Məhkəmə qərarları › İş №2(103)-3530/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3530/2023

09.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3530/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə Cavabdeh xx.xx.2022-ci il tarixli 299/k nömrəli əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə - Universitetin “İngilis dili” Mərkəzinin müəllimi vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Səbail RM-nin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Apellyasiya icraatı zamanı - xx.xx.2023-cü il tarixdə tərəflər barışıq sazişi bağlayıblar. Sazişin şərtlərinə görə cavabdeh üzərinə öhdəlik götürür ki, iddaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 299/k nömrəli əmri dəyişərək iddiaçını öz ərizəsi əsasında işdən azad edəcək, iddiaçı isə bununla razılaşaraq iddia tələbindən imtina edir və üzərinə öhdəlik götürür ki, hazırkı mübahisə ilə bağlı gələcəkdə hər hansı tələb irəli sürməyəcək. Barışıq sazişi qanuna zidd deyil və ya hər hansı şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 52 və 191-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və qətnamə ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 261.0.5 və 384.0.5-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıda göstərilən məzmunda təsdiq edilsin: Cavabdeh üzərinə öhdəlik götürür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 299/k nömrəli əmri dəyişərək İddiaçı öz ərizəsi əsasında işdən azad edəcək, İddiaçı isə bununla razılaşaraq iddia tələbindən imtina edir və üzərinə öhdəlik götürür ki, hazırkı mübahisə ilə bağlı gələcəkdə hər hansı tələb irəli sürməyəcək. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar