – İddiaçı, vəzifəsi-mühafizə, akt-140/90, puls-1/dəq-90” müayinə olunanın imzası qeyd edilən sətirdə olan imza İddiaçı tərəfindən icra olunmuşdur. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami RayonMəhkəməsinin 2(007)- 232/2025 saylı, 19 mart 2025-ci il tarixli qətnaməsini tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 26, 60; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71,83.2 84; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217, 360, 384.0.2,385, 386, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, xx.xx.2019-cu ildə "xxxx" QSC Dərnəgül ərazisində yerləşən 17 saylı Yanacaq Doldurma sahəsində Mühafizəçi peşəsinə işə qəbul olmuşdur. İşlədiyi 5 il müddətində hər hansı nöqsanı olmamışdır. Onun hər hansı bir nöqsanı olmayıb, irad tutulmayıb və ona tapşırılan işi bacarıqla və keyfiyyətlə yerinə yetirmişdir. xx.xx.2024-cü il tarixində saat 10:00 radələrində X3 Monitorinq çağırılmış və bildirilmişdir ki, guya o içkili vəziyyətdə işə gəlmişdir. O zaman onlara etiraz etmiş və bildirmişdir ki, içkili deyil və bu barədə izahat yazıb təqdim etmişdir. Monitorinq şöbəsinin əməkdaşları onu yoxlamış və bildirmişlər ki, qərar qəbul edilənədək işdən azaddır. Həmçinin həmin vaxtı ondan işdən azad olunmağı barədə ərizə yazmağı israr etmişlər, lakin o öz xahişi ilə işdən azad olunmağı barədə ərizə yazmamışdır. Həmin gündən sonra onu işdə çağırmışlar və bildirmişlər ki, onun iş yerimi dəyişdirilərək Lökbatan ərazisi üzrə X3 göndərmişlər. Bir ay müddətində həmin ərazidə işləmişdir. Bir aydan sonra onu yenidən idarəyə çağırmışlar və bildirmişlər ki, ərizə yazıb işdən çıxmasa, onlar onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ”ç” bəndi ilə işdən çıxaracaqlar. Lakin o ərizə yazaraq işdən çıxmaqdan imtina etmişdir. Ona görə də xx.xx.2024cü il tarixində 14-2-24/3-1KƏ-0536/2024 saylı əmrlə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ”ç” bəndi ilə işdən azad etmişlər. (Konstitusiya 26 maddənin 1-ci bəndi, 60 maddənin 3cü bəndi,İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, MPM-nin 88-ci,360,384.0.2,386,387-ci maddələrinə əsasən) Beləliklə, bütün yuxarıda qeyd edilmiş xüsusatlar sübut edir ki, İ instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmış və qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ədalətsiz və əsassız bir qətnamə qəbul edilmiş və nəticədə AR MPM-nin 385-ci maddəsi üzrə qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar yaranmışdır.Onunla bağlanmış əmək müqaviləsi cavabdehin xx.xx.2024-cü il tarixli 14-2-24/3 1KƏ-0536/2024 nömrəli əmri ilə ləğv edilib. Əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin “işçinin özünün əmək funksiyasını yerinə yetirməməsi”, yaxud “bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” müddəasına istinad olunub. Əmrin məzmununda başqa məlumat qeyd olunmayıb. Göründüyü kimi, əmr əsaslandırılmayıb. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə, əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsas” deyiləndə əmrin konkret hallara istinad olunmaqla əsaslandırılması nəzərdə tutulur. Əmrin ləğv edilməsinə əsas olan maddənin nömrəsinin və maddənin mətninin əmrdə qeyd edilməsi əsaslandırma hesab olunmur. Bundan başqa, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində qeyd olunub ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Ona görə də cavabdehin mənim hər hansı bir davranışımın belə nəticələrə səbəb oluğunu əmrin məzmununda göstərməli idi. Bunu həm də Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsi tələb edir. Orada qeyd olunub ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin belə əsaslandırma yoxdur. Əgər işçi əmək münasibətlərində pozuntuya yol veribsə, lakin bu pozuntu Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində qeyd olunan nəticələrə səbəb olmayıbsa, əmək müqaviləsi 70-ci maddənin “ç” bəndində göstərilən əsasla ləğv edilə bilməz. Belə halda işçiyə qanunvericilikdə nəzərdə tutulan intizam tənbehlərindən biri (töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət və s.) verilə bilər. Nəzərə alınmalıdır ki, əmək münasibətlərində işçi üçün ən ağır məhrumiyyət yaradan tədbir əmək müqaviləsinin ləğv edilməsidir: o, işini və qazancını itirir.(Əmək Məcəlləsinin 68,70.71,83.2,84-ci maddəsinə əsasən)Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin cavabdeh tərəfindən ona əmək kitabçası və əmrin surəti həmin gün deyil, xx.xx.2024-cü ildə təqdim edilmişdir.Məhkəmə mənim sübutlarını mötəbər saymamış, işə baxarkən sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair tibbi aktı tələb etməmiş, həmçinin bu barədə digər araşdırmalar aparmamışdır. Hakim yalnız alkotestrin göstəricisinin şəklini əsas tutmuşdur. Mübahisəli işlərlə bağlı heç bir sorğu verməmiş, yalnız izahatlarla qətnamə qəbul etmiş, cavabdehin özünə məxsus alkotestrin göstəricisini sübut kimi qiymətləndirmişdir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Lakin məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar:
6. İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə vəsatətlə müraciət edərək qeyd etmişdir ki,o xx.xx.2019-cu ildə "xxxx" QSC Dərnəgül ərazisində yerləşən 17 saylı Yanacaq Doldurma sahəsində Mühafizəçi peşəsinə işə qəbul olunmuşdur. İşlədiyi 5 il müddətində hər hansı nöqsanı olmamışdır. Onun hər hansı bir nöqsanı olmayıb, irad tutulmayıb və ona tapşırılan işi bacarıqla və keyfiyyətlə yerinə yetirmişdir. xx.xx.2024-cü il tarixində saat 10:00 radələrində X3 Monitorinq çağırılmış və bildirilmişdir ki, guya o içkili vəziyyətdə işə gəlmişdir. O zaman o onlara etiraz etmiş və bildirmişdir ki, içkili deyil və bu barədə izahat yazıb təqdim etmişdir. Monitorinq şöbəsini əməkdaşları onu yoxlamış və bildirmişlər ki, qərar qəbul edilənədək işdən azaddır. Həmçinin həmin vaxtı ondan işdən azad olunmağı barədə ərizə yazmağı israr etmişlər, lakin o öz xahişi ilə işdən azad olunmağı barədə ərizə yazmamışdır.. Həmin gündən sonra onu işdə çağırmışlar və bildirmişlər ki, onun iş yerini dəyişdirilərək Lökbatan ərazisi üzrə X3 göndərmişlər. Bir ay müddətində həmin ərazidə işləmişdir. Bir aydan sonra onu yenidən idarəyə çağırmışlar və bildirmişlər ki, ərizə yazıb işdən çıxmasa, onlar onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ”ç” bəndi ilə işdən çıxaracaqlar. Lakin ərizə yazaraq işdən çıxmaqdan imtina etmişdir. Ona görə də xx.xx.2024-cü il tarixində 14-2-24/3- 1KƏ-0536/2024 saylı əmrlə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ”ç” bəndi ilə işdən azad etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Bildirir ki, 2(103)- 3527/2025 saylı mülki iş üzrə iddia tələbində əməkhaqqı tələbinə dair hissəsində iddiasından imtina edir.Odur ki, qeyd etdiyini nəzərə alıb yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ”ç” bəndinin götürülməsi barədə qərar qəbul edilməsini xahiş edir. 7.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddiaçının çalışdığı 5 il ərzində bir işçi kimi heç bir ciddi qüsura yol vermədiyini, cavabdehin alkoqolik testdən keçirərərk iddiaçının sərxoş vəziyyətdə işə gəlməsi qənaətinə gəldiyini, cavabdehin ümumiyyətlə sərxoşluğu müəyyən etmək səlahiyyətinin olub-olmaması məsələsinin də maraq doğurduğunu, digər tərəfdən iddiaçıya öz xahişi ilə işdən azad edilməsi barədə ərizə yazılmasını tələb etdiklərini, o razı olmadığından onu əmək məcəlləsinin 70-ci madddəsinin ç bəndi ilə işdən azad etdiklərini, həmin əmri əsaslı olmadığını hesab etdiklərini, iddiaçı sərxoş vəziyyətdə işə gəlmiş olsaydı belə, indikyə kimi onun tərəfindən heç bir pozuntu törədilməməsi nəzərə alınaraq ona daha yüngül bir intizam tənbeh tədbirinin tətbiq edilə biləcəyini, lakin cavabdehin isə bunun əvəzinə iddiaçını ən ağır formada cəzalandırdığını qeyd etmiş, həmçinin iddiaçı tərəfindən iddia tələbinin bir hissəsində imtina edildiyinin də məhkəmə tərəfindən nəzərə alınaraq, işə bərpa hissəsində iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini, birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinə qarşı yazılı etirazını təqdim etdiyini və həmin etirazı hazırkı mərhələdə də müdafiə etdiyini, iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq işə sərxoş veziyyətdə gəlindiyini, müvafiq tibbi müyainələrdən keçdikdən sonra bu halın öz təsdiqini tapdığını, iddiaçının özünü sərxoş vəziyyətdə qeyri-etik aparması ilə bağlı videogörütülərin də mövcud olduğunu, vətəndaşların da şikayət etdiyini və onların birinci instansiya məhkəməsinə təqdim edildiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 80-82, 88, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayətində demək olar ki, iddia ərizəsinin mətni təkrarən yazılmış, birinci instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi əsaslandırıla bilməmişdir.Bundan əlavə iddiaçı sərxoş vəziyyətdə işə gəlməsi ilə bağlı iş yerində müvafiq müayinələrdən keçmiş və həmin müayinələrin nəticəsi ilə bu hal öz təsdiqini tapmışdır. Əmək Məcəlləsinin də tələblərindən göründüyü kimi işəgötürənin işçi işə sərxoş vəziyyətdə gəldiyi halda onunla bağlanmış əmək müqaviləsinə 70-ci maddənin ç bəndinə uyğun olaraq xitam vermək hüququ vardır. Cavabdeh təşkilat bu hüquqdan istifadə etmiş, əmrin qanuniliyini də kifayət qədər əsaslandırmışdır. Qeyd edilməlidir ki, iddiaçının sərxoş vəziyyətdə olması əmək qanunvericiliyi ilə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. 11.Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 35. əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır .
12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən:70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 80. 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 80.3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 14.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 232/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.